Məhkəmə qərarları › İş №2(3-8)-542/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-542/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-542/2026 07.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndə və vəkili vəkil1 İsaq oğlunun, cavabdeh Cavabdeh nümayəndə və vəkili vəkil2, hüquq və vəzifələrinə toxunan şəxs X8, onun nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh ona ödəməli olduğu 680000 (altı yüz səksən min) manat pul və ödənilmiş 970 manat dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qardaşıdır. Cavabdeh ondan Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsində yerləşən 7 sot torpaq sahəsində obyekt binasının tikilməsi üçün 680000 (altı yüz səksən min) manat borc pul istəmişdir. O, da qardaşı olduğu üçün ona etiraz etmədən ## ###### 2020-ci il tarixli müqavilə ilə 680000 (altı yüz səksən min) manat cavabdehə borc pul vermişdir. ## ###### 2020-ci il tarixli müqavilə üzrə cavabdeh ona ödəməli olduğu, aralarında bağlanılan borc müqaviləsinə əsasən verilmiş 680000 (altı yüz səksən min) manat pulu geri qaytarmamışdır. Halbuki həmin pulu cavabdeh ## ###### 2023-cü il tarixədək geri qaytarmalı idi. Ona görə də hesab edir ki, müqavilə üzrə borc verdiyi 680000 (altı yüz səksən min) manat pulu geri qaytarmalıdır. Cavabdeh ondan aldığı pulu qaytarmamaqla əsassız olaraq onun hesabına varlanmışdır. Özünün hazırda pula ehtiyacı vardır.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 680000 (altı yüz səksən min) manat pul, ödənilmiş 970 manat dövlət rüsumunun alınaraq, iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan 680000 manat pulu almış, lakin vədini yerinə yetirməmiş və borcunu geri qaytarmamışdır. Cavabdehin ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı qəbul edir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 191.3cü maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində X8 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, *(***)-****/**** saylı iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh ilə ##.##.2005-##.##.2024-cü il tarixləri arasında nikahda olmuşdur. Nikah dövründə mülkiyyət hüququ cavabdehin adına rəsmiləşdirilmiş 10 (on) ədəd daşınmaz əmlak əldə edilmişdir. Əmlak bölügüsü ilə bağlı iddia qaldırmış və e-*(***)-****/**** saylı mülki iş, hazırda, Xaçmaz Rayon Məhkəməsinin icraatındadır. Məhkəmənin gedişində verilən sorğular nəticəsində məlum olmuşdur ki, əmlaklar qanunsuz şəkildə özgəninkiləşdirilmişdir. Belə ki, Cavabdeh ilə qardaşı İddiaçı arasında guya borc mübahisəsi yaranmış, nəticə etibarı ilə Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı qətnaməsinə əsasən Cavabdeh 680000 manat (altı yüz səksən min) həcmində vəsaitin tutularaq, qardaşı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədilə Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli protokol tərtib edilərək *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən, borcun tutulması birgə nikah dövründə əldə olunmuş və ½ hissədə onun mülkiyyəti hesab olunan əmlaklara yönləndirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən sorğuya verilən ##.##.2025-ci il tarixli, 3-21-3-34/2-13043.**** saylı cavab məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh adına birgə nikah dövründə daşınmaz əmlaklar rəsmiləşmiş və sonradan həmin əmlaklar özgəninkiləşdirilmişdir. Müvafiq qurumdan məktubla birlikdə göndərilən qoşma əmlak sənədlərindən məlum olur ki, Cavabdeh ##.##.2025- ##.##.2024-cü il tarixləri arasında (birgə nikah dövrü) əldə edilən əmlaklar bölünməsin deyə qardaşı ilə əlbir olmuş, formal iddia tələbi ilə məhkəməyə müraciət edərək özünü məhkəmə qaydasında borclu qismində tanıtmağa nail olmuş və əmlakları məqsədli şəkildə özgəninkiləşdirmişdir. Belə ki, nikah dövründə əldə olunan əmlaklar məhkəmə qətnaməsinə əsasən guya borc müqabilində cavabdehin qardaşının mülkiyyətinə verilmiş, sonuncu isə vicdanlı alıcı siması yaradaraq əmlakları özünün çevrəsindən olan üçüncü şəxlərə tələm-tələsik alqı-satqı müqavilələri əsasında “satmışdır”. Xaçmaz Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi onun mülkiyyət hüququnun pozulmasına səbəb olduğundan və qanunla qorunan maraqlarıma toxunduğundan hesab edir ki, ləğv edilməlidir. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Mübahisələndirilən məhkəmə qətnaməsində iddiaçı İddiaçı verilməsi qət olunmuş 680.000 (altı yüz səksən min) manat pulun cavabdehlə onun birgə nikah dövründə alındığı iddia olunmuşdur. Bildirməyi zəruri hesab edir ki, ## ###### 2020-ci il tarixli borc müqaviləsi bağlanılan zaman artıq cavabdehlə aralarındakı münasibət pozulmuşdu, aralarındakı nikah formal xarakter daşıyırdı. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh Cavabdeh boşanmamışdan əvvəl qardaşı ilə sözügedən yalançı əqd olan borc müqaviləsini bağlayaraq tez-tələsik birgə mülkiyyətdəki əmlakı bu yolla özgəninkiləşdirməyə çalışmışdır. Məhkəmə mülki işə baxarkən cavabdehin borclu olduğu şəxslə borc münasibətlərini dəqiq araşdırmamış və cavabdehin iddianı qəbul etməsi şübhə doğurduğundan bu hissədə tərəflərin məqsədlərini aydınlaşdırmamışdır. Məhkəmə icraatı zamanı iddiaçı qardaşı olan cavabdehin mülkiyyətində olan əmlaklar barədə məlumatlı olmuş və iddiaçı cavabdehlə məqsədli şəkildə hərəkət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxs X8 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, barışıq sazişində nəzərdə tutulan evdən əlavə cavabdehən Bakıdakı evi də tələb etmişdir, həmin ev ona verildiyi təqdirdə hazırki iş üzrə tələbindən imtina edər.

11. Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan şəxs X8 nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs cavabdehin keçmiş arvadıdır. 2005-ci ildə nikaha daxil olduqdan sonra birgə nikah dövründə təxminən 10-dan çox daşınmaz əmlak əldə etmişlər. 2022-ci ildə tərəflər arasında ailə münasibətləri pozulmuş, hüquqlarını müdafiə etdiyi şəxs evi tərk etmişdir. Hazırki iş üzrə iddiaçı və cavabdeh qardaşdırlar, qardaşlar gələcəkdə maraqlı şəxsin əmlaklara dair iddia qaldıracağını bildikləri üçün formal olaraq əqd bağlamışlar. Əqdə əsasən Rəfailin Azərə 680000 manat məbləğdə borclu olduğu qeydə alınmış, bu addım daşınmaz əmlakları formal olaraq iddiaçının adına rəsmiləşdirmək üçün atılmışdır. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmiş, məhkəmə iddianın təmin olunması barədə qətnamə qəbul etmiş, cavabdeh iddiaya etiraz etməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra şöbəsinə göndərilmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs məhkəmədə əmlak bölgüsü ilə bağlı iddia qaldırmış, eyni zamanda, müvəqqəti təminat tədbiri barədə ərizə vermişdir. Məhkəmə müvəqqəti təminat tədbiri barədə qərardadı icra olunması üçün icra şöbəsinə göndərmiş, həmin zaman məlum olmuşdur ki, icra şöbəsi hazırda şikayət verdiyi qətnamənin icrasını həyata keçirmək üçün, müvəqqəti təminat tədbiri barədə qərardadın icrasını yubatmışdır. İcra şöbəsində Rəfailin adına olan əmlaklar siyahıya alınarkən təxminən 10-12 əmlakın dəyəri 680000 manat həcmində müəyyənləşdirilmiş, qətnamənin icrası həyata keçirilmişdir. Məhkəmə bu məsələlərlə bağlı hətta DƏDXR publik hüquqi şəxsinə sorğu ünvanlamışdır. Rəfailin adında yalnız 4 əmlakın qaldığı müəyyən edilmişdir. İddiaçı və cavabdeh məhkəmədə əqdin etibarsızlığı ilə bağlı iddia qaldıracağını düşünərək əmlakları Azərin adından çıxarmaqla başqa ortaq tanışlarının adına rəsmiləşdirməyə və onu vicdanlı alıcı kimi qələmə verməyə çalışmışlar. Günel xanımla Rəfail arasında barışıq sazişinin bağlanması səbəbi Rəfailin Günelə başqa əmlaklar verəcəyi barədə vədinin olması idi, əmlaklar qarşılığında Günel apellyasiya şikayəti verməməyi öhdəsinə götürmüşdü, lakin Rəfail vədinə əməl etməmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış borc müqaviləsi formal xarakter daşıyır. Günel xanımla Cavabdeh arasında ailə münasibətləri gərginləşdikdən sonra birgə nikah dövründə əldə edilmiş əmlakları hər hansı bir yolla başqa şəxsin adına keçirməyə çalışmış və qardaşı ilə formal əqd bağlamışdır. Cavabdeh əmlakları artıq üçüncü şəxslərin adlarına rəsmiləşdirmiş, onları vicdanlı alıcı kimi qələmə verməyə çalışmışdır. Hazırda həmin şəxslərə verilmiş çıxarışlar mübahisələndirilib. Bu baxımdan şahidlərin dindirilməsini zəruri hesab edir. Cavabdehlə Məmmədova Günel arasında, sonuncunun üçüncü şəxslərə münasibətdə çıxarışın ləğv edilməsi barədə iddia qaldırmaması müqabilində Günelin hazırda yaşadığı evin ona verilməsi barədə barışıq sazişi imzalanıb. Qarşı tərəf girovda olan əmlakı barışıq sazişinə daxil edib. Sazişdəki əmlaklar və Binəqədi rayonunda yerləşən evi tələb edirlər. Cavabdeh nikahın pozulması müddətində bank hesabında vəsaitləri olmuşdur, əgər borcu var idisə, həmin vəsaitlə borcunu ödəyə bilərdi. Cavabdeh qeyri-yaşayış obyektinin satılıdğını bildirir, lakin məqsəd burada vicdanlı alıcı görüntüsü yaratmaqdan ibarət olub.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili vəkil1 İsaq oğlu apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, maraqlı şəxsin vəkilinin qeyd etdiyi kimi məhkəmə qətnaməsi artıq icra olunmuş, hesab edir ki, qətnamə ilə bağlı heç bir problemli məqam yoxdur. Qalan əmlaklar da artıq üçüncü şəxslərin adına rəsmiləşdirilmişdir. Maraqlı şəxsin qardaşlar arasında borc məsələsindən xəbərdar olubolmadığını dəqiq bilmir, dəqiqləşdirdikdən sonra suala cavab verə bilər. İddiaçı cavabdehdən tələb etdiyi məbləğ 680000 manatdır. Hazırda onda alqı-satqı müqavilələri yoxdur, əldə edib təqdim edər, əmlakların üçüncü şəxslərə hansı qiymətə satılmasından xəbəri yoxdur.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndə və vəkili vəkil2 bildirdi ki, Məmmədova Günel və hüquqlarının müdafiə etdiyi şəxs arasında bundan öncə də məhkəmə mübahisəsi olub. Həmin mübahisə bağışlama müqaviləsindən imtina ilə bağlı olmuşdur. İş Ali Məhkəmənin Plenumuna qədər gedib. Müraciətləri əsasında Ali Məhkəmənin Penumundan geri qaytarılıb. Öncə ata evi, obyekt, Bakı şəhərində ev cavabdeh tərəfindən nikahın pozulmaması qarşılığında maraqlı şəxsə verilib, Məmmədova Günel məhkəməni uduzub, bundan sonra əmlaklar Cavabdeh geri qaytarılıb. Sözügedən əmlakların hazırda mübahisələnidirilən əmlaklara aidiyyəti yoxdur. Həmin mübahisə yekunlaşdıqdan sonra Məmmədova Günelin vəkili onunla əlaqə saxlayaraq, cavabdehlə barışıq sazişi bağlamağı və əmlakları Günelə verməsini təklif etmiş, qarşılığında pul təklif etmişlər. Cavabdeh də razılamışdır ki, digər tərəf övladlarının anasıdır. 25 dekabrda barışıq sazişi bağlanmış, notarial qaydada təsdiqlənmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs öz payından tam şəkildə Günel xanımın xeyrinə imtina edib. Həmin saziş əsasında Məmmədova Günelə 300000 manat dəyərində əmlak verilmişdir. Barışıq sazişi ilə nəzərdə tutulan obyektlər Xudat şəhərində obyekt, bağ sahəsi, evdir. Hazırda Xaçmaz Rayon Məhkəməsində əmlak bölgüsünə dair işə baxılır, 13000 manat məbləğində pul vəsaiti vermişlər. Pulun verildiyi gün qarşı tərəf apellyasiya şikayəti verib. Barışıq sazişini bağlamaqda məqsədləri bütün mübahisələri həll etmək idi, qüvvədə olan barışıq sazişi var. Barışıq sazişində sadalanan əmlakların siyahıya alınan əmlaklarla əlaqəsi yoxdur. Cavabdeh qardaşı İddiaçı iş adamıdır, imkanlı şəxsdir, şirkətləri var, Rəfailin isə qardaşı qədər imkanı yoxdur. Rəfail qardaşından aldığı borc məbləğindən Günelin qardaşına da pul verilib. Qardaşlar arasında münasibətlər əvvəllər normal olub, məhkəmə mübahisəsindən sonra münasibət yoxdur. Borc müqaviləsi yazılı qaydada bağlanıb, lakin notairal təsdiq olunmayıb. Cavabdeh pulu aldıqdan sonra qeyriyaşayış sahəsi tikdirib, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilrə. Hüquqlarını müdafiə etdiyi şəxs xırda ticarətlə məşğul olur, aylıq təxminən 3000 manat gəliri var. 680000 manat məbləğində borc vəsaitini alarkən düşünürdü ki, işləri yaxşı gedəcək geri qaytaracaq. Cavabdeh yazılı qaydada borc müqaviləsi bağlayıb, borcu qaytara bilməyib, ona görə də qardaşı ona qarşı məhkəmədə iddia qaldırıb. Cavabdehin tikdirdiyi qeyriyaşayış sahəsi Xudat şəhəri, H.Əliyev küçəsində 0.07 ha torpaq sahəsinin üzərində yerləşir. Binəqədi rayonunda yerləşən əmlakı vermək niyyəti yoxdur. 680000 manata 7 sotda qeyri-yaşayış sahəsi tikilib. 680000 manat 2020-ci ildə borc verilib, 3 ilə geri qaytarılmalı idi. 3 il müddətində heç bir məbləğ ödənilməyib, məhkəmə qətnaməsi ilə əmlaklar cavabdehin əlindən alınmışdır.

İşdə olan sübutlar

14. ## ###### 2020-ci il tarixli borc müqaviləsindən müəyyən olunur ki, ## ###### 2023-cü ilədək tam şəkildə qaytarmaq şərti ilə iddiaçı cavabdehə 680000 manat borc pul vermişdir.

15. ##.##.2020-ci il tarixli əlyazma ilə yazılmış qəbzdən də müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı 680000 manat pulu ## ###### 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş və bunu imzası ilə təsdiq etmişdir.

16. Cavabdeh ilə X8 arasında birgə nikah dövründə əldə edilmiş əmlaklara dair ##.##.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır.

17. RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Xudat şəhərində 0,07 ha torpaq sahəsi üzrərində Cavabdeh mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınmışdır.

18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, Cavabdeh məxsus olmuş, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən, üzərində qeyriyaşayış binası tikilmiş 0.07 ha torpaq sahəsi ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən X12 məxsusdur. Torpaq sahəsinin 0.03 ha hissəsi JN-İ693F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasən X3 məxsus olmuş və Xamnaz rayon * saylı NK-nun ##.##.2015-ci il tarixli, *Ə-** nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh alqı-satqı edilmişdir. 0.04 ha hissəsi Xaçmaz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(067)- ****/**** nömrəli qətnaməsi əsasında X6 Cavabdeh alqı-satqı edilmişdir. 0.03 ha torpaq sahəsinə Cavabdeh verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında torpaq sahəsini Xamnaz rayon * saylı NK-nun ##.##.2015-ci il tarixli *Ə-*** nömrəli alqı-satqı müqaviləsi əsasında X9 özgəninikləşdirmişdir. X9 həmin torpaq sahəsini Xaçmaz rayon * saylı NK-nun ##.##.2015-ci il tarixli *Ə- **** nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına özgəninikləşdirmiş və sonuncunun adına ##.##.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi və ********** qeydiyyat nömrəli çıxarış əsasında 0.07 ha(0.04+0.03) torpaq sahəsinə ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cu il tarixli, *(***)-****/**** nömrəli Qətnaməsi icra vərəqəsi əsasında 0.07 ha torpaq sahəsi İddiaçı ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonuncu həmin çıxarış əsasında 0.07 ha torpaq sahəsini Xaçmaz rayon * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli, *Ə-**** nömrəli alqısatqı müqaviləsi əsasında X12 özgəninikləşdirilmişdir.

19. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin iddiaçı İddiaçı ünvanladığı təklifdən və iddiaçı İddiaçı təklifi qəbul etməsinə dair razılığından isə görünür ki, İddiaçı Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə borc məbləğinin müəyyən hissəsi müqabilində cavabdeh Cavabdeh məxsus ümumi dəyəri 100000 manat olan əmlakları, o cümlədən Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0,07 ha torpaq sahəsindən ibarət əmlakı borcun 50000 manat hissəsi müqabilində mülkiyyətinə keçirməyi qəbul etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

21. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabağcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

24. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh qardaş olmaqla, onlar arasında ##.##.2020-ci il tarixdə 680000 manatın borc verilməsinə dair müqavilə bağlanmış, müqavilənin şərtinə əsasən cavabdeh aldığı borc məbləğini ## ###### 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı borcun ödənilmədiyini əsas gətirərək, 2024-cü ilin aprel ayında məhkəmədə iddia qaldırmış, cavabdeh isə iddianı etiraf etməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddianın təmin edilməsinə etiraz etməmiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılaraq, icraya yönəldilmişdir. Həmçnin, hüquq və vəzifələrinə toxuana şəxs X8 cavabdeh Cavabdeh arvadı olmaqla, onlar arasında ailə münasibətləri pozulmuş, X8 2023-cü ilin noyabr ayında nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

25. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin iddiaçı İddiaçı ünvanladığı təklifdən və iddiaçı İddiaçı təklifi qəbul etməsinə dair razılığından isə görünür ki, İddiaçı hazırda mübahisələndirilən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə borc məbləğinin müəyyən hissəsi müqabilində cavabdeh Cavabdeh məxsus ümumi dəyəri 100000 manat olan əmlakları, o cümlədən Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0,07 ha torpaq sahəsindən ibarət əmlakı borcun 50000 manat hissəsi müaqabilində mülkiyyətinə keçirməyi qəbul etmişdir.

26. İddia ərizəsində iddiaçı qeyd edilmişdir ki, cavabdeh borc məbləğini Xaçmaz rayonu, Xudat şəhəri, Axundov küçəsində yerləşən 7 sot torpaq sahəsində qeyri-yaşayış binasının tikilməsi üçün almışdır. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında alınmış borc müqabilində həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin inşa edildiyini bildirdiyindən məhkəmə kollegiyasının təklifinə əsasən həmin torpaq sahəsinin və üzərində inşa edlmiş tikiliyə dair müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif edimiş, cavabdeh tərəf isə buna müvafiq olaraq məhkəməyə RX seriyalı, ******* nömrəli Çıxarışın surətini və iki mərtəbəli, ümumi sahəsi 697.5 kv.m sahədən ibarət qeyri-yaşayış obyektinin tikinti layihəsini və tikintiyə icazə sənədini təqdim etmişdir. Həmin çıxarışa əsasən də Xaçmaz rayonu, Xudat şəhərində 0,07 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ ##.##.2018-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli arayışına əsasən isə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icrası əsasında həmin əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınaraq, ona ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı isə ##.##.2025-ci il tarixli, *Ə-**** nömrəli alqı-satqı müqaviləsi əsasında X12 özgəninikləşdirilmişdir.

27. Məhkəmə kollegiyası işin hallarını və iş materiallarında olan sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış borc müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olmuşdur. Əsas niyyət isə X8 birgə nikah dövründə əldə edilmiş əmlakda olan payı üzərində hüquqlarının təsbitinin qarşısının alınması olmuşdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdehin qardaş olmaqla, yaxın qohum olması, iddianın X8 ilə cavabdeh Cavabdeh arasında ailə münasibətləri pozulduqdan və X8 nikahın pozulması barədə məhkəməyə müraciət etməsindən sonra qaldırılması, X8 birgə nikah dövründə götürülmüş həmin borc məbləği ilə bağlı məlumatlı olmasına dair sübutların məhkəməyə təqdim ediməməsi, cavabdehin borcun mövcudluğunu etiraf etməsi ilə əlaqədar məhkəmədən kənar əmlaklarda olan payının borcun müqabilində iddiaçının mülkiyyətinə keçirməsinin mümkünlüyü, alınmış 680000 manat borc müqabilində Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 7 sot torpaq sahəsində inşa edimiş tikilinin torpaq sahəsi ilə birlikdə 50000 manat qiymətləndirilməklə qardaşının mülkiyyətinə keçməsinə etiraz etməməsi ilə bağlı işin halları müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma əqd olmasını təsdiq etmişdir.

29. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh ilə X8 arasında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişinin mövcudluğuna münasibətdə isə qeyd edir ki, qeyd olunan barışıq sazişinin hər hansı bir hüquqi nəticəsinin hazırkı mübahisəyə hər hansı bir aidiyyəti olmamaqla, hazırkı mübahisənin predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin əhəmiyyətsizliyi olmuşdur. Hazırkı icraat çərçivəsində müqavilənin əhəmiyyətsizliyinin təsbit olunması ilə bağlı şikayətçinin iradəsi, müqavilənin bağlanma tarixinə münasibətdə götürülən borc məbləğinin dolayısı ilə ər-arvadın ümumi borcu hesab edilməsi faktının, buna müvafiq olaraq birgə nikah dövründə əldə edilmiş əmlakdakı payına yönəldilməsinin qarşısının alınmasına, yəni mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə tələb edilən borc məbləğinin həddən artıq yüksək olması, iddiaçı və cavabdehin qardaş olmaqla, yaxın qohum olması, cavabdehin iddianı etiraf etməsi və birgə nikah dövründə ailənin mənafeyi üçün götürülən borc məbləğinin ər-arvadın ümumi borcu hesab oluna bilməsi ilə bağlı cavabdehin arvadının üçüncü şəxs qismində işə cəlb edilməsinin zəruriliyinə lazımi diqqət göstərməmişdir ki, bununla da hazıkı icraat çərçivəsində müəyyən edilən halları aydınlaşdırmadan, iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

30. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmişdir. Buna görə də apellyasiya şkayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməs ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar