Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-593/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlunun cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: pul tələbi, ödəmənin torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunan pulun borca yönəldilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlunun nümayəndə və vəkili Nümayəndə Bİnəli oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110.000 (yüz on min) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş 400 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi, ödəmənin Quba şəhərində 28120000800 qeydiyyat nömrəsi ilə cavabdehin adına qeydə alınmış 0,1086 ha torpaq sahəsinə yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması və satışdan əldə olunan pulun borca yönəldilməsi barədə iddiasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında uzun müddətdir ki, yaşayır. Cavabdeh Cavabdeh həyat yoldaşının qardaşıdır (qayınıdır). Təxminən 2012-ci ildə cavabdeh yeznəsi ona Quba şəhərində 0,11 hektara yaxın torpaq sahəsi satıldığını və münasib qiymətə almaq olduğunu, əgər pulları varsa göndərmələrini, gələcəkdə ev tkmək üçün onlara almasını telefon vasitəsilə bildirmişdir. O da cavabdehin doğma bacısı və öz həyat yoldaşı olan X6 ilə məsləhətləşib razılaşaraq, torpağın da qiyməti münasib olduğundan almağa qərar vermişlər. Elə 2012ci ildə Pərvizə 8000 (səkkiz min) ABŞ dolları məbləğində pul göndərmiş və bundan bir müddət sonra da 4000 (dörd min) ABŞ dolları, ümumilikdə 12000 (on iki min) ABŞ dolları məbləğində pul göndərmişlər ki, həmin mübahisəli torpaq sahəsini onlar üçün cavabdeh satın alsın. Cavabdeh torpaq sahəsini satın alıb öz adına sənədləşdirmiş və bildirmişdir ki, gələndə sizin adınıza keçirdər, onlar da razılaşmışlar. Bundan bir il sonra, yəni 2013cü ildə Qubaya gəlmiş və sənədi adına keçirməsini cavabdehə bildirdimiş, o, isə hələ sənədlərin hazır olmadığını bildirərək, sənəd hazır olanda keçirəcəyini söyləmişdir. İddiaçı həyat yoldaşı ilə bir müddət Qubada qonaq qalandan sonra geri qayıtmışdır. Qubaya növbəti dəfə 2016-ci ildə gəlmişlər və yenə də torpağın sənədini adına keçirməsini istəmişdir. Pərviz bildirmişdir ki, qonşu torpaq sahəsi ilə aralarında mübahisə olduğundan hələ sənədlər hazır deyil, yaxın vaxtda hazır olacaq. Bu bəhanədən sonra Hüseyn təkrar geri Rusiyaya qayıdaraq və 2018-ci ildə yenidən Qubaya qonaq gəlməli olmuşlar. Bu gəlişdə də cavabdeh yenə müxtəlif bəhanələr gətirərək sənədlərin tam hazır olmadığını bildirmişdir. Bu ilin yəni 2025-ci ilin yay ayında həyat yoldaşı ilə yenidən Rusiya Federasiyasından Quba rayonuna gəlmiş, cavabdeh Pərviz ilə torpağın sənədləşmə istiqamətində danışıqlar aparmış, buna baxmayaraq cavabdeh torpağı iddiaçının adına rəsmiləşdirməkdən müxtəlif bəhanələr gətirməklə boyun qaçırtmışdır. Məlum olmuşdur ki, torpaq sahəsini öz adına sənədləşdirib, lakin iddiaçının adına keçirməkdən imtina edir, bildirir ki, torpaq onundur və heç kimə vermir. Cavabdeh bu yolla onu və onun həyat yoldaşını aldadaraq pullarını ələ keçirmişdir. Hazırda həmin torpaq sahəsinin hər sotu 10.000 manat olmaqla ümumi bazar qiyməti 110.000 manat təşkil etməkdədir. Pərviz təxminən 2-3 ildir ki, torpaq sahəsini satışa çıxardıb, lakin gələn müştərilərə qonşular bu torpaq sahəsi mübahisəlidir dediklərindən sata bilməmişdir. İşin bu göstərilən hallarını cavabdehin bacıları Gülnarə və Arifə, eləcə də qardaşı Asəf də birbaşa təsdiq edirlər və məhkəmədə də şahid qismində ifadə verməyə hazırdırlar. Həmçinin qeyd edir ki, DƏDRXnin * saylı Xaçmaz Ərazi idarəsinin sorğuya vermiş olduğu ##.##.2025-ci il tarixli cavabından görünür ki, həqiqətən də cavabdehin adına Quba şəhərində 28120000800 qeydiyyat nömrəsi ilə 0,1086 ha torpaq sahəsi reyestrdə qeydə alınmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsi onun pulu ilə alındığından və hazırda da torpaq sahəsinin real bazar qiyməti təxminən 110.000 manat təşkil etdiyindən iddia tələbi məhkəmə qaydasında təmin olunmalı, cavabdehdən 110.000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməli və ödəmə torpaq sahəsinə yönəldilməlidir.
3. İddia tələbinə qaşrı yazılı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, qeydiyyat nömrəsi 2812000800 olan ##.#.2012-ci il tarixli Çıxarışa əsasən mübahisə predmeti olan torpaq sahəsinin hazırda mülkiyyətçisi cavabdeh Cavabdehdur. Məhkəmə iclsında şahid qismində iştirak edən Əmrahov Teymurun tikdiyi əmlakın bir hissəsi Cavabdeh torpaq sahəsinə düşdüyündən aralarında məhkəmə mübahisəsi yaranmış və Quba Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2016-cı il tarixli Qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdeh X3 özbaşına tikdiyi sahə 122 kv.m olan evin Cavabdeh mülkiyyətində olan 0.1086 ha torpaq sahəsinə düşən 74 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi və onun həmin hissədən çıxarılması, torpaq üzərində Cavabdeh sahiblik, sərəncam və istifadə hüquqlarının bərpa edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Həmin Qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)***/**** nömrəli Qətnaməsi ilə, Sumqayıt Apellysiya Məhkəməsinin Qətnaməsi isə Ali Məhkəmənin ##.##.2017-ci il tarixli, *(***)-****/** nömrəli Qərarı ilə qüvvədə saxlanılmışdır. Məhkəmə araşdırması zamanı, işin mübahisəsiz halı kimi 2012-ci il tarixdə iddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlunun arvadı tərəfindən cavabdeh Cavabdeh pul vəsaitinin göndərilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında bu fakt cavabdeh tərəfindən təsdiq edildiyindən əlavə sübutların təqdim edilməsinə zərurət qalmamışdır. Lakin həmin pulun iddiaçı torpağın alınması üçün göndərildiyini qeyd etsə də, cavabdeh bunu inkar etmiş, torpağın öz pulu ilə alındığını qeyd etmişdir. İş materiallarında həmin vəsaitin konkret olaraq torpaq sahəsinin alınması üçün göndərildiyini təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Yəni pul vəsaitinin göndərilməsi faktının müəyyən edilməsi həmin vəsaitin hüquqi təyinatını müəyyən etmir və bu hal özlüyündə iddia tələbinin əsaslılığını təsdiq edən sübüt kimi qiymətləndirilə bilməz. Məhkəmədə təqdim edilmiş və tətqiq edilmiş CD diskə münasibətdə qeyd edir ki, səs yazısında olan torpaqla bağlı müzakirələrin sözügedən məhz həmin torpaq sahəsi ilə bağlı olduğunu və onun səsi olduğunu cavabdeh özü təsdiqləmiş olsa da səs yazısının hansı tarixə aid olması, yaranma şəraiti müəyyən edilməmiş, səs yazısının hansı tarixə aid olduğunu təsdiq edən hər hansı sübütü iddiaçı tərəf də məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçı tərəfin təşəbbüsü ilə çağrılmış şahidlər torpaq sahəsinin iddiaçının həyat yoldaşının pul vəsaiti hesabına alındığını qeyd etmişlər. Şahid ifadəsində sözügedən torpaq sahəsi ilə bağlı alındığı tarixdən (təxmini 10 il əvvəl) qısa müddət ərzində Pərvizin digər şəxslə gəlib həmin torpağı satmaq istədiyini bildirməsi və onun tərəfindən bu barədə iddiaçıya və həyat yoldaşına məlumat verməsi onu təsdiq edir ki, artıq həmin vaxtdan iddiaçı öz hüququnun pozulduğunu bilməli idi. Yəni bu hal iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın daha əvvəlki dövrə (torpaq alındığı vaxtdan qısa müddətə) təsadüf etdiyini göstərir. Digər tərəfdən torpaqla bağlı üçüncü şəxslərə münasibətdə mübahisənin olması (nəzərə alınmalıdır ki, bu məsələ ilə əlaqədar yuxarıda adıçəkilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları var) çıxarışın digər şəxsin adına rəsmləşdirilməsi üçün maneə deyildir. Mülki dövriyyənin sabitliyini təmin etmək üçün daşınmaz əmlaka münasibətdə qanunvericilikdə daha ciddi prosedur qaydaların tətbiq olunduğu cəmiyyətdə hər kəsə məlum olan haldır. Tərəflər arasında dolayı sübütlarla tapşırıq müqaviləsinin olduğunu deməyə əsaslar olsaydı belə iddia müddətinin tətbiq məsələsi nəzərə alınmalı idi. Belə ki, cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. İşin bütün hallarından görünür ki, sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı münasibətlər birbaşa iddiaçı ilə cavabdeh arasında deyil, cavabdeh və onun bacısı (yəni iddiaçının arvadı) arasında yaranmışdır. İddiaçının öz adından belə tələb irəli sürməsi üçün hüquqi əsaslar mövcüd deyil və ya mövcud olsa da bu barədə sübutlar (məsələn: həmin vəsaitin tərəflərin birgə nigah dövründə əldə edildiyi və s) məhkəməyə təqdim edilməmişdir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1,139.3, 146.1, 324.1, 372.1, 372.2, 373.1, 375.2, 377.1, 385.1, 386.1, 777.1, 777.2, 782.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlu apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarından görünür ki, cavabdeh iddiaçıya hazırkı mübahisəli torpaq sahəsinin ucuz qiymətə satıldığını və həmin torpaq sahəsini almağı təklif etmiş, bunun üçün Rusiyadan pul göndərməsini istəmişdir. Bundan sonra iddiaçı ailəsi ilə X12 rayonuna gələrək satın almaq istədiyi torpaq sahəsinə baxmış və bəyənmişdir. Bundan sonra cavabdeh torpaq sahəsinin sənədləşmə işində biraz problem olduğunu demiş və həll etdikdən sonra iddiaçının adına alqı-satqı edəcəyini bildirmişdir. İddiaçı da cavabdehi qohumu (bacısının əri) olduğundan ona inanmış və geri Rusiyaya qayıtmışdır. Sonradan cavabdeh torpaq sahəsinin sənədləşmə işini bitirdikdən sonra öz adına reyestrdən çıxarış almış və iddiaçının sonuncu 2025-ci ildə Quba rayonuna gəlişində torpaq sahəsini onun adına keçirməkdən imtina etmiş və bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburuyyətində qalmışdır. İşin bu halı məhkəmkədə dindirilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi son nəticəyə gələrkən bu halları nəzərə almamış və düzgün hüquqi qiymət verməmiş, nəticədə istinad olunan maddi hüquq normasının tələbini də pozmuşdur. Bunlarla yanaşı qeyd edir ki, mülki işin materiallarında olan ##.##.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Cavabdeh Quba şəhərində olan 0.1086 ha torpaq sahəsini bacısı hazırkı iddiaçının həyat yoldaşı X6 vəsiyyət etmişdir. Belə bir sual çıxır ki, əgər mübahisəli torpaq sahəsi həqiqətən də bacısı X6 həyat yoldaşı hazırkı iddiaçı Hüseyn İsgəndərovun pulu ilə alınmamışdısa, bəs onda niyə cavabdeh 190.000 manat dəyərində olan torpaq sahəsini bacısına vəsiyyət edir?. Hesab edir ki, məhkəmə işin bu halına da düzgün hüquqi qiymət verməmişdir. Mülki işin materiallarından və məhkəmə araşdırmasından cavabdehin öhdəliyinə əməl etmədiyi halı tam təsdiq olunmuşdur. Belə ki, cavabdeh məhkəmə iclasında verilən suallara cavabında, iddiaçıdan pulu aldığını, torpaq sahəsinin ucuz qiymətə satılması barədə iddiaçıya deməsini və torpaq sahəsini iddiaçının almasm deməsini, iddiaçının dəfələrlə gəlib torpaq sahəsinə baxdığını, özünün Rusiyadan gələrkən pulsuz gəldiyini və torpaq sahəsini almağa pulunun olmadığını bildirmiş, işin bu halları bir daha təsdiq edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmiş, iddiaçını aldatmışdır. Məhkəmə işin hallarına iddia müddətini tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Beləki, məhkəmə araşdırmasında məlum oldu ki, iddiaçı Quba rayonuna 2025-ci ilin ortalarında sonuncu gəlişi zamanı cavabdehlə oturub söhbət edərkən cavabdeh mübahisəli torpaq sahəsini onun adına keçirməyəcəyini bildirmiş, həmin vaxta qədər torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bildirmiş və adına küçirəcəyini demiş, yalnız sonuncu gəlişində imtina etmişdir. İşin bu halından sübuta yetirilir ki, iddiaçı hüququqnun pozulduğunu məhz sonuncu gəlişi zamanı bilmişdir. Maddənin tələbindən də göründüyü kimi iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hesab edir ki, məhkəmə bu hissədə də düzgün olmayan mövqeyə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən göstərilən bu prosessual normanın tələbini də pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri barədə işin hallarını ümumiyyətlə araşdırmamış, həmçinin tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə işin hallarına yuxarıda göstərilən maddi hüquq (Mülki Məcəlləsinin 442-ci maddəsi) tətbiq etməli olduğu halda bunu etməmiş nəticədə göstərilən prosessual normanın tələbini pozmuşdur. Yəni tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsgəndərov Hüseyn Əmirxan oğlunun nümayəndə və vəkili Nümayəndə Bİnəli oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı cavabdehin bacısının əridir. Ailəsi ilə birgə Rusiyada yaşayır. Cavabdeh yeznəsi Azərbaycana gələndə ona pulunun olmadığını, lakin çox münasib qiymətə torpaq sahəsi satıldığını bildirmiş, torpaq sahəsini almağı təklif etmişdir. İddiaçı arvadı ilə birgə torpaq sahəsinə baxış keçirmiş və bəyənmişlər. İddiaçı Rusiyaya qayıtdıqdan sonra pullar göndərmiş və həmin pullar hesabına torpaq sahəsi alınmış, lakin cavabdeh torpaq sahəsini öz adına rəsmiləşdirmiş, sənədləşdirmə ilə bağlı problem olduğunu bildirərək bacısıgil Azərbaycana qayıdan kimi onların adına keçirəcəyi barədə onlara söz vermişdir. İddiaçı və arvadı Qubaya hər dəfə gələndə torpaq sahəsinə də baş çəkiblər, sənədləşdirmə işini soruşduqda isə həmin torpaq sahəsində başqa şəxsin ev tikdirməsi və məhkəmədə ona qarşı iddia qaldırmasını bildirmiş, mübahisənin həllindən sonra torpaq sahəsini onların adına rəsmiləşdirəcəyini bildirmişdir. Həqiqətən də tikilinin sökülməsi tələbi ilə iddia qaldırılmış, iddia təmin edilmiş, apellyasiya və kassasiya icraatları zamanı qətnamə qüvvədə qalmış, buna baxmayaraq qətnamənin icrası hələ də baş tutmamışdır. Sökülməsi barədə qərar qəul edilən tikilinin sahibi mübahisəli torpaq sahəsinin müəyyən hissəsini zəb edib, o isə torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bilir və iddiaçı ilə aralarında müəyyən razılaşma olub, çünki iddiaçı hər dəfə Azərbaycana gələndə torpaq sahısinə baş çəkib, həmin şəxs isə orada yaşayıb, onu görüb. İddiaçı zəbt edilən torpaq sahəsindən həmin şəxsin xeyrinə imtina etmişdir. Lakin hazırki iş üzrə cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Bacı-qardaşlar arasında mübahisə yaranıb. Həmin vaxta qədər heç bir problem olmayıb, iddiaçı bildirib ki, qətnamənin icrasına ehtiyac yoxdur, torpaq sahəsinin zəbt olunan hissəsini güzəştə getmişdir. Cavabdehin münasibətinə gəldikdə isə bildirir ki, bacısından pul vəsaiti alıb, lakin həmin vəsaiti torpaq sahəsi ilə bağlı almayıb. Ona görə də iddiaçı məcbur qalaraq məhkəməyə müraciət edib. Hazırda iddiaçı ya torpaq sahəsinin ya da onun dəyərinin iddiaçıya qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsində alınan şahid ifadələri də torpaq sahəsinin iddiaçı üçün alındığını təsdiq etmişdir. Cavadehin bacısı da torpaq sahəsini tələb edir, lakin iddianı ailə başçısı kimi əri qaldırmışdır.
11. Məhkəmə kollegiyasının iclasındacavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddaçının vəkilinin izahatı həqiqəti əks etdirmir. Belə ki, onun iddiaçı olan yeznəsi ilə heç bir pul və torpaq söhbəti olmamışdır. Onun söhbəti yalnız bacısı ilə olmuşdur. Əgər bacısının ona qarşı hər hansı bir iddiası varsa bu halda o iddia qaldırmalı idi. Torpaq sahəsinin alınması üçün o, bacısından 8000 manat pul almışdır. Lakin, bu təklifi o bacısına bildirmişdir ki, münasib torpaq sahəsi var və həmin torpaq sahəsini almaq lazımdır. Lakin, həmin torpaq sahəsini bacısına almamışdır. Torpaq sahəsinin alınması söhbətində bacısı iştirak etmiş, lakin, torpaq sahəsinin gələcəkdə onun mülkiyyətinə keçirilməsi söhbəti olmamışdır. Əgər bacısına torpaq sahəsi alınsa idi onun adına alınardı. Bununla yanaşı bacısına demişdir ki, torpağı aldıqdan sonra gələcəkdə nə lazımdırsa onun üçün edəcəkdir. O, elə başa düşmüşdür ki, bacısı yardım üçün ona köməklik etmişdir. O, da xətrini istədiyi bacısı olduğu üçün gələcəkdə əlindən gələni ona edəcəyini ifadə etmişdir. Hətta bacısının xəbəri olmadan 2023-cü ildə bütün əmlakını ona vəsiyyət etmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
İşdə olan sübutlar
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh adına Quba şəhərində 0.1086 ha torpaq sahəsi, Quba rayonu Əski-İqriq kədində 480.2 kv metr, evi 19.33 kv metr olan torpaq sahəsi, həmin kənddə 3.24 ha və 0.25 ha ümümbirgə mülkiyyətdə olan torpaq sahələri qeydiyyata alınmışdır.
13. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmişdir.
14. Quba Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2016-cı il tarixli Qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdeh X3 özbaşına tikdiyi sahə 122 kv.m olan evin Cavabdeh mülkiyyətində olan 0.1086 ha torpaq sahəsinə düşən 74 kv.m hissəsinin cavabdehin hesabına sökülməsi, və onun həmin hissədən çıxarılması, torpaq üzərində Cavabdeh sahiblik, sərəncam və istifadə hüquqlarının bərpa edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Həmin Qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli Qətnaməsi ilə, Sumqayıt Apellysiya Məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/** nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır.
15. ##.##.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Cavabdeh Quba şəhərində olan 0.1086 ha torpaq sahəsini və Quba rayonu Əskiİqriq kədində yerləşən fərdi yaşayış evi və torpaq sahəsini bacısı hazırkı iddiaçının həyat yoldaşı X6 vəsiyyət etmişdir.
16. 23.01.20226-cı il tarixli “xxxx” MMC-nin verdiyi qiymətləndirmə hesabatına əsasən Quba şəhərində olan 0.1086 ha torpaq sahəsinin qiyməti 190.000 müəyyən edilmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Quba şəhərində olan 0.1086 ha torpaq sahəsi ##.##.2012-ci il tarixdə cavabdehin adına rəsmiləşdirilmişdir.
18. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, bacısı Rəhilə və həyat yoldaşı Rusiya Federasiyasında yaşayır, 10-12 il əvvəl Pərvizə onlar üçün torpaq almaq məqsədilə pul göndərmişdirlər. Nə qədər pul vəsaiti göndərildiyini bilmir. Digər bacı-qardaşlarında Pərvizlə münasibəti olmadığını qeyd etmişdir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, sözügedən torpağı hazırkı cavabdehin bacısı və həyat yoldaşı almış, bu barədə onlar Teymurun evinə qonaq gələn zaman məlumat vermişdirlər. Torpaq alındıqdan bir ay sonra Pərviz digər bir şəxslə gəlib torpağı satacağını demiş, Teymur isə Pərvizin bacısı Rəhiləyə zəng edib məlumat vermişdir. Daha sonra torpağın Pərviz tərəfindən alındığını qeyd etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi
777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
22. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehlə şifahi qaydada tapşırıq müqaviləsi bağladığını, həmin tapşırığa əsasən onun verdiyi pul əsasında gələcəkdə onun mülkiyyətinə keçirməsi şərti ilə torpaq sahəsi aldığını, lakin sonradan onun tapşırığı əsasında aldığı torpağı onun mülkiyyətinə keçirməkdən imtina etdiyini buna görə də zərərə məruz qaldığını və cavabdehin ona vurulan zərər hesabına əsassız varlandığını iddia etsə də iddiaçı ilə cavabdeh arasında buna dair tapşırıq müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinin alınması və pulun verilməsi ilə bağlı iddiaçı ilə arasında hər hansı bir razılaşma olmadığını, pulun ona iddiaçının arvadı, onun isə bacısı tərəfindən verildiyini bildirməklə, alınmış torpaq sahəsinin isə gələcəkdə bacısının mülkiyyətinə keçirilməsi ilə bağlı razılaşmanın da olmadığını iddia etmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş səs yazısından da müəyyən edilir ki, cavabdehin bacısı ehtimal olunan şəxs pulu onun verdiyini, həmin pulu onun qazandığını və torpaq sahəsinin onun mülkiyyətinə keçirilməli olmasını cavabdehə bildirməkdədir. Qeyd edilən hallar nəzərə alındıqda, pul verilməsi və torpaq sahəsinin alınması ilə bağlı hər hansı bir tapşırıq müqaviləsi mövcud olduğu halda həmin müqavilənin tərəflərinin cavabdehlə bacısının olması təsdiq olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddianı irəli sürə bilməsi üçün subyektiv hüququnun olmaması ilə bağlı bağlı birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə əsaslı olmuşdur.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürə bilmək üçün subyektiv hüququnun olmaması tələb üzrə digər halların hüquqi dəyərləndirməsini istisna etməkdədir. Birinci instansiya məhkəməsi işin digər hallarına qiymət verməklə yanaşı, iddiaçının hazırkı iddianı irəli sürə bilməsi üçün subyektiv hüququnun olmaması ilə bağlı yekun nəticəyə gəlmişdir ki, bununla da birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olmuşdur. Qeyd edilən əsaslara görə isə qətnamənin ləğv edilərək, yenidən eyni nəticəyə gəlinməsinə də zərurət olmamışdır.
27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.