Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-610/2026 01.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İsgəndərov Rəhim Musa oğlunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İsgəndərov Rəhim Musa oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsgəndərov Rəhim Musa oğlu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 vurulmuş maddi zərərə görə 48.501.8 manat pul vəsaitinin, həmçinin vurulmuş mənəvi zərərin kompesasiyasına kimi 10.000 manat məbləğində pulun və ödənilmiş 270 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada maddi zərərin əvəzi olaraq 10.000 manat və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pul vəsaiti, 270 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İsgəndərov Rəhim Musa oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Gülsarə İmanova) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi məhkəməyə müraciət edərək, Zəngilan rayon Məhkəməsinin iş № *-(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi Qətnaməsinin ləğv edilib və mülki işi təzələyərək mahiyyəti üzrə baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə İddiaçı İsgəndərov Rəhim Musa oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qiyabi qətnamənin ləğv edilməsi və mülki işi təzələyərək mahiyyəti üzrə baxışa təyin edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ərizəsinin həmin qətnamənin onun hüquq və vəzifələrinə toxunmadığına görə geri qaytarılması qərara alınmışdır. (hakim Gülsarə İmanova) Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi şikayət vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi öz mövqeyini belə əsaslandırmışdır ki, Zəngilan rayon Məhkəməsinin iş № *-(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi Qətnaməsi AR Daxili İşlər Nazirliyinin o cümlədən AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimai nüfuzdan salır və cəmiyyətdə xoşa gəlməyən təcrübənin formalaşmasına səbəb olur. Bu səbəbdən də göstərilən qətnamə AR Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin maraqlarına toxunur. Qeyd edir ki, verilmiş iddia tam əsassızdır və iddia rədd edilməli idi. Belə ki, vətəndaş postda saxlanılaraq yoxlanan zaman xidmətdə olan polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və təhqir etmiş, bundan kifayətlənməyərək ictimai asayişi pozmuşdur. Polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan tabesizlik etmiş nəticədə bu halın qarşısının alınması üçün post patrul xidmətinin əməkdaşlarını mübahisə gedən yerə çağılaraq müvafiq tədbirlərin görülməsi təmin edimişdir. Xüsusi olaraq məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, Yol-patrul xidməti haqqında təlimata əsasən Yol-patrul xidməti (bundan sonra -YPX) Dövlət Yol Polisi (bundan sonra - DYP) qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir. Həmçinin yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla nəzərdə tutulan hallarda nəqliyyat vasitələrinin istismarını qadağan etmək və digər vəzifələri icra etmək səlahiyyətinə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.4.-cü maddəsinə əsasən Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Hesab edir ki, qanunla müəyyən edilmiş qaydada Məhkəmədə iştirak edərək çəkişmə prinsipinə uyğun olaraq maraqlarını müdafiə etmək hüququndan məhrum olunmuşdur. Məhkəmə iddia ərizəsini icraata qəbul edərkən araşdırmamışdır ki, bu iddia yönələn şəxs (dövlət orqanları fiziki və hüquqi) şəxslər iddiaya cavab verməli olan şəxslərin dairəsinə aiddirlərmi. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli Qərarı). Bir sözlə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə cavabdeh olmayan şəxsə qarşı yönəlmiş, məhkəmə isə bu hala diqqət verməyərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, “Təhqiqat, ibtidai istintaq prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən həmin qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Göründüyü kimi Qanunun normasında vurulmuş ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bununla da iddiaçı İsgəndərov Rəhim Musa oğlunun cavabdehlər BDYPİ-nin bilavasitə tabeliyində olan YPX-i alayının 7-ci tağımının əməkdaşları cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbini bu tələbə cavab verməli olan şəxsə, yəni dövlət büdcəsinin icrasını təmin edən orqana yönəltməli olduğu halda, cavabdeh olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsini göstərmiş, işə baxmış birinci instansiya məhkəməsi iddia tələbini İdarəyə qarşı təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamədən göründüyü kimi, dövlət büdcəsinin icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Belə olan halda hesab edir ki, iddia tələbi Maliyyə Nazirliyinə qarşı qaldırılmalı olduğu halda iddiaçı iddia tələbinə cavab verməli olmayan İdarənin əməkdaşlarını cavabdeh kimi göstərmişdir. İddiaçı İsgəndərov Rəhim Musa oğlunun iddiası üzrə çıxarılmış Zəngilan rayon Məhkəməsinin iş № *-(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi Qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasındamüəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Bununla da işə baxmış məhkəmə göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Zəngilan rayon Məhkəməsinin iş № *-(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qiyabi Qətnaməsi ləğv edilməli və mülki iş təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmalıdır. Ona görə də prosessual hüquqlarından istifadə edərək yuxarıda qeyd olunan qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim edir. Eyni zamanda MPM-nin 249-cu maddəsinə əsasən Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin nümayndəsi X2 şikayəti müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsgəndərov Rəhim Musa oğlu şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Göründüyü kimi, qiyabi qətnamənin ləğvi üçün qətnaməni çıxartmış məhkəməyə ərizə vermək hüququ cavabdehə məxsusdur. İşdən isə görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi hazırki mülki iş üzrə cavabdeh deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Zəngilan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qiyabi qətnaməsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-610/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-610/2026
01.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver