Məhkəmə qərarları › İş №2(3-8)-639/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-639/2026

12.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-639/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh prossesual müddətin bərbası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzrlü hesab edib bərpa edilməsini və təqdim etdiyi apellyasiya şikayətini icraata götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2015ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli, iş 2(012)-4906/2015) iddiaçı iddiaçı2nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası təmin edilərək cavabdeh cavabdeh2 ilə iddiaçı2 arasında bağlanmış ## #### 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## #### 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 11212,99 (on bir min iki yüz on iki dollar 99 sent) ABŞ dolları, faiz borcuna görə 1443,64 (min dörd yüz qırx üç dollar 64 sent) ABŞ dolları, 124,62 (yüz iyirmi dörd dollar 62 sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12781,25 (on iki min yeddi yüz səksən bir dollar 25 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı iddiaçı2-yə ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi bugünədək mənə rəsmi qaydada təqdim olunmamışdır. Belə ki, yaxın zamanda mühasibatlıq şöbəsindən əldə etdiyi məlumata əsasən, o lazımi qaydada məlumatlandırılmadan və məhkəmə icraatında iştirakı təmin edilmədən barəsində mülki işə baxılmış, qəbul edilmiş məhkəmə aktı əsasında isə əmək haqqından tutulma tətbiq olunmuşdur. Konkret olaraq, ## ###### 2026-cı il tarixdə işlədiyi "xxxx" MMC-yə Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş icra vərəqəsi əsasında ona məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli işi üzrə ##.##.2016-cı il tarixli icra sənədi ##.##.2021-ci il tarixdə icraata qəbul edilmişdir. Həmin icra sənədinə əsasən, borclular - cavabdeh2 və cavabdeh1 - LPO iddiaçı2-nin xeyrinə 12781,25 (on iki min yeddi yüz səksən bir dollar 25 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu ödəməlidirlər. Bununla yanaşı, ona aid edildiyi bildirilən icra ödənişinin məbləği 1523,06 (min beş yüz iyirmi üç manat 6 qəpik) manat təşkil edir. Halbuki, tərəfindən hər hansı zaminlik müqaviləsi imzalanmamış, heç bir öhdəlik götürülməmişdir. Buna baxmayaraq, barəsində icra prosesinin onun məlumatı və iştirakı olmadan həyata keçirilməsi, nəticə etibarilə əmək haqqına yönəldilməsi məhkəmə araşdırmasının fundamental prinsiplərinin pozulması deməkdir. Baxmayaraq ki, məhkəmə aktlarının tərəflərə verilməsi məhkəmə orqanının birbaşa vəzifəsidir, sözügedən məhkəmə qətnaməsi onun yaşadığı ünvana bu günə kimi göndərilməmişdir. Buna görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2015-ci il tarixli qətnaməsindən şikayət etmə müddəti ondan asılı olmayan səbəblərdən ötürülmüş və buna görə də müddətinin buraxılması üzrlü hesab edilməlidir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək appelyasiyya şikayəti verdiyi üçün müddətin bərba edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. cavabdeh1 appelyasiyya şikayəti verdiyi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verərək, Abşeron Rayon Məhkəməsinin 16.11.2015ci il tarixli, *(***)-****/**** nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. ## ###### 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## #### 2014cü il tarixli kredit müqaviləsi üzrə 11212.99 (on bir min iki yüz on iki dollar, doxsan doqquz sent) ABŞ dolları əsas 1443.64 (min dörd yüz qırx üç dollar, altmış dörd sent) ABŞ dolları faiz, 124.62 (yüz iyirmi dörd dollar, altmış iki sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12781.25 (on iki min yeddi yüz səksən bir dollar, iyirmi beş sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respubliksı Mərkəzi Bankının müəyyən etdiyi rasm valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı iddiaçı2-ödənilsin. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2015-ci il tarixli qətnaməsi ## ####### 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İcra vərəqəsi ## ###### 2016-cı ildə verilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən, cavabdeh cavabdeh1 tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı X4 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edərək, prosessual müddətin bərpasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli qətnaməsi ilə (hakim l.Ə.Kərimli, iş 2(012)-4906/2015) iddiaçı iddiaçı2-nin cavabdehlərcavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası təmin edilərək cavabdeh cavabdeh2 ilə iddiaçı2 arasında bağlanmış ## #### 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X3 və cavabdeh1 müştərək qaydada ## #### 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 11212,99 (on bir min iki yüz on iki dollar 99 sent) ABŞ dolları, faiz borcuna görə 1443,64 (min dörd yüz qırx üç dollar 64 sent) ABŞ dolları, 124,62 (yüz iyirmi dörd dollar 62 sent) ABŞ dolları cərimə borcu olmaqla,cəmi 12781,25 (on iki min yeddi yüz səksən bir dollar 25 sent) ABŞ dolları (ödənişgünü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı iddiaçı2-yə ödənilməsi qət edilmişdir. ## ###### 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## #### 2014- cü il tarixli kredit müqaviləsi üzrə 11212.99 (on bir min iki yüz on iki dollar, doxsan doqquz sent) ABŞ dolları əsas 1443.64 (min dörd yüzqırx üç dollar, altmış dörd sent) ABŞ dolları faiz, 124.62 (yüz iyirmi dörd dollar, altmış iki sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12781.25 (oniki min yeddi yüz səksən bir dollar, iyirmi beş sent) ABŞ dolları (ödənişgünü üçün Azərbaycan Respubliksı Mərkəzi Bankının müəyyən etdiyirasm valyutaməzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı iddiaçı2-ödənilsin. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2015-ciil tarixli qətnaməsi ## ####### 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İcra vərəqəsi ## ###### 2016-cı ildə verilmişdir. Lakin icra sənədi faktiki olaraq ##.##.2021-ci il tarixində icraata qəbul edilmişdir. O, cavabdeh1 isə bu iş barədə yalnız ##.##.2026-cı il tarixində, əmək haqqından tutulma aparıldığı zaman məlumat əldə etmişdir, icra məmuru ilə əlaqə saxayaraq icra sənədi ilə tanış olmuş, icra sənədinin verilməsi üçün əsas olmuş sənədlər haqda məlumat almışam. Bu səbəbdən, mən, cavabdeh1 dərhal ## ###### 2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin təqdim edilməsi üçün icra sənədini vermiş məhkəmə qətnaməsini qəbul etmiş Abşeron Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət etmişdir. Məhkəmə qətnaməsi gec verildiyi üçün təxirə salınmadan məhkəmə qətnaməsini ona verilməsini gözləmədən, icra məmurundan aldığı zəruri məlumatlar əsasında hüquqşünas tanışlarının köməyi ilə apellyasiya şikayəti tərtib etdirib məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayəti ilə bərabər prosessual müddətin bərpası xahişi ilə məhkəməyə ərizə ilə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətini buraxmağının üzrlü hesab edilərək, bərpa olunmasını və təqdim etdiyi apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2015- ci il tarixli qətnaməsi ilə (hakim l.Ə.Kərimli, iş 2(012)- 4906/2015) iddiaçı iddiaçı2nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddiası təmin edilərək cavabdeh cavabdeh2 ilə iddiaçı2 arasında bağlanmış ## #### 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada ## #### 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 11212,99 (on bir min iki yüz on iki dollar 99 sent) ABŞ dolları, faiz borcuna görə 1443,64 (min dörd yüz qırx üç dollar 64 sent) ABŞ dolları, 124,62 (yüz iyirmi dörd dollar 62 sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12781,25 (on iki min yeddi yüz səksən bir dollar 25 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun və 30 (otuz( manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı iddiaçı2-yə ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi bugünədək ona rəsmi qaydada təqdim olunmamışdır. Belə ki, yaxın zamanda mühasibatlıq şöbəsindən əldə etdiyi məlumata əsasən, o lazımi qaydada məlumatlandırılmadan və məhkəmə icraatında iştirakı təmin edilmədən barəsində mülki işə baxılmış, qəbul edilmiş məhkəmə aktı əsasında isə əmək haqqından tutulma tətbiq olunmuşdur. Konkret olaraq, ## ###### 2026-cı il tarixdə işlədiyim "xxxx" MMC-yə Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş icra vərəqəsi əsasında mənə məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli işi üzrə ##.##.2016-cı il tarixli icra sənədi ##.##.2021-ci il tarixdə icraata qəbul edilmişdir. Həmin icra sənədinə əsasən, borclular - cavabdeh2 və cavabdeh1 - LPO iddiaçı2-nin xeyrinə 12781,25 (on iki min yeddi yüz səksən bir dollar 25 sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu ödəməlidirlər. Bununla yanaşı, ona aid edildiyi bildirilən icra ödənişinin məbləği 1523,06 (min beş yüz iyirmi üç manat 6 qəpik) manat təşkil edir. Halbuki, tərəfindən hər hansı zaminlik müqaviləsi imzalanmamış, heç bir öhdəlik götürülməmişdir. Buna baxmayaraq, barəsində icra prosesinin onun məlumatı və iştirakı olmadan həyata keçirilməsi. nəticə etibarilə əmək haqqına yönəldilməsi məhkəmə araşdırmasının fundamental prinsiplərinin pozulması deməkdir. Baxmayaraq ki, məhkəmə aktlarının tərəflərə verilməsi məhkəmə orqanının birbaşa vəzifəsidir, sözügedən məhkəmə qətnaməsi onun yaşadığı ünvana bu günə kimi göndərilməmişdir. Buna görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2015-ci il tarixli qətnaməsindən şikayət etmə müddəti ondan asılı olmayan səbəblərdən ötürülmüş və buna görə pe müddətinin buraxılması üzrlü hesab edilməlidir. Bundan başqa müddətin bərpası ilə bağlı məhkəmə prosesində də, ümumiyyətlə məhkəmə qətnaməsinin ona göndərilmədiyini, ona təqdim edilmədiyini bir daha məhkəməyə bildirmişdir, heç bir sənədə bununla bağlı imza atmadığımı işə baxan hakimin diqqətinə çatdırmışdır, əgər belə bir hal (adımdan hər hansı sənədə imza atıldığı faktı) varsa ekspertiza keçirilməsini belə məhkəmədən tələb və xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli,*(***)-****/**** nömrəli qərardadı ilə mənim konstitusion və əsas prosessual hüquqlar sırasında fundamental yer tutan məhkəməyə müraciət etməyi kobudcasına pozularaq tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *(***)-****/**** nömrəli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Hesab edirə ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli, *(***)- ****/**** nömrəli qərardadı qəbul edilərkən aşağıda göstərilən maddi və prosessual hüquq normaları kobudcasına pozulmuşdur. Bu səbəbdən, həmin qərardadın əsassız və qanunsuz hesab edilərək ləğv olunması zəruridir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2015ci il tarixli qətnaməsi üzrə toplanmış iş materiallarını nəzərdən keçirərəkən görünür ki, qeyd olunan qətnamədən digər cavabdeh cavabdeh2 tərəfindən ##.##.2016-cı ildə apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsində keçiriləcək iclaslarla bağlı bildiriş poçt vasitəsilə ##.##.2016-cı il və ##.##.2016-cı il tarixdə cavabdeh cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edilmişdir, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi ilə poçt vasitəsilə ##.##.2016-cı il tarixdə cavabdeh1 anası Tahirə tərəfindən rəsmi qaydada qəbul edilmişdir, ##.##.2016-cı il tarixdə cavabdeh cavabdeh2 tərəfinfən kassasiya şikayət verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2016-cı il tarixli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmış və Abşeron Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli icra vərəqəsi ilə qətnamə icra edilməsi üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlməsi ilə razılaşır. X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzrlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar