Məhkəmə qərarları › İş №2(3-8)-658/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-658/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-658/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi cəlb olunmaqla) pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh cəmi 24833,94 manat məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 19795,05 manat pulun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Cavabdeh tərəfindən sözügedən qətnamədən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti daxil olmuş və o, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti ilə yanaşı, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir.

6. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cəmi 24833,94 manat məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 19795,05 manat pul alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti verir. Qətnamə cavabdehə ##.##.2025-ci il tarixdə poçtalyon tərəfindən rəsmi olaraq təqdim edilmişdir. İcra və probasiya şöbəsindən ona məktub gələndə bəlli oldu ki, guya cavabdeh xəbərnaməyə ##.##.2025-ci il tarixdə qol çəkmişdir. Qətnamə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə göndərilib, ##.##.2025-ci il tarixdə poçta daxil olub. ##.##.2025-ci il tarixdə xəbərnamə qəbzində imza atılaraq məhkəməyə geri qaytarılıb. Onun tərəfindən qəbzə baxış keçirilib və surəti götürülüb. Tam əminliklə deyə bilər ki, xəbərnamədəki imza cavabdehə məxsus deyil. İmzanın həqiqiliyini müəyyən etmək üçün ekspertiza keçirilməsini tələb etmək məcburiyyətindədir. Cavabdehə qətnamə ##.##.2025-ci il tarixdə təqdim edilib, ##.##.2025-ci il tarixdə isə müddət buraxılmadan apellyasiya şikayəti verilib. Hesab edir ki, apellyasiya şikayətini vaxtında (müddət buraxılmadan) verdiyi üçün üzrsüz səbəbdən müddəti buraxmamışdır. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq, məhkəmədən xahiş edir ki, obyektiv və qərəzsiz araşdırma aparılmasını və buraxılmış müddəti üzrlü hesab edərək şikayətinə baxılması barədə qərardad qəbul edərək iş materiallarının apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) müddətin bərpasından imtina edilməsi, Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadının ləğv edilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

10. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadının ləğv edilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

12. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadının ləğv edilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, eyni zamanda qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə göndərmişdir.

13. Cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixində şikayət ilə yanaşı, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

14. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayətin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. İddiaçı İddiaçı vəkili və nümayəndəsi nümayəndə3 ##.##.2026-cı il tarixində şikayət verərək, MPM-nin MPM-nin 269.1 və 269.2-ci maddələrinə əsaslanaraq, qərardadın ləğv olunaraq, cavabdehin qərardaddan şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

16. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi) qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı vəkili və nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Şikayətin dəlilləri

17. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ondan cəmi 24833,94 manat məbləğinin məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, ondan 19795,05 (on doqquz min yeddi yüz doxsan beş manat beş qəpik) manat pul alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ona ##.##.2025ci il tarixdə təqdim edilib, narazı qaldığı üçün ##.##.2025-ci il tarixdə isə müddət buraxılmadan apellyasiya şikayəti verilib və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yerləşdirilib. Hesab edir ki, Apellyasiya şikayətini vaxtında (müddət buraxılmadan) verdiyi üçün üzrsüz səbəbdən müddət buraxmamışdır. ##.##.2025-ci il tarixdə xəbərnamə qəbzinə (kimsə tərəfindən) imza atılaraq məhkəməyə geri qaytarılıb. Tam əminliklə deyə bilər ki, xəbərnamədəki imza ona məxsus deyil. Birinci instansiya imzanın həqiqiliyinin yoxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində “Xətt və imzaların ekspertizası” keçirilməli idi. Bir faktı da nəzərə çatdırır ki, ##.##.2026-cı il, 2(012)- 2191/2025-ci il tarixli qərardad “Elektron məhkəmə” informasiya sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirilib. Qərardaddan şikayət müddəti 10 gün müəyyən edilib. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq, məhkəmədən xahiş edir ki, obyektiv və qərəzsiz araşdırma aparılsın. İmza nümunələri götürülərək iş materialları “Məhkəmə Xətşünaslıq Ekspertiza Mərkəzinə” göndərilsin. Müddətin buraxılması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir.

Şikayətə qarşı etirazın dəlilləri

18. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

21. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməlidir.

23. Birinci instansiya məhkəməsi prosessual müddətin bərpa edilməsindən imtina edilməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xəbərnamədən görünür ki, cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsini ##.##.2025-ci il tarixində rəsmi qaydada almışdır. Beləliklə, cavabdehin apellyasiya şikayəti vermək üçün müddətin əvvəli ##.##.2025-ci il tarixdən başlamış, həmin müddət ##.##.2026-cı ildə qurtarmış, qeyd olunan qətnamədən ilk dəfə apellyasiya şikayəti cavabdeh tərəfindən ##.##.2026-cı ildə təqdim edilməklə müddət ötürülmüş və bu səbəbdən apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh yenidən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ünvanlamışdır. Lakin cavabdeh müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Ona görə də, məhkəmə iddiaçının müddətin bərpa olunması əsaslarını üzrlü hesab etməmiş və ərizənin təmin edilməməsi qərarına gəlmişdir.

24. Cavabdeh Cavabdeh qərardaddan şikayət verilərək ləğv olunmasını xahiş edilmişdir.

25. Apellyatorun şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən qətnamə ona ##.##.2025-ci il tarixdə təqdim edilib, narazı qaldığı üçün ##.##.2025-ci il tarixdə isə müddət buraxılmadan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verib. İş materiallarında olan ##.##.2025-ci il tarixdə xəbərnamə qəbzindəki imza ona məxsus deyil. Məhkəmə bu halı araşdırmadan qərardad qəbul etmişdir.

26. Şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual normalarının tətbiq və təfsirində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, cavabdehin mübahisələndirdiyi hallara aydınlıq gətirməməklə ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər, iş materiallarında olan (iş vərəqə 201) xəbərnaməyə əsasən məhkəmə aktının cavabdeh (və ya ünvanda yaşayan digər şəxslər (ailə üzvləri) tərəfindən) qəbul edilib-edilməməsi araşdırılmalı, zərurət yarandığı halda müvafiq rabitə orqanına sorğu verməklə həmin hala aydınlıq gətirilməli, məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsinə dair qanunvericiliyin tələbləri üzrə dəyərləndirmə aparılaraq mübahisələndirlən məsələyə qiymət verilməlidir.

28. Əks yanaşma vətəndaşın Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququnun, müvafiq şikayətlə məhkəməyə müraciət etmək hüququnun pozulması ilə nəticələnə bilər.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ləğv edilməli, cavabdeh Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsinə göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

30. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq

qərara a l d ı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Şöbəsi cəlb olunmaqla) pul tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh prosessual müddətin bərpasına dair ərizəsinə göstərilən xüsusatlar nəzərə alınmaqla yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar