Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-664/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (Açar sözlər: vurulmuş zərər) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X4 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərə görə pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət nəqliyyat vasitələrinin icarəsini həyata keçirir. X1 İddiaçı MMC-yə AR III № ****** nömrəli etibarnamə ilə “Hunday Tucson” markalı, qara rəngli 2018-ci il buraxılışlı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə vermişdir. İddiaçı MMC-nin istifadəsində olan və yuxarıda qeyd olunmuş nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, bir günlük Ağcabədi rayonuna getmək üçün ##.##.1995-ci il təvəllüdlü, Sumqayıt şəhəri, məhəllə 41A, ev 3, mənzil 6- da qeydiyyatda olan Cavabdeh ilə şirkətin arasında bağlanmış **** saylı müqaviləyə əsasən icarəyə verilmişdir. Cavabdeh nəqliyyat vasitəsini İddiaçı MMCdən icarə götürərkən özünü Sumqayıt şəhər Polis Idarəsinin 1-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim etmişdir. Şirkət tərəfindən tərtib edilmiş müqavilədə qeyd olunmuş müqavilə şərtlərilə Cavabdeh tanış edilmiş, ona nəqliyyat vasitəsini Azərbaycan Respublikasmın “Yol hərəkəti haqqında” Qanununun tələbləri və müqavilədə nəzərdə tutulmuş 120 km-dən artıq sürətlə idarə etməməsi tələbi nəzərinə çatdırılmış, Cavabdeh öz növbəsində müqavilənin şərtləri ilə tanış olaraq imza etmişdir. Cavabdeh Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda və müvafiq müqavilə ilə üzərinə götürdüyü sürət həddinə əməl etməsinə dair müqavilə şərtinə məhəl qoymayaraq, ##.##.2025-ci il tarixdə, saat 08:31 radələrində saatda 149 km/s, saat 13:07 radələrində saatda 137 km/s sürətlə avtomobili idarə etdiyindən sürət həddini aşdığı üçün DYP tərəfindən 3 dəfə cərimələnmişdir. Cavabdeh Cavabdeh nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün tərəflərindən onunla əlaqə saxlanılaraq xəbərdarlıq edilməsinə baxmayaraq, öz avtomobili yüksək sürətlə idarə etməyə davam etmişdir. Cavabdeh Cavabdeh nəqliyyat vasitəsini şirkətə ##.##.2025-ci il tarixdə təhvil verən zaman yoxlama zamanı müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin mühərrikində nasazlıq yaranmışdır. Cavabdeh mühərriki nasaz hala salması bildirilsə də, o, öz növbəsində mühərrikdə heç bir nasazlıq olmamasını iddia etsə də, sonradan avtomobilin ona nasaz vəziyyətdə verilməsini bildirməklə məsuliyyətdən yayınmağa çalışaraq Şirkətə böhtan atmağa çalışmışdır. Halbuki, cavabdeh Cavabdeh avtomobilin onda olduğu müddət aralığında 800 kmdək yol qət etmiş, bununla da onun avtomobili götürən zaman nasaz olması barədə iddiası əsassızdır. Cavabdeh Cavabdeh yararsız hala saldığı nəqliyyat vasitəsinin mühərrikin müayinə etmək üçün avtoservisə aparılmış və aparılmış texniki müayinə nəticəsində mühərrikin istifadəyə yararsız olması müəyyən edilmişdir. Mütəxəssis tərəfindən texniki müayinə olunduqdan sonra mühərrikin gücə salındığı, yəni yüksək dövriyyələrdə idarə olunduğu üçün şatun mexanizimlərinin yararsız hala düşməsi nəticəsində mühərrikin sıradan çıxmasına səbəb olmuşdur. ##.##.2025-ci il tarixdə “Hyundai Tucson” markalı, **-UP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərər mütəxəssis tərəfindən 3078 (üç min yetmiş səkkiz) manat qiymətində hesablanmışdır. Göstərilən maddi hüquq normalarının işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh ##.##.2025-ci il tarixdə ##.##.2025-ci il tarixədək İddiaçı MMC şirkəti qarşısında müqavilə öhdəliklərini yerinə yetirdiyi zaman (nəqliyyat vasitəsi istismar zamanı) şirkətə zərər vurub nəqliyyat vasitəsinin mühərriki sıradan çıxıb). Mülki qanunvericiliyin tələbinə görə Cavabdeh 3078(üç min yetmiş səkkiz) manat maddi ziyan ödəməyə borcludur. Iddiaçı İddiaçı MMC ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə bağlanılmış **** saylı müqavilənin icarə haqqı, digər ödənişlər və hesablama qaydası bölməsinin 3.9. Qəza baş verən zaman müqavilənin 3.2-ci bəndində göstərilən 900 AZN depozit azad olma məbləği kimi icarəçi tərəfindən icarədara ödənildikdən sonra avtonəqliyyat vasitəsinin qəza baş verdiyi .axtdan təmirdən çıxdığı vaxtadək olan günlərin sayı avtonəqliyyat vasitəsinin 1 günlük icarə haqqının 50%-i dəyərində hesablanaraq icarəçi tərəfindən icarədara ödənilməsi qeyd edilmişdir. Nəqliyyat vasitəsinin təmiri 7 gün müddətində həyata keçirildiyindən günlük icarə məbləği 120 manat olmuşdur. Müqavilənin 3.9-cu bəndinə müvafiq olaraq 120(yüz yirmi) manat iki hissəyə bölündükdə 60 manat təşkil edir, qəza baş verdiyi andan təmirin bitdiyi anadək olan günlərin sayı 7 (yeddi) gün olduğu halda icarəçi tərəfindən icarədara 420 (dörd yüz yirmi) manat ödənilməlidir. Iddiaçı İddiaçı MMC ilə cavabdeh arasında 21,02.2025-ci il tarixdə bağlanılmış **** saylı müqavilənin 6-cı bölməsinin 6.10-cu bəndinin tələb və göstərişləri (avtonəqliyyat vasitəsi icarəçidə olduğu müddət ərzində onun mühərrik, transmissiya (arxa-qabaq körpü, ötürmələr qutusu), digər hissə və mexanizimlərində dağılma və ya hər hansısa bir qüsur baş .erərsə məsuliyyət icarəçi daşıyır) bildirilmişdir. Cavabdeh hazırda məhkəmədən kənarqaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda şirkətə dəymiş 3078 (üç min yetmiş səkkiz) manat zərərin və əlavə olaraq 7 günlük icarə haqqının hesablanmış 420 manat məbləğin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Həmin zərərin vurulması nəticəsində Şirkətə dəymiş ümumi ziyan 3498 (üç min dörd yüz doxsan səkkiz) manat vəsait kimi qiymətləndirilmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC şirkətinə vurulmuş maddi ziyana görə 3498 manat və tərəfindən ödənilmiş 54,98 manat dövlət rüsumu ilə birlikdə, ümumi 3552,98 manatın cavabdeh Cavabdeh tutularaq Şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. ##.##.2024-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 özünə məxsus olan “Hunday Tucson” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini ##.##.2029-cu il tarixədək İddiaçı MMC-yə idarə etmək üçün vermişdir.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli, 1036,**** saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC ona məxsus “Hunday Tucson” markalı, qara rəngli 2018-ci il buraxılışlı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Cavabdeh icarəyə vermişdir.
6. İddiaçı MMC tərəfindən verilmiş **** saylı, ##.##.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı MMC şirkəti ona məxsus olan “Hunday Tucson” markalı, **-UP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2025-ci il, saat 22:15-dən ##.##.2025-ci il, saat 22:15 tarixinədək idarə etməyi həvalə edir.
7. Fərdi sahibkar Yaşar Şabanov tərəfindən verilmiş zərər aktından görünür ki, ##.##.2025-ci il tarixində “Hyundai Tucson” minik markalı, ** UP *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ümumi zərər 3078 manat təşkil edir.
8. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2025-ci il tarixli hesabatından görünür ki, Mərkəzi Ekspertiza Bürosunun mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar və təhlillərə əsasən “Hyundai Tucson” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gün ərzində bir neçə dəfə saatda 120 km-dən çox sürətlə idarə edilməsi həmin maşının mühərrikinin sıradan çıxmasına səbəb ola bilməz.
9. Iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş * saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi və ##.##.2024-cü il tarixli * saylı Təhvil-Təslim Aktından görünür ki, icarəyəverən X1 qanuni əsaslarla ona məxsus olan Hyundai Tucson markalı, ** UP *** qeydiyyat nişanlı, KM8J33A4XJU707370 BAN nnömrəli nəqliyyat vasitəsini icarəyə verir, icarəçi İddiaçı MMC-nin” direktoru Nümayəndə isə həmin Nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat:
10. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “dəymiş zərərə görə pul tələbi”nə iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8, 359.1, 362.1, 675, 700.1 və 700.2-ci maddələri, «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı, «S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 69.1, 74.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119.1, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri:
12. Iddiaçı İddiaçı MMC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan nəqliyyat vasitəsinin cəmiyyətin təsisçisinin oğlu X1 mülkiyyətində olduğunu nəzərə almamış, həmin hal üzrə iş materiallarında mövcud sübutlara lazımi hüquqi qiymət verməmişdir. Bundan əlavə AR MM-nin tələblərinə əsasən, müqavilələr şifahi və ya yazılı formada bağlana bilər və tərəflər arasında yaranmış hüquq münasibətləri yalnız yazılı sənədlərlə məhdudlaşdırıla bilməz. Mübahisə predmeti olan nəqliyyat vasitəsi cavabdeh tərəfindən təhvil alınarkən tam saz və istifadəyə yararlı vəziyyətdə olmuşdur. Iş materialları ilə müəyyən edilir ki, nəqliyyat vasitəsi cavabdeh tərəfindən 120 km/saat sürət həddi ilə deyil, 137- 149 km/saat sürət həddi ilə idarə edilmişdir. Bu hal tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, müqaviləyə əsasən nəqliyyat vasitəsinin 120 km/saat sürətdən artıq idarə olunması qadağan edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə açıq şəkildə zidduyət təşkil edir və həmin qətnamənin qüvvədə saxlanılması ədalət prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnə bilər. Qeyd edir ki, nəqliyyat vasitəsi tərəfindən təhvil götürülən zaman akt tərtib olunmuş və həmin aktda nəqliyyat vasitəsində qüsur olduğu qeyd olunmuşdur. Əlavə olaraq ##.##.2022-ci il tarixində müstəqil ekspert tərəfindən zərər aktı tərtib olunmuşdur. Belə ki, sözügedən tarixdə nəqliyyat vasitəsi cavabdehin ixtiyarında olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları:
15. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
16. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixində keçirilən məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsini sonuncunun istifadəsində verdiyini, Cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulduğunu, nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edildiyini və nəticədə avtomaşına zərər dəydiyini iddia edirərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilmişdir.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi aralarında bağlanmış icarə müqaviləsinin şərtlərinə zidd olaraq cavabdehin dəfələrlə sürət həddini (120 km/saat) aşması nəticəsində nəqliyyat vasitəsinin mühərrikinin yararsız vəziyyətə düşməsini və bunun nəticəsində 3078 manat ziyan vurulduğunu, həmçinin icarə müqaviləsinin 3.9-cü bəndinə müvafiq olaraq 7 günlük icarə haqqının, yəni 420 manat pulun tələb edilməsini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir, Mərkəzi Ekspertiza Bürosunun mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar və təhlillərə əsasən “Hyundai Tucson” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin gün ərzində bir neçə dəfə saatda 120 km-dən çox sürətlə idarə edilməsi həmin maşının mühərrikinin sıradan çıxmasına səbəb ola bilməz.
25. Qətnamə ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikayəti vermişdir.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, kollegiya qeyd edir ki, şikayətin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmala birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilləri üzrə hərtərəfli araşdırma aparılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, “Hyundai Tucson” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə şükülü Fuad Müşfiq oğluna məxsus olmaqla sonuncu tərəfindən ##.##.2024-cü il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən ##.##.2028-ci il tarixədək İddiaçıMMCnin icarəsinə verilmişdir.
28. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Qeyd olunan normanın göstərişindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olsa da, iddia tələbinin əsaslığını mötəbər sübutlarla məhkəmədə sübuta yetirə bilməmişdir. Odur ki, iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
30. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.