Məhkəmə qərarları › İş №2(3-8)-678/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-678/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-678/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Mәhkәmәsinin mülki kollegiyasının hakimi Qafari Sәyyad Ağaәli oğlunun sәdrliyi vә mәruzәsi ilә, hakimlәr Mәmmәdov Fuad Əli oğlu vә X1 ibarәt tәrkibdә, Rәhimova Ülkәr Cabbar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul vә әmlak tәlәbinә dair iddia әrizәsi üzrә mәhkәmәlәr arasında әrazi aidiyyәti mәsәlәsinin müәyyәn edilmәsinә dair mülki işә Sumqayıt Mәhkәmә Kompleksinin inzibati binasında açıq mәhkәmә iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Binәqәdi Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli qәrardadı ilә (hakim E.Vәliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc tәlәbinә dair mülki iş әrazi aidiyyәti üzrә baxılması üçün Abşeron Rayon Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Abşeron Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli qәrardadı ilә (hakim M.Abbasova) Bakı şәhәri Binәqәdi Rayon Mәhkәmәsi tәrәfindәn әrazi aidiyyәti üzrә Abşeron Rayon Mәhkәmәsinә göndәrilmiş iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul vә әmlak tәlәbinә dair *(*-***)-****/**** saylı mülki işin әrazi aidiyyәtinin müәyyәn edilmәsi üçün iş Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Mәhkәmә kollegiyası әrazi aidiyyәtinin müәyyәn edilmәsi ilә әlaqәdar aşağıdakıları qeyd etmәyi zәruri hesab edir. Azәrbaycan Respublikası Konstitusiyasının 62-ci maddәsindә hәr kәsin onun işinә qanunla müәyyәn edilmiş mәhkәmәdә baxılması hüququ tәsbit edilmişdir. Bu normada qeyd edilәn “qanunla müәyyәn edilmiş mәhkәmә” müddәası işlәrin aidiyyәt qaydaları, qanuni mәhkәmә tәrkibinin mövcudluğu vә s. subyektiv elementlәri ehtiva edir (Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2012-ci il tarixli qәrarı). Aidiyyәt qaydalarına riayәt edilmәklә mәhkәmәnin öz icraatına qәbul etdiyi iş, sonradan başqa mәhkәmәyә aid olsa da, mahiyyәti üzrә hәmin mәhkәmәdә hәll edilmәlidir (Mülki Prosessual Mәcәllәnin 44.1. maddәsi). İşdәn görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul vә әmlak tәlәbi ilә mәhkәmәyә müraciәt etmiş, Binәqәdi Rayon Mәhkәmәsi tәrәflәr arasında notarial qaydada bağlanmış ##.##.2023-cü il tarixli kredit müqavilәsinin 4-cü bәndinә әsasәn borc müqavilәsindәn irәli gәlәn öhdәliklәr onun yarandığı yer üzrә icra edilmәli olduğundan, müqavilәnin * saylı notariat ofisindә bağlanması vә * saylı notariat ofisinin Abşeron rayonu әrazisindә yerlәşdiyini әsas gәtirәrәk, iddianın әrazi üzrә vermәmәklә aidiyyәt qaydalarını pozması ilә mülki işin Abşeron Rayon Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmış, Abşeron Rayon Mәhkәmәsi isә hazırki mülki iş üzrә cavabdeh Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğunu qeyd edәrәk gәldiyi nәticәnin prosessual hüquqi әsası kimi Mülki Prosessual Mәcәllәnin 35.1. maddәsinә istinad etmişdir. Baxılan iş üzrә mәhkәmәlәr arasında әrazi aidiyyәtinә görә fikir ayrılığı olduğuna görә mülki işin Azәrbaycan Respublikası MPM-in 45.4-cü maddәsinә әsasәn әrazi aidiyyәtinә görә hansı mәhkәmәdә baxılmalı olmasınının müәyyәn edilmәsi üçün Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İlk növbәdә qeyd olunmalıdır ki, MPM-nin 36-cı maddәsi dispozitiv xarakterlidir vә iddiaçıya seçim imkanı verir, iddiaçı isә belә seçimi (MPM-nin 39-cu maddәsi istisna olmaqla) öz mülahizәsinә әsasәn edә bilәr. Nәzәrә alınmalıdır ki, iddiaçının seçmәsinә görә aidiyyәtin müәyyәn edilmәsi pozulmuş vә ya mübahisәli hüquqlarının mәhkәmә müdafiәsinә ehtiyacı olan iddiaçıya mәhkәmәni seçmәk üçün әlavә әlverişli hüquqi tәminatlar yaradılması ilә bağlıdır. Bu növ adiyyәtlәr konkret hallarda işlәrә iştirakçılar üçün daha rahat şәraitdә, sәmәrәli qaydada baxmağa imkan verir. Mәhkәmә bu qaydaların tәtbiqindәn imtina etmәyә vә işә başqa mәhkәmәdә baxıla bilmәsinin mümkünlüyünә әsaslanaraq, iddiaçını digәr mәhkәmәyә göndәrmәk hüququna malik deyil, әks yanaşma, aidiyyәt qaydalarının kobud pozuntusu kimi qiymәtlәndirilmәlidir. Mövcud işdә Abşeron Rayon Mәhkәmәsindә baxılması qәnaәtinә gәlәn Binәqәdi Rayon Mәhkәmәsi tәrәflәr arasında notarial qaydada bağlanmış ##.##.2023-cü il tarixli kredit müqavilәsinin 4-cü bәndinә istinad etsә dә, bu zaman MPM-nin 36.11-ci maddәsinin tәlәbini nәzәrә almamışdır. Belәki, sözügedәn maddәnin dizpozisiya şәrtinә әsasәn alternativ aidiyyәtә yalnız o halda yol verilir ki, müqavilәdә onun icra yeri göstәrilmiş olsun. Bu halda iddiaçı öz mülahizәsinә uyğun iddianı cavabdehin olduğu yerin (MPM-nin 35.1 mad.) vә ya müqavilәnin icra yerinin (MPM-nin 36.11 mad.) mәhkәmәsinә verә bilәr. Lakin nәzәrә almaq lazımdır ki, MPM-nin 36.11-ci maddәsindә müqavilәnin icra yeri dedikdә, onun faktiki icra yeri yox, yalnız müqavilәdә göstәrilәn yer başa düşülür. Hazırki müqavilәdә isә onun icra yeri göstәrilmәmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1. maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Prosessual normanın mәzmununa görә hәr bir kәs qanunla qorunan hüquqlarının vә azadlıqlarının müdafiәsi üçün mәhkәmәyә müraciәt edә bilәr. Əgәr hәr hansı şәxs digәr şәxs tәrәfindәn onun hüquqlarının vә qanunla qorunan maraqlarının müdafiәsi üçün mәhkәmәyә müraciәt edirsә, onda iddia tәlәbi MPM-nin 35.1-ci maddәsinә tәlәbin yönәldiyi şәxsin rәsmi qeydә alındığı yer üzrә mәhkәmәyә müraciәt edilmәlidir. Bir mәhkәmәdәn digәrinә göndәrilәn iş, onun göndәrildiyi mәhkәmә tәrәfindәn baxılmağa qәbul edilmәlidir. Mәhkәmәlәr arasında әrazi aidiyyәtinә dair mübahisәlәrә yol verilmir. Mәhkәmәlәr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn iş bir mәhkәmәdәn başqasına verilir (Mülki Prosessual Mәcәllәnin 45.4. maddәsi). Bu baxımdan iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tәlәbinә dair mülki iş baxılması üçün Binәqәdi Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası MPM-nin 45.4, 263, 264, 400-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul vә әmlak tәlәbinә dair mülki iş baxılması üçün Binәqәdi Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardad qәbul edildiyi andan qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar