Məhkəmə qərarları › İş №2(3-8)-691/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-691/2026

01.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-691/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 əldən çıxmış faydaya görə 3000 (üç min) manat, inflyasiya ilə əlaqədar olaraq 1200 (min iki yüz) manat, dəymiş mənəvi ziyana görə 1800 (min səkkiz yüz) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul və maddi-mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə pul tutulması qət edilmişdir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı İddiaçı xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəməəmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 38%-i, yəni 11,40 manatı tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sonradan qətnamədən apellyasiya və kassasiya şikayətləri də verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, sonradan cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əmlakların və ya onların dəyərinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslonun, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdənin, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafının, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafonun, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgənin, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilənin, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəstinin, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfinin, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobasının, qiyməti 10 manat olan 1 ədəd tavanın, qiyməti 70 manat olan 1 ədəd saatın, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincanın, hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 4 manat dəyərində 4 ədəd boşqabın, birinin qiyməti 10 manat, digərinin qiyməti 20 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 1 ədəd balaca və 1 ədəd böyük yemək qazanının, qiyməti 8 manat olan 1 ədəd kəlbətinin, qiyməti 12 manat olan 1 ədəd elektrik uzadıcısının, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanının, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabının, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-üz dəsmalının, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçasının, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsinin (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsinin, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklamın, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidinin, qiyməti 238 manat olan 1 ədəd Keratinin, qiyməti 130 manat olan 1 ədəd uklatka feninin, qiyməti 150 manat olan 1 ədəd hava feninin, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatının, qiyməti 40 manat olan 1 ədəd manikür aparatının (Nail drill), qiyməti 40 manat olan 1 ədəd lakqurudan aparatın, 10 ədəd dırnaq lakının, 1 qutu saç yabasının, 1 qutu saç sancağının, 10 ədəd kirpiyin, 2 ədəd dırnaq gelinin, ten dəstinin, dırnaq aksessuar qabının, 2 ədəd saç lakının, karandaşların, saç şampunu və maskasının, rəng qabının, lipuçka çubuğunun, qadın qol saatının, 5 ədəd darağın, həmçinin işçilərin geyimi daxil olmaqla, ümumilikdə 115 manat dəyərində ləvazimatların, qiyməti 150 manat olan 1 ədəd saç buran fenin, qiyməti 130 manat olan 1 ədəd hava feninin, qiyməti 30 manat olan 1 ədəd vaflinka fenin və ya həmin əşyaların dəyərinin, yəni 2286 manatın, eləcə də, ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslo, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdə, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafon, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgə, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilən, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəsti, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfi, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobası, qiyməti 10 manat olan 1 ədəd "Galaxy" markalı tava, qiyməti 70 manat olan 1 ədəd saat, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincan, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-tiz dəsmalı, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçası, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsi (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsi, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklam, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidi, qiyməti 238 manat olan 1 ədəd X2, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatı, qiyməti 40 manat olan 1 ədəd manikür aparatı (Nail drill), hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat dəyərində 10 ədəd dırnaq lakı, qiyməti 40 manat olan “Sun” markalı 1 ədəd lak qurudan aparatı, hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat dəyərində 2 ədəd dırnaq geli, qiyməti 150 manat olan 1 ədəd “West” markalı saç buran feni, qiyməti 130 manat olan 1 ədəd ''West" markalı hava feni, qiyməti 150 manat olan 1 ədəd “Mega Watt" markalı hava feninin və ya həmin əşyaların dəyərinin, yəni 1995 manatın, eləcə də, iddia tələbi üzrə ödənilmiş 44 manat dövlət rüsumunun 87%-i, yəni 38,28 manatının cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq ona qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qiymətləndirmə aktının (mütəxəssis rəyinin) alınması üçün “Buta” Qiymətləndirmə Mərkəzinə onun tərəfindən ödənilmiş 200 manat məhkəmə məsrəfinin 87%-nin, yəni 174 manatın cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı ona ödənilməsi qət edilmişdir. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan yenidən cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmlakların dəyərinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi qiyməti 200 manat olan 80x110 sm ölçülü 4 ədəd güzgünün, qiyməti 80 manat olan 60x120 sm ölçülü 1 ədəd şüşə masanın, qiyməti 100 manat olan 120 sm ölçülü 1 ədəd ellips formalı masanın, qiyməti 90 manat olan laminat materialından hazırlanmış 150 sm ölçülü 1 ədəd masanın, ümumi qiyməti 150 manat olan 5 ədəd dəri oturacağın, qiyməti 200 manat olan 1 ədəd “Hoffman" markalı kondisionerin, qiyməti 100 manat olan 1 ədəd 100x70 sm ölçüdə asma şkafın, ümumi qiyməti 600 manat olan 1 ədəd 0,5x5.36 m ölçüdə laminat materialından hazırlanmış 1 ədəd masanın və 4 ədəd iki seksiyalı şkafın, qiyməti 120 manat olan 1 ədəd dəri divanın, qiyməti 800 manat olan Çin istehsalı üzərində “Base of X1" markalanma yazısı olan 1 ədəd kosmetik avadanlığın, qiyməti 400 manat olan bir dəst dəri oturacaqlı baş yumaq üçün qurğunun, ümumi qiyməti 60 manat olan 2 ədəd paslanmayan materialdan hazırlanmış paltarqurudanın, ümumi dəyərini təşkil edən 2900 manatın, eləcə də ödənilmiş 49 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada iddiaçı onun xeyrinə 2900 manat məbləğində pul və iddia tələbi üzrə ödənilmiş 49 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi qət edilmişdir. Bununla yanaşı, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Siyəzən Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edir ki, cavabdehlər məqsədyönlü şəkildə qətnamələrin icrasını yubatmış, əksər vaxtlarda isə qətnamənin icrasından ümumiyyətlə yayınmışlar. Eləcə də, cavabdehlərin qətnamənin icrasını məqsədyönlü gecikdirmələri səbəbi ilə qətnamə çıxarılan ildən bu günə qədər pulun alıcılıq qabiliyyəti azalmış, inflyasiya baş vermiş, həmçinin, əldən çıxmış faydanı da nəzərə almaq lazımdır. Habelə, bu müddət ərzində xeyli əsəb, stress və gərginlik keçirmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi ona dəymiş mənəvi zərərin, inflyasiyaya görə itirdiyi məbləğin, habelə əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona ödənilməsidir.

3. Siyəzən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim G.Quluzadə) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbinin cavabdeh cavabdeh1 infilyasiya ilə əlaqədar 435 manat və cavabdeh2 765 manat pul tələb edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi, ödənilmiş 16 (on altı) manat dövlət rüsumu iddiaçı İddiaçı qaytarılması qərara alınmışdır.

4. Siyəzən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı cavabdeh1 ona olan 5038,84 manat borcunu vaxtında qərəzli şəkildə ödəmədiyi üçün əldən çıxmış fayda olaraq 1085 manat və dəymiş mənəvi ziyana görə 900 manat, cavabdeh2 ona olan 8882,84 manat borca əsasən əldən çıxmış fayda olaraq 1915 manat və dəymiş mənəvi ziyanın əvəzi olaraq 900 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 64 (altmış dörd) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının ona hər iki cavabdeh tərəfindən ümumilikdə 3000 manat məbləğində əldə çıxmış fayda növündə maddi zərər dəydiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməməsi, əldən çıxmış faydanın nəyə əsasən hesablanması, əldən çıxmış fayda müəyyənləşdirilərkən iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərinə dair hər hansı sənədi məhkəməyə təqdim edilməməsi, sübutların tədqiqi zamanı iddiaçı İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməməsi, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməməsi, həmçinin qanunvericilikdə qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icra edilməməsi nəticəsində şəxsin şəxsiyyət hüquqları pozulmadığı halda mənəvi zərər almaq hüququnun olması təsbit edilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Iddiaçı İddiaçı Siyəzən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər məqsədyönlü şəkildə qətnamələrin icrasını yubadır, əksər vaxtlarda isə ümumiyyətlə yayınırlar. Belə olan halda əldən çıxmış faydanı da nəzərə almaq lazımdır. Bu müddət ərzində də xeyli əsəb, stres və gərginlik keçirmişdir. Hazırki iddia ərizəsi ilə müraciət etməkdə məqsədi ona dəymiş mənəvi zərərin, inflyasiyaya görə itirdiyi məbləğin, habelə əldən çıxmış faydanın cavabdehlərdən alınaraq ona ödənilməsidir. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

12. Iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Iş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Işdən görünür ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 1085 manat əldən çıxmış fayda və 900 manat mənəvi zərər, cavabdeh2 isə 1915 manat əldən çıxmış fayda və 900 manat mənəvi zərər tələb etmişdir. Iddiaçı tələblərini əvvəlki məhkəmə qətnamələri ilə cavabdehlərin üzərinə qoyulmuş pul öhdəliklərinin vaxtında icra edilməməsi ilə əlaqələndirmişdir.

18. Iş üzrə müəyyən edilmişdir ki, əvvəlki məhkəmə qətnamələri ilə cavabdehlərin iddiaçıya ödəməli olduqları pul məbləğləri müəyyən edilmiş, həmin qətnamələr apellyasiya instansiyasında yoxlanılaraq dəyişdirilmədən saxlanılmışdır. Bununla yanaşı, icra sənədləri üzrə cavabdehlər tərəfindən 2024-cü ildə iddiaçının xeyrinə 1940 manat, 2025-ci ildə isə 5759 manat ödəniş edilmişdir. Siyəzən rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-cı il tarixli arayışına əsasən, ümumilikdə 13921,68 manat borcdan 7877 manat ödənilmiş, 6044,68 manat borc qalmış, cavabdeh1 üzərinə düşən 5038 manat borc isə tam ödənilmişdir.

19. Qeyd olunmalıdır ki, əvvəlki qətnamələrlə pul öhdəliyinin müəyyən edilməsi özözlüyündə həmin öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya məhz əldən çıxmış fayda formasında əlavə zərər vurulmasını təsdiq etmir. Əldən çıxmış faydanın tutulması üçün yalnız borcun mövcudluğunun və ya onun gecikdirilməsinin müəyyən edilməsi kifayət etmir, hüququn pozulması nəticəsində iddiaçının konkret gəliri əldə etmək imkanından məhrum olması, həmin gəlirin real və əsaslandırılmış xarakter daşıması, məbləğinin hesablanması, habelə hüquq pozuntusu ilə tələb olunan gəlir itkisi arasında səbəbli əlaqə sübuta yetirilməlidir.

20. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin tam ödənilməsi tələb oluna bilər və zərərə, o cümlədən hüquq pozulmasaydı şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər – əldən çıxmış fayda daxildir. Mülki Məcəllənin 443.1 və 443.4-cü maddələrinə görə isə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərəri ödəməlidir və əldən çıxmış fayda müəyyən edilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınmalıdır.

21. Beləliklə, əldən çıxmış fayda ehtimal olunan və ya abstrakt gəlir deyil, hüquq pozulmasaydı əldə edilməsi real olaraq gözlənilən gəlir olmalıdır. Bu baxımdan həmin gəlirin əldə olunması üçün konkret tədbirlərin görülməsi, hazırlıq işlərinin aparılması və tələb olunan məbləğin hansı obyektiv meyarlar əsasında hesablandığı sübut edilməlidir.

22. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən cavabdeh1 tələb etdiyi 1085 manat və cavabdeh2 tələb etdiyi 1915 manat əldən çıxmış faydanın hansı konkret gəlirdən ibarət olması, həmin gəlirin hansı fəaliyyət nəticəsində əldə ediləcəyi, onun hesablanmasının hansı obyektiv məlumatlara əsaslandığı, habelə həmin gəlirin əldə olunması üçün konkret tədbirlər gördüyünü təsdiq edən sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi də məhz bu halı müəyyən etmiş və əldən çıxmış faydanın məbləğinin hesablanmasına dair sübutların təqdim edilmədiyini əsaslı olaraq qeyd etmişdir.

23. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Iddiaçının apellyasiya şikayətində cavabdehlərin məhkəmə qətnamələrinin icrasını gecikdirməsi nəticəsində onun əldən çıxmış fayda əldə etdiyini təsdiq edən yeni və mötəbər sübutlar göstərilməmişdir. Əksinə, iş materiallarından görünür ki, icra sənədləri üzrə müəyyən məbləğlər müxtəlif tarixlərdə icra orqanının depozit hesabına ödənilmişdir. Bu hal da əldən çıxmış faydanın iddiaçı tərəfindən göstərilən məbləğdə və səbəbli əlaqədə mövcudluğunu təsdiq edən sübutların olmadığını göstərir.

25. Mənəvi zərər tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli ** nömrəli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Qərarı hazırkı mübahisə baxımından nəzərə alınmalıdır. Həmin Qərarda mənəvi zərərin şəxsiyyət hüquqlarının pozulması nəticəsində yaranan sarsıntı və ya iztirab olduğu, əmlak hüquqlarının pozulmasının isə yalnız həmin pozuntunun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi halda mənəvi zərərə səbəb ola biləcəyi izah edilmişdir.

26. Baxılan işdə iddiaçı keçirdiyini bildirdiyi stress, əsəb və gərginliyi cavabdehlərin hərəkətləri ilə əlaqələndirsə də, cavabdehlərin hərəkətləri nəticəsində onun konkret şəxsiyyət hüququnun pozulmasını, həmin pozuntu ilə mənəvi sarsıntı və ya iztirab arasında səbəbli əlaqəni təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Iş materiallarında da belə hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən mənəvi zərərin hüquqi mahiyyətini və iş üzrə sübutların məzmununu düzgün qiymətləndirmişdir.

27. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi və ya gecikdirilməsi qanunvericiliklə müəyyən edilmiş icra mexanizmləri çərçivəsində həll edilməli məsələdir. MPM-in 15.2-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi bütün fiziki və hüquqi şəxslər üçün məcburidir və hökmən icra edilməlidir. Lakin həmin öhdəliyin icra edilməməsi faktı avtomatik olaraq iddiaçıya əldən çıxmış fayda və ya mənəvi zərər formasında ayrıca kompensasiya hüququ yaratmır; belə tələblər üzrə müvafiq zərərin yaranması və onun hüquqazidd davranışla səbəbli əlaqəsi ayrıca sübut edilməlidir.

28. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları araşdırmış, əvvəlki məhkəmə qətnamələrini, icra orqanının arayışını və ödənişlər barədə məlumatları qiymətləndirmiş, iddiaçının əldən çıxmış faydanın məbləğini və yaranmasını təsdiq edən sübut təqdim etmədiyini, həmçinin mənəvi zərərin hüquqi əsaslarını və şəxsiyyət hüquqlarının pozulmasını sübuta yetirmədiyini müəyyən etmişdir. Bu nəticələr iş materialları ilə uzlaşır.

29. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkzib edən və ya Mülki Məcəllənin 21.2, 443.1, 443.4-cü maddələrinin tətbiqini fərqli nəticəyə gətirəcək mötəbər sübutlarla təsdiq olunmamışdır. Buna görə də MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş qətnamənin ləğv edilməsini şərtləndirən maddi və ya prosessual hüquq normalarının pozulması, mühüm faktiki halların aydınlaşdırılmaması, halların sübut edilməməsi və ya qətnamənin nəticələrinin işin hallarına uyğun olmaması müəyyən edilmir.

30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

32. Məhkəmə kollegiyası nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri onun dəyişdirilməsi və ya ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə əldən çıxmış faydaya görə 3000 (üç min) manat pulun tutulması hissəsində iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar