Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-725/2026 06.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X4, Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı “xxxx” KB ASC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 1968,75 manat əsas, 189,32 manat faiz, 12,92 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2170,99 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 42,11 manat məbləğində vəsaitin tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış ##.## 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28,75% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## #### 2025, bazar ertəsi tarixinə “xxxx” KB ASC-yə 1968,75 manat əsas, 189,32 manat faiz, 12,92 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2170,99 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. “xxxx” KB ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.## 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 60 ay müddətinə, illik 28,75% olmaqla 2500 manat məbləğində kredit xəti açılmışdır.
5. “xxxx” KB ASC -nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Cavabdeh 1968,75 manat əsas, 189,32 manat faiz, 12,92 manat cərimə borcu olmaqla, cəmi 2170,99 manat borcu vardır.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 1968,75 manat əsas, 189,32 manat faiz, 12,92 manat cərimə borcu olmaqla, cəmi 2170,99 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 42,11 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı “xxxx” KB ASC-nə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 385.1, 739.1, 739.2, 442, 448.1 və 5.3-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.3, 77.1, 14.2, 217.4, 216-220, 284-6 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsi, borc məbləğinin 580 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Belə ki, onunla ##.##.2023-cü ildə “xxxx” KB ASC arasında kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətinə, illik 28,75% dərəcəsi ilə 2500 manat kredit verilmişdir. Bildirir ki, o, götürülən kreditin 1920 manatını ödəmişdir. Bu iş üzrə keçirilən məhkəmə iclaslarına dəvət edilmədiyinə görə ödəniş sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Gecikməyə səbəb onun kredit müddətində 6 ay xəstə olmağı səbəb olmuşdur. Beləki, o, birinci dərəcəli əlildir. Dialez xəstəsidir. Ürəyində olan problemə görə açıq ürək əməliyyatı keçirmişdir. Məhz 6 aylıq müddətdə bank ödənişlərini ödəyə bilməmişdir. Lakin nəzərə almaq lazımdır ki, onunla bağlanmış kredit müqaviləsi 60 ay müddətinə bağlanmışdır və son müddət ##.##.2028-ci ildə başa çatır. O, hazırkı tarixə iddiaçıya 1920 manat ödəniş etmişdir. Hazırkı tarixə onun iddiçıya əsas borca görə 580 manat borcu qalmışdır. Iddiaçı müqavilə müddətini gözləmədən məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı MM-nin 427.1-ci maddəsinin şərtlərinə əməl etməmiş, məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Həmçinin onu da bildirir ki, yataq xəstəsidir, gözdən əlildir. Səhhətində qeyd edilən problemlər son vaxtlar yaranmışdır. O, müqavilə bağlayarkən şəraitin bu dərəcədə dəyişəcəyini, səhhətinin sağalmaz dərəcədə pisləşəcəyini bilsəydi “xxxx” KB ASC ilə müqavilə bağlamaz və kredit götürməzdi. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilməsi, borc məbləğinin 580 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Tez-tələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi və vəkili X4 ## #### 2026-cı il tarixində keçirilən məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, borclunun iki kredit müqaviləsi olmuş, borclu tərəfindən ödənişlər kredit müqaviləsinin biri ilə bağlı olmuş, tələb olunan kredit öhdəliyi üzrə ödənşlər olmamışdır.
14. Iş üzrə iddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, borc məbləğinin 580 manat müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır.
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı “xxxx” KB ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.## 2023-cü il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin ##.##.2025-ci il tarixinə 1968,75 manat əsas, 189,32 manat faiz, 12,92 manat cərimə borcu olmaqla, cəmi 2170,99 manat borcu yaranmışdır.
23. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 7/.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh ##.## 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının ##.## 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir.
25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 12,92 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab etmişdir ki, cavabdehdən 12,92 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir.
26. Qətnamə ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
27. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
29. Mülki prosessual qanunvericiliyin prinsiplərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından mübahisə üzrə pul məbləğinin geri qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin göründüyü kimi cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı etirazını istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, MPM-nin 402.1.-ci maddəsinin tələbinə əsasən araşdırılan iddia tələbi üzrə məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392- 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.