Məhkəmə qərarları › İş №2(3-8)-729/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-729/2026

23.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-729/2026 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Iddiaçı “xxxx” Investisiya Kommersiya Bakının (indiki İddiaçı ASC) borclular borclu2, borclu3 və borclu1 qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh borclu1 tərəfindən verilmiş şikayətin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDI Zəngilan Rayon Məhkəməsinin ## ######## 2016-cı il tarixli əmri ilə (hakim S.Əhmədova) borclu2, borclu3 və borclu1 müştərək qaydada 8697, 14 ABŞ dolları əsas borc, 2306,12 ABŞ dolları faiz borcu, cəmi 11003, 26 ABŞ dolları ödənildiyi zaman Azərbaycan manatına uyğun məzənnəsi ilə dövlət rüsumu olaraq 20 manat məbləğində vəsait tutularaq “xxxx” IKB-yə ödənilməsi əmr edilmişdir. Cavabdeh borclu2 məhkəmə əmrinə etiraz təqdim etmişdir. Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2016-cı il tarixli məhkəmə əmrinə dair borclu borclu2nın verdiyi etirazı təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan digər cavabdeh borclu1 şikayət vermişdir. Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinini *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından borclu1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Məhkəmə kollegiyası cavabdeh borclu1 tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Işdən görünür ki, birinci instansiya məhkəməsinin ##.##.2016-cı il tarixli əmri ilə cavabdehlərdən müştərək qaydada borcun tutulması əmr edilmiş, cavabdeh borclu2 əmrə etiraz etmiş, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə əmrə etirazı təmin edilməmiş, bu qərardaddan digər cavabdeh borclu1 ##.##.2026-cı il tarixdə şikayət vermiş və birinci instansiya məhkəməsi isə ilk öncə sonuncunun bu qərardaddan şikayət vermək hüququnun olub-olmamasını yoxlamadan, şikayət vermək hüququ olduğu halda həmin şikayəti prosessual müddət daxilində verilib-verilməməsini müzakirə etmədən şikayətə baxaraq, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki birinci instansiya məhkəməsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla cavabdeh borclu2 etirazı təmin edilmədiyi halda, qərardaddan şikayəti məhz cavabdeh borclu2 verməli olduğu halda, əmrə ümumiyyətlə etiraz etməyən digər cavabdeh borclu1 şikayəti əsasında yoxlanılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. MPM-nin 363.1.1. maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh borclu1 ##.##.2026-cı il tarixli qərardadı məhkəmə qəbzi əsasında ##.##.2026-cı il tarixdə qəbul etməsinə baxmayaraq, şikayəti 10 günlük prosessual müddət daxilində deyil, müddəti ötürməklə ##.##.2026-cı il tarixdə vermiş, aşağı instansiya məhkəməsi isə buna əhəmiyyət vermədən həmin şikayət əsasında qərardadı yoxlamışdır. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (Mülki Prosessual Məcəllənin 364-cü maddəsi). Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh borclu1 tərəfindən ##.##.2026-cı il tarixli qərardaddan verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilən nəzərə alınmaqla qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI Cavabdeh borclu1 tərəfindən Zəngilan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayətin Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar