Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-744/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X8 və X9 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 4000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)- */**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə cavabdeh cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Digər cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla cavabdeh2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, hər iki cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, iddiaçının qohumu X3 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən *** nömrəli orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunması adı ilə iddiaçını aldatmaqla 2022-ci ilin iyul ayında ondan 4000 manat məbləğində pul vəsaiti almış və həmin pulu öz aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmiş, bununla da iddiaçıya məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirməklə ona qarşı dələduzluq etmişlər. Iddiaçı həmin iş üzrə zərərçəkmiş qismində tanınmış, lakin mülki iddia verməmişdir. Həmin iddianı hazırda təqdim edir.
3. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı İddiaçı iddiasının əsasını cavabdeh1 təmin etməlidir. Çünki verilən 4000 manat məbləğini o Bəşirə təqdim etmişdir. O özü bu puldan 400 manat məbləğində pul vəsaitini ona vermişdir. Cəmi 400 manat pulu o qaytarmalıdır. O qismən təqsirli olması səbəbindən 3 il 4 aydır ki, cəza çəkir. Əsəbləri yerində deyil. Bu vəziyyətinə görə prosesdə iştirak etməkdən imtina edir və üzərinə düşən 400 manat məbləği azadlığa çıxdıqdan sonra işləyib ödəyəcəyinə söz verir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı tanımır və ondan pul almamışdır. Onun bu məsələyə hər hansı bir aidiyyatı yoxdur. Bu mülki işlə bağlı müdafiəçi ilə müqavilə bağlamaq istədiyindən məhkəmə iclasının qeyri-müəyyən vaxta dəyişdirilməsini xahiş edir. Müdafiəçi ilə müqavilə bağladıqdan sonra zəruri sübutları məhkəməyə təqdim edəcəkdir.
6. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla cavabdeh2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-***/*-****/**** saylı məktubdan görünür ki, məhkumlar ##.##.1979-cu il təvəllüdlü cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yerləşən * saylı cəzaçəkmə müəssisəsində və ##.##.1961-ci il təvəllüdlü cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər.
8. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər cavabdeh1, cavabdeh2, həmçinin digər təqsirləndirilən şəxs X5 və zərərçəkmiş şəxs X4 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli Qərarı ilə məhkum cavabdeh1 müdafiəçisi X1 və məhkum cavabdeh2 müdafiəçisi X2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh2 4000 manat pulun alınaraq iddiaçı İddiaçı Abgül oğluna ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 442 və 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 82.1, 14.2, 77.1, 217.4, 1 216-220, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
13. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin bütün hüquqi və faktiki halları düzgün araşdırılmamışdır. Nəticədə məhkəmə tərəfindən ədalətli qətnamə qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cavabdehlərin birgə şəkildə dələduzluq əməlini törətmələri müəyyən edilsə də, həmin hökm iddiaçıdan alınmış 4000 manat məbləğində pul vəsaitinin konkret olaraq hansı hissəsinin cavabdeh2 çatmasını və ya həmin pulun cavabdehlər arasında hansı qaydada bölüşdürülməsini müəyyən etmir. Yəni hökm yalnız birgə cinayət əməlində iştirak faktını təsdiq edir, lakin bu hal avtomatik olaraq bütün məbləğə görə yalnız cavabdeh2 məsuliyyət daşıması anlamına gəlmir. Əksinə, cavabdeh2 məhkəməyə təqdim etdiyi izahatında həmin məbləğin yalnız müəyyən hissəsini- 400 manatını aldığını etiraf etmiş, qalan vəsaitin digər cavabdeh cavabdeh1 tərəfindən götürüldüyünü bildirmişdir. Digər cavabdeh isə ümumiyyətlə iddiaçı ilə münasibətini danaraq onu tanımadığını belə qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə pul vəsaitinin faktiki olaraq kim tərəfindən və hansı həcmdə əldə edilməsini müəyyən etmədən, tam məbləğin cavabdeh2 tutulmalı olması qənaətinə gəlmişdir. Halbuki, mülki məsuliyyət müəyyən edilərkən şəxsin faktiki əldə etdiyi məbləğ, iştirak payı və konkret məsuliyyət dairəsi müəyyən edilməli idi. Bundan əlavə, cavabdeh2 törətdiyi əmələ görə artıq cinayət məsuliyyətinə cəlb olunmuş və hazırda azadlıqdan məhrumetmə cəzası çəkməkdədir. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisənin hüquqi təbiətini səhv müəyyən etmişdir. Belə ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 442 və 448.1-ci maddələrinə istinad etmişdir. Halbuki, qeyd olunan normalar müqavilədən, o cümlədən borc və kredit münasibətlərindən irəli gələn öhdəlikləri tənzimləyir. Belə ki, hazırkı mübahisə tərəflər arasında yaranmış borc və ya müqavilə münasibətindən deyil, hüquqi əsas olmadan əldə edildiyi iddia olunan pul vəsaiti ilə bağlı olduğundan, iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma institutunu tənzimləyən müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə tərəfindən həmin xüsusat nəzərə alınmamış, bununla yanaşı əsassız varlanma münasibətlərinə tətbiq edilməli olan iddia müddəti məsələsi də ümumiyyətlə araşdırılmamışdır. Halbuki, iş materiallarından və cinayət işi üzrə müəyyən edilmiş hallardan açıq şəkildə görünür ki, iddiaçı İddiaçı pul vəsaitini 2022-ci ilin iyul ayında vermiş, həmin tarixdən qısa müddət sonra isə vəd edilən işin həyata keçirilmədiyini, pul vəsaitinin geri qaytarılmadığını və aldadıldığını bildiyini özü etiraf etmişdir. Belə ki, həm cinayət işi üzrə ifadələrdən, həm də hökmün məzmunundan görünür ki, iddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, pul vəsaitinin qaytarılmasını tələb etmiş, “iş lazım deyil, pulumu geri qaytarın” məzmunlu tələblər irəli sürmüş və nəticə etibarilə aldadıldığını anladığını açıq şəkildə bildirmişdir. Bu isə onu göstərir ki, iddiaçı öz hüququnun pozulduğunu və pul vəsaitinin qaytarılmalı olduğunu ən gec 2022-ci ilin ikinci yarısında bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən isə əsassız varlanma obyektinin qaytarılması ilə bağlı tələb hüququ şəxsin öz hüququnun məlum olduğu vaxtdan etibarən ən geci iki il sonra müddətin keçməsi səbəbindən qüvvədən düşür. Buna baxmayaraq, hazırkı mülki iddia uzun müddət keçdikdən sonra təqdim edilmiş, lakin məhkəmə tərəfindən iddia müddətinin tətbiqi məsələsinə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, iş materiallarında iddiaçının hüququnun pozulduğunu daha gec öyrənməsi və ya pul vəsaitinin qaytarılacağına dair obyektiv əsaslarının qalması ilə bağlı hər hansı mötəbər sübut mövcud deyildir. Əksinə, iş üzrə müəyyən edilmiş hallar iddiaçının artıq 2022-ci ildə aldadıldığını başa düşdüyünü və pulunun qaytarılmasını tələb etdiyini təsdiq edir. Belə olan halda, məhkəmənin iddia müddəti məsələsini araşdırmaması və həmin xüsusata hüquqi qiymət verməməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Məhkəmə ümumiyyətlə araşdırmamışdır ki, cavabdeh2 4000 manat məbləğində pulu qəbul etmişdirmi və yaxud ona həmin pul çatdırılmışdırmı, çatdırılması təsdiq olunurmu. Məhkəmə həmin xüsusatı araşdırmamış, cavabdehin etirazının hansı səbəbdən qəbul edilməməsini qətnamədə əsaslandırmamışdır. Digər tərəfdən, cavabdeh1 ümumiyyətlə iddiaçı ilə münasibətini inkar etmiş, lakin məhkəmə onun məsuliyyətdən faktiki olaraq kənarda qalmasının hüquqi əsaslarını da göstərməmişdir. Nəticə etibari ilə məhkəmə iş materiallarında olan sübutlarla təsdiq edilməyən, ehtimala əsaslanan nəticəyə gələrək 4000 manat məbləğində pul vəsaitinin tam şəkildə cavabdeh2 tutulması barədə qətnamə qəbul etmişdir. Qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarında cavabdehlərin birgə şəkildə dələduzluq əməlini törətmələri qeyd olunsa da, həmin qərarda iddiaçı İddiaçı alınmış 4000 manat məbləğində pul vəsaitinin konkret olaraq hansı hissəsinin hansı cavabdeh tərəfindən əldə edilməsi, həmin vəsaitin cavabdehlər arasında hansı qaydada bölüşdürülməsi və hər bir cavabdehin faktiki əldə etdiyi məbləğin nə qədər olması müəyyən edilməmişdir. Eyni zamanda, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı hökmündə pul vəsaitinin sonradan cavabdehlər arasında bölüşdürülməsi qeyd edilsə də, həmin hökm ilə də bölgünün konkret məbləği, hansı hissənin hansı şəxs tərəfindən götürülməsi və pulun faktiki olaraq kimdə qalması müəyyən edilməmişdir. Başqa sözlə, cinayət hökmü yalnız cavabdehlərin birgə cinayət əməlində iştirakını təsdiq edir, lakin bu hal avtomatik olaraq iddiaçıya məxsus bütün 4000 manat məbləğində vəsaitin məhz cavabdeh2 əldə etməsi və ya onun sərəncamında qalması anlamına gəlmir. Birinci instansiya məhkəməsi ziddiyyətli halları araşdırmamış, cavabdehlərin faktiki məsuliyyət bölgüsünü müəyyən etməmiş, cavabdeh2 etirazlarına hüquqi qiymət verməmiş və pul vəsaitinin tam şəkildə məhz onun tərəfindən əldə edilməsini təsdiq edən hər hansı mötəbər sübut olmadan 4000 manat məbləğin tam həcmdə ondan tutulması barədə nəticəyə gəlmişdir. Halbuki, məhkəmə yalnız ehtimallara və ümumi mülahizələrə əsaslanaraq deyil, konkret və mötəbər sübutlar əsasında nəticəyə gəlməli idi. Iş materiallarında isə iddiaçıya məxsus pul vəsaitinin tam şəkildə cavabdeh2 verilməsini, həmin vəsaitin tam olaraq onun tərəfindən mənimsənilməsini və ya onun sərəncamında qalmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Əksinə, iş üzrə müəyyən edilmiş hallar göstərir ki, söhbət bir neçə şəxsin iştirakı ilə törədildiyi iddia olunan əməldən gedir və belə olan halda hər bir şəxsin konkret məsuliyyət dairəsi ayrıca müəyyən edilməli idi. Buna baxmayaraq, məhkəmə bu halları araşdırmadan bütün maddi məsuliyyəti yalnız cavabdeh2 üzərinə qoymaqla əsassız və qeyri-obyektiv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Iş üzrə cavabdehlər cavabdeh2 və onun nümayəndəsi –vəkili Vəkil, cavabdeh cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.
22. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı ##.##.2025-ci il tarixli hökmü ilə cavabdeh cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Digər cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və və 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən təyin olunan 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla cavabdeh2 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
23. Həmin hökmlə müəyyən olunmuşdur ki, hər iki cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, iddiaçının qohumu X3 Bakı şəhəri, Nərimanov rayonunda yerləşən *** nömrəli orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunması adı ilə iddiaçını aldatmaqla 2022ci ilin iyul ayında ondan 4000 manat məbləğində pul vəsaiti almış və həmin pulu öz aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmiş, bununla da iddiaçıya məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirməklə ona qarşı dələduzluq etmişlər.
24. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 11/.
25. Qətnamə ilə razılaşmayan cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Şikayətin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməsini mübahisələndirmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, prosessual hüquq normalarının tələblərini nəzərə almamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, aidiyyəti maddi hüquq normaları üzrə qiymətləndirmə apamamışdır.
28. Göründüyü kimi araşdırılan mübahisə cinayət əməli nəticəsində iddiaçıya vurulmuş zərərin ödənilməsi barədədir.
29. Qeyd olunduğu kimi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, cavabdehlər iddiaçını aldadaraq qohumunu işə düzəltmək adı ilə ondan 4000 manat məbləğində pul vəsaiti almış və həmin pulu öz aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etmiş, bununla da iddiaçıya məxsus 4000 manat məbləğində pul vəsaitini ələ keçirməklə ona qarşı dələduzluq etmişlər.
30. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə cavabdehlərin iddiaçıya hüquqa zidd əməl nəticəsində birgə zərər vurması iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə müəyyən edilmiş halları preyudisiallıq faktı baxımından qiymətləndirir.
31. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşmır və hesab edir ki, iddia olunan pul məbləği – 4000 manat cavabdehlərdən birgə qaydada tutulmalıdır.
33. Məhkəmə kollegiyası iddia müddətinin tətbiqi barədə şikayətin dəlillini gəldikdə isə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
34. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
35. Qanunvericiliyə görə iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prossesual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər.
36. Iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun — iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti, bir qayda olaraq, onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir.
37. Ona görə də MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur.
38. Iş materiallarından görünür ki, cavabdeh məhkəmə çəkişməsi barədə məlumatlı olsa da birinci instansiya məhkəməsindəki araşdırma zamanı iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir.
39. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə apellyasiya şikayətinə əlavə edilmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilməsinin istisna olunduğunu nəzərə alaraq həmin ərizənin əsaslığına münasibət bildirilməsinə zərurət görmür.
41. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər cavabdeh2 və cavabdeh1 birgə qaydada 4000 (dörd min) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.