Məhkəmə qərarları › İş №2(3-8)-751/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-751/2026

08.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-751/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İş materiallarında olan Quba Rayon məhkəməsinin məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli saylı qətnaməsindən göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Cavabdeh hər uşağa görə hər ay minimum aylıq əmək haqqın 0,38 misli miqdarında aliment iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. 3.İş materiallarında olan AZ-III 412668 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından ## #### 2014-cü il təvəllüdlü X4 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. 4.İş materiallarında olan AZ-III 731653 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından ## ###### 2016-cı il təvəllüdlü X5 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. 5.İş materiallarında olan AZ-IV 656810 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından ## #### 2020-ci il təvəllüdlü X7 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı kimi qeyd olunmuşdur. 6.İş materiallarında olan İlkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə ##.##.2024-cü il tarixli MŞQ/MT/***/****-***** saylı arayışına əsasən, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdi. Mediasiya xərci üçün nəzərdə tutulan 60 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. 7.Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh ilə birgə nikahdan doğulmuş övladları ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ##.##.2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 260 manat olmaqla, üç uşaq üçün hər ay 780 manat sabit pul məbləğində alimentin tutulması, eləcə də, qızı X7 müalicəsi ilə bağlı hər ay 100 manat əlavə yardımın, eləcə də mediasiya prossesi üçün ödədiyi 60 manat xərcin cavabdeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2011-ci il tarixdə Cavabdeh ilə nikahı rəsmiləşdirərək, ailə qurmuş və birgə nikahdan ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ##.##.2020-ci il təvəllüdlü X7 doğulmuşlar. Övladları hər üçü onun himayəsindədir. Quba rayon məhkəməsinin e-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında ##.##.2011-ci il tarixdə Quba RlHB-nın Vladimirovka İƏV üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı ** nömrəli nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Piriyev Qurban oğlundan hər uşağa görə hər ay minimum aylıq əmək haqqın 0,38 misli aliment iddiaçı İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan qətnamədən sonra uşaqların saxlanılması ilə bağlı xərclər əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil, qidalanma, geyim, sağlamlıq və digər gündəlik zəruri eaçların təmin olunması, eləcə də, uşaqların normal inkişafı və saxlanılaması mövcud aliment məbləği ilə mümkün deyildir. Bu səbəblə də alimentin artırılması tələbilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı. Bildirir ki, özü işləmir. Cavabdeh Quba Şahmat məktəbində müəllim işləyir əmək haqqı alır. Bundan başqa cavabdehin bağ sahəsi var. Həmin bağ sahəsindən əldə edilən meyvə məhsulunun satışı ilə məşğul olur. Bundan başqa boş vaxtlarında taksi fəaliyyəti ilə də məşğul olur. Gəlir və qazancı kifayət qədər yüksəkdir. Qeyd edir ki, övladı Leylafər Piriyeva danışıq qüsurlu olduğundan loqoped dərslərinə gedir, hər ay 300 manat loqopedə ödəniş edir. Bununla bağlı mütəmadi həkim müayinəsindən keçir və müalicə alır. Bundan başqa qızı Diana Piriyevanın boyun və başda mütəmadi ağrıları olduğu üçün müalicə alır. Lakin məhkəmə qərarına əsasən müəyyən olunmuş aliment uşaqların yuxarıda qeyd etdiyi zəruri ehtiyaclarının anmasına kifayət etmir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması tələbi ilə bağlı Quba * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. ##.##.2026-cı il tarixdə keçirilmiş mediasiya sesiyasında, cavabdeh iştirak etməmişdir, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat mediasyaya dair xərc tərəfindən ödənilmişdir. 10.Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4,## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Cavabdeh hər ay hər uşağa görə minimum aylıq əmək haqqının 0,43 misli miqdarında aliment tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə 60 (altmış) manat mediasiya xərcinin yarısı 30 (otuz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İbrahim Qazıbəyov) 11.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.2, 81.2, 81.3 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” # ####### 2012-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13 və 19-cu maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.4 və 36.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 12.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 13.Apellyasiya şikayətinin dəlilləri 14.İddiaçı İddiaçı apellyasiya şikayəti verib, Quba rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilib, hər ay hər uşaq üçün 260 manat olmaqla, üç uşaq üçün hər ay 780 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2011-ci il tarixdə Cavabdeh ilə nikahı rəsmiləşdirərək, ailə qurmuş və birgə nikahlarından ## #### 2014cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ##.##.2020-ci il təvəllüdlü X7 doğulmuşlar. Övladlarının hər üçü onun himayəsindədir. Quba rayon məhkəməsinin e-*(***)- ****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında ##.##.2011-ci il tarixdə Quba RlHB-nın Vladimirovka İƏV üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı ** nömrəli nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Piriyev Qurban oğlundan hər uşağa görə hər ay minimum aylıq əmək haqqın 0,38 misli aliment iddiaçı İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Qeyd olunan qətnamədən sonra uşaqların saxlanılması ilə bağlı xərclər əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil, qidalanma, geyim, sağlamlıq və digər gündəlik zəruri ehtiyaçların təmin olunması, eləcə də, uşaqların normal inkişafı və saxlanılaması mövcud aliment məbləği ilə mümkün deyildir. Özü işləmir. Atasının maddi köməkliyi ilə özünün və övladlarının maddi ehtiyaclarını qarşılayır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon Şahin Allahyarov adına İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon Şahin Allahyarov adına İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman- Şahmat Məktəbində müəllim işləyir və 404, 15 manat əmək haqqı alır. Bundan başqa cavabdehin onunla birgə nikah dövründa ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə 0,57 ha; ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə 0,5499 ha; ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə 0,8377 ha; ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla ümumi birgə 0,5504 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri; Quba rayonu, Alekseyevka kəndində ## ##### 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla 0,181 ha torpaq sahəsi; Quba rayonu, Dəlləkli kəndində ##.##.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla 0,12 ha yaşayış məntəqələri torpağı; Quba rayonu, Alekseyevka kəndində ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla 0,4799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; Quba rayonu, Dəlləkli kəndində ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, 303011008183-***** reyestr nömrəli çıxarışla qeyri-yaşayış binası əldə etmişlər ki, həmin torpaq sahələri və qeyri-yaşayış binasından gəlir əldə edir. Belə ki, Cavabdeh həmin bağ sahələrinin məhsulunu sataraq yüksək gəlir əldə edir, hansı ki, qeyd olunan torpaq sahələri birgə nikah dövründə əldə edildiyindən payının müəyyən edilməsinə dair Quba rayon məhkəməsinin icraatında iddia ərizəsi vardır. Buna baxmayaraq, Cavabdeh bağ sahələrindən 30.000 civarında əldə edilən gəlir və qazancı özü mənimsəyir. 16.Bundan başqa boş vaxtlarında taksi fəaliyyəti ilə də məşğul olur. Atası ilə birgə Quba rayonu, Dəlləkli kəndi ərazisində 2 mağaza, 1 kafe, 2 bərbər salonu işlədirlər. Cavabdehin gəlir və qazancı kifayət qədər yüksəkdir. Gəlir və qazancını özünə və başqa işlərinə xərcləçəklə məşğuldur. Lakin uşaqlarının müalicə, təhsil, qidalanma, geyim və digər gündəlik zəruri olan maddi ehtiyaclarının qarşılanmasına gəldikdə isə Cavabdeh məhkəmə tərəfindən qət edilmiş alimenti ödəmək ilə kifayətlənir. X11 danışıq qüsurlu olduğundan loqoped dərslərinə gedir, hər ay 300 manat loqopedə ödəniş edir. Bununla bağlı mütəmadi həkim müayinəsindən keçir və müalicə alır. Bundan başqa qızı Diana Piriyevanın boyun və başında mütəmadi ağrıları olduğu üçün müalicə alır. Lakin məhkəmə qərarına əsasən müəyyən olunmuş aliment uşaqların yuxarıda qeyd etdiyi zəruri ehtiyaclarının qarşılanmasına kifayət etmir. Cavabdehin kifayət qədər gəlir və qazancı yüksən olduğu halda uşaqlarının bir çox maddi ehtiyaclarının qarşılanmasına atası köməklik edir. 17.Belə ki, qanunvericiliyin tələbinə əsasən uşaqların mənafeyi ilə aliment ödəyən valideynin maddi imkanları və mənafeyi arasında ədalətli razılığa riayət olunmalıdır. Lakin, məhkəmə qətnaməsinə əsasən hər uşaq üçün minimum əmək haqqının 0.43 misli miqdarında alimentin qət olunması ilə uşaqlarının mənafeyi ilə aliment ödəyən cavabdeh Cavabdeh maddi imkanı arasında ədalətli razılığa riayət olunmamışdır. Cavabdehin yüksək gəlir və qazancı övladlarına hər ay normal məbləğdə, yəni onların maddi ehtiyaclarını (təhsil, sağlamlıq, qidalanmaq və geyim kimi zəruri olan ehtiyaclarının) qarşılayacaq məbləğdə alimentin ödənilməsinə imkan verir. Lakin cavabdeh gəlir və qazancını gizləyərək, yalnız məşqçi-müəllim kimi çalışaraq əldə etdiyi əmək haqqını göstərməklə kifayətlənir. Halbuki, cavabdeh birgə nikah dövründə əldə etdikləri bağ sahələrindən onun payına düşən hissənin belə meyvə məhsulu da satır və məhsulun gəlirini öz ehtiyaclarına xərcləyir. 18.Belə ki, məhkəmə işi hərtərəfli araşdırmamış, cavabdehin bağ sahələrindən, atası ilə birgə işlətdikləri mağaza, kafe, bərbər salonlarından, eləcə də, taksi fəaliyyəti ilə məşğul olaraq əldə etdiyi gəlir və qazancı nəzərə almamış, bundan başqa övladlarının xəstəlikləri ilə əlaqədar məhkəməyə təqdim etdiyi xəstəlik sənədlərinə hüquqi qiymət vermədən iddia ərizəsinin əlavə yardım olaraq 100 manatın cavabdehdən alınıb ona verilməsi hissəsində təmin etməmişdir. 19.Məhkəmə alimentin cavabdehdən tutulmasını qət edərkən, cavabdeh tərəfin göstərdiyi dəlillərə qiymət verərək, yəni məşqçi-müəllim işləyərək aldığı əmək haqqını nəzərə almış, onun məhkəməyə təqdim etdiyi xəstəlik sənədlərinə və müalicələrə xərclərinə əhəmiyyət vermədən qiymət verməmiş, cavabdehin bağ sahələrindən və yuxarıda sadaladığı qeyri yaşayış obyektlərindən əldə etdiyi gəlir və qazancının olmasını aydınlaşdırmamışdır. 20.Belə ki, qanunvericiliyin tələbinə əsasən uşaqların mənafeyi ilə aliment ödəyən valideynin maddi imkanları və mənafeyi arasında ədalətli razılığa riayət olunmalıdır. Lakin, məhkəmə qətnaməsinə əsasən hər uşaq üçün minimum əmək haqqının 0.43 misli miqdarında alimentin qət olunması ilə uşaqlarının mənafeyi ilə aliment ödəyən cavabdeh Cavabdeh maddi imkanı arasında ədalətli razılığa riayət olunmamışdır. Cavabdehin yüksək gəlir və qazancı övladlarına hər ay normal məbləğdə, yəni onların maddi ehtiyaclarını (təhsil, sağlamlıq, qidalanmaq və geyim kimi zəruri olan ehtiyaclarının) qarşılayacaq məbləğdə alimentin ödənilməsinə imkan verir. Lakin cavabdeh gəlir və qazancını gizləyərək, yalnız məşqçi-müəllim kimi çalışaraq əldə etdiyi əmək haqqını göstərməklə kifayətlənir. Halbuki, cavabdeh birgə nikah dövründə əldə etdikləri bağ sahələrindən onun payına düşən hissənin belə meyvə məhsulu da satır və məhsulun gəlirini öz ehtiyaclarına xərcləyir. Belə ki, məhkəmə işi hərtərəfli araşdırmamış, cavabdehin bağ sahələrindən, atası ilə birgə işlətdikləri mağaza, kafe, bərbər salonlarından, eləcə də, taksi fəaliyyəti ilə məşğul olaraq əldə etdiyi gəlir və qazancı nəzərə almamış, bundan başqa övladlarının xəstəlikləri ilə əlaqədar məhkəməyə təqdim etdiyi xəstəlik sənədlərinə hüquqi qiymət vermədən iddia ərizəsinin əlavə yardım olaraq 100 manatın cavabdehdən alınıb ona verilməsi hissəsində təmin etməmişdir. 21.Məhkəmə alimentin cavabdehdən tutulmasını qət edərkən, cavabdeh tərəfin göstərdiyi dəlillərə qiymət verərək, yəni məşqçi-müəllim işləyərək aldığı əmək haqqını nəzərə almış, onun məhkəməyə təqdim etdiyi xəstəlik sənədlərinə və müalicələrə xərclərinə əhəmiyyət vermədən qiymət verməmiş, cavabdehin bağ sahələrindən və yuxarıda sadaladığı qeyri-yaşayış obyektlərindən əldə etdiyi gəlir və qazancının olmasını aydınlaşdırmamışdır. 22.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 23.Cavabdeh Cavabdeh nümyaəndəsi və vəkili Vəkil qızı apellyasiya şikayətinə qarşı etiraz verərək, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. etirazını belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etmir və şikayətdə qeyd olunanlarla razılaşmır. Cavabdeh hesab edir ki, apellyasiya şikayətində göstərilən faktlar və iddialar həqiqətə uyğun deyil, birtərəfli qaydada təqdim olunmuş və mövcud vəziyyəti düzgün əks etdirmir. Bu səbəbdən cavabdeh Cavabdeh məhkəmədən apellyasiya şikayətinin tam şəkildə və birmənalı olaraq rədd edilməsini xahiş edir. Belə ki, iddia apellyasiya şikayətində cavabdehin guya yüksək gəlir əldə etdiyi və maliyyə imkanlarının geniş olduğu göstərilməyə çalışılmışdır. Lakin bu hal reallığı əks etdirmir. Cavabdehin yeganə qazanc mənbəyi onun rəsmi qaydada aldığı əmək haqqısıdır və cavabdehin başqa hər hansı əlavə gəlir mənbəyi, digər maliyyə qazancı mövcud deyildir. Cavabdeh yalnız əmək fəaliyyəti nəticəsində əldə etdiyi maaş hesabına öz gündəlik yaşayışını təmin edir və mövcud sosialiqtisadi şərait daxilində maddi ehtiyaclarını qarşılamağa çalışır. 24.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba rayon Şahin Allahyarov adına İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli arayışdan açıq şəkildə görünür ki, cavabdeh Cavabdeh həmin müəssisədə məşqçi-müəllim vəzifəsində çalışır. Həmin arayışa əsasən cavabdehin aylıq əmək haqqısı cəmi 404,15 (dörd yüz dörd manat on beş qəpik) manat təşkil edir. Bu məbləğ onun rəsmi və yeganə gəliridir. Qeyd edilməlidir ki, cavabdeh bu məhdud məbləğdə olan gəlir hesabına həm şəxsi gündəlik yaşayış xərclərini, həm müvafiq qətnamə ilə müəyyən edilmiş aliment məbləğini, həm də üzərinə düşən digər maliyyə öhdəliklərini yerinə yetirməyə çalışır. 25.Müasir dövrdə mövcud olan iqtisadi vəziyyət, gündəlik istehlak mallarının və xidmətlərin qiymətlərinin artması, kommunal ödənişlər, nəqliyyat xərcləri və digər zəruri yaşayış xərcləri nəzərə alındıqda, cavabdehin aldığı əmək haqqısının olduqca aşağı olduğu açıq şəkildə görünür. Belə bir maddi vəziyyətdə alimentin artırılması onun sosial vəziyyətini daha da ağırlaşdıracaq və normal yaşayış imkanlarını məhdudlaşdıracaqdır. 26.Bundan əlavə, iddiaçı tərəfindən apellyasiya şikayətində cavabdehin guya daha yüksək gəlir əldə etməsi barədə göstərilən məlumatlar heç bir sübut və əsaslarla təsdiq olunmamışdır və bu məlumatlar həqiqəti əks etdirmir. Cavabdehin rəsmi iş yeri və əmək haqqısı barədə tərəfimizdən birinci instansiya məhkəməsində elektron məhkəmə sisteminə yerləşdirilmiş arayış onun real maddi vəziyyətini tam şəkildə göstərir. Bu səbəbdən iddiaçı tərəfindən irəli sürülən alimentin artırılması barədə tələb faktiki hallara, cavabdehin real maliyyə imkanlarına və mövcud vəziyyətə uyğun deyildir. 27.Həmçinin nəzərə alınmalıdır ki, aliment məsələlərinin həlli zamanı tərəflərin real maddi vəziyyəti, gəlir imkanları və sosial şəraiti hərtərəfli qiymətləndirilməlidir. Cavabdehin aylıq gəlirinin çox aşağı olması, başqa əlavə qazanc mənbəyinin olmaması və yalnız əmək haqqısı ilə dolanması göstərir ki, iddiaçı İddiaçı alimentin artırılması ilə bağlı irəli sürdüyü tələb əsassızdır və mövcud vəziyyətlə uzlaşmır. Beləliklə, göstərilən bütün halları, cavabdehin real maddi vəziyyətini, aylıq gəlirinin məhdud olmasını, başqa gəlir mənbəyinin olmamasını, habelə iddia ərizəsində göstərilən məlumatların həqiqətə uyğun olmamasını nəzərə alaraq cavabdeh hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və qanuni əsaslara söykənmir. Bu səbəbdən məhkəmədən xahiş olunur ki, iddiaçının alimentin artırılması ilə bağlı apellyasiya şikayəti rədd edilsin. Həmçinin qeyd olunmalıdır ki, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında ##.##.2011-ci il tarixdə Quba RlHB-nın Vladimirovka İƏV üzrə nümayəndəliyində bağlan, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları müəyyən edilməsi, tərəflərin birgə nikahından doğulmuş ## #### 2014-cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Cavabdeh hər uşağa görə hər ay minimum aylıq əməkhaqqın 0,38 misli miqdarında aliment iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. 28.Cavabdeh qeyd edilən qətnamə üzrə müəyyən edilmiş aliment məbləğini müntəzəm olaraq ödəyir və həmin məbləğdən artıq aliment məbləğinin müəyyən edilməsi cavabdehin mövcud maddi imkanlarına və faktiki gəlirlərinə uyğun deyildir. Qeyd edilməlidir ki, aliment öhdəliyi qanunvericiliyə uyğun olaraq valideynin real maddi vəziyyəti, qazancı və sosial şəraiti nəzərə alınmaqla müəyyən edilməlidir. Mövcud vəziyyətdə cavabdehin əldə etdiyi gəlir onun şəxsi yaşayış xərclərini, gündəlik ehtiyaclarını və digər zəruri öhdəliklərini qarşılamaq üçün kifayət etməklə yanaşı, artıq müəyyən edilmiş aliment məbləğinin ödənilməsinə imkan verir. 29.Lakin aliment məbləğinin artırılması cavabdehin maliyyə imkanları ilə uzlaşmır və onun üçün əlavə və həddindən artıq maliyyə yükü yaradır. Cavabdeh Cavabdeh bir ata olaraq valideynlik məsuliyyətini tam şəkildə dərk edir, övladlarının maddi təminatında iştirak etməyin vacibliyini anlayır və bu öhdəliyin yerinə yetirilməsindən yayınmır. O, övladlarının normal inkişafı və saxlanılması üçün üzərinə düşən vəzifələri imkanları çərçivəsində yerinə yetirməyə çalışır, müəyyən edilmiş aliment məbləğini vaxtında və müntəzəm qaydada ödəməklə valideynlik borcunu yerinə yetirdiyini nümayiş etdirir. Cavabdeh övladlarına qarşı məsuliyyət hissi ilə yanaşır və onların saxlanmasına imkanları daxilində həm maddi, həm də mənəvi dəstək göstərmək niyyətindədir. Bununla yanaşı qeyd olunmalıdır ki, aliment məbləğinin artırılması məsələsinə baxılarkən yalnız iddiaçının tələbi deyil, həm də cavabdehin real maddi vəziyyəti, qazanc imkanları, yaşayış şəraiti, digər öhdəlikləri və ümumi sosial vəziyyəti nəzərə alınmalıdır. 30.Hazırkı vəziyyətdə cavabdehin gəlirləri məhdud xarakter daşıyır və onun əlavə yüksək məbləğdə aliment ödəməsi faktiki olaraq mümkün deyildir. Aliment məbləğinin əsassız şəkildə artırılması cavabdehin maddi vəziyyətinə mənfi təsir göstərə, onun minimum yaşayış səviyyəsini belə təmin etməsini çətinləşdirə bilər. Onu da cavabdeh bildirir ki, iddiaçı cavabdehə qarşı qərəzli olduğundan alimentin artırılmasına görə müraciət etmişdir. Real məqsədi Alimentin artırılması deyil, qarşı tərəfin məqsədyönlü qıcıqlandırılmasıdır. Tərəflərin arasındakı nikah pozulduqdan dərhal sonra iddiaçı aliment məbləğin artırılmasına görə məhkəməyə müraciət etmişdir. 31.Həmçinin qeyd edilməlidir ki, mövcud məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artıq qüvvədədir və cavabdeh tərəfindən icra olunur. Bu fakt cavabdehin öhdəliklərindən yayınmadığını, əksinə qanuni tələblərə riayət etdiyini göstərir. Aliment məbləğinin artırılması üçün isə qanunvericiliyə əsasən əsaslı və obyektiv səbəblərin mövcudluğu tələb olunur. Lakin hazırkı iş üzrə belə əsaslı hallar müəyyən edilməmişdir və cavabdehin maddi vəziyyətində aliment məbləğinin artırılmasını əsaslandıracaq dəyişiklik baş verməmişdir. Beləliklə, yuxarıda göstərilən halları, cavabdehin faktiki maddi imkanlarını, mövcud sosial vəziyyətini, həmçinin artıq müəyyən edilmiş aliment məbləğinin müntəzəm şəkildə ödənilməsini nəzərə alaraq cavabdeh hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş aliment məbləğinin artırılması barədə tələb əsassızdır və cavabdehin real maliyyə imkanları ilə uzlaşmır. Bu səbəbdən məhkəmədən xahiş olunur ki, iş üzrə bütün halları obyektiv və hərtərəfli qiymətləndirərək iddia tələbini təmin etməsin və iddianın rədd edilməsi barədə qərar qəbul etsin. 32.Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15№-li qərarın 8.4-3.-cü maddəsinə əsasən Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Cavabdeh bildirmək istəyir ki, hazırki vəziyyətdə cavabdehin maddi vəziyyətində dəyişiklik yoxdur, aylıq qazanc və gəlirlərində artım və s. müşahidə olunmur. Buna baxmayaraq cavabdeh əsassız olaraq “alimentin artırılmasına” dair iddia qaldırmış və apellyasiya şikayəti vermişdir. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan cavabdeh hesab edir ki, təmin edilməməlidir. 33.Apellyasiya icraatı iştirakçılarının izahatları 34.Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. 35.Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 36.Tətbiq edilən hüquq 37.Azərbaycan Respublikasının Konstitusiyası 38.Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 39.Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. 40.“Uşaq hüquqlarına dair” BMT Konvensiyası 41.Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. 42.“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 43.Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; 44.Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. 45.Azərbaycan Respublikasının Ailə Məcəlləsi 46.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 47.Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 48.Maddə 112.1. Aiment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 49.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 50.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 51.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 53.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 54.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 56.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 57.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 58.Apellyasiya baxışının hədləri 59.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 60.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 61.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Quba rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilib, hər ay hər uşaq üçün 260 manat olmaqla, üç uşaq üçün hər ay 780 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 62.Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsini mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir. 63.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 64.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 65.Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. 66.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. 67.Məhkəmə kollegiyası qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki işdən isə görünür ki, Quba Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi əsasında tərəflərin birgə nikahından doğulmuş ## #### 2014cü il təvəllüdlü X4, ## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, ##.##.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Cavabdeh hər uşağa görə hər ay minimum aylıq əmək haqqın 0,38 misli miqdarında alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. 68.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşağların aylıq xərcinin yüksək olduğunu və xəstəliklərilə bağlı xərcləri bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halda qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab etmişdir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə iddiaçının müntəzəm xarakterli əmək haqqına malik olmasını və uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində müəyyən edilməsini mümkün hesab etmişdir. 69.Qeyd olunanlara istinadən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçıdan tutulan alimentin bu həddə qaldırılması onun gəlirlərinə uyğun olmadığından, iddiası qismən əsaslıdır. 70.Kollegiya qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. 71.Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. 72.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 73.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X3rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 74.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarı artırararaq, ## #### 2014-cü il təvəllüdlü X4,## ###### 2016-cı il təvəllüdlü X5 və ## #### 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, cavabdeh Cavabdeh hər ay hər uşağa görə minimum aylıq əmək haqqının 0,43 misli miqdarında alimentin müəyyən edilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. 75.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. 76.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 77.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar