Məhkəmə qərarları › İş №2(3-8)-771/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-771/2026

30.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-771/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və Aşurova İradə Abuzər qızının (Sumqayıt şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və orderin ləğvi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, orderin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçılar iddiaçı2, Aşurova İradə Abuzər qızının, cavabdeh Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçılar iddiaçı2 və Aşurova İradə Abuzər qızının (Sumqayıt şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və orderin ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Aşurova İradə Abuzər qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İş materiallarında olan X5 İstehsalat Birliyi tərəfindən verilmiş ##.##.1988-ci il tarixli, **** nömrəli orderə əsasən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5 , mənzil 6 Aşurova İradə Abuzər qızına verilmişdir. 2.İş materiallarında olan “Kimyasənaye” İstehsalat Birliyi tərəfindən verilmiş ##.##.1994-cü il tarixli, *** nömrəli orderə əsasən ünvan 5 Cavabdeh verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin ##.##.2003cü il tarixli

3. *** nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ** nömrəli evin ** nömrəli mənzili X5 İstehsalat Birliyinin * nömrəli, ##.##.1993-cü il tarixli protokolu əsasında Aşurova İradə Abuzər qızının istifadəsinə verilmişdir. 4.İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli, AZ-İ № ****** saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə iddiaçı2 ##.##.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1343 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. 5.İş materiallarında olan “X5” zavodu tərəfindən verilmiş ##.##.2009-cu il tarixli, *** nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, ** saylı protokol əsasında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5 , mənzil 6 X6 verilmişdir. 6.İş materiallarında olan “X5” zavodunun direktoru İ.A.Balakişiyev tərəfindən təsdiq edilmiş, həmin zavodun Həmkarlar İttifaqı Komitəsinin sədri İ.H.Paşayev, MMK-nın sədri Ş.Əhmədova, MMK üzvləri İ.Rəhimov və S.S.Səfərov tərəfindən tərtib edilmiş ##.##.2009cu il tarixli, ** nömrəli protokola əsasən “SAM” zavodunun * saylı yataqxanasının **a saylı otağının müvəqqəti yaşamaq üçün mərhum X1 qızı X3 verilməsi və onun adına sənədləşdirilməsi, ##.##.2009-cu il tarixə kimi ** saylı yataqxananın * saylı otağında müvəqqət yaşamaq hüququ verən sənədlərin ləğv edilib, müvəqqəti yaşamaq üçün X4 adına sənədləşdirilməsi, MKT-nın rəisi X11 bu protokoldan irəli gələn bütün məsələlərin həll etməsinin tapşırılması qərara alınmışdır. 7.İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ##.##.2010-cu il tarixli sərəncamına əsasən Sumqayıt şəhərində yerləşən və bu sərəncamın əlavəsində göstərilən bina və tikililər “Azərkimya” İstehsalat Birliyinin balansından çıxarılmışdır. 8.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin *-****/**** saylı, ##.##.2003-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh Aşurova İradə Abuzər qızına qarşı “yaşayış sahəsindən çıxarılmaqla, onun həmin sahəyə köçürülməsi tələbinin əsaslı olduğundan təmin edilməsi, qətnamənin təsviri hissəsində şərh olunan obyektiv səbəblər üzrə bu qətnamənin icrasına İ.Aşurovaya məxsus mənzil boşaldılanadək möhlət verilməsi, iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququnun bərpa edilməsi üçün iddiaçı Cavabdeh onu verilmiş order üzrə eyni sahəli və şəraitli yaşayış sahəsi ilə təmin etməsi, mübahisəli mənzil cavabdeh tərəfindən boşaldıqda isə heç bir maneə olmadan onun həmin order üzrə nəzərdə tutulmuş mübahisəli otağa köçürülməsi qət edilmişdir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2012-ci il tarixli, MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6 X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində 1412000411 nömrə ilə qeydiyyat aparılmışdır. 10.İş materiallarında olan Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərkimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışdan görünür ki, vətəndaş Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5 ünvanında yerləşən * saylı mənzilinə “Kimyasənaye” İstehsalat Birliyinin “X5” zavodunun ##.##.1993-cü il tarixli protokolu “Azərkimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinə təhvil verilməmişdir. 11.İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən iddia təmin edilmiş, İsmayılov Ceyhun Tahir oğlunun, İsmayılova Xəyalə Tahir qızının və Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, * saylı evin * saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 12.İş materiallarında olan “Azərkimya” İstehsalat Birliyinin ##.##.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X4 “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X5” zavodunda işləməsi barədə arxiv fondlarında araşdırmalar aparılmış, lakin onun qeyd olunan müəssisədə işləməsi barədə hər hansı bir arxiv sənədi aşkarlanmamışdır. 13.İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh «Azərkimya» İstehsalat Birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın cavabdeh X4 ayrılmasına dair ##.##.2009-cu il tarixli, ** saylı protokolun X4 aid olan hissəsi və bu protokol əsasında verilmiş ##.##.2009-cu il tarixli, *** saylı orderin etibarsız hesab olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin ** saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş ##.##.2024-cü il tarixli aktın surətindən görünür ki, ** saylı mənzil kommunal sahəsinin sahə ustası Ələkbər Əliyev, qonşular X20, X14 Cavabdeh 1998-ci ildə 3-cü mikrorayon, bina 5/2, mənzil18-də yoxlama zamanı aşkar edildi ki, həqiqətən həyat yoldaşı İsmayılov Tahir Kərəm oğlu ilə birlikdə yaşayıblar. Hal-hazırda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 15.İddiaçılar iddiaçı2 və Aşurova İradə Abuzər qızı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və orderin ləğvi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 16.İddia tələbi onunla əsaslandırılmışdır ki, Aşurova İradə Abuzər qızı 1988-ci ildən, iddiaçı2 2008-ci ildən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ** saylı yataqxana, ev 5, mənzil 6 ünvanında ailələri ilə birlikdə daimi yaşayırlar. iddiaçı2 müəllimə işləyir, iki azyaşlı uşağın anasıdır və ailəsi bu mənzildən başqa heç bir yaşayış sahəsinə malik deyildir. Övladları məhz bu ünvanda böyümüş, məktəb və bağçaya bu ərazidən getmişlər. iddiaçı2 bu mənzildə ailə quran, faktiki olaraq daimi yaşayan və bütün kommunal, məişət öhdəliklərini yerinə yetirən şəxs olmuşdur. İddiaçılar həmin ünvandan başqa heç bir yaşayış sahəsinə malik deyillər. Sumqayıt Kimya Sənayə İstehsalat Birliyinin ##.##.1988-ci il tarixli orderi ilə Aşurova İradə Abuzər qızının istifadəsinə Sumqayıt şəhəri, Kimyaçılar qəs., Yataqxana 17, ev 5, * saylı mənzil verilmişdir. İ.Aşurova bu ünvanda ailəsi ilə daimi olaraq yaşayarkən ona verilən orderi təhvil verməmiş, cavabdeh Cavabdeh SAM istehsalat birliyinin ##.##.1993-cü il tarixli Protokolu əsasında *** saylı, ##.##.1994-cü il tarixli orderə əsasən bu mənzil ayrılmışdır. Bu order 30 ilə yaxındır ki, faktiki olaraq icra edilməmiş, həmin dövrdən bəri nə cavabdeh, nə onun ailə üzvləri bu ünvanda yaşamamış, mənzilə sahib çıxmamış və bu yaşayış sahəsi ilə heç bir əlaqə saxlamamışdır. Cavabdeh uzun illərdir başqa ünvanda yaşayır, kifayət qədər yaxşı sosial vəziyyətə malikdir və onun bu yataqxana otağına ehtiyacı yoxdur. Belə ki, bu qadının Sumqayıt, o cümlədən Respublikanın bir sıra ərazilərində mənzilləri vardır. Cavabdeh uzun illər ərzində bu mənzildə yaşamamış, yaşayış sahəsinin saxlanılması, təmiri və kommunal xərclərinin ödənilməsi üçün heç bir öhdəlik yerinə yetirməmiş, həmin ünvanda heç bir sosial əlaqəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi İdarəsinin Daşınmaz əmlakın olması barədə ## ###### 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhər * saylı dövlət notariat kontorunun ## #### 1998-ci il tarixli, 3M-3/*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 5/2 ünvanında yerləşən, ** nömrəli mənzil üzərində keçmiş DTİ və MHQ idarəsi tərəfindən verilmiş ## #### 1998-ci il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə Cavabdeh tam mülkiyyət hüququ qeydiyyata alınmış, Sumqayıt şəhər * saylı dövlət notariat kontorunun dövlət notariusunun ## #### 2001-ci il tarixli, 4-Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həyat yoldaşı İsmayılov Tahir Kərəm oğlunun adına özgəninkiləşdirilmiş və sözügedən mənzil üzərində keçmiş DTİ və MHQ idarəsi tərəfindən verilmiş 2001-ci il tarixli, ***** qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi ilə İsmayılov Tahir Kərəm oğlunun tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. 2010-cu ildən etibarən sözügedən yataqxana Sumqayıt Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir və bu tarixdən sonra həmin yaşayış sahələri üzərində bütün səlahiyyət və rəsmiləşdirmə İcra hakimiyyətinə məxsus olmuşdur. Buna görə də 1993-cü ildə sənaye müəssisəsi tərəfindən verilmiş order artıq faktiki və hüquqi baxımdan aktuallığını itirmişdir. Aşurova İradə Abuzər qızına yalnız 2003-cü ildə Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 11, mənzil 27-də 3 otaqlı mənzil sahəsi ayrılmış olsa da, hazırda da bu mənzildə məcburi köçkün ailəsi yaşayır. Hətta Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2003-cü il tarixli qətnaməsinin qət etdi hissəsində qeyd olunmuşdur: “iş üzrə əlavə cavabdeh müəssisə rəhbərliyinə bir vəzifə olaraq, cavabdehin mübahisəli mənzili qaçqın tərəfindən boşaldılanadək yaşayış hüququ bərpa edilməsi üçün iddiaçı Cavabdeh onu verilmiş order üzrə eyni sahəli və şəraitli yaşayış sahəsi ilə təmin etsin.” Məhkəmə qətnaməsinə əsasən zavod tərəfindən cavabdehə eyni şəraitli mənzil təklif olunsa da, cavabdeh bu mənzildən imtina etmiş, bununla da onlara qarşı şəxsi qərəzinin olduğunu sübut etmişdir. Bu faktla bir daha sübut olunur ki, cavabdehin heç bir zaman yataqxana otağına ehtiyacı olmamış, digər məhkəmə araşdırmalarında da müəyyən olunmuşdur ki, bu şəxsin bir neçə ünvanda yaşayış sahələri mövcuddur. Eyni zamanda, cavabdeh 1998-ci ildən ünvan 2 ünvanında yaşamışdır. Bu fakt ##.##.2024-cü il tarixli aktla təsdiq edilir. İddiaçı Cavabdeh adına 1993-cü ildə verilmiş orderin hüquqi nəticələrinin indiki dövrdə keçərli hesab edilməsi mümkün deyil. Buna səbəb həm orderin faktiki olaraq icra edilməməsi, həm də yaşayış sahəsinin 2010-cu ildən etibarən icra hakimiyyətinin balansında olmasıdır. Bu isə o deməkdir ki, həmin yaşayış sahəsinin kimə verilməsi və ya kim tərəfindən istifadə olunmasının müəyyən edilməsi artıq müəssisənin deyil, yerli icra hakimiyyətinin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən iddiaçı iddiaçı2 ünvan 3 ünvanına istifadə hüququnun tanınması, cavabdeh Cavabdeh SAM İstehsalat Birliyinin ##.##.1993-cü il tarixli protokolu əsasında verilmiş *** saylı, ##.##.1994-cü il tarixli orderin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 17.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı2 və Aşurova İradə Abuzər qızının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması və orderin ləğvi tələbi»nə dair iddiasının rədd edilməsi, məhkəmə xərcləri iddiaçılara aid edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). 18.Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4-cü maddələrinə, ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4, 6, 33-cü maddəsinin 1-ci hissəsinə, 48, 49-cu maddəsinin 2-ci hissəsinə, 89-cu maddəsinə, 107-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarına, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə ## ####### 1998-ci il tarixli qərarına istinad etmişdir.

Apellyasiya şikayətinə etirazın dəlilləri Apellyasiya şkaətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya şikayətinin dəlilləri 19.İddiaçı Aşurova İradə Abuzər qızı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılardan Aşurova İradə Abuzər qızına ##.##.1988-ci il tarixli **** nömrəli orderlə ünvan 5 ünvanında yerləşən yaşayış sahəsi ayrılmış və o, ailəsi ilə birlikdə həmin ünvana köçərək daimi yaşamışdır. Digər iddiaçı iddiaçı2 isə 2008-ci ildə ailə quraraq gəlin gəldiyi gündən bu mənzildə faktiki, daimi və fasiləsiz olaraq yaşayır, bütün kommunal və məişət öhdəliklərini təkbaşına yerinə yetirir. Sözügedən mənzil iddiaçıların və onların azyaşlı övladlarının yeganə yaşayış sahəsidir. Cavabdeh Cavabdeh adına "Kimyasənaye" İB tərəfindən ##.##.1994-cü il tarixdə *** nömrəli qanunsuz order rəsmiləşdirilsə də, cavabdeh 32 il ərzində bir gün belə bu mənzilə köçməmiş, mənzilə sahib çıxmamış və faktiki olaraq 1998ci ildən ünvan 1 ünvanında tam mülkiyyət hüququ ilə özünə məxsus mənzildə yaşamışdır (bu fakt qətnamənin 23-cü bəndində rəsmi mənzil-kommunal aktı ilə təsdiq olunub). İddiaçı iddiaçı2 həyat yoldaşı X4 adına ##.##.2012-ci il tarixdə MA № ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Dövlətin reyestr sənədinə etimad edən iddiaçılar mənzildə qanuni əsaslarla yaşadıqlarını düşünmüşlər. Lakin cavabdeh Cavabdeh sonradan qaldırdığı iddialar nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi və Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə E.Aşurovun adına olan order və çıxarış ləğv edilmişdir. Məhz bu məhkəmə prosesləri gedişində və hazırda şikayət verilən mülki işin araşdırılması zamanı iddiaçılara məlum olmuşdur ki, cavabdeh Cavabdeh verilmiş ##.##.1994-cü il tarixli order tamamilə saxta və hüquqi əsassızdır. Belə ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin ##.##.2023-cü il tarixli arayışı ilə rəsmən müəyyən edilmişdir ki, orderin əsası kimi göstərilən "X5" zavodunun ##.##.1993-cü il tarixli protokolu ümumiyyətlə mövcut deyil, müəssisə tərəfindən həmkarlar ittifaqına heç vaxt təhvil verilməmişdir. Birinci instansiya məhkəməsi isə bu mühüm faktları, sənədsizliyi və iddiaçıların pozulmuş hüquqlarını gözardı edərək, əsassız olaraq iddia müddətinin keçməsi və subyektiv hüququn olmaması bəhanəsi ilə iddianı tamamilə rədd etmişdir. Məhkəmə qətnaməsi tam qanunsuz və ədalətsiz olmaqla, ləğv edilməlidir.Birinci instansiya məhkəməsi iddia müddətini orderin verildiyi 1994-cü ildən hesablayaraq kobud hüquqi səhvə yol vermişdir. Maddəyə əsasən, iddia müddəti şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçıların ailə başçısı Elvin Aşurovun adına 2012-ci ildən qüvvədə olan dövlət reyestr çıxarışı mövcud idi. Dövlətin reyestr sənədinə etimad edən iddiaçıların hüququ yalnız həmin çıxarışın məhkəmə qaydasında ləğv edildiyi 2024-2025-ci illərdə pozulmuşdur. İddiaçılar qanunsuz orderin əsası olan protokolun olmadığını məhz 2024-cü il məhkəməsindən sonra öyrənmişlər. Maddə düzgün tətbiq edilsəydi, iddia müddətinin ötürülmədiyi aşkar olunacaqdı Məhkəmə qətnaməsinin 18-ci bəndində rəsmən etiraf olunur ki, Cavabdeh mənzil verilməsinə dair ##.##.1993-cü il tarixli protokol mövcud deyil və təhvil verilməmişdir. Keçmiş Mənzil Məcəlləsinin 107-ci maddəsinə görə yataqxanada otaq yalnız müdiriyyətin və həmkarlar ittifaqının birgə qərarı (protokolu) ilə verilə bilər, order isə bu protokolun icrası üçün texniki sənəddir. Hüquqi əsası (protokolu) olmayan order mütləq şəkildə qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə qanunsuz sənədi müdafiə etməklə bu maddələri pozmuşdur Məhkəmə iddiaçıların Solmazın orderini mübahisələndirmək üçün "subyektiv hüququnun" olmadığını idda edir. Bu, tamamilə qanunsuzdur. İddiaçı iddiaçı2 2008-ci ildən bəri (18 ildir) bu mənzildə faktiki yaşayır, bura onun tək sığınacağıdır. Cavabdeh isə saxta sənədlə iddiaçıları evdən çıxarmaq istəyir. Faktiki istifadəçi olan və mənzil hüququ birbaşa təhlükədə qalan şəxsin iddia qaldırmaqda subyektiv marağı və hüququ birbaşa mövcuddur. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə iş materiallarında olan və cavabdehin orderinin qanunsuzluğunu birbaşa təsdiq edən ##.##.2023-cü il tarixli rəsmi arayışı (protokolun olmaması faktını) qətnamənin faktiki hissəsində qeyd etsə də, əsaslandırıcı hissədə bu sübuta heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə ən mühüm halı–cavabdeh Cavabdeh *** saylı orderinin söykəndiyi rəsmi idarəetmə aktının (##.##.1993-cü il tarixli protokolun) arxivdə və həmkarlar ittifaqında ümumiyyətlə mövcud olmaması halını aydınlaşdırmamışdır. Əgər bu hal dərindən araşdırılsaydı, məhkəmə hüquqi əsası olmayan sənədin etibarsızlığını qəbul etməyə məcbur olacaqdı. Məhkəmə iddiaçıların cavabdehin hüquqlarından və protokolun yoxluğundan rəsmən hansı tarixdə xəbər tutduğunu aydınlaşdırmamışdır. İddiaçılar bu faktı yalnız 2024-cü il tarixli məhkəmə qətnaməsindən sonra öyrənmişlər. Bu hal aydınlaşdırılsaydı, iddia müddətinin ötürülmədiyi tam sübut olunacaqdı. Orderin qanuniliyi sübut edilməmişdir: Məhkəmə qətnaməsində cavabdeh Cavabdeh mənzilə qanuni istifadə hüququnun olduğunu müəyyən etsə də, bu hüququn əsası olan dövlət/müəssisə qərarının (protokolunun) mövcudluğu sübut edilməmiş, əksinə, qeyrimövcudluğu rəsmi sənədlə təsdiq olunmuşdur. Protokolu olmayan order qanuni sübutlarla təsdiq edilməmiş əsassız bir kağız parçasıdır Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar 1988 və 2008-ci illərdən bu mənzildə daimi yaşayırlar. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdeh başqa evdə yaşayır və onun adına olan protokol arxivdə yoxdur. Lakin bu faktlardan tamamilə ziddiyyətli və qeyri-məntiqi bir nəticəyə gələrək, mənzili faktiki qoruyan, saxlayan sakitlərin iddialarını rədd etmiş, mənzillə heç bir əlaqəsi olmayan və saxta order daşıyıcısı olan şəxsi haqlı çıxarmışdır. Bu, işin real hallarına tamamilə uyğun gəlməyən ədalətsiz nəticədir. Birinci instansiya məhkəməsi iddia müddətini orderin verildiyi 1994-cü ildən hesablayaraq kobud hüquqi səhvə yol vermişdir. Maddəyə əsasən, iddia müddəti şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçıların ailə başçısı Elvin Aşurovun adına 2012-ci ildən qüvvədə olan dövlət reyestr çıxarışı mövcud idi. Dövlətin reyestr sənədinə etimad edən iddiaçıların hüququ yalnız həmin çıxarışın məhkəmə qaydasında ləğv edildiyi 20242025-ci illərdə pozulmuşdur. İddiaçılar qanunsuz orderin əsası olan protokolun olmadığını məhz 2024cü il məhkəməsindən sonra öyrənmişlər. Maddə düzgün tətbiq edilsəydi, iddia müddətinin ötürülmədiyi aşkar olunacaqdı Məhkəmə iddiaçıların Solmazın orderini mübahisələndirmək üçün "subyektiv hüququnun" olmadığını iddia edir. Bu, tamamilə qanunsuzdur. İddiaçı iddiaçı2 2008-ci ildən bəri (18 ildir) bu mənzildə faktiki yaşayır, bura onun tək sığınacağıdır. Cavabdeh isə saxta sənədlə iddiaçıları evdən çıxarmaq istəyir. Faktiki istifadəçi olan və mənzil hüququ birbaşa təhlükədə qalan şəxsin iddia qaldırmaqda subyektiv marağı və hüququ birbaşa mövcuddur Məcəlləsinin 48, 49 və 107-ci maddələri Məhkəmə qətnaməsinin 18-ci bəndində rəsmən etiraf olunur ki, Cavabdeh mənzil verilməsinə dair ##.##.1993-cü il tarixli protokol mövcud deyil və təhvil verilməmişdir. Keçmiş Mənzil Məcəlləsinin 107-ci maddəsinə görə yataqxanada otaq yalnız müdiriyyətin və həmkarlar ittifaqının birgə qərarı (protokolu) ilə verilə bilər, order isə bu protokolun icrası üçün texniki sənəddir. Hüquqi əsası (protokolu) olmayan order mütləq şəkildə qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə qanunsuz sənədi müdafiə etməklə bu maddələri pozmuşdur. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1.ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Məhkəmə iş materiallarında olan və cavabdehin orderinin qanunsuzluğunu birbaşa təsdiq edən ##.##.2023-cü il tarixli rəsmi arayışı (protokolun olmaması faktını) qətnamənin faktiki hissəsində qeyd etsə də, əsaslandırıcı hissədə bu sübuta heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə ən mühüm halı–cavabdeh Cavabdeh *** saylı orderinin söykəndiyi rəsmi idarəetmə aktının (##.##.1993-cü il tarixli protokolun) arxivdə və həmkarlar ittifaqında ümumiyyətlə mövcud olmaması halını aydınlaşdırmamışdır. Əgər bu hal dərindən araşdırılsaydı, məhkəmə hüquqi əsası olmayan sənədin etibarsızlığını qəbul etməyə məcbur olacaqdı. Məhkəmə iddiaçıların cavabdehin hüquqlarından və protokolun yoxluğundan rəsmən hansı tarixdə xəbər tutduğunu aydınlaşdırmamışdır. İddiaçılar bu faktı yalnız 2024-cü il tarixli məhkəmə qətnaməsindən sonra öyrənmişlər. Bu hal aydınlaşdırılsaydı, iddia müddətinin ötürülmədiyi tam sübut olunacaqdı. Orderin qanuniliyi sübut edilməmişdir: Məhkəmə qətnaməsində cavabdeh Cavabdeh mənzilə qanuni istifadə hüququnun olduğunu müəyyən etsə də, bu hüququn əsası olan dövlət/müəssisə qərarının (protokolunun) mövcudluğu sübut edilməmiş, əksinə, qeyrimövcudluğu rəsmi sənədlə təsdiq olunmuşdur. Protokolu olmayan order qanuni sübutlarla təsdiq edilməmiş əsassız bir kağız parçasıdır Məhkəmə müəyyən etmişdir ki, iddiaçılar 1988 və 2008-ci illərdən bu mənzildə daimi yaşayırlar. Məhkəmə həmçinin müəyyən etmişdir ki, cavabdeh başqa evdə yaşayır və onun adına olan protokol arxivdə yoxdur. Lakin bu faktlardan tamamilə ziddiyyətli və qeyri-məntiqi bir nəticəyə gələrək, mənzili faktiki qoruyan, saxlayan sakinlərin iddialarını rədd etmiş, mənzillə heç bir əlaqəsi olmayan və saxta order daşıyıcısı olan şəxsi haqlı çıxarmışdır. Bu, işin real hallarına tamamilə uyğun gəlməyən ədalətsiz nəticədir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiasının iclasında iştirak edən iddiaçılar iddiaçı2 və Aşurova İradə Abuzər qızı izahatında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. 23.Məhkəmə kollegiasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin olunubolunmamasını

24. məhkəmənin mülahizəsinə buraxdı.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi (2009-cu ilədək qüvvədə olan) 25.Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 26.Maddə 6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. 27.Maddə 33.1. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. 28.Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. 29.Maddə 107.2. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 30.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 33.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 35.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 36.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 38.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Aşurova İradə Abuzər qızı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini ləğv edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı Aşurova İradə Abuzər qızına aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 41.İşin mübahisəsiz hallarından görünür ki, apellyatorun oğlu X4 hazırki iş üzrə cavabdeh Cavabdeh ilə əvvəllər mübahisəli mənzillə bağlı məhkəmə mübahisəsi olmuşdur. Həmin mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh «Azərkimya» İstehsalat Birliyinin SAM zavodu tərəfindən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 17, ev 5, mənzil 6-nın cavabdeh X4 ayrılmasına dair ##.##.2009-cu il tarixli, ** saylı protokolun X4 aid olan hissəsi və bu protokol əsasında verilmiş ##.##.2009-cu il tarixli, *** saylı orderin etibarsız hesab olunması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 42.Hazırki mülki iş üzrə iddiaçılar X4 arvadı iddiaçı2 və anası Aşurova İradə Abuzər qızı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 17-ci yataqxana, ev 5 , * nömrəli mənzilə dair Aşurova İradə Abuzər qızına verilmiş ##.##.1988-ci il tarixli, **** nömrəli orderə əsaslanaraq «mənzilə istifadə hüququnun tanınması və orderin ləğvi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 43.Məhkəmə kollegiyasının iclasında apellyator tərəfindən verildiyi izahatından aydın olur ki, o, mübahisəli mənzildən imtina etdikdən sonra mənzil ##.##.2009-cu il tarixli, *** saylı orderlə oğlunun adına rəsmiləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan məhkəmə aktları ilə Elvin Aşurovun orderi məhkəmə qaydasında etibarsız hesab olunduğundan, iddiaçılar məhz artıq qüvvəsini itirmiş Aşurova İradə Abuzər qızına verilmiş ##.##.1988-ci il tarixli, **** nömrəli orderə əsaslanaraq hazırki iddia qaldırmışlar. 44.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşaraq, hesab edir ki, apellyatorun mübahisəli mənzilə istifadə hüququnun tanınması və cavabdehin orderinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. 45.Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir. 46.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47.Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. 48.Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyator öz dəlillərini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini iddiaçı Aşurova İradə Abuzər qızına aid hissədə rədd etmişdir. 49.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı Aşurova İradə Abuzər qızına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar