Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-773/2026 29.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Vafiq oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, məhkəmə katibi X2 İddiaçı İddiaçı iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Vafiq oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. (hakim N.Ağazadə)
b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Məhkəmənin həmin qərardadından iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə şikayət vermişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, qərardaddan verdiyi şikayətin qaytarılması barədə ərizəni təqdim etsə də, şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İddaçı məhkəmə kollegiyasından şikayətin mümkün hesab edilməsini və baxılmasını xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6.“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 267.1 məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Maddə 268.1.Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 269.1 Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası verilmiş şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirib qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə şikayət qeyri-mümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin tələbləri baxımından hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
9. Kollegiya qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.
10. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apelyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər.
11. İşdən müəyyən edilir ki, mübahisələndirilən qərardad məhkəmənin ##.##.2026cı il tarixli məktubu ilə iddiaçının ərizəsində qeyd olunan ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov 55, M 13, m 1) göndərilmiş və iş materiallarında olan poçt xəbərnaməsinə əsasən ##.##.2026-cı il tarixdə həmin ünvanda “Hüseynov” soyadlı şəxs tərəfindən imza edilməklə təhvil alınmışdır.
12. Lakin sözügedən qərardaddan iddiaçı tərəfindən elektron qaydada verilən şikayət məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur.
13. Yuxarıda istinad olunan prosessual qanunvericiliyin imperativ tələbinə əsasən məhkəmənin qərardadından şikayət vermək üçün qanunda nəzərdə tutulan prosessual müddət 10 gündür. Hazırkı vəziyyətdə iddiaçının qərardaddan şikayət verə bilməsi üçün son müddət ##.##.2026-cı il tarixdə bitmişdir. İddiaçı isə bu müddəti təxminən 17 gün ötürməklə şikayət vermişdir ki, bununla o, qanunda nəzərdə tutulan prosessual müddəti heç bir üzürlü səbəb göstərmədən ötürmüşdür.
14. Digər tərəfdən, sözügedən şikayət mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, şikayət elektron kabinet vasitəsilə ilə verilsə də, onun məzmunu ümumiyyətlə tərtib olunmamış, qərardadda şikayətçinin dəlillərinin nədən ibarət olması, qərardadın hansı əsaslara görə ləğv edilməsi göstərilməmişdir.
15. Bundan başqa iş materiallarında (iş vərəqə 17) iddiaçının hazırkı iddia ərizəsinin geri qaytarılması barədə müraciəti mövcuddur. Belə olan halda sonuncunun həmin qərardaddan şikayətinin mahiyyəti aradan qalxmış olur.
16. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan qərardaddan verilmiş şikayətin prosessual müddət çərçivəsində verilib-verilməməsini yoxlamadan, habelə müddət buraxılmışdırsa üzrlü hesab edilməsinə hüquqi qiymət vermədən, habelə şikayətin forma və məzmun tələblərinə uyğunluğu məsələsini müzakirə etmədən, iddiaçı tərəfin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə almadan, qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxılması üçün mülki işi Sumqayıt Аpellyаsiyа Məhkəməsinə göndərmişdir.
17. Sadalanan nöqsanlar hazırkı halda qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılmasını mümkünsüz edir. Ona görə də kollegiya hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə şikayət qeyri-mümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin tələbləri baxımından hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
18. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər.
19. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrа aldı:
Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş hazırkı qərardadın əsaslandırıcı hissəsində sadalanan prosessual məsələlərə hüquqi qiymət verilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).