Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-779/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi MÜƏYYƏN ETDİ:
1. Yazılı iltizamdan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə 1000 manat borc pulu almış və həmin pulu 6 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.
2. Yazılı iltizamdan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə 1400 manat borc pulu almış və həmin pulu da 6 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.
3. Yazılı iltizamdan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə 2600 manat borc pulu almış və həmin pulu da 3 ay müddətində İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.
4. Yazılı iltizamdan görünür ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə 5800 manat borc pulu almış və həmin pulu da İddiaçı qaytarmağı barədə söz verərək sənədə imza etmişdir.
5. Whatsapp yazışmalarından görünür ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda müxtəlif bəhanələr müxtəlif məbləğlərdə pul borc istəmişdir.
6. Qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehin bank hesablarına müxtəlif məbləğlərdə pul köçürülmüşdür.
7. Cavabdehin polis idarəsində verdiyi izahatdan görünür ki, ümumi borcu 5800 manat olmuş, 4000 manatını ödəmiş, faiz borcu sayılmasa 1800 manat borcu qalmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 15300 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, tanışı cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixində 2000 (iki min), ## ###### 2024 tarixdə 1000 (min) manat, ## ###### 2024 tarixdə guya iş yoldaşının uşağı doğulması bəhanəsiylə 2500 (iki min beş yüz) manat (onun maaş kartını gətirib girov qoyaraq) məbləğində borc pul vermişdir. Bu pulu da dostu üçün aldığını deyərək, özünə isə yenidən ## ######## 2024-cü il tarixində 1400 manat (min dörd yüz) manat pul gəlib evindən aparmışdır. Bunlardan sonra Sarvan ## ###### 2024-cü il tarixində burnundan əməliyyat olacağını deyib yenidən 2600 (iki min alti yüz manat) gəlib ondan alaraq 3 aya qaytaracağına söz vermişdir. Cavabdeh almış olduğu pulu 3 aya tam qaytaracağına söz versə də, bu puldan heç nə qaytara bilmədiyi halda, bu dəfə də onun bağırsağında palip yaralarının ona qanaxma verdiyini, bu üzdən təcili əməliyyat olmalı olduğunu demişdir. O da belə bir xəstəlikdən məcburi əməliyyat olduğu üçün, bu xəstəliyin insan üçün təhlükə törətdiyini bildiyinə görə çox üzülərək, ona olan borcunun həddindən çox olduğunu bu dəfə onun valideyinlərindən dəstək almasını demişdir. Lakin o, valideyinlərinin onun nişanlı olub nişanını qaytardığı səbəbindən ondan üz döndərdiklərini deyib ona yenə də, pul verməyinə inandırmışdır. Əməliyyat və xəstəxana xərclərinin 5800 manat (beş min səkkiz yüz) məbləğində pula ehtiyac olduğunu deyərək yenidən ona həmin məbləği də vermişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 3894 manat borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə iddia tələbini qismən təmin etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən 15300 manat pul tələb etməsinə baxmayaraq, tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, polis orqanında verdiyi izahatında iddiaçı 5800 manat pul verdiyini, faiz borcunu qaytardığını, son müddətlər qaytarmadığını, cavabdeh isə ümumi borcu 5800 manat olduğunu, 4000 manatını ödədiyini, faiz borcu sayılmasa 1800 manat borcu qaldığını bildirmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçıya ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 600 manat, ##.##.2025-ci il tarixdə 406 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ümumilikdə 1906 manat borcu qaytarmışdır.
13. Məhkəmə, iddia tələbinin qismən əsaslı olduğunu sayaraq hesab etmişdir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatda sonuncu tələbi ilə cavabdeh iddiaçıdan 5800 manat borc almışdır. Cavabdeh iddiaçıya ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 600 manat, ##.##.2025-ci il tarixdə 406 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ümumilikdə 1906 manat borcu qaytarmışdır.Cavabdehin iddiaçıya 3894 manat (5800-1906=3894) borcu qalmışdır.
14. Məhkəmə iddia tələbinə hüquqi qiymət verdikdə Mülki Məcəllənin 329.2, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2 və 1092.2-ci maddələrinin tələblərinə istinad etmişdir.
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin polis orqanında verdiyi izahatı işin həlledici sübutu kimi qəbul etsə də, həmin izahatın digər yazılı sübutlarla ziddiyyət təşkil etməsini nəzərə almamışdır. Cavabdeh bir tərəfdən müxtəlif tarixlərdə pul aldığını yazılı şəkildə etiraf etmiş, digər tərəfdən isə borcun tam ödənildiyini bildirmişdir. Məhkəmə isə həmin ziddiyyətlərin aradan qaldırılması üçün əlavə araşdırma aparmamış, ödəniş qəbzlərinin hansı borca aid edilməsini dəqiq müəyyən etməmişdir. Təqdim edilmiş qəbzlərdə yalnız müəyyən köçürmələrin edilməsi görünür, lakin həmin ödənişlərin konkret olaraq hansı borcun bağlanmasına yönəldiyi müəyyən edilməmişdir. Buna baxmayaraq, məhkəmə bütün ödənişləri ümumi borcdan çıxaraq yekun nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə cavabdehin iddiaçıdan müxtəlif bəhanələrlə davamlı şəkildə pul almasını, bunun sistemli xarakter daşımasını və tərəflər arasında uzunmüddətli borc münasibətlərinin mövcud olmasını tam araşdırmamışdır. İş materiallarında olan yazışmalar və iltizamlar cavabdehin dəfələrlə borc götürdüyünü və həmin borcları qaytarmaq öhdəliyi daşıdığını açıq şəkildə təsdiq edir. Buna baxmayaraq, məhkəmə həmin hallara tam hüquqi qiymət verməmiş və nəticədə işin faktiki halları natamam araşdırılmışdır. Qətnamə yalnız iş üzrə tam və hərtərəfli araşdırılmış hallara əsaslana bilər. Hazırkı iş üzrə isə mühüm faktiki hallar tam müəyyən edilmədiyindən və sübutlar tam həcmdə qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirdi ki, iddiaçıdan müxtəlif tarixlərdə borca pul almış və qaytarmışdır. Sonuncu dəfə iddiaçıdan 5800 manat pul almış, həmin məbləğin 1906 manat hissəsini qaytarmış, hazırda iddiaçıya 3894 manat borcu qalmışdır. İddiaçı onun 15300 manat borcu olmasını göstərsə də, iddiaçı ondan əvvəlki borcları da ondan acıq çıxmaq üçün sonuncu borcu ödəmədiyi üçün üstünə gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü olması barədə məhkəməni məlumatlandırmamışdır.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 445. Borclunun icranı gecikdirməsi (...) 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. (...)
Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...)
Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...) Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh iddianın təmin olunmuş hissəsindən apellyasiya şikayəti verməmişdir.
24. İddiaçı iddianın təmin olunmayan hissəsində qətnaməni mübahisələndirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilərək cavabdeh Cavabdeh 3994 manat borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövcud mübahisə üzrə cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması barədə gəldiyi nəticə ilə qismən razılaşsa da hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin miqdarı məhkəmə tərəfindən düzgün müəyyən olunmamışdır.
27. İlk növbədə qeyd edilməlidir ki, iş materiallarından tərəflər arasında müəyyən müddət ərzində davam edən borc münasibətlərinin mövcud olduğu müəyyən edilir. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verdiyi yazılı izahatında cavabdeh Cavabdeh təxminən 5 ildir tanıdığını, cavabdehin əvvəllər də ondan faizlə pul vəsaiti götürdüyünü və həmin vəsaitləri qaytardığını bildirmişdir. Həmin izahatdan tərəflər arasındakı pul münasibətlərinin birdəfəlik xarakter daşımadığı, əvvəlki dövrlərdə də onların arasında borc münasibətlərinin olduğu görünür.
28. İddiaçının izahatına görə, sonuncu dəfə 2025-ci ilin aprel ayında cavabdeh ondan 5800 manat məbləğində pul vəsaiti almış, həmin məbləğ üzrə iki aya qədər faiz borcunu ödəmiş, lakin əsas məbləği qaytarmamışdır. Beləliklə, tərəflər arasında mövcud olan münasibətin hüquqi mahiyyət etibarilə borc münasibəti olduğu müəyyən edilir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə borcalan aldığı pul vəsaitini eyni məbləğdə borcverənə qaytarmağı öhdəsinə götürür. Buna görə də, konkret borc öhdəliyinin yaranması, onun məbləği, habelə həmin borcun tam və ya qismən icra edilməsi ilə bağlı hallar iş üzrə təqdim edilmiş mötəbər sübutlar əsasında müəyyən edilməlidir.
30. Azərbaycan Respublikası MPM-in 76.1 və 76.2-ci maddələrinin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran, habelə işin düzgün həlli üçün əhəmiyyətli olan halların mövcudluğunu və ya olmadığını müəyyən etməyə imkan verən məlumatlar sübut hesab edilir və həmin məlumatlar, o cümlədən yazılı sübutlar və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilə bilər. MPM-in 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Eyni zamanda, MPM-in 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Sübutları qiymətləndirərkən məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını rəhbər tutur. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin *****/** nömrəli işi üzrə qərarı, §282).
33. Bununla yanaşı, məhkəmə yalnız tərəflərin təqdim etdikləri və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı və onlara hüquqi qiymət verməlidir. Bu baxımdan, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən konkret məbləğin cavabdeh tərəfindən məhz mübahisəli borcun qaytarılması məqsədilə ödənildiyini mötəbər sübutlarla təsdiq etməlidir. Eyni zamanda, cavabdehin borcu qismən və ya tam icra etdiyini təsdiq edən halların da həmin ödənişin konkret borc münasibətinə aid olduğunu müəyyən etməyə imkan verən sübutlarla təsdiq olunması zəruridir.
34. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən isə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
35. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı borc münasibətinin mövcudluğunu və sonuncu borcun 5800 manat təşkil etdiyini müəyyən etmiş, bununla yanaşı, cavabdeh tərəfindən həmin borcun müəyyən hissəsinin qaytarıldığını qəbul etmişdir.
36. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində cavabdeh Cavabdeh iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə 406 manat, ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 600 manat, ##.##.2025-ci il tarixdə 100 manat və ##.##.2025-ci il tarixdə 400 manat olmaqla, ümumilikdə 1906 manat borc qaytardığını qəbul etmiş və 5800 manat əsas borcdan 1906 manat çıxılmaqla 3894 manat borcun qaldığı nəticəsinə gəlmişdir.
37. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən 1906 manat məbləğin 100 manat hissəsi borcun qaytarılması barədə gəldiyi nəticə iş materiallarında olan sübutlarla tam uzlaşmır.
38. Belə ki, iş materiallarının 47-ci səhifəsində ##.##.2025-ci il tarixli 100 manat məbləğində terminal mədaxil qəbzi mövcuddur. Həmin qəbzdə pul vəsaitini alan şəxsin qarşısında “***3325” işarəsi göstərilmişdir. Digər ödəniş qəbzlərindən fərqli olaraq, həmin sənəddən pul vəsaitinin məhz iddiaçı İddiaçı ödənildiyi müəyyən edilmir. Çünki digər mədaxil qəbzlərinin bir qismində pul vəsaitini alan şəxsin müxtəlif bank hesabları üzrə qəbul edilməsi müəyyən edilsə də, həmin kart hesablarının qarşısında vəsaiti qəbul edən “PARVANA H*******” və ya “PA******* H*******” qeydləri olaraq olması müəyyən edilir.
39. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədin mövcudluğu öz-özlüyündə 100 manat məbləğində vəsaitin cavabdeh tərəfindən iddiaçıya, məhz tərəflər arasında hazırda ödənilmədən qalan 5800 manatlıq borcun qaytarılması məqsədilə ödənildiyini təsdiq etmir. Həmin ödənişin kimin xeyrinə edilməsi və konkret olaraq hansı borc öhdəliyinin icrasına aid olması sənəddən birmənalı şəkildə müəyyən olunmur.
40. Bu baxımdan, iddiaçının tələbinin əsasını təşkil edən borcun mövcudluğu və məbləği iş üzrə digər sübutlarla, o cümlədən yazılı iltizamlar, WhatsApp yazışmaları və bank köçürmələrini təsdiq edən sənədlərlə birlikdə qiymətləndirilməlidir. Lakin konkret olaraq ##.##.2025-ci il tarixli 100 manatlıq ödənişin iddiaçıya və mübahisəli borcun qaytarılması məqsədilə verilməsi barədə nəticəyə gəlmək üçün iş materiallarında kifayət qədər mötəbər və birbaşa sübut mövcud deyildir.
41. Başqa sözlə, məhkəmə həmin 100 manatlıq ödənişi cavabdehin mübahisəli borcunun qismən icrası kimi qəbul etməklə kifayətlənmiş, lakin bu nəticəni təsdiq edən sübutları qətnamədə konkret göstərməmiş və həmin sübutların məzmununa müvafiq hüquqi qiymət verməmişdir.
42. Halbuki Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, 217.3-cü maddəyə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən isə məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandıra bilər.
43. MPM-in 220.4-cü maddəsinin tələbinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, bu hallar barədə məhkəmənin əsaslandığı sübutlar, habelə məhkəmənin müəyyən sübutları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir.
44. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, tərəflər arasındakı pul münasibətləri davamlı xarakter daşımış, əvvəlki dövrlərdə də qarşılıqlı pul ödənişləri olmuşdur. Belə olan halda, hər bir ödənişin konkret olaraq hansı borc münasibətinə aid olduğunun müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Sadəcə pul vəsaitinin ödənilməsi faktının mövcudluğu həmin ödənişin avtomatik olaraq iddiaçıya olan mübahisəli borcun icrası kimi qəbul edilməsinə əsas vermir.
45. Bu baxımdan, ##.##.2025-ci il tarixli 100 manat məbləğində terminal ödənişinin məhz cavabdeh tərəfindən iddiaçıya 5800 manat məbləğində borcun qaytarılması məqsədilə həyata keçirilməsi iş materialları ilə əsaslı şübhələr yaratmayan sübutlarla təsdiq edilmədiyindən, həmin məbləğin cavabdehin mübahisəli borcundan çıxılması əsassız hesab edilməlidir.
46. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən ümumilikdə ona mövcud olan 15300 mnat borcun ödənilmədiyini göstərsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, əksinə özünün ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verdiyi yazılı izahatında cavabdeh Cavabdeh hazırki 5800 manat pul borcundan əvvəlki münasibətlər üzrə məbləğlərin qaytarıldığını etiraf etsə də, hazırki tələbində əvvəlki borcların da ödənilmədiyini göstərməsi biri-birinə zidd olmaqla iddia tələbinin əsassızlığını göstərir.
47. Həmçinin iddiaçı birinci instansiya məhkəməsinin icraat zamanı məhkəmə iclasında vermiş olduğu izahatlarda ondan digər borc hissələrini deyil yalnız 5800 manat borcu istəməsi müəyyən edilmişdir. Bu isə onu deməyə bir daha əsas verir ki, cavabdeh əvvəlki borclarını icra etmiş yalnız son götürmüş olduğu hissəni tam icra edə bilməmişdir.
48. Odur ki, sadalanan hallara istinadən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 5800 manat əsas borcdan 1906 manat məbləğində ödənişin çıxılması barədə gəldiyi nəticə ##.##.2025-ci il tarixli 100 manatlıq ödəniş hissəsində iş materialları ilə təsdiq olunmur. Həmin məbləğ borcun qismən icrası kimi qəbul edilmədiyindən, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 3894 manat qalıq borca 100 manat əlavə edilməli və cavabdehdən tutulmalı əsas borcun məbləği 3994 manat müəyyən edilməlidir.
49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – cavabdeh Cavabdeh 3894 manat borcun tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilməli, həmin məbləğ 3994 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən ləğv edilsin. Cavabdeh Cavabdeh 3994 (üç min doqquz yüz doxsan dörd) manat borc tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh kassasiya şikayəti verə bilməz. Qətnamədən iddiaçı tərəf rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.