Məhkəmə qərarları › İş №2(3-8)-818/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-818/2026

07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-818/2026 07.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (kredit borcunun tutulması, iddia müddətinin tətbiqi, iddia müddətinin axımının kəsilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. ## #### 2012-ci il tarixli İddiaçı və Cavabdeh arasında bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 16000 (on altı min) ABŞ dolları məbləğində pulu verməyi, cavabdeh isə aldığı borc məbləğini ## #### 2012-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir.

3. İş materiallarında olan diskə baxış keçirilən zaman müəyyən edilib ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı olan borcunu etiraf edir. Ona bildirir ki, hal-hazırda maddi vəziyyəti düzəlib, ona olan borcunu tezliklə qaytaracaq. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş şahid ifadələri:

4. X3 bildirmişdir ki, cavabdeh Cavabdeh iddiaçıdan borc pul almış, lakin qaytarmamışdır. Cavabdeh 1 il 3 ay əvvəl iddiaçıya onun vasitəsilə 1000 manat pul vermişdir. Daha sonra müəyyən aralıqlarla ona 700 manat məbləğində, daha sonra 1000 ABŞ dolları məbləğində pul vermişdir. Daha sonra o cavabdehi borcunu qaytarması üçün axtarmış, lakin o pulu qaytarmamışdır.

5. X8 bildirmişdir ki, cavabdeh sonuncu dəfə 2025-ci il tarixdə borcundan ödəniş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 (on min) ABŞ dolları, yəni 17000 (on yeddi min) manat məbləğində pulun və ödənilmiş 141 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı İddiaçı verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, ##.##.2012-ci il tarixdə Sumqayıt şəhərində iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh 16000 (on altı min) ABŞ dolları məbləğində pulu verməyi, cavabdeh isə aldığı borc məbləğini ## #### 2012-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək cavabdehə 16000 (on altı min) ABŞ dolları məbləğində borc vermiş olsa da, cavabdeh bu günə qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən bu günə qədər 6000 (altı min) ABŞ dolları məbləğində pul iddiaçıya geri ödənilmişdir. Dəfələrlə cavabdehə borcunu qaytarması barədə xəbərdarlıq olunsa da, o hər üsulla müqavilə üzrə öhdəliklərindən yayınmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçı tərəfindən pretenziya məktubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab almaq mümkün olmamışdır. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin müddətin keçməsi ilə bağlı olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə ## #### 2012-ci il tarixdə Sumqayıt şəhərinin xüsusi notariusu X11 təsdiq etdiyi kredit (Borc) müqaviləsi əsasında 16000 (on altı min) dollar məbləğində borc pul götürmüş və müqavilədə göstərilən ## #### 2012-ci il tarixində həmin borc pulu tam şəkildə iddiaçı İddiaçı geri qaytarmışdır. Həmin borcun alınması və verilməsi zamanı yanında X4 adlı dostu şahid olmuşdur. Təəssüf ki, həmin şəxs ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Bundan əlavə, qeyd olunan borc həmin dövrdə tam ödənilmişdir. Uzun illər ərzində iddiaçının heç bir tələb irəli sürməməsi bunu təsdiqləyən haldır. 13 il ərzində iddiaçının cavabdehə qarşı heç bir rəsmi və ya qeyri-rəsmi tələbi olmamışdır. ## #### 2012-ci il tarixdə Sumqayıt şəhərinin xüsusi notariusu X11 təsdiq etdiyi Kredit (Borc) müqaviləsində borcun qaytarılması müddətinin dəqiq ifadə olunması, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağı aydın şəkildə qeyd olunmuşdur. MM-nin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. MM-nin 373.1- 373.3-cü maddələrinə əsasən mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. MM-nin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddiaçının məhkəməyə təqdim etdiyi Kredit (Borc) müqaviləsi iddia müddətinin keçməsini təsdiq edən sübutdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquqların müdafiəsi üçün ümumi iddia müddəti 3 ildir. İddiaçı bu müddət ərzində məhkəməyə müraciət etməmiş, yalnız 13 il sonra əsassız tələb irəli sürmüşdür. Bu səbəbdən iddiaçının tələbi iddia müddəti keçdiyi üçün təmin edilməməlidir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Kazımov) ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göründüyü kimi iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında kredit (borc) müqaviləsi ## #### 2012-ci il tarixində bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət ## #### 2012-ci il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehdən borcu ## #### 2015-ci ilə qədər tələb edə bilərdi. Lakin iddiaçı məhkəməyə ## ###### 2025-ci ildə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə olaraq məhkəmə qeyd edib ki, cavabdehin iddiaçıya olan borcunu etiraf etdiyini göstərən iş materiallarında sübutlar olsa da, etirafedici hərəkətlər iddia müddəti keçdikdən sonra baş vermişdir. Bu isə iddia müddətinin kəsilməsinə səbəb olmur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edib ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 372.1, 372.2, 373, 375.1, 377.1, 380.1, 380.2, 381.1, 385.1, 386.1, 448.1, 739.1, 740.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2013-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

14. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin keçməsini əsas gətirərək iddianı rədd etsə də, iş üzrə müəyyən edilmiş faktiki hallar və sübutlar həmin nəticənin qanuni və əsaslı olmadığını göstərir. Məhkəmə müəyyən etmişdir ki, ##.##.2012-ci il tarixdə tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 16.000 ABŞ dolları məbləğində borc almışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh sonrakı dövrlərdə borc öhdəliyini etiraf etmiş, iddiaçıya borclu olduğunu bildirmiş və müxtəlif vaxtlarda borcun müəyyən hissələrini ödəmişdir. Bu hallar iş materiallarında olan audioyazı, şahid ifadələri və tərəflərin izahatları ilə təsdiq edilmişdir. Lakin məhkəmə həmin sübutları qəbul etsə də, onların hüquqi nəticələrini düzgün qiymətləndirməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış disk yazısından cavabdeh Cavabdeh iddiaçı qarşısında borc öhdəliyinin mövcudluğunu açıq şəkildə etiraf etdiyi müəyyən edilmişdir. Cavabdeh sözügedən danışıq zamanı borcunu qaytaracağını bildirmiş, yəni öhdəliyin mövcudluğunu inkar etməmişdir. Bundan əlavə, məhkəmə iclasında dindirilmiş şahidlər X5 və X6 cavabdehin son illərdə borc üzrə qismən ödənişlər etdiyini təsdiq etmişlər. X3 ifadəsinə əsasən cavabdeh təxminən 1 il 3 ay əvvəl, eləcə də müxtəlif vaxtlarda 1000 manat, 700 manat və 1000 ABŞ dolları məbləğində ödənişlər etmişdir. Şahid X6 isə cavabdehin sonuncu ödənişi 2025-ci ildə etdiyini göstərmişdir. Mülki qanunvericiliyin və formalaşmış məhkəmə təcrübəsinin tələblərinə görə borclunun borcu etiraf etməsi, habelə öhdəliyin qismən icra edilməsi borcun mövcudluğunu təsdiqləyən hüquqi əhəmiyyətli hərəkətlər hesab olunur. Bu cür hərəkətlər öhdəliyin davam etdiyini və tərəflər arasında borc münasibətlərinin faktiki olaraq saxlanıldığını göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən borclu şəxs tərəfindən borcun etiraf edilməsini göstərən hərəkətlərin edilməsi iddia müddətinin axımını kəsir. İddia müddətinin kəsilməsindən sonra müddət yenidən başlanır və kəsilməyədək keçmiş vaxt yeni müddətə daxil edilmir. İş materiallarından görünür ki, cavabdeh borc münasibətlərinin mövcudluğunu yalnız şifahi şəkildə etiraf etməmiş, eyni zamanda sonrakı dövrlərdə qismən ödənişlər də həyata keçirmişdir. Hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində qismən ödəniş borcun etiraf edilməsinin ən mühüm formalarından biri hesab edilir. Şəxsin mövcud olmayan və ya tam ödənilmiş hesab etdiyi borc üzrə yenidən ödəniş etməsi məntiqi və hüquqi baxımdan mümkün deyildir. Məhkəmə qətnaməsində cavabdehin borcu etiraf etdiyini açıq şəkildə göstərsə də, həmin etirafın hüquqi nəticələrini araşdırmamış və yalnız ilkin ödəniş müddətini əsas götürərək iddia müddətinin bitdiyi qənaətinə gəlmişdir. Beləliklə iş üzrə mövcud sübutlar cavabdehin uzun illər ərzində borc öhdəliyini qəbul etdiyini, borcu tam ödədiyini iddia etməsinə baxmayaraq sonrakı dövrlərdə də ödənişlər etdiyini və beləliklə, borcun mövcudluğunu faktiki olaraq təsdiqlədiyini göstərir. Lakin cavabdeh borcun tam şəkildə qaytarıldığını bildirsə də, həmin halı təsdiq edən hər hansı yazılı sübut, qəbz, bank sənədi və ya digər mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Borcun tam ödənilməsi faktına istinad edən cavabdeh həmin halı sübut etmək vəzifəsini daşıdığı halda, bu barədə hər hansı qəbz, bank sənədi, yazılı təsdiq və ya digər sübut təqdim edə bilməmişdir. Əksinə, iş üzrə toplanmış sübutlar cavabdehin borcun mövcudluğunu etiraf etdiyini, sonrakı illərdə də ödənişlər etdiyini və borc münasibətlərinin davam etdiyini təsdiq edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin iddia müddətinin keçməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğun deyildir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, tərəflər arasında borc münasibətinin mövcudluğu cavabdeh tərəfindən etiraf edilmişdir. İş materiallarına əlavə edilmiş səs yazılarda cavabdeh iddiaçıya olan borcunu etiraf edir, hətta ödəyəcəyi vədini verir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh sonuncu dəfə 2025-ci ilin oktyabr ayında iddiaçıya borc ödənişinin bir qismini ödədiyini etiraf etmişdir. Bu vəziyyətdə yəni cavabdehin borcu etiraf etməsi, habelə öhdəliyin icrası yönündə hərəkətlər etməsi halında iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsi əsassız nəticədir. Ona görə də iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 sonda apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

18. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

19. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

21. Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə ## ### 2008-ci il tarixli Qərarı).”

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni, tam şəkildə mübahisələndirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur..

27. Tələb cavabdehə kredit müqaviləsi əsasında verilmiş pulun geri qaytarılması barədədir.

28. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## #### 2012-ci il tarixində kredit (borc) müqaviləsi bağlanmış və müqavilənin qüvvədə olma müddəti ## #### 2012-ci il tarixində bitmişdir. Tərəflər arasında göstərilən formada borc münasibətinin mövcudluğunu cavab tərəf inkar etməmişdir.

29. İddiaçı həmin müqavilə üzrə cavabdeh tərəfin öhdəliyini tam icra etməməsi əsası ilə hazırkı tələblə məhkəməyə müraciət edib. Cavabdeh tərəf iddia tələbinə müddətin tətbiq edilməsi barədə ərizə vermiş və məhkəmə göstərilən əsasla iddianı rədd etmişdir.

30. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı tərəf şikayətini əsasən onunla əsaslandırır ki, cavabdeh tərəf əslində öhdəliyini inkar etmir, hətta son dönəmlərdə onun tərəfindən müəyyən borc ödənişləri icra edilmişdir. Bütün bunlar isə məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

31. Apellyasiya şikayətinin və əlaqəli olaraq iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya icraatı zamanı irəli sürdüyü dəlilləri qəbul etməyən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki qanunvericiliyin iddia müddətinin tətbiqi ilə bağlı normaları düzgün tətbiq olunmuşdur.

32. Nəzərə alınmalıdır ki, bu xarakterli müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddətinin axımının hesablanması müvafiq olaraq Mülki Məcəllənin 377.2 və 377.3-cü maddələrinin tələblərinə əsasən həyata keçirilməlidir.

33. Həmin maddələrə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə isə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 26-27).

34. Həmçinin, nəzərə alınmalıdır ki, icra müddəti göstərilməyən öhdəliklər ağlabatan müddətdə icra edilmədikdə, əgər Mülki Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlmirsə borclunun öhdəliyi icra etmək vəzifəsi kreditorun icranı tələb etdiyi vaxtdan yeddi gün keçdikdən sonra başlayır. Bu andan etibarən hesab edilir ki, öhdəliyin icra vaxtı çatmışdır və öhdəlik pozulmuşdur (§ 29-30).

35. Məhkəmələr tərəfindən yalnız bu qaydada iddia müddətinin axımı (başlandığı və bitdiyi tarix) hesablanmaqla, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə və iddiaçının müddətin axımının kəsilməsi ilə bağlı dəlillərinə qiymət verilməlidir.

36. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qeyd olunmalıdır ki, qanunun mənasına görə borclunun yalnız iddia müddəti bitmədən borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsə bilər. Əgər borcun etirafını göstərən hərəkətlər edilənədək artıq iddia müddəti bitibsə, həmin müddətin kəsilməsindən də söhbət gedə bilməz.

37. Başqa sözlə, iddia müddətinin axımının kəsilməsi məsələsinə qiymət verilməsi üçün məhkəmə tərəfindən əvvəlcə iddia müddətinin başlandığı və bitdiyi tarix müəyyən edilməli, bundan sonra iddiaçının iddia müddətinin axımının kəsilməsinin əsası kimi istinad etdiyi cavabdehin etirafedici hərəkətin bu müddətin bitdiyi anadək edildiyi halda nəzərə alınmalıdır. Əks yanaşma iddia müddətinin axımı anlayışının mahiyyətinə və hüquqi funksiyalarına zidd hesab olunardı.

38. Baxılan işin hallarından da göründüyü kimi mübahisəsləndirilən kredit müqaviləsi ## #### 2012-ci il tarixində bağlanmış və müqavilənin son icra müddəti- ##.##.2012-ci il müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti qanunvericilikdə 3 il müəyyən edildiyindən, hazırkı halda iddiaçı cavabdehdən borcunu ## #### 2015-ci ilə qədər tələb edə bilərdi. Lakin iddiaçı məhkəməyə, həmin vaxtdan xeyli müddət keçəndən sonra, yəni ## ###### 2025-ci il tarixdə müraciət etmişdir. Cavabdeh bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya olan borcunu etiraf etdiyini göstərən sübutlar, etirafedici hərəkətlər isə iddia müddəti keçdikdən sonra baş vermişdir. Bu isə iddia müddətinin kəsilməsinə səbəb olmur. Ona görə də kollegiya razılaşır ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

40. Beləliklə, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 385, 392, 393 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı (nümayəndəsi və vəkili nümayəndə2) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar