Məhkəmə qərarları › İş №2(3-8)-83/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-83/2026

20.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-83/2026 20.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qulaməliyeva Xumara Ağalar qızına qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi nümayəndə2 iştirakı ilə İddiaçı iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli ərizə-anketdən görünür ki, Cavabdeh həmin ərizə ilə ##.##.2023-cü il tarixli standart şərtləri qəbul etdiyini bildirmişdir.

2. İş materiallarında olan ##.##.2024-cü il tariхli sms-bildirişdən və ##.##.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 28% ödəmək şərtilə 9400 manat məbləğində kredit verilmiş, vəsait ona məxsus hesaba köçürülmüşdür.

3. İş materiallarında olan ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 8559.3 manat əsas, 1016.72 manat faiz, 32.34 manat cərimə olmaqla, cəmi 9608.36 manat məbləğində kredit bоrcunun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

4. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh ##.##.2025-ci il tarixə 8559.3 manat əsas, 1416.35 manat faiz, 68.87 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 10044.52 manat borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı “xxxx” KB ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 8559.3 manat əsas, 1416.35 manat faiz, 68.87 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 10044.52 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120.54 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 28% ödəmək şərtilə 9400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ####### 2025-ci il tarixinə “xxxx” KB ASC-yə 8559.3 manat əsas, 1416.35 manat faiz, 68.87 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 10044.52 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

7. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi nümayəndə2 ##.##.2025-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, hüququqlarını müdafiə etdiyi şəxs anasıdır. Uzun illərdir ki, anası bankın müştərisidir. Kredit tarixçəsindən də görünür ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi hər zaman vaxtı-vaxtında ödəmişdir. Mübahisəli kredit xətti bank tərəfindən iddiaçının adına 2024-cü ilin mart ayında açılmış və 60 ay müddətinə olmaqla illik 28% ümumilikdə 9400 məbləğində pul kreditə verilmişdir. Həmin müqaviləyə əsasən bank tərəfindən ödəniş cədvəli tərtib edilərək verilmişdir. Ödəniş cədvəlində 2024-cü ilin aprel ayından başlamaqla 60 ay müddətində hər ay 293 manat məbləğində pul ödəməyi nəzərdə tutulmuşdur. Belə ki, 2024-cü ilin aprel ayından başlamaqla hər ay nəzərdə tutulan məbləğ tərəfindən 2025-ci ilin mart ayı da daxil olmaqla, ümumilikdə 3516 manat məbləğində pul ödənilmişdir. Daha sonra ailə vəziyyəti, maddi sıxıntıları, anasının səhhətində yaranmış narahatlıqlar səbəbindən kredit borcu ödəmələrində sıxıntılar yaşamış və ödəmələr dayandırılmışdır. Dəfələrlə bank işçiləri əlaqə saxlamış, borc barədə onlara məlumat bildirmişlər. Daha sonra problemli şöbəyə yönləndirilmiş, əməkdaş tərəfindən ona və anasına hədə-qorxu məzmunlu telefon zəngləri gəlmiş, hətta anasının iş yerinə zəng vuraraq onun işgüzar nüfuzuna xələl gətirməyə çalışmışdır. Bu səbəbdən problemli şöbənin əməkdaşı ilə aralarında problemlər yaşanmış, krediti tam bağlamaq üçün kömək etməklə bağlı xahişlər etsələr də, həmin əməkdaş anasının iş yerinə israrla zəng etmişlər. Aralarında bu mövzu ilə əlaqəli mübahisələr yaranmağa başlamışdır. Habelə bu günə kimi ödənilməyən günlər üçün hesablanmış faiz borclarının hesablanması da düzgün qaydada aparılmamışdır. Dəfələrlə bankdan müqavilənin surəti tələb edilsə də, müqavilənin olmadığı, kredit yalnız SMS vasitəsi ilə verildiyi bildirilmişdir. Qeyd edir ki, iddia ərizəsində qeyd olunan faiz və cərimələr şişirdilmiş şəkildə hesablanmış və anasının 1 il ərzində ödədiyi məbləğ bank tərəfindən nəzərə alınmır. Bu da nəticədə böyük məbləğin ödənilməsinə gətirib çıxarır. Bank tərəfindən hesablanmış faiz və cərimələr müqavilədə nəzərdə tutulan hansı qaydada hesablanması şübhə altındadır və bu günə kimi ödənilən 3156 manat pulun bank tərəfindən hansı qanuni əsasla nəzərə alınmaması barədə rəsmi məlumat istəyir. O, bank olan borcunu bütünlükdə ödəməyi nəzərdə tutur, lakin bank ondan şişirdilmiş məbləğ tələb edir. Odur ki, məhkəmədən həmin şişirdilmiş məbləğlərin necə hesablanmasının araşdırılmasını istəyir.

8. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 8559.3 manat əsas, 1016.72 manat faiz, 20 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116 manat olmaqla, cəmi 9712.02 manat məbləğində pul “xxxx” KB ASC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, hesablanmış faiz və cərimələrin silinməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onun iştirakı olmadan çıxarılmışdır. Belə ki, keçirilmiş məhkəmə iclasına gəlməmək səbəbini açıqlayan ərizə ilə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Qeyd olunan prosessual hüquq normasından da göründüyü kimi hüquqları pozulmuşdur. İş lazımi qaydada araşdırılmamış və çəkişmə prinsipi pozulmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs anasıdır. Uzun illərdir ki, anası cavabdeh bankın müştərisidir. Kredit tarixçəsindən də görünür ki, kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi hər zaman vaxtı-vaxtında ödəmişdir. Mübahisəli kredit xətti bank tərəfindən iddiaçının adına 2024-cü ilin mart ayında açılmış və 60 ay müddətinə olmaqla illik 28% ümumilikdə 9400 məbləğində pul kreditə verilmişdir. Həmin müqaviləyə əsasən bank tərəfindən ödəniş cədvəli tərtib edilərək verilmişdir. Ödəniş cədvəlində 2024-cü ilin aprel ayından başlamaqla 60 ay müddətində hər ay 293 manat məbləğində pul ödəməyi nəzərdə tutulmuşdur. Belə ki, 2024-cü ilin aprel ayından başlamaqla hər ay nəzərdə tutulan məbləğ iddiaçı tərəfindən 2025-ci ilin mart ayı da daxil olmaqla, ümumilikdə 3516 manat məbləğində pul ödənilmişdir. Daha sonra ailə vəziyyətinin maddi sıxıntıları, anasının səhhətində yaranmış narahatlıqlar səbəbindən kredit borcunu ödəməkdə sıxıntılar yaşamış və ödəmələr dayandırılmışdır. Dəfələrlə bank işçiləri əlaqə saxlamış və borc barədə məlumat bildirmişlər. Daha sonra problemli şöbəyə yönləndirilmiş, əməkdaş tərəfindən ona, anasına hədə-qorxu məzmunlu telefon zəngləri gəlmiş, hətta anasının iş yerinə zəng vuraraq onun işgüzar nüfuzuna xələl gətirməyə çalışmışdır. Bu səbəbdən problemli şöbənin əməkdaşı ilə arasında problemlər yaşanmış, krediti tam bağlamaq üçün kömək etməklə bağlı xahiş etsələr də, həmin əməkdaş anasının iş yerinə isararla zəng etmiş, aralarında bu mövzu ilə əlaqəli mübahisələr yaranmışdır. Həmçinin məhkəmə iddia ərizəsinə əsaslanmaqla qətnamə qəbul etmiş, bu günə kimi ödənilməyən gün üçün hesablanmış faiz borclarının hesablanması düzgün qaydada aparılmamışdır. Dəfələrlə bankdan müqavilənin surəti tələb edilsə də, onlarda müqavilənin olmadığı, kreditin yalnız SMS vasitəsilə verildiyi bildirilmişdir. İddia ərizəsində qeyd olunan faiz və cərimələr şişirdilmiş şəkildə hesablanmış və cavabdehin1 il ərzində ödədiyi məbləğ bank tərəfindən nəzərə alınmamışdır. Bu da nəticədə böyük məbləğin ödənilməsinə gətirib çıxarmışdır. Bank tərəfindən hesablanmış faiz və cərimələrin müqavilədə nəzərdə tutulan hansı qaydada hesablanması şübhə altındadır və bu günə kim ödənilən 3156 manat pulun bank tərəfindən hansı qanuni əsasla nəzərə alınmaması barədə rəsmi məlumat yoxdur. Bank olan borcunu ödəməyi nəzərdə tutmuşdur, lakin bank ondan şişirdilmiş məbləğ tələb edir. Birinci instansiya məhkəməsindən həmin şişirdilmiş məbləğin necə hesablanmasının araşdırılmasını istəsə də, məhkəmə bununla bağlı tədbir görməmiş, iş üzrə ekspertiza təyin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı “xxxx” MMC apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, borclu şikayətində maddi vəziyyətinin pisləşməsinə görə ödənişlərdə gecikmələr yaşandığını bildirmişdir. Bununla bağlı bildirilir ki, bu məsələ apellyasiya icraatında deyil, icra icraatında həl edilməlidir. Belə ki, Qanuna əsasən borclu icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər (AR “İcra haqqında” Qanunun 15-ci maddəsi). Cavabdeh şikayətində 2025-ci ilin mart ayına qədər etdiyi ödənişlərin nəzərə alınmadığını bildirmişdir. Bununla bağlı qeyd edilir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir və ekspert rəyində qeyd olunan məbləğlərlə razılaşır. Belə ki, ##.##.2026-cı il tarixli, *-**-**-**/*-****/*-* nömrəli ekspert rəyinə əsasən borclu Cavabdeh *****nkSUMb/** nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə əsas borcu 8587,48 manat, faiz borcu isə 1001,87 manat təşkil edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Həsənova İlhamə İlham qızı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

18. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

20. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

25. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilməlidir.

31. İddiaçı “xxxx” X2 Səhmdar Cəmiyyəti ##.##.2026-cı il tarixdə ərizə verərək, iddianın aid olduğu *****nkSUMb/** nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları ##.##.2022-ci il tarixli 02/22 UB №li müqaviləyə ##.##.2026-cı il tarixli, ** saylı Əlavə əsasında “xxxx” KB ASC-dən iddiaçı1 ASC-yə (VÖEN **********) keçdiyini bildirmiş, məhkəmə tərəfindən çıxarılacaq qətnamənin iddiaçı1 ASC-nin mübahisə üzrə hər iki tərəfə münasibətdə hüquq və vəzifələrinə birbaşa təsir edəcəyini nəzərə alaraq, iş üzrə iddiaçı1 ASC-ni (VÖEN **********) iddiaçı ilə əvəz edilməsini xahiş etmişdir.

32. Ərizəyə əlavə edilmiş ##.##.2022-ci il tarixli, 02/22 UB saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən tələbkar “xxxx” X2 Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və sair) əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə (siyahı) və/və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına (bundan sonra “borc qalıqları”) dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə satmışdır.

33. Ərizəyə əlavə edilmiş ##.##.2022-ci il tarixli, 02/22 UB saylı müqaviləyə ##.##.2026cı il tarixli, ** nömrəli əlavənin surətindən görünür ki, “xxxx” X2 Səhmdar Cəmiyyəti ##.##.2022ci il tarixli, 02/22 UB saylı tələb hüququnun satılması haqqında müqavilənin 1.1-ci maddəsinə müvafiq olaraq tələbkar aşağıda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələblər üzrə bütün hüquqlarını yeni tələbkar iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə satır: 636. Cavabdeh, *****nkSUMb/** nömrəli kredit müqaviləsi, 9716,16 manat borc məbləği.

34. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli məhkəmə iclasında iddiaçı “xxxx” KB ASC “xxxx” MMC ilə əvəz edilmişdir.

35. İş materiallarından görünür ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli ərizə anketə əsasən Cavabdeh həmin ərizə ilə ##.##.2023-cü il tarixli standart şərtləri qəbul etdiyini bildirmiş, ##.##.2024-cü il tariхli smsbildiriş və ##.##.2025-ci il tarixli hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% ödəmək şərtilə 9400 manat məbləğində kredit verilmiş, vəsait ona məxsus hesaba köçürülmüşdür.

36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

37. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

38. Apellyasiya şikayətinin dəlillərini nəzərə alınaraq, tələb edilən borc məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/**** nömrəli rəyindən görünür ki, iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, *****nkSUMb/** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Cavabdeh iddiaçı iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə olan borcu: ##.##.2025-ci il tarixə əsas borc üzrə 8.587,48 manat, faiz borcu üzrə 1.001,87 manat təşkil edir. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış ##.##.2024-cü il tarixli, *****nkSUMb/** saylı kredit müqaviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixə cavabdeh Cavabdeh cərimə borcu hesablanmadı.

40. Ekspert rəyindən müəyyən edilir ki, faiz borcunun məbləği bankın təqdim etdiyi maliyyə arayışı əsasında irəli sürülmüş tələbdən azdır.

41. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

42. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.

43. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.

44. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.

45. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.

46. Belə olan halda, məhkəmə kollegiyası cərimə məbləğinin azaldılaraq cavabdehdən 20 manat cərimə borcunun tutulması hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

47. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

48. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

49. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh 1016.72 (bir min on altı manat yetmiş iki qəpik) manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh 1.001,87 (bir min bir manat səksən yeddi qəpik) manat faiz borcu tutularaq iddiaçı iddiaçı1 MMC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası Müli Prosessual Məcəllənin yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 300 manat cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 8559,3 manat əsas, 1001,87 manat faiz, 20 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116 manat, cəmi 9697,17 (doqquz min altı yüz doxsan yeddi manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı1 MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 300 (üç yüz) manat cavabdeh Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar