Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-832/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evinin 2/1 hissəsinə istifadə hüququnun müəyyən etməklə onun həmin evə köçürülməsi, fərdi yaşayış evinə aid olan evin qarşısındaki 32m2 (2 otaq hər biri 16m2 ibarət olan) tiklinin 2/1 hissəsinə və həmin bu tiklilərin qarşında tikilmiş 42m2 saxlanc yerinin 2/1 hissəsinə istifadə hüququnu müəyyən etməklə istifadəsinə verilməsi və mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evinə birləşdirilərək tikilmiş 40m2 2 otaqdan ibarət tiklinin 2/1 hissəsinə istifadə hüququnuu müəyyən etməklə onun mülküyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. ##.##.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xacmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evinin və ona aid olan əlavə tiklilərin 2/1 hissəsinin müəyyən etməklə onun mülküyyətinə verilməsi və istifadə hüququnu müəyyən etməklə həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. ##.##.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xacmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evində yaşayış hüququnu müəyyən etməklə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. ##.##.2026-cı il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xacmaz rayonun Qaracik-zeyd kəndində yerləşən cavabdehin faktiki istifadə və sahibliyində olan fərdi yaşayış evindən istifadə hüququ tanınmaqla, həmin evin yararlı olan ikinci mərtəbəsinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsi ilə idda ərizəsi təmin edilmiş, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evindən 2/1 hissəsinə İddiaçı 2/1 hissəsinə Cavabdeh torpağa mülküyyət hüququna dair JN-0001 kod 30206058 olan dövlət aktına əsasən Babakişi Dadaş oğlundan və X2 miras qalmış pay torpaq sahəsinin 3/2 hissəsinin 3/1 hissəsinə İddiaçı 3/1 hissəsinə Cavabdeh vərəsəlik üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsi mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evindən 2/1 hissəsi onun mülküyyətinə verilməsinə baxmayaraq, digər mülküyyətci Cavabdeh mülküyyətinə sahiblənməyə maneə törədərək istifadə etməyinə maneə olur. Belə ki Cavabdeh mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayonun Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evinə aid olan evin qarşısındaki 2 otaq hər biri 16m2 ibarət olan otağı, 24m2 ibarət olan ev heyvanları saxlanması (tövlə) üçün inşa edilmiş tiklini və həmin bu tikililərin qarşında tikilmiş 42m2 saxlanc yerini onun istifadə etməyinə maneə olmuş, 2019-cu ildə sökmuşdür. Bundan əlavə həmin evə birləşik 2 otaq hər biri 20m2 ibarət olan otaqları öz istifadəsi ücün zəbt etmişdir. Otaqların birini anbar kimi, digər otaqı isə ev heyvanları saxlanması (tövlə) kimi istifadə edir.
6. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı mübahisəli fərdi yaşayış evinə münasibətdə kənar istifadəçi və ya mülkiyyətçinin ailə üzvü kimi istifadə hüququ tələb edən şəxs deyil, həmin fərdi yaşayış evinin 1/2 hissəsinin mülkiyyətçisidir. İddianın evin ikinci mərtəbəsinə köçürülmə hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi üzrə iddiaçının payı müəyyən edilsə də həmin ev naturada bölünməmiş, iddiaçının 1/2 payının evin konkret hansı otaqlarına, hansı mərtəbəsinə və ya hansı hissəsinə aid olması müəyyən edilməmişdir. İş materiallarında evin ikinci mərtəbəsinin iddiaçının payına uyğun konkret hissə kimi müəyyən edildiyini təsdiq edən hər hansı məhkəmə aktı, tərəflər arasında razılaşma və ya daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yoxdur. Hazırkı işdə isə iddiaçı evin naturada bölünməsi və ya evdən istifadə qaydasının müəyyən edilməsi barədə tələb irəli sürməmişdir. O, konkret olaraq evin ikinci mərtəbəsinə köçürülməsini xahiş etmişdir. Halbuki, ikinci mərtəbənin iddiaçının payına aid konkret hissə kimi müəyyən edilməsi barədə hüquqi əsas mövcud deyildir. Bundan başqa, cavabdehin izahatından görünür ki, evin ikinci mərtəbəsində onun ailəsi yaşayır. Üçüncü şəxslərin izahatları ilə də həmin evdə cavabdehin ailəsinin yaşadığı bildirilmişdir. Bu hal iddianın rəddi üçün müstəqil əsas kimi deyil, ikinci mərtəbənin konkret olaraq iddiaçının istifadəsinə verilməsinin digər istifadəçilərin və payçıların hüquq və mənafelərinə toxuna biləcəyini göstərən hal kimi qiymətləndirilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1523-ci maddəsinə istinad ederək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, Xaçmaz rayonu Qaracik-Zeyid kəndində yerləşən, cavabdehin faktiki istifadə və sahibliyində olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması, habelə həmin evin yararlı olan ikinci mərtəbəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları ilə sübut edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin birinci mərtəbəsi cavabdeh tərəfindən qəsdən yararsız vəziyyətə salınmışdır. Bu hal * saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2026cı il tarixli, ********** nömrəli rəsmi məktubu, foto və video materiallar (Elektron məhkəmə sistemi) və texniki pasportla faktiki vəziyyət arasındakı fərqlər şahid aktları ilə təsdiqlənir. Müəyyən olunmuşdur ki, 81.9 kv.m tövlə sökülmüş, yerində cavabdeh öz istifadəsi ücün 201.4 kv.m yeni tikili inşa edilmiş, 6 və * nömrəli otaqlar tövlə kimi istifadə olunur, digər otaqlar anbar kimi istifadə edilir və evin təyinatı dəyişdirilmişdir. Bu hərəkətlər nəticəsində evin birinci mərtəbəsi yaşayış üçün yararsız hala salınmışdır və iddiaçının istifadə hüququ faktiki məhdudlaşdırılmışdır. Elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş foto və video materiallar, birinci mərtəbənin faktiki vəziyyətini göstərir, yaşayış üçün yararsızlığı təsdiq edir və cavabdehin müdaxiləsini sübut edir. Lakin məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Şahid aktları ilə müəyyən edilmişdir ki, Zahirova Təhminə 2000-ci ildən etibarən həmin evdə yaşamır. Bu fakt uzunmüddətli faktiki istifadənin olmadığını göstərir cavabdehin müdafiə arqumentlərini zəiflədir. Hazırkı iş üzrə təqdim edilmiş mötəbər sübutlarla (* saylı Xaçmaz Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli rəsmi məktubu, foto-video materiallar, şahid aktları və texniki pasportla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar) müəyyən edilmişdir ki, cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evinin birinci mərtəbəsi qəsdən yaşayış təyinatından çıxarılaraq yararsız vəziyyətə salınmış, nəticədə iddiaçının həmin əmlakdan istifadə hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. İş materialları ilə sübut olunur ki, evin birinci mərtəbəsi qəsdən yararsız hala salınıb, mülkiyyət hüququ faktiki məhdudlaşdırılıb, məhkəmə sübutları qiymətləndirməyib, qətnamə faktlara uyğun deyildir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, Daşınmaz əmlakın Dövlət reyestri xidmətindən alınan sorğuya əsasən məlum olmuşdur ki, mübahisəli fərdi yaşayış evi, Dadaş adlı babalarına məxsus olmuş və ataları Babakişiyə miras qalmış və 1948-ci ildə atası Zahirov Babakişi Dadaş oğlunun adma rəsmiləşdirlimişdir. Evin 1-ci mərtəbəsi yaşayışa yararsızdı, daha doğrusu istismar müddətini başa vuraraq fiziki aşınmış və bıı səbəbdən ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsində kiçik ölçülü 2 otaqda yaşayır. 1-ci mərtəbədə mövcud olmuş bir otaq hələ mərhum valideynlərinin sağlığında yararsız hala düşmüş və ailə 2-ci mərtəbənin 2 otağında yaşamağa baslamışdır. Atası öləndən sonra anası ciddi xəstə olduğundan hazırki münahisəli evin 2-ci mərtəbəsində onlarla birlikdə yaşaya bilmirdi. Ona görə ki, 2ci mərtəbədə şərait olmadığına görə anası təbii (sanitar) və digər ehtiyaclarını ödəyə bilmədiyindən hələ atasının sağlığında onun, habelə Rübabə adlı bacısının mərum əri olmuş Əlxanın iştirakı ilə tikdirdiyi, hazırda cavabdehin yaşadığı evə gətirmişlər və anası Gülgəz qeyd edildiyi kimi mübahisəli evə bitişik hazırda iddiaçının yaşadığı evdən son mənzilə yola salınmışdır. Başqa sözlə qeyd edildiyi kimi mübahisəli ev yaşayışa yararsız və darsqal olduğu üçün hazırda iddiaçının yaşadığı evi, həmin evin qarşısındakı sahədə palçıqdan kərpic kəsib mərhum atasının rəhbərliyi, habelə onun və onların maddi vəsaiti hesabına tikmişlər və qeyd edildiyi kimi atası öləndən sonra anası Gülgəz iddiaçınin yaşadığı yeni tikilmiş fərdi yaşayış evində yaşamış və bu evdən son mənzilə yola salınmışdır. Beləliklə, hazırda iddiaçı, atası tərəfindən hələ sağlığında, mübahisəli evin yanında tikilən yeni evdə yaşamağına baxmayaraq, bir əsr (100) yaşı olan ailəsinin güncən yaşadığı evə köçürülmək istəyir. Məntiqlə məlum olur ki, mübahisəli fərdi yaşayş evi 1948-ci ildən əvvəl tiklmiş və təbii ki, 1-ci mərtəbə hesab edilən hissə fiziki aşınıb dağlımış və 2-ci mərtəbə uçmaması üçün müəyyən bərpa bərkitmə işləri görülmüşdür. Əksinə mübahisəli evi tamami ilə uçub dağılmadan qoruduğu üçün iddiaçı cavabdehə müəyyən məbləğdə çəkilən xərci ödəməlidir. Əvvəla üçüncü şəxslər məhkəmə prosessinə o məqsədlə cəlb ediliblər ki, üçüncü şəxslər vaxtı ilə mübahisəli evdə yaşayıblar və evin hansı vəziyyətdə olmasının ömürləri boyu canlı şahidləri olmuşlar. İddiaçının mübahisəli evin guya cavabdeh tərəfindən qəsdən dağıdılması iddianın əsassız olmasını, habelə bu evin babalarından qalma ən azı 100 yaşı olan, o dövrün materialı olan çiy kərpicdən tikilməsi faktı barədə məhkəmədə bildirsinlər. “Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 öz vərəslik payından iddiaçının xeyrinə imtina etmişdir” ifadəsi barəsində isə qeyd edir ki, iddiaçının xeyrinə 4 bacılar o, məqsədlə öz vərəsəlik paylarından imtina etmişlər ki, iddiaçı gələcəkdə cavabdehi rahat buraxacaqdı. Lakin, göründüyü kimi hazırda yaşayış yerinə ehtiyac olmadığı halda cavadehin ailəsinin sığmadığı 100 yaşı olan evə köşmək isdəyir.’’Şahid aktları ilə müəyyən edilmişdir ki, Zahirova Təhminə 2000-ci ildən etibarən həmin evdə yaşamır. Bu fakt uzunmüddətli faktiki istifadənin olmadığını göstərir cavadehin müdafiə arqumentlərni zəiflədir “Digər tərəfdən bildirir ki,”Torpağa mülkiyyətə verilməsinə dair” JN:048F kod 30206058 Şəhadətnaməyə əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə 0,29 ha həyətyanı torpağ sahəsi Zahirov Babakişi Dadaş oğlunun, X2 və X3 ümumbirgə mülkiyyətinə verildiyinə görə əslində iddiaçıya münasibətdə bacısı Zahirova Təhminənin həmin mübahisəli evin yerləşdiyi 0.29 ha ölçüdə həyətyanı torpaq sahəsi üzrə ən azı 1/3 hissəsinə mülkiyyət hüququ olduğuna görə üzərində yerləşdiyi fərdi yaşayış evndən qanuna əsasən isdifadə hüququ mövcuddur. Bundan başqa iddiaçının “Fərdi yaşayış evindən istifadə hüququnun tanınması və evin yararlı olan ikinci mərtəbəsinə köçürülməsi” tələbi aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına qeydə alınmış fərdi yaşayış evi üzərində payları tərəflər arasında 1/2 hissədə Xaçmaz Rayon Məhkəməsinin *(***)- ***/**** saylı qətnaməsi ilə müəyyən olnusada, lakin naturada bölgü aparılmamış və qeyd edildiyi kimi evin 1-ci mərtəbəsi yaşayışa yararsız olduğu üçün “2026-cı ilin yanvar ayında * saylı Xaçmaz ərazi idarəsinin mütəxəsisləri mərhum Zahirov Babakişi Dadaş olunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayon Qaraçik-zeyd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinin texniki posportu hazırlanası mümkün olmamışdır. Beləliklə müəyyən olunur ki, iddiaçının dediyinin əksinə mübahisəli evin 1-ci mərtəbəsi, mübahisəli ev ümumilikdə istismar müddətini başa vurub fiziki köhnəldiyindən yaşayışa yararsız hala düşmüş, 2-ci mərtəbəsi isə cavadehin vəsaiti ilə divarlara üzlük çəkməsi hesabına qismən yararlı vəziyyətdə saxlanılmış və hazırda ailəsi ilə orada yaşayırlar. İddiaçı isə hələ valideynlərinin sağlığında mərhum atasının rəhbərliyi, habelə onun və qismən onların maddi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evində yaşayır, üstəlik toyuq cücə hinini onun evinə birləşdirmiş və nəticədə üfunət iyindən evdə yaşamaq, nəfəs almaq mümkün deyil. Bütün bu deyilənlər, daha doğrusu mübahisəli evin yaşayışa yararsız halda olması və valideyniz tərəfindən tikilmiş iddiaçını hazırda yaşadığı evin hansı vəziyyədə olmasını məhkəməyə təqdim edlən fotoşəkillər təsdiq edir. Bundan əlavə məhkəmə tərəfidən bölünməyən həyətyanı torpaq sahəsində yaşayışımı təmin etmək üçün tikdiyim tövlə və ya digər köməkçi sahələrin iddiaçının mülkiyyət hüqularını pozmasını heç bir hüquqi əsası mövcud deyil və iddiaçı tələbin bu hissəində iddia irəli sürməkdə subyektiv hüquqa malik deyil.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, evə köçürəlməsini istəyir, birinci mərtəbə yararsızdır, tövlədir. Oğlu nişanlıdır, ailə quracaq. Özü atasının evində qalmaq istəyir. Ümumi evə köçürülməsinə razıdır.
13. Cavabdeh Cavabdeh ərizə ilə məhkəmə müraciət edərək işə onun iştirakı olmadan baxılması, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
İşdə olan sübutlar
14. Xaçmaz Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2017-ci il tarixli qətnaməsindən görünür ki, mərhum Zahirov Babakişi Dadaş oğlunun adına DƏDRX-də qeydə alınmış Xaçmaz rayonu Qaracik-Zeyid kəndində yerləşən fərdi yaşayış evindən 1/2 hissəyə İddiaçı, 1/2 hissəyə isə Cavabdeh vərəsəlik üzrə payları müəyyən edilmişdir.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ## ####### 2025-ci il tarixdə İddiaçı adına verilmiş dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaracik Zeyid kəndində yerləşən 0,29 ha torpaq sahəsində olan 140,90 kv.m fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, iddianın fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürlməsinin rədd edilməsi hissəsində ləğv edilməli, iddiaçı İddiaçı Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
21. Məhkəmə kollegiyası iddianın fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürlməsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, işin müəyyən edimiş hallarına əsasən iddiaçı mübahsiəli məznilin ½ hissəsinin mülkiyyətçisi olmaqla, mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış sahəsindən təyinatına uyğun olaraq istifadə etmək hüququna malikdir. Paylı mülkiyyətdə olan evin naturada bölünməməsi və hazırkı vəziyyətdə evdən istifadə qaydasının müəyyən edilməməsi isə onun iddiasının tam olaraq əsasız hesab edilməsinə əsas verməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, istifadə qaydasına dair mübahisə mövcud olmadığı və istifadə qaydasının müəyyən ediməməsi halında iddiaçı olan paylı mülkiyyətçinin iddiası qismən təmin edilməklə, ümumi olaraq iddiaçının paylı mülkiyyətində olan evə köçürülməsi təmin edilməliidr. Yalnız bundan sonra iddiaçının həmin mənzilə köçürülməsinin mümkünsüzlüyü, o cümlədən paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə üzrə razılşama olmadığı təqdirdə, paylı mülkiyyətdə olan evin naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın hərracdan satışı və ya ondan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı mübahisələrə baxıla bilər.
22. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürlməsinin rədd edilməsi edilməməsi hissəsində ləğv edilməli, iddiaçı İddiaçı Qaracik-zeyd kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi, iddianın fərdi yaşayış evinin 2-ci mərtəbəsinə köçürlməsinin rədd edilməsi edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. İddiaçı İddiaçı Qaracik-zeyd kəndində yerləşən və paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.