Məhkəmə qərarları › İş №2(3-8)-849/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-849/2026

15.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-849/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Şahdağ Milli Parkına qarşı mülki iş üzrə (Açar sözlər: quraşdırılmış darvazanın sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçi İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Şahdağ Milli Parkı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Şahdağ Milli Parkına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Qaladərəsi kəndində yerləşən ona məxsus 0,30 ha torpaq sahəsinə gedən yeganə yoldan armaturdan quraşdırılmış darvazanın cavabdehin hesabına sökülərək, yolun tam bərpa edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun keçmış Keçmədin (indiki Məlhəm) Bələdiyyəsinin qərarı ilə sahibkarlıq fəaliyyəti göstərmək məqsədi ilə 0,30 hektar torpaq sahəsı almışdır. Həmin torpaq sahəsində bir müddət turizm (piknik) fəaliyyəti ilə məşğul olmuş və bu fəaliyyət nəticəsində dövlət büdcəsinə vergi ödəmişdir. Şahdağ Milli Parkının Şamaxı bölməsinin əməkdaşları tərəfindən torpaq sahəsinə gedən yeganə yol bağlanmış və fəaliyyətınin qarşısı alınmışdır. Belə ki, yolun başlanğıcında metal tordan qapı quraşdırılaraq, həmin qapıya kilid vurulmuş və gediş-gəliş yolu bağlanmışdır. Sahibkarlıq məqsədi ilə istifadə etdiyi həmın sahənin ətrafı dağlıq ərazı, sıx meşəlık və dağ çayının yatağından ibarətdir. Sahəyə başqa heç bir yerdən yol yoxdur və keçmişdən üzü bəri həmin yoldan istifadə olunmuşdur. O, Şahdağ Milli Parkının Şamaxı bölməsının əməkdaşlarının bu qanunsuz əməli nəticəsində maddi gəlirdən məhrum olmuş və vergi də ödəyə bilmir. Hesab edir ki, yolun açılması məqsədilə, Şahdağ Milli Parkının Şamaxı bölməsi onunla servitut müqaviləsinə məcbur edilməli, ona mülkiyyətində və istifadəsində olan sahələrə gediş-gəliş yolu verilməlidir.

3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilmiş, Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən iddiaçı İddiaçı məxsus torpaq sahəsinə gedən yolda metal konstruksiyadan quraşdırılmış darvazanın cavabdeh Şahdağ Milli Parkının hesabına sökülərək, yoldan gediş-gəlişin bərpa edilməsi, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun əvəzinin cavabdeh Şahdağ Milli Parkından tutularaq, iddiaçı İddiaçı verilsin.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Şahdağ Milli Parkı öz ərazisində quraşdırdığı qapı (darvaza) iddiaçı İddiaçı ona məxsus əmlakından sərbəst şəkildə istifadə etməsinə maneçilik yaratmış və bununla da iddiaçının hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxartmışdır. iddiaçının tələbinin təmin olunması heç bir halda cavabdehin öz əmlakından sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum edə bilməz.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 26,60, Mülki Məcəllənin 152.1,157,157.4, 170.2, 255.1, 255.2, 255.4-cü maddələrinə edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Şahdağ Milli Parkı tərəfindən apellyasiya şikayəti verilərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin edərkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə istinad etmiş, həmin ekspert rəyində göstərilir ki, “xxxx“ publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-3- **/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.m. torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.m. torpaq sahəsinə gedən yol naturada mövcud olmaqla, Şahdağ Milli Parkının Şamaxı Bölməsinin ərazisindən keçir. Sözügedən yol piyada və avtomobil yolu kimi istifadə olunur. Hazırda həmin yola dəmir barmaqlıqlar qoyularaq, qıfılla bağlanmışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron baza məlumatlarında və naturada faktiki olaraq İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.m. torpaq sahəsinə getmək üçün (piyada və ya avtomobillə) başqa yolun mövcudluğu aşkar olunmamışdır. İş materiallarında olan Şahdağ Milli Parkının Şamaxı Rayon Məhkəməsinə ünvanladığı məktubunda qeyd olunur ki, Şahdağ Milli Parkının Şamaxı bölməsinin Dədəgünəş meşəbəyliyinin ** saylı meşə dolayının 43-cü kvartalı ilə həmsərhəd ərazidən vətəndaş İddiaçı 3000.73 kv.m. ərazi ayrılmışdır. Həmin ərazidə həmin şəxs ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Sözügedən əraziyə qanunsuz girişi məhdudlaşdırmaq və yanğın təhlükəsizliyi istiqamətində qabaqlayıcı tədbirlər görmək məqsədi ilə, milli parka gedən yola Şahdağ Milli Parkı tərəfindən giriş qapısı inşa edilmiş və qapı qıfıl ilə kilidlənmişdir. Giriş qapısının qoyulduğu ərazi Şahdağ Milli Parkının xidməti ərazilərinə aiddir. İddiaçı giriş çıxış yolunun açılmasının tələb etdiyi ərazi Şahdağ Milli Parkının ərazisidir. İddiaçı iddia ərizəsində Şahdağ Milli Parkına qarşı servitut müqaviləsinin bağlanmasını tələb edir. Maneələrin aradan qaldırılması ilə bağlı iddia o zaman təmin edilə bilər ki, maneə olan ərazi başqa şəxsin hüquqlarına toxunmasın, başqa şəxsə aid olmasın. Hazırkı halda giriş-çıxış yolunun açılmasının tələb edildiyi ərazi Şahdağ Milli Parkının ərazisidir. Bunu məhkəmənin istinad etdiyi rəydə də qeyd edilmişdir. Milli Parklar xüsusi ilə qorunan ərazi olduğuna görə onun ərazisinə giriş xüsusi qaydada olur. Bundan əlavə Milli Parkın ərazisinə giriş hüququnun verilməsi Parkın hüquqlarının məhdudlaşdırılmasıdır bu isə qanunvericiliklə yol verilən hal deyildir. Məhkəmə qətnaməsində işin faktiki halları araşdırılmalı, iddiaçının açılmasını tələb etdiyi giriş-çıxış yolu Milli Parkın ərazisinə düşdüyü müəyyən olunan kimi iddia tələbi düzgün formada verilməməsi əsası ilə rədd edilməli idi. Beləliklə, milli parkların ərazisində təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinə təhlükə yaradan hər hansı fəaliyyət, o cümlədən milli parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi qadağandır. Yalnız milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonalarında və qanunvericiliklə müəyyən edilmiş xüsusi hallarda, müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol və digər infrastruktur obyektlərinin tikintisinə icazə verilə bilər. Əks halda, belə fəaliyyətlər qanunsuz hesab olunur və dayandırılır. Bu qayda milli parkların əsas məqsədi olan təbiət komplekslərinin qorunması və mühafizəsi prinsipinə əsaslanır və yalnız qanunvericiliklə müəyyən edilmiş istisna hallarda dəyişdirilə bilər. Bundan əlavə milli parkların ərazisi və obyektləri Azərbaycan dövlətinə məxsusdur və özgəninkiləşdirilə bilməz, onların hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır. Lakin, üzərində milli park yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə oluna bilər. Yəni, milli park ərazisində servitut yalnız mülkiyyətçinin razılığı və ya məhkəmə qərarı ilə mümkündür və bu zaman milli parkın xüsusi mühafizə rejimi və təyinatı pozulmamalıdır. Bu qayda milli parkların idarəçiliyinə, istifadəsinə və icarəsinə verilmə qadağası ilə yanaşı, servitut hüququnun istisna kimi tətbiqini nəzərdə tutur. Milli Parkın ərazisində Milli Parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi qadağn edilir. Beləliklə, Şahdağ Milli Parkı haqqında əsasnamənin 3.5-ci maddəsində də milli parkın ərazisindən gediş-gəliş yolunun olması qadağan edilmişdir. Milli Parkın ərazisindən yolun olması təkcə Şahdağ Milli parkının yaradılması haqqında əsasnamədə deyil, Azərbaycan Respublikasının dövlət təbiət və biosfer qoruqlarının ümumi Əsasnaməndə də qeyd edilmişdir. Göründüyü kimi Milli Parkın ərazisində keçən yollarda yalnız servitut hüququ yaranır buna isə Milli Park icazə verməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Şamaxı rayonu üzrə bölməsi darvazanı 2023-cü ilin iyununda quraşdırmışdır. Kəndləri Şahdağ Milli Parkının meşələri ilə əhatələnmişdir. Həmin ərazi keçmiş çay yatağı olmuşdur, bu vaxta qədər orada piknik fəaliyyəti ilə məşğul olmuşdur. Bura çıxarış almaq üçün reyestr xidmətinə müraciət etmiş, imtina verilmişdir. Plan-ölçü sənədi var. Darvazanın yanında olan mühafizə onun içəri keçməyinə icazə vermir. Alternativ yol yoxdur. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Şahdağ Milli Parkının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış məhkəmə iclasının təxirə salınmasına dair teleqram isə məhkəmə iclasından sonra təqdim edilmişdir.

İşdə olan sübutlar

12. A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şamaxı Rayonu Keçməddin Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** saylı qərarı ilə Şamaxı rayonu, Qaladərəsi kəndi ərazisindən 3000.73 kv.m. torpaq sahəsi kənd təsərrüfatı məqsədi ilə İddiaçı ayrılmışdır.

13. Şahdağ Milli Parkının Şamaxı Rayon Məhkəməsinə ünvanladığı məktubunda qeyd olunur ki, Şahdağ Milli Parkının Şamaxı bölməsinin Dədəgünəş meşəbəyliyinin ** saylı meşə dolayının 43-cü kvartalı ilə həmsərhəd ərazidən vətəndaş İddiaçı 3000.73 kv.m. ərazi ayrılmışdır. Həmin ərazidə həmin şəxs ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Sözügedən əraziyə qanunsuz girişi məhdudlaşdırmaq və yanğın təhlükəsizliyi istiqamətində qabaqlayıcı tədbirlər görmək məqsədi ilə milli parka gedən yola Şahdağ Milli Parkı tərəfindən giriş qapısı inşa edilmiş və qapı qıfıl ilə kilidlənmişdir. Giriş qapısının qoyulduğu ərazi Şahdağ Milli Parkının xidməti ərazilərinə aiddir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi ** saylı Şamaxı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-***/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.m. torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğundur. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.m. torpaq sahəsinə gedən yol naturada mövcud olmaqla, Şahdağ Milli Parkının Şamaxı Bölməsinin ərazisindən keçir. Sözügedən yol piyada və avtomobil yolu kimi istifadə olunur. Hazırda həmin yola dəmir barmaqlıqlar qoyularaq, qıfılla bağlanmışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron baza məlumatlarında və naturada faktiki olaraq İddiaçı məxsus Şamaxı rayonu, Qaladərəsi kəndində yerləşən 3000.73 kv.m. torpaq sahəsinə getmək üçün (piyada və ya avtomobillə) başqa yolun mövcudluğu aşkar olunmamışdır.

15. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsində istinad olunan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şamaxı Ərazi İdarəsinin ## ###### 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən, Şamaxırayonu Qaleybuğura Bələdiyyəsinin, Şamaxı rayonu Qaladarası kənd sakini İddiaçı birgə iştirakı ilə Şandağ Milli Parkının nümayəndələrinin naturada göstərdiyi ərazidə çöl-ölçü işləri aparılaraq GPS aləti vasitəsi ilə koordinatlar götürülmüşdür. Aparılmış ölçü işləri elektron baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidən götürülmüş koordinatlar dövlət meşə fondu torpaqlarınını daxilində yerləşir. Koordinatları götürülmüş ərazinin 0.13 ha hissəsi vətəndaş İddiaçı Şamaxı rayonu keçmiş Keçmədin bələdiyyəsinin ## ##### 2007-ci il tarixli, ** saylı qərarı əsasında A № ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 3000.73 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda bildirir ki, həmin plan ölçü sənədində göstərilən torpaq sahəsi islahat xəritəsinə əsasən dövlət meşə fondu torpaqlarına düşür. A № ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron baza məlumatlarında öz əksini tapmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.

18. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 1. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında anlayış Xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır. Maddə 5. Xüsusi mühafizə olunan təbiət ərazilərinin növləri Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları; milli parklar; təbiət parkları; ekoloji parklar; dövlət təbiət yasaqlıqları; təbiət abidələri; zooloji parklar; nəbatat bağları və dendroloji parklar; müalicə-sağlamlaşdırma yerləri və kurortlar; geoloji parklar. Maddə 21. Milli parklar və onların təşkili Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Milli parkların hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri daxil edilə bilər. Maddə 22. Milli parkların əsas vəzifələri Milli parkların əsas vəzifələri aşağıdakılardır: təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlama;

19. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi 1.1. Milli parklar - xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. 1.2. Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazilərdə olan torpaq, su, bitki və heyvanlar aləmi onların daimi istifadəsinə verilir. 4.4. Milli parkların ərazisində aşağıdakılar qadağan edilir: 4.4.1. təbiət komplekslərinə və tarix-mədəniyyət obyektlərinin varlığına təhlükə yaradan hər bir fəaliyyət; 4.4.2. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması; 4.4.3. hidroloji rejimin dəyişməsinə səbəb olan işlərin aparılması; 4.4.4. Xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metalurgiya, nüvə energetikası və sair müəssisələrin fəaliyyəti; 4.4.5. milli parkın fəaliyyəti ilə bağlı olmayan magistral yolların, boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların tikintisi; 4.4.6. müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması; 4.4.7. bu məqsədlər üçün müəyyən olunmuş yerlərdən və ümümi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi; 4.4.8. yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası; 4.4.9. meşələrdə əsas istifadə qırıntısı. 4.5. Milli parklarda ərazilərin ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri də məhdudlaşdırıla və yaxud qadağan edilə bilər. 4.6. Milli parkların mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir, bu işə direktor və mühafizə üzrə direktor müavini rəhbərlik edirlər. 4.7. Milli parkların mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: 4.7.1. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini və gəmiləri, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; 4.7.2. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq; 4.7.3. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək; 4.7.4. milli parkın ərazisindən istifadə qaydalarını, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokollar tərtib etmək; 4.7.5. milli parkın ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək. 4.13. Üzərində milli park yerləşən torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmadan, onların razılığı və ya məhkəmənin qərarı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur. 6.3. Milli parkların ərazilərində mehmanxanaların, kempinqlərin, turbazaların, iaşə və digər obyektlərin tikintisi və istifadəsi, əhalinin istirahəti məqsədi ilə digər şəraitlərin yaradılması milli parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilə bilər. 6.4. Milli parklarda onların məqsədli təyinatına və təbiət komplekslərinin və obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri milli parkın fiziki və hüquqi şəxslərlə bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş cavabdeh1 haqqında Əsasnamə 1.4. Milli Parkın ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu ərazidə olan torpaq, su, bitki və heyvanlar aləmi onun daimi istifadəsinə verilir. 1.5. Milli Parkın hüdudlarına ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaq sahələri də daxil edilə bilər. 1.6. Milli Parkdan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl olunma şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər. 1.7. Milli Parkda onun məqsədli təyinatına, təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri Milli Parkla fiziki və hüquqi şəxslər arasında bağlanmış və ekoloji ekspertizadan keçmiş müqavilələr əsasında həyata keçirilə bilər. 3.1. Milli Parkın ərazisində onun təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla, xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edilir: 3.1.1. xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar; 3.1.2. təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zonalar; 3.1.3. turizm və rekreasiya zonaları; 3.1.4. turistlərə və başqalarına xidmət göstərilən zonalar; 3.1.5. Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları. 3.6. Milli Parkın ərazisində ekoloji, elmi, estetik, mədəni və rekreasiya dəyərini aşağı sala bilən digər fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər. 3.8. Milli Parkın mühafizə xidmətinin aşağıdakı vəzifələri vardır: 3.8.1. Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, nəqliyyat vasitələrini, gəmiləri, ov alətlərini, əldə olunmuş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alətləri, cihazları və əşyaları, qanunsuz əldə edilmiş məhsulları, habelə müvafiq sənədləri götürmək; 3.8.2. Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında fiziki və hüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan fəaliyyətini dayandırmaq; 3.8.3. Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməli törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görmək; 3.8.4. Milli Parkın ərazisindən istifadə qaydalarının, həmin ərazinin mühafizə rejiminin pozulmasına görə inzibati xəta haqqında protokollar tərtib etmək; 3.8.5. Milli Parkın ərazisində və onun sanitariya-mühafizə zonasında mühafizə və istifadə sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.

24. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şamaxı rayonu keçmiş Keçmədin bələdiyyəsinin ## ##### 2007-ci il tarixli, ** saylı qərarı əsasında kənd təsərrüfatı təyinatlı 0,30 ha torpaq sahəsi iddiaçı İddiaçı satılmış və həmin torpaq sahəsinə dair A seriyalı, ****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədi verimişdir. Həmin torpaq sahəsinin konfiqurasiyası və yerləşdiyi ərazi naturada həmin torpaq sahəsinə uyğun olmaqla, həmin torpaq sahəsinə gedən yol Şahdağ Milli Parkının ərazisindən keçməkdədir. Həmin yol piyada və avtomobil yolu kimi istifadə olunur. İddiaçının torpaq sahəsinə getmək üçün başqa yolu isə mövcud deyildir. İşin müəyyən edilmiş hallarına görə quraşdırılmış dəmir darvaza iddiaçının öz torpaq sahəsinə piyada gediş-gəlişi üçün əhəmiyyətli məhdudiyyət yaratmamaqdadır. Lakin, cavabeh tərəfindən həmin yola dəmir darvaza quraşdırılmaqla, qıfılla bağlanmışdır ki, bununla da iddiaçının avtomobillə öz torpaq sahəsinə getmək imkanı aradan qalxmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsinin 4.4.7-ci bəndinə əsasən milli patkların ərazisində müəyyən müəyyən olunmuş yerlərdən və ümümi istifadə olunan quru və su yollarından kənar mexaniki nəqliyyat vasitələrinin hərəkəti və dayanacağı, ev heyvanlarının köçürülməsi qadağan edilmişdir. Lakin, ekspert rəyi ilə müəyyən ediir ki, cavabdehin quraşdırdığı dəmir darvaza Şahdağ Milli Parkının ərazisindən keçən, avtomobil və piyada yolu kimi istifadə olunan yol olmuşdur. Həmçinin, yuxarıda istinad olunan qanunvericiliyiə əsasən Milli parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aid olmaqla, Milli Parkın ərazisində xüsusi mühafizənin ayrı-ayrı rejimlərinin tətbiq olunması da mümkündür. Lakin, yaranmış vəziyyətlə əlaqədar Mülki Məcəllənin 175.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olan torpaq sahəsinə avtomobillə gedib-gəlməsi üçün Şahdağ Milli Parkının ərazisindən keçən yoldan istifadə etmək hüququ mövcuddur ki, həmin hüququn realizəsinin müəyyən vasitələrlə qarşının alınması iddiaçının torpaq sahəsndən istifadəsinə məhdudiyyətlər yaratmaqdadır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Şahdağ Milli Parkının ərazisindən keçən, avtomobil və piyada yolu kimi istifadə olunan yoldan öz torpaq sahəsinə gediş-gəlişi üçün yardılan maneə aradan qaldırılmaqla, onun yoldan istifadə hüququ təmin edilməlidir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, Milli parkların ərazisinin xüsusi mühafizə olunan ərazi olması baxımından cavabdeh təşkilatın mühafizə vasitəsi kimi quraşdırdığı darvazanın sökülməklə yolun açılması əsaslı hesab oluna bilməz.

26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili qismində Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi 4.13-cü bəndinin tələbinə istinad etməsinə münasibətdə isə qeyd edir ki, həmin bənd torpaq sahəsi mülkiyyətçilərinin torpaq sahəsi üzərində servitut hüququnun müəyyən edilməsini nəzərdə tutulmaqdadır.

27. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, iddiaçı İddiaçı, ona məxsus torpaq sahəsinə gedən yolda metal konstruksiyadan quraşdırılmış darvazadan piyada və avtomobillə giriş-çıxışı (darvaza kilidinin açarının veriməsi və s. vasitə ilə) təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı İddiaçı, ona məxsus torpaq sahəsinə gedən yolda metal konstruksiyadan quraşdırılmış darvazadan piyada və avtomobillə giriş-çıxışı (darvaza kilidinin açarının bir nüsxəsinin ona veriməsi və s. vasitə ilə) təmin edilsin. İddia quraşdırılmış darvazanın cavabdehin hesabına sökülməsi hissəsində təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 (əlli) manatı iddiaçı İddiaçı aid edilməklə, 50 (əlli) manatı cavabdeh Şahdağ Milli Parkından tutularaq, iddiaçı İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar