Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-871/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Abşeron rayon * saylı notariat ofisinə qarşı « mülki iş üzrə (Açar söz: icra qeydinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, müstəqil tələb sürməyən üçüncü şəxs “xxxx” ASCnin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon * saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən onun barəsində verilmiş ##.##.****-ci il tarixli, 8İ-***** reyestr nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-dən EE000706345 (***SDGL*********) nömrəli kredit müqaviləsi əsasında illik 18,90 faiz dərəcəsi ilə 48 ay müddətinə qaytarmaq şərti ilə 5900 manat məbləğində kredit götürmüşdür. Kredit borclarını vaxtlı-vaxtında ödəmişdir. Ümumilikdə, banka 6857,04 manat pul ödəmişdir. Hazırda banka 1484,4 manat borcu vardır. Lakin ****-ci ilin ## ######ında Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmurunun köməkçisi ona zəng edərək və barəsində icra işi olduğunu deyərək, onu icra şöbəsinə dəvət etmişdir. O, ##.##.****-ci il tarixdə icra şöbəsində olanda bilmişdir ki, barəsində bankın müraciəti əsasında icra qeydi verilmişdir. İcra məmuru ona tələbi əsasında qeyri-rəsmi olaraq ##.##.****-ci il tarixli, 8İ-***** reyestr nömrəli icra qeydinin surətini vermişdir. Dekabrın 16-da isə notariat ofisinə gedib ərizə ilə müraciət edib icra qeydinin verilməsinə əsas olmuş sənədlərin surətlərinin ona təqdim edilməsini xahiş etmişdir. Lakin notariat ofisi ona ancaq qeyri-rəsmi olaraq tərəflərə və borca dair məlumatları əks etdirən elektron notariat sistemindən çıxarışı təqdim etmişdir. Bankın notariusa təqdim etdiyi icra qeydinin verilməsinə əsas olmuş sənədlərin surətləri (maliyyə arayışı, hesabdan çıxarış və s.) isə ona təqdim edilməmişdir. İcra qeydinə baxanda ona aydın olmuşdur ki, icra qeydində ondan tələbkar ünvan 1 ünvanında yerləşən “xxxx” ASCnin (VÖEN: **********) xeyrinə ödənilməmiş 2992,30 manat pulun və notariat hərəkətlərinə görə ödənilmiş 25 manat dövlət rüsumunun, ümumilikdə, 3017,30 manat pulun tutulmalı olması qeyd edilir. Lakin o, aşağıdakı səbəblərə görə icra qeydini mübahisələndirir və hesab edir ki, icra qeydi əsassız və qanunsuzdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 6-cı abzasına əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin tələbkar tərəfindən bu tələbə riayət edilməmiş, ona müvafiq bildiriş göndərilməmişdir. Onun xəbəri olmadan barəsində icra qeydi aparılmış və o, bundan ancaq icra məmuru ona zəng edəndə xəbər tutmuşdur. Ona nə tələbkar, nə notariat ofisi tərəfindən rəsmi olaraq heç bir məlumat və sənəd, bildiriş göndərilməmişdir. İcra məmuru tərəfindən də ona icra sənədinin icrasına dair bildiriş və ya icraat başlama haqqında qərarın surəti göndərilməmişdir. Bundan başqa, bildirir ki, onun banka əslində 1484,4 manat ödənilməmiş borcu qalıbdır. İcra qeydində isə ödənilməmiş borc 2992,30 manat göstərilmişdir. Abşeron rayon * saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu yalnızca tələbkar tərəfindən bir tərəfli qaydada tərtib edilərək təqdim edilmiş ona məlum olmayan hansısa sənədə (sənədlərə) əsasən barəsində icra qeydi vermişdir. Notariat ofisi ona icra qeydinin əsaslandığı sənədləri təqdim etməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Beləliklə, işin hallarından və qanunvericiliyin tələbindən də aydın görünür ki, faktiki olaraq mübahisəli olan pul məbləğinin tutulması notariat ofisinin verdiyi icra qeydi əsasında deyil, yalnızca aidiyyəti üzrə məhkəməyə iddia ərizəsi verilməklə məhkəmədə araşdırılmalı və araşdırma nəticəsində obyektiv qətnamə qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Abşeron rayon * saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən onun barəsində verilmiş ##.##.****-ci il tarixli, 8İ-***** nömrəli icra qeydi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tədqiqatı zamanı iddiaçının iddia ərizəsində göstərdiklərinin işin faktiki halları ilə uyğunluq təşkil etmədiyi, Abşeron rayon * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ-***** nömrəli, ## ###### ****ci il tarixli icra qeydinin verilməsi zamanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci maddəsinin tələblərinin pozulmadığı və icra qeydinin qanuna müvafiq olaraq aparıldığı müəyyən edilmişdir. Bundan başqa iddiaçı İddiaçı icra qeydi üzrə aparılmış tələbi məhkəmə qaydasında mübahisələndirmək hüququ olduğundan iddiaçı tərəfindən icra qeydi üzrə müəyyən ödənişlərin aparılması 8İ-***** nömrəli, ## ###### ****-ci il tarixli icra qeydinin ləğvi üçün də əsas sayıla bilməz.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellaysiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı abzasına əsasən 7ələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin tələbkar tərəfindən bu tələbə riayət edilməmiş, ona müvafiq bildiriş göndərilməmişdir. Onun xəbəri olmadan barəsində icra qeydi aparılmışdır və o, bundan ancaq icra məmuru ona zəng edəndə xəbər tutmuşdur. Ona nə tələbkar, nə notaiat ofisi tərəfindən rəsmi olaraq heç bir məlumat və sənəd, bildiriş göndərilməmişdir. İcra məmuru tərəfindən də ona icra sənədinin icrasına dair bildiriş və ya icraat başlama haqqında qərarın surəti göndərilməmişdir. Bundan başqa bildirir ki, onun banka əslində 1484.4 manat ödənilməmiş borcum qalmışdı. İcra qeydində isə ödənilməmiş borc 2992,30 manat göstərilmişdir. Banka 6857.04 manat qaytarılmasına və ödənilməmiş 1484.4 manat borcunun qalmasına dair təsdiqedici sənəd olan elektron çıxarışı da iddia ərizəsiə əlavə etmişdir. Abşeron rayonu * saylı notariat ofisi yalnızca tələbkar tərəfindən bir tərəfli qaydada tərtib edilərək təqdim edilmiş ona məlum olmayan hansısa sənədə (sənədlərə) əsasən barəsində icra qeydi vermişdir. Notariat ofisi ona icra qeydinin əsaslandığı sənədləri təqdim etməmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, guya 3-cü şəxs xxxx” ASC-nin nümayəndəsi qeyd edir ki, o, həmin icra qeydi üzrə borcunu tamamilə ödəmişdir və buna görə də icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, icra qeydində borc 2992,30 manat göstərilsə də o, məhkəməyə iddia verdikdən sonra banka borc olaraq 2992.30 manat deyil, qalan borc olan 1484.4 manat ödəmişdir. Çünki icra qeydi verilənədək onun banka 1484.4 manat borcu qalmış və onu ödədikdən sonra bank öhdəliyinin tam icra olunmasına dair ona ##.##.2026-cı il tarixli arayış, Abşeron icra və probasiya şöbəsinə isə icraata xitam verilməsinə dair məktub təqdim etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Müstəqil tələb sürməyən üçüncü şəxs “xxxx” ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, bankın müştərisi olan İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında ##.##.2022-ci il tarixli CL-EE********* saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 18.9 faiz dərəcəsi ilə 5900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öz öhdəsinə götürmüş, lakin qeyd olunan kredit müqaviləsi üzrə əsas kredit borcunu və bu borca müvafiq olaraq hesablanmış faiz borcunu ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəlləsinin bir sıra müddəalarını pozmuşdur. Odur ki, ’’Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılmış və ##.##.****-ci il tarixli 8İ-***** reyestr nömrəli icra qeydi çıxarılmışdır. İddiaçı İddiaçı qətnamədən narazı qalaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, nə bank, notariat ofisi tərəfindən əvvəlcədən hər hansı məlumatverilmədən, bildiriş göndərilmədən ondan xəbərsiz barəsində Abşeron rayon * saylı notariat ofisinin xüsusi notariusu İslamov Bahadur Sabir oğlu tərəfindən onun barəsində verilmiş ##.##.****-ci il tarixli 8İ-***** reyestr nömrəli icra qeydi çıxarılmış, tələbkar tərəfindən Qanunun 76-cı maddəsinin 6-cı abzasının tələblərinə riayət edilməmiş, ona müvafiq bildiriş göndərilməmiş, banka əslində 1484.4 manat borcu qalmış, amma icra qeydində ödənilməmiş borc qismində 2992.3 manat göstərilmişdir. Qeyd edilir ki, ilk növbədə, iddiaçı ona hər hansı bildirişin göndərilmədiyini qeyd etsə də, ona 6-2-22/2-36126/**** qeydiyyat nömrəli bildiriş göndərilmiş və borclu tərəfindən bildirişə imza edilmişdir. Bildirişin qarşı tərəfə çatdırılmasını təsdiq edən qəbz proses zamanı birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Həmçinin borclu Qanunun 76-cı maddəsinin 6-cı abzasının tələblərinə riayət edilmədiyini iddia etsə də, Qanunun qeyd edilən tələbinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Sözügedən bildiriş sentyabr ayında göndərilmiş, icra qeydi isə noyabr ayında aparılmışdır, yəni bildirişin göndərilməsi ilə icra qeydinin çıxarıldığı tarix arasındakı müddət 20 gündən çoxdur. Digər tərəfdən, borclu icra qeydində tələb olunan olunan məbləğin düzgün göstərilmədiyini qeyd etsə də, ##.##.****-ci il tarixli Mərkəzi filial tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, borc üzrə cəmi tələb olunan məbləğ 2991.9 manat (0.4 manat bank xidmət haqqı ilə birlikdə 2992.3 manat) qeyd edilmiş, qeyd edilən maliyyə arayışı əsasında icra qeydi çıxarılmış və borc icra qeydində göstərilən məbləğdə borclu tərəfindən ödənilmişdir. Digər bir tərəfdən isə borclu bütün bunlara baxmayaraq bank qarşısındakı öhdəliklərini tam yerinə yetirmiş, ##.##.2026-cı il tarixli arayışa əsasən, İddiaçı “ABB ASC” qarşısında adıçəkilən kredit müqaviləsi üzrə Banka olan borcu ##.##.****-ci il tarixində, yəni icra qeydinin çıxarılmasından sonra tam qaytarılmış və faizlər ödənilmişdir. Odur ki, icra qeydi çıxarıldıqdan sonra borcun tam olaraq ödənildiyini nəzərə alaraq qeyd edilir ki, iddiaçının qeyd olunan qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması barədə tələbi əsassızdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, icra qeydinin ləğvi üçün əsas yoxdur, məbləğ iddiaçı tərəfindən tam ödənilib. . Sadəcə iddiaçı icra qeydinin verilməməsini istəyir. İcra qeydi verilməmişdən ən azı 20 gün əvvəl bildiriş göndərilmişdir. İddiaçı tərəfindən ##.##.****-də 667,45 manat, ##.##.****-ci il tarixdə 171,58 manat, 364,18 manat, ##.##.****-ci ildə 301,69 manat və ##.##.****-ci ildə isə 1484,40 manat ödəniş edilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı və cavabdeh Abşeron rayon * saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. ##.##.****-ci il tarixli bildirişdən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı bildiriş göndərilərək ##.##.****-ci il tarixinə 2986,63 manat məbləğində borcun olması, borcun 20 gün müddətində ödənilmədiyi halda yaranmış borc barədə notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.
13. Abşeron rayon * saylı notariat ofisi tərəfindən verilmiş ## ###### ****-ci il tarixli, 8İ-***** reyestr nömrəli icra qeydindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı EE*********(***SDGL*********) nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2992,30 manat pul və 25 manat dövlət rüsumu (haqq) olmaqla, cəmi 3017,30 manat pulun tutulması təklif edilmişdir.
Tətbiq edilən hüquq
14. “Notariat haqqında” Azərbaycan Respublikasının qanunu: Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
17. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materiallarnda olan, xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı ünvanlanmış ##.##.****-ci il tarixli bildirişdən görünür ki, onun ##.##.****-ci il tarixinə 2986,63 manat məbləğində borcunun olması, borcun 20 gün müddətində ödənilmədiyi halda yaranmış borc barədə notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmiş, poçt qəbzinə əsasən isə həmin bildiriş ##.##.****-ci il tarixdə iddiaçıya verilmiş, iddiaçı tərəfindən isə bildirişə dair etiraz verilməmişdir. Buna görə də məhkəmə kollegiyası müvafiq bildirişin ona verilməməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
21. Məhkəmə kollegiyası icra qeydində borcun 2992,30 manat göstərilməsi, lakin qalıq borcun 1484.4 manat olması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıdan tələb edilən 2986,63 manat borc məbləği ##.##.****-ci il tarixinə olna borc məbləği olmuş, notarius tərəfindən də həmin bildirişdə qeyd edilən məbləğ üzrə icra qeydi verilmişdir. Həmçinin, üçüncü şəxsin izahatına əsasən iddiaçıya müvafiq bildiriş verildikdən sonra iddiaçı tərəfindən ##.##.****-də 667,45 manat, ##.##.****-ci il tarixdə 171,58 manat, 364,18 manat, ##.##.****-ci ildə 301,69 manat ödənişlər edilmişdir ki, bu da icra qeydinin əsassız olması halını istisna etmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.