Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-879/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2016- cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla cari ilin uşaqlar üçün hesablanmış yaşayış minimumuna nisbətdə artırılması və indeksasiya edilərək müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunması, ərizə və əlavə edilmiş sənədlərin iddiaçıya rəsmi qaydada təqdim olunması, iddiaçıya hazırki tələb ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsində müəyyən olunmuş qaydada icra icraatı qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (hakim Vüsal Məhərrəmov). Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı ilə razı deyillər, hesab edir ki, məhkəmə işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin112.1-ci maddəsinin tələblərini pozaraq tərəflərin dəyişmiş ailə və maddi vəziyyətini lazımi qaydada nəzərə almamışdır. Belə ki, 2025-ci ildə məhkəmə nikahın pozulması barədə qətnamə qəbul edərkən iddiaçının üç uşağının olmasını nəzərə alaraq həmin dövrdə uşaqların saxlanması üçün müəyyən olunmuş minimum yaşayış həddi 246 manat olmasına baxmayaraq məhkəmə tərəfindən iddiaçıya həmin dövr üçün cavabdehin vəziyyətini nəzərə alaraq hər uşağın saxlanılması üçün 180 manat aliment məbləği müəyyən edilmişdir. Uşaqlarından biri artıq yetkinlik yaşına çatmışdır. Həmin uşağı universitetə daxil olmuşdur. Dolayısı ilə onun xərclərini ana olaraq o qarşılayır. Atası həmin uşağın universitet xərclərini qarşılamaqdan imtina edir, ana olaraq onun üzərinə kifayət qədər yük düşür. Bu hal maddi vəziyyətini daha da pisləşdirir. Belə ki, iki uşağın saxlanılması üçün cəmi 360 manat aliment məbləği kifayət etmir. Nəzərə alsa ki, həmin uşaqların keyfiyyətli təhsil alması və saxlanılması üçün o, 360 manatdan da artıq vəsait xərcləyir. Nəticədə onun himayəsində qalan azyaşlı uşaqların maddi təminat imkanları əhəmiyyətli dərəcədə məhdudlaşmışdır. Məhkəmə nəzərə almamışdır ki, mövcud iqtisadi şəraitdə aylıq 180 manat məbləğində aliment uşağın qidalanma, geyim, təhsil, tibbi xidmət və digər zəruri ehtiyaclarının qarşılanması üçün kifayət etmir. İddiaçı və onun himayəsində olan uşaq gündəlik yaşayış və maddi ehtiyaclarının təmin edilməsində ciddi çətinliklərlə üzləşirlər. Məhkəmə qərardad qəbul edərkən istinad etmişdir ki, o, indeksasiya ilə bağlı məhkəməyə müraciət etməlidir. Bununla bağlı bildirmək istəyir ki,180 manat məbləği indeksasiya edilən zaman cəmi 204 manat məbləğ alınır. Bu məbləğ uşaqların saxlanılması üçün heç bir halda kifayət eləmir. Dolayısı ilə tələbi qanuni və əsaslıdır. Məhkəmə qərar qəbul edərkən uşağın mənafeyini nəzərə almalıdır. Ölkə üzrə 2026-ci ildə uşaqların saxlanılması üçün minimum yaşayış məbləği 260 manat müəyyən olunduğu halda 204 manat məbləğ ilə uşaqları necə saxlaya bilər? Nəzərə almaq lazımdır ki, cavabdeh əvvəlləri 540 manat aliment ödəyirdi, indi isə 360 manat aliment ödəyir. Dolayısı ilə cavabdehin vəziyyətini ağırlaşdıran heç bir hal yoxdur. Bu iddianın təmin edilməməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara baxsalar görərlər ki, burada vəziyyəti ağırlaşan odur. Göstərilən hallar iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş verdiyini təsdiq edir. Buna baxmayaraq, məhkəmə həmin hallara lazımi hüquqi qiymət verməmiş, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halları tam araşdırmamış və nəticədə qanuni və əsaslı nəticəyə gəlməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh hər ay uşaq üçün 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin ##.##.2024-cü il tarixdən başlayaraq tutulub ##.##.2008-cı il təvəllüdlü X1, ##.##.2009-cu il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Yunusova (Əsədova) Ülviyə Rüstəm qızına verilməsi qət edilmişdir. ##.##.2008-ci il təvəllüdlü X1 artıq yetkinlik yaşına çatdığından onunla bağlı aliment öhdəliyi başa çatmışdır. Bununla belə, bildirmək istəyir ki, hazırda digər övladlarının maddi ehtiyaclarının təmin edilməsində ciddi çətinliklərlə üzləşir. ##.##.2009-cu il təvəllüdlü X2 və ##.##.2016- cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması, gündəlik tələbatlarının ödənilməsi, təhsil, sağlamlıq və digər zəruri xərclərinin qarşılanması, habelə ölkədə müşahidə olunan inflyasiya nəticəsində yaşayış xərclərinin artması nəzərə alındıqda, hazırda müəyyən edilmiş 360 manat məbləğində aliment onların ehtiyaclarının tam təmin edilməsi üçün kifayət etmir. Həmçinin uşaqlarının ikisi – ##.##.2009-cu il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 hazırda skolioz xəstəliyindən əziyyət çəkirlər. Bundan əlavə, hər üç övladının görmə qabiliyyəti ilə bağlı sağlamlıq problemləri mövcuddur. Uşaqlarının müalicəsi, müayinələri və səhhətləri ilə əlaqədar bütün xərclər, eləcə də digər maddi təminatları hazırda yalnız onun tərəfindən qarşılanır. Qeyd etmək istəyir ki, nikahın pozulması barədə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin 27-ci bəndində göstərildiyi kimi, məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə istinad edərək, cavabdehin əmək haqqı məbləğini nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdaki maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından belə qənaitinə gəlmişdir ki, ümumilikdə 540 manat sabit pul məbləğində aliment tutulsun. Dolayısı ilə, əvvəllər cavabdeh aylıq 540 manat məbləğində aliment ödəyirdi və həmin öhdəliyi yerinə yetirmək imkanı olmuşdur. Hazırda isə yalnız iki uşağa görə aliment ödənilir. Eyni zamanda, yetkinlik yaşına çatmış qızı ali təhsil müəssisəsinə qəbul olunmuş və hazırda təhsilini davam etdirir. Onun yetkinlik yaşına çatması aliment öhdəliyinə xitam versə də, ali təhsil alması ilə əlaqədar təhsil, dərs vəsaitləri, kitablar, nəqliyyat, qidalanma və digər gündəlik zəruri xərcləri yaranmışdır. Həmin xərclərin hamısı hazırda onun tərəfindən qarşılanır. Bu səbəblərdən aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından ##.##.2026-cı il tarixdə verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüsal Məhərrəmov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi öz qərardadını aşağıdakı kimi əsaslandırmışdır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi “alimentin artırılması” tələbindən ibarət olmaqla, iddia tələbinin əsasını ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artması təşkil edir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı tələb yaşayış minimumu və əmək haqqı artımına bağlıdır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Bu səbəbdən hazırkı işə iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarının 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü yarımbəndinə əsasən, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu (məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa) zaman məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırıla bilər. Hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixindən başlayaraq, ##.##.2008-ci il təvəllüdlü X1, ##.##.2009-cu il təvəllüdlü X3, ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı deyil, artırılmış yaşayış minimumuna görə (260 manat) cavabdehdən tutulan alimentin artırılmasını iddia icraatı qaydasında məhkəmədən xahiş edir. Məhkəmə hesab etmişdir ki, hazırkı halda iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələ icra icraatı (8 indeksi) qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməlidir. Buna görə də mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232- ci maddəsində müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşır və qeyd edir ki, hazırkı halda iddiaçı cavabdehdən tutulan alimentin məbləğinin cari il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun artırılmasını, sonrakı artımlar nəzərə alınmaqla indeksasiya edilməsini xahiş etmişdir. Alimentin indeksasiyası ilə alimentin miqdarının dəyişdirilməsi hüquqi mahiyyətinə, əsaslarına və baxılma qaydasına görə bir-birindən fərqlənir. Alimentin indeksasiyası əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş sabit pul məbləğinin qanunvericilikdə nəzərdə tutulmuş göstəricinin artmasına uyğunlaşdırılmasını nəzərdə tutur və bu məsələ Mülki Prosessual Məcəllənin 232-ci maddəsi ilə müəyyən edilmiş icra icraatı qaydasında həll edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlmiş, mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-8)-879/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-879/2026
29.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver