Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-904/2026 07.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş ##.##.2013-cü təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində alimentin, habelə ## ###### 2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq ilkin iddia üzrə iddiaçı İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmn edilməməsi, ilkin iddia tələbi ilə bağlı qətnaməniin dərhal icra edilməsi, qarşılılıqlı iddianın təmin edilməsi, tərəflər arasında ## ##### 2012-ci il tarixində Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, ##.##.2013-cü təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalmaları qət edilmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ##.##.2025-ci il tarixindən başlayaraq, ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024- cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması qərara alınmışdır.
3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.
4. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikaha xitam verilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.2024cü il tarixli 322 nömrəsi ilə qeyd edilmişdir.
5. ##.##.2026-cı il tarixli, №-MŞS/MT***/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən ##.##.2013cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləğinin hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmuş aliment məbləğinin artırılaraq, hər ay hər uşağa münasibətdə 280 manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,70 misli həddində indeksasiya olunan aliment məbləğinin cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən onun ilkin iddia tələbi üzrə cavabdeh Cavabdeh ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 manat olmaqla, ümumillikdə 570 manat sabit pul məbləğində alimentin, habelə ##.##.2021-ci il təvəllüdlü X2 üç yaşma çatanadək 50 manat məbləğində alimentin tutularaq ona verilməsi, qarşılıqlı iddia tələbi üzrə isə ##.##.2012-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında qeydlər kitabında 511 nömrə ilə qeydə alınmış nikahın pozulması, ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 iddiaçının yanında qalmaları qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadına əsasən ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda iddiaçının aldığı aliment məbləği övladlarının xərclərini qarşılamaq üçün qətiyyən kifayət etmir. Yaşayış xərcləri artdığı üçün o hər ay, hər uşağa görə aldığı 220 manat aliment məbləği ilə uşaqların təhsil, qida, və.s xərclərini qarşılaya bilmir. Belə ki, cavabdeh Cavabdeh məhkəmə qətnaməsini lazımi qaydada icra etmədiyi üçün, yəni aliment məbləğini çox gec və əksik ödədiyindən iddiaçı çıxılmaz vəziyyətdə qalır. Həmçinin Cavabdeh hazırkı gəliri təxmini olaraq 2500 manata yaxındır. Belə ki, o, həm sahibkar kimi fəaliyyət göstərir, həm də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində çalışır. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Onun övladlarını saxlamaq üçün hazırda aldığı aliment məbləği uşaqlar üçün müəyyənləşdirilən yaşayış minumumu məbləğindən xeyli aşağıdır. Mövcud vəziyyət yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına birbaşa səbəb olur. Həmçinin ##.##.2026-cı il tarixdə Sumqayıt * saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdeh Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərtib edilərək iddiaçıya təqdim olunmuşdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya olunmuş alimentin məbləğinin dəyişdirilərək, ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində alimentin cavabdeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən, ilkin iddia üzrə cavabdeh Cavabdeh ## #### 2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan olmuş ##.##.2013-cü təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, ümumilikdə 570 (beş yüz yetmiş) manat sabit pul məbləğində alimentin, habelə ## ###### 2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq ilkin iddia üzrə iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə ##.##.2013- cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği hər ay, hər uşağa münasibətdə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı əvvəlki məhkəmə qərardadı ilə indeksasiya edilmiş aliment məbləği ilə uşaqlarının artmaqda olan tələbatını qarşılamaqda çətinlik çəkir, buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh iddia tələbini qəbul etmir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş aliment miqdarı hazırda ##.##.2013-cü il təvəllüdlü X1, ##.##.2015-ci il təvəllüdlü X3 və ##.##.2021-ci il təvəllüdlü X2 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin IV hissəsinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinin, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 5 və 27-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, alimentin təyini zamanı uşağın əvvəlki təminat səviyyəsinin qorunması və aliment ödəyən valideynin real iqtisadi imkanlarının obyektiv qiymətləndirilməsi tələb olunur. Ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 mislinə əsaslanan metodologiya üzrə təyin edilmiş aliment cavabdehin iqtisadi imkanlarına uyğun gəlmir. Bu yanaşma, qanunvericiliyin tələb etdiyi obyektiv və balanslı hesablamanın aparılmaması ilə tərəflər arasında ədalətli yük bölgüsünün pozulmasına və müvafiq hüquq normalarının tətbiqində əhəmiyyətli səhvlərin mövcudluğunu göstərir. Məhkəmə öz qərarında onun real gəlir və digər iqtisadi məlumatlarının tam obyektiv şəkildə qiymətləndirmək əvəzinə, standart və formal metodologiyadan istifadə etmişdir. Bu metodologiya onun real iqtisadi imkanlarını nəzərə almadan yüksək aliment öhdəliyinin tətbiq olunmasına səbəb olmuş, beləliklə, tərəflər arasında ədalətli tarazlığın təmin olunması prinsipinə zidd nəticə yaratmışdır. Məhkəmə qətnamədə tərəflərin təqdim etdiyi bütün sübutlara, izahatlara və sənədlərə əsaslanaraq, obyektiv, hərtərəfli və tam şəkildə qiymətləndirməni tımin etməlidir. Lakin məhkəmə onunreal maddi vəziyyətini və iqtisadi imkanlarını təhlil etmədən, şəxsi mülahizələrinə və formal göstəricələrə əsaslanaraq qərar verib. Bu yanaşma prosessual ədalətin təmin olunması prinsipinə ziddir və təqdim olunan sübutların obyektiv şəkildə qiymətləndirilməməsi nəticəsində qərarın etibarlılığı və tərəflərin hüquqlarının tam təmin olunması pozulub. Qeyd edir ki, hazırda maddi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, ## ##### 2026-cı il tarixindən etibarən əmək fəaliyyətinə xitam verilmiş və hal-hazırda rəsmi, sabit aylıq gəlir mənbəyi mövcud deyildir. Eyni zamanda, İ qrup əlilliyi olan atası onun himayəsindədir və atasının saxlanılması ilə bağlı xərclər onun üzərinə düşür. Bundan əlavə, ikinci ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır və bununla əlaqədar mütəmadi maliyyə öhdəlikləri mövcuddur. Həmçinin bildirir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, VÖEN-i bağlanmışdır və həmin fəaliyyətdən hər hansı gəlir əldə etmir. Son dövrlərdə əlavə maliyyə öhdəliklərinin yaranması da maddi vəziyyətinə mənfi təsir göstərmişdir. Aliment öhdəliyinin müəyyən edilməsində tərəflər arasında ədalətli yük bölgüsünün təmin olunması mühüm əhəmiyyət kəsb edir. Yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və alimentin əvvəlki qaydada tutulması barədə yeni qərar qəbul edilməlidir. Apellyasiya şikayətinə etiraz
13. Apellyasiya şikayətin etiraz verilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, üç uşağın saxlanması üçün ümumilikdə hər ay 700 manat ödəməyə razıdır.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən, uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3-cü maddəsinə əsasən, valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** saylı Qərarının 1.2.1-ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər yarımbəndlər əlavə edilmişdir:
8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi qanundan irəli gələn və uşaqların mənafeyinin təmin edilməsinə yönəlmiş vəzifədir. Aliment ödəməli olan valideynin rəsmi və sabit gəlirinin olmaması uşağın saxlanılması üçün müəyyən edilmiş minimum aliment məbləğinin ödənilməməsi üçün əsas hesab edilə bilməz.
22. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin ağırlaşması, əmək fəaliyyətinə xitam verilməsi və hazırda sabit gəlir mənbəyinin olmaması barədə dəlillərinə münasibətdə qeyd edir ki, şəxsin rəsmi gəlirinin olmaması onun faktiki maddi imkanlarının da mövcud olmaması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Aliment öhdəliyi müəyyən edilərkən yalnız şəxsin rəsmi əmək haqqı deyil, onun ümumi maddi vəziyyəti, həyat tərzi, faktiki istifadə etdiyi əmlak və digər diqqətəlayiq hallar məcmu şəkildə qiymətləndirilməlidir.
23. İddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehin istifadəsində “Range Rover” markalı avtomobilin olduğunu bildirmişdir. Cavabdeh də həmin avtomobili idarə etdiyini təsdiq etmiş, lakin avtomobilin ona məxsus olmadığını və etibarnamə əsasında idarə etdiyini göstərmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin cavabdehin mülkiyyətində olmasa da, etibarnamə əsasında idarə etsə də, onun həmin avtomobildən şəxsi ehtiyacları üçün əvəzli surətdə istifadə etməsi və avtomobilin mülkiyyətçisi ilə yaxın etibarlı münasibətlərin mövcudluğu iş materialları ilə təsdiq edilmir.
25. Bu səbəbdən cavabdehin bir tərəfdən hər hansı sabit gəlirinin və kifayət qədər maddi imkanının olmadığını bildirməsi, digər tərəfdən isə yüksək dəyərə malik avtomobildən faktiki istifadə etməsi apellyasiya şikayətində qeyd etdiyi dəlillərin təmn edilməsi barədə nəticəyə gəlmək üçün əsas yaratmır. Bundan əlavə, cavabdehin maddi vəziyyətinin ağırlaşmasına istinad etməsi onun yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsini aradan qaldırmır.
26. Kollegiya həmçinin qeyd edir ki, əvvəlki qətnamə ilə indeksasiya olunmuş məbləğ və birinci instansiya məhkəməsinin qətnaməsi ilə indeksasiya olunmuş məbləğ arasında 120 manat (0,55≈ 240 manat və 0,65≈ 260 manat) fərq olduğundan və MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən hazırki iddianın qiyməti 1440 manat müəyyən edilir. Buna görə qətnamədən kassasiya şikayətinin verlməsi MPM-in 402.1-ci maddəsinə əsasən nəzərdə tutulmamışdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 may 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.