Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-910/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh arasında ##.##.2024-cü il tarixli müqavilə bağlanmış müqavilənin predmetindən görünür ki, sahibkar ona məxsus olan təsərrüfat sübyektində stilist xidmətlərinin icrası müqabilində Cavabdeh notariusun depozit hesabı vasitəsi ilə əvvəlcədən 8000 manat ödəyir, stilist isə tam 12 ay ərzində sözügedən təsərrüfat sübyektində 60/40 (60% stilist və 40% sahibkar üçün) mənfəət hesablanaraq xidmət göstərəcəkdir. Müqavilə üzrə tərəflər, yəni sahibkar xidmətin icra olunması üçün tələb olunan müvafiq şəraiti yaratmaq, xidmətinin icrasına və keyfiyyətinə nəzarət etmək, xidmətin dəyərini təyin etmək, işəqəbul olunanın əmək qanunvericiliyinə müvafiq hüquqlarını qorumaq, eləcə də iş qrafiki, əmək intizamı və digər kollektiv daxili davranış qaydalarına nəzarət etmək, stilist isə bu müqavilənin 1.2-ci bəndinə əməl etməklə 12 aylıq müqavilə müddəti tamam olanadək xidmətə davam etmək, gösterilən 12 aylıq xidmət müddəti bitmədən öncə stilist vizajist tərəfindən müqaviləyə xitam veriləcəyi halda 8000 (səkkiz min manat) məbləği, qalan müddətə müvafiq hesablanmaqla sahibkara geri qaytarmaq, sıilist özünün xidmət göstərdiyi sahə, otaq və s. təmizliyi, gündəlik iş saatı qrafiki, həmçinin ona təqdim olunan bütün avadanlıqların qorunması və saxlanılması üçün məsuliyyət daşıması, stilist vizajist Azərbaycan Respubliksinin Əmək Məcəlləsinə müvafiq olaraq həftədə 1 gün isitrahət günü (seçim günü sahibkarla razılaşdırılır) hər gün saat 11:00-dan 20:00-dək, səkkiz saatlıq iş rejimində işləməsi, salon bağlandığı təqdirdə ümumi transfer məbləğindən stilistin salon bağlanan günə qədər sahikara qazandırdığı məbləğ çıxılaraq, qalan məbləğ sahibkara geri qaytarılması, stilist 12 ay müddətində sahibkarın ona ödədiyi məbləğin iki mislini gördüyü işlərlə sahibkara geri ödəməlidir kimi üzərlərinə öhdəliklər götürmüşlər. İddiaçı Allaşverdi qızı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 9000 manat borc məbləği və əlavə olaraq 230 manat borc məbləği bu pretenziya məktubu alındığı tarixdən etibarən 5 təqvim günü ərzində tam şəkildə ödənilməsi xahiş olunmuş, əks halda hüquqlarının müdafiəsi üçün müvafiq sübutlarla birlikdə məkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan ödəniş məlumatından görünür ki, 230 manat Cavabdeh kart hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2026-cı il tarixli *-**-*-*/*-*****/**** nömrəli uçota dair arayışdan görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixədək dayandırılmış, hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək,##.##.2024-cü il tarixli müqavilə öhdəliyindən irəli gələn 9000 manat məbləğin və ##.##.2025-ci il tarixdə götürülmüş 230 manat borc pul olmaqla, ümumillikdə 9230 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 114 manat pulun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onunla cavabdeh Cavabdeh arasında stilist xidmətlərinin icrası ilə bağlı ##.##.2024-cü il tarixdə müqavilə bağlanmış, müqavilənin 2.4-cü bəndinə uyğun olaraq, cavabdeh müqavilədə nəzərdə tutulmuş 12 aylıq xidmət müddəti başa çatmamış müqaviləyə birtərəfli qaydada xitam verdiyi halda, xidmətin qalan müddətinə müvafiq hesablanmaqla 8.000 manat məbləğini sahibkara geri qaytarmaq öhdəliyini daşıyır, cavabdeh Cavabdeh müqavilədən öncə müqavilə şərtlərini pozaraq, işini dayandırmışdır. Müqavilənin 2.8-ci bəndinə əsasən cavabdeh 12 ay müddətində sahibkar tərəfindən ona ödənilmiş 8.000 manat məbləğin iki mislini, müqavilə üzrə görülmüş işlərə uyğun olaraq, sahibkara geri ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, ödənilməli olan məbləğin 7,000 manatı qismən ödənilmiş, qalan 9,000 manat bu günə qədər ona qaytarılmamışdır. Əlavə olaraq, ##.##.2025-ci il tarixində cavabdeh ondan 230 manat borc almış və bu məbləği 1 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüş, lakin həmin məbləğdə bu günə qədər ödənilməmiş, cavabdehə qeyd olunan məbləğin qaytarılması ilə bağlı rəsmi bildiriş təqdim etmiş, qeyd olunan məbləği ödəmədiyi halda məhkəməyə müraciət olunacağı barədə yazılı şəkildə xəbərdarlıq etmiş, lakin cavabdeh həmin bildirişə baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmşdır ki, İddiaçı ona qarşı pul tələbnə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ondan cəmi 9230 manat məbləğində pulun məhkəmə qaydasında tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona qarşı verilən iddia ərizəsi ilə tanış olmuş və orada deyilənlərin heç biri ilə razı deyil, hamısı şər və böhtandan ibarətdir. Belə ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, İddiaçı məxsus təsərrüfat obyektində stilist xidmətlərinin göstərilməsi üçün onunla aralarında ##.##.2024-cü il tarixli müqavilə imzalamış, müqavilənin predmeti ondan ibarət olmuşdur ki, stilist xilmətlərinin icrası müqabilində Cavabdeh, yəni o, notariusun depozit hesabı vasitəsi ilə əvvəlcədən 8000 manat ödəyir, stilist isə tam 12 ay ərzində sözügedən təsərrüfat sübyektində 60/40 nisbətində (60% stilist və 40% sahibkar üçün) mənfəət hesablanaraq xidmət göstəriləcəkdir. Müqavilənin müddəti 12 aylıq olmuşdu. Həmin müqavilədə həm onun, həm də sahibkarın hansı öhdəliklər daşımaqlarını öz əksini tapmışdır. O, əvvəl V.Plotnikov ünvanında yerləşən salonda işləmiş, sonradan isə Tağızadə 18 ünvana keçmişdir. O, həmin ünvana keçəndə fikirləşmişdir ki, həm iş yerinə yaxındır, həm də müştərilərinə yaxın olduğu üçün həmin ünvana gələcəklər. Həmin ünvanda o, cəmi 5 ay işləmiş, 5 aydan sonra yeri icarəyə verənlə aralarında söz-söhbət olduğu üçün oradan çıxmaq istəmişdir. Həmin vaxtı Nigar xanım xaricdə olduğu üçün o, etirazımı icraçı olan Fidan xanıma bildirmişdir. Fidan xanıma o, yerini dəyişsə onun müştəriləri oraya gəlməyəcəklər, çünki müştəriləri ailəli xanımlar oluduğ üçün onlar kişilərin olduğu yerə gəlməyəcəklər demişdir. Fidan xanım ona demişdir ki, bəs o, Nigar xanımla danışmış, Nigar xanım demişdir ki, bəs narahat olmasın ona müştəri verəcəkdir. Köhnə iş yerində itirdiyi müştəriləri o, təzə salonda pulu reklama qoyacaqdır. Amma Nigar xanım verdiyi vədinə əməl etməmiş, ümumiyyətlə o, verilən vədlərinin heç birini yerinə yetirməmişdir. O, ancaq həmin salona gözətçilik etmiş, Nigar xanım özü xarici ölkələri gəzmiş, o, isə hər dəfə təhqir eşitmişdir. Həmin yerdə ona ancaq ziyan gəlmiş, xeyir gəlməmişdir. Oktyabr ayına kimim o, Nigarla 60/40 faizi ilə işləmişdir. Lakin, sonradan o, 50/50 faizlə işləmişdir. Nigar onu 50/50 faizə keçirəndə o, pulu qazandırmırsan demişdir. O, 50/50 faizə ona görə razılaşmışdır ki, ona verdiyi 8000 manatı qaytarsın. 50/50 faizə keçəndə ona ziyan olmuşdur. Amma 60/40 faiz ilə işləyəndə o, 10 faizdə məhsulun pulunun üzərinə qoymuş, amma 50/50 faizi keçəndən sonra o, məhsula pul qoya bilməmişdir. İki firmaya pul borcu var. Nigar xanmı ona ziyan vurmuş, bununla bağlı sübutları da var. Aralarında olan müqavilənin şərtlərinə görə bir il müddətinə ünvan dəyişməməli idi. O, inanmışdır ki, yaxındır, müştəriləri gəlib-gedər, işləri yaxşı gedər. Ünvan dəyişdiynə görə o, butun müştərilərini itirmişdir. Nigar xanım müqavilə bitmədən həm ünvanı, həm də onun şərtlərini dəyişmişir. 60/40 faiz ilə işləməli olduğu halda, 50/50 faizlə işləmək ona ziyan vurmuşdur. O, orada işləyən müddətdə müdriyətə ən azı 4 dəfə saç qaynağı etmiş, saç qaynağına o, hər dəfə 250 manat xərc çəkmiş, sübutları da var. Nigar ona borcludu, o, yox. Hər iki gündən bir saçını yumuş, üz-qaş aldırmış, toyabayrama gedəndə o, bəzəmiş, amma bir qəpikdə görməmişdir. Deyəndə deyirdi ki, «sənin mənə borcun var, həmin borcdan çıxacaqdır». O, bir il müddətinə müqavilə ilə işləmiş, müqavilənin müddəti isə bu ilin may ayınında bitmişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, ay yarımda artıq işləmişdir. Bu yaxınlarda o, sosial yardım almaq üçün müraciət etmiş, lakin ona bildirdirmişlər ki, bəs İddiaçı onun vergisini ödəmədiyi üçün sosial yardım düşmür. Məhkəmədən isə idda tələbi qanunsuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qıbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və izahatında əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi ## ### 2024-cü ilə aiddir. Onlar əmək münasibətləri yaratmırlar, xidməti müqavilə bağlamışlar. Onlar müqavilə imza edəndə müqavilədəki öhdəlik nə zamana kimi tamamlanır usta həmin vaxta kimi qalıb işləməlidir. Usta müqavilə imzaladıqdan beş dəqiqə də sonra çıxıb gedə bilər, müqavilə imzalanıbsa qanuni qüvvəsini saxlamaqdadır. Müqavilə əsasında o, cavabdeh tərəfə işçinin işə adaptasiya olması üçün 8000 manat maliyyə dəstəyi vermişdir. Usta işlədiyi yeri dəyişəndə müəyyən qədər müştəri bazasını itirir. 8000 manat cavabdehə reklam fəaliyyəti üçün verilmiş, həmin məbləğin iki mislini hissə-hissə cavabdeh ona qaytarılmalı və ayda 1333 manat ödəniş etməli idi. O, cavabdehə bildirmişdir ki, razılaşmalarında imzaladıqları 16.000 manat məbləğdən onun üçün 13000-14000 manatda kifayyətdir. İşçinin sığortalanması məqsədi ilə hər bir sahibkara iş saatlarında başına gələcək hallara qarşı yarım ştat olaraq əmək müqaviləsi ilə işə götürürlər. Məqsəd əmək mübahisələri yaratmaq olmamış, bu işçinin işdə başına gələcək hadisədən sığortalanmaq məqsədi ilə edilmişdir. İşçinin sığortalarını o, ödəmiş və bu günə kimi də bütün ödənişləri vaxtı-vaxtında hər bir işçi üçün aparılır.##.##.2024-cü il tarixdə müqavilə bağlanmış, ##.##.2025-ci il tarixə kimi cavabdeh onunla işləmişdir. Cavabdeh özü də təsdiq edə bilər ki, onların aralarında işlədikləri müddətdə heç bir narazıçılıq olmamışdır. Cavabdehə dəfələrlə gəlib danışıb razılığa gəlməkləri üçün təkliflər etmiş, amma cavabdeh gəlməmişdir. O, cavabdehə maddi dəstəkdə olmuş, halal xoşu olsun. Müqavilənin 4.1-ci bəndinə nəzər saldıqda görünür ki, müqavilə 12 ay müddətinə davam etməli olan müqavilədir və 12 ayın sonunda müqaviləyə xitam verilmədikdə o, avtomatik olaraq uzadılır. O, qarşı tərəfə gəlib danışıb hesablaşmalarını, notariusa gedib əlavə müqavilə lazımdırsa imzalamalarını bildirmiş, amma tərəf gəlməmişdir. 9000 manat müqavilənin 2.1-ci bəndinə əsasən 8000 manat ustaya maliyyə ödənişi kimi verilmiş, müqavilədə belə qeyd olunmuşdur ki, usta gələndə işləyib məbləğin manatın iki mislini qaytarmalıdır. Sahibkar işlədiyi müddətdə müəyyən qədər sahibkar cəlb edir, müəyyən xərclər olur, sığorta ödənişləri və s, 16000 manat üzərindən ustanın işlədiyi məbləğ çıxılır, nə qədər qaytarıbsa yerdə qalan məbləğ isə borc öhdəliyi kimi hesablanır. O, 230 manatı cavabdehə borc vermişdir. Təqdim etdiyi səs yazısında bildirilir ki, onun qaynanası salonlarına gəlmiş, Xuraman xanım onun saçına boya etmiş, müğəni Elza Seyidcahanda onların salona baxım üçün gəlirmiş, onun materialının pulunu isə özü vermiş, o baxımdan söhbət gedir. Fidan xanıma materialın pulunu verməsini bildirmiş, o isə bilmədən götürüb kartına 50 manat pul göndərmiş, özü də orda səs yazısında bildirir ki, ona 50 manatlıq nə etmişdir ki, materialın pulunu Fidan xanım vermişdir. Qarşı tərəf iddia edir ki, ödənişsiz işlər görmüş, ona müəyyən qədər hörməti bu prosesin qarşılıqsız şəkildə həyata keçməsi olmuşdur. İstənilən halda salon sferasında transfer o ustaya olunur ki, ustanın özünün müştəri bazası var və salon o baxımdan faizlə işləmir ki, müştəri bazası zəifdir. Yeni açılmış salondur, transfer ustaya təqdim olunur ki, usta özünün illərlə yığdığı müştəri bazasını salona gətirsin. Əgər müştəri ustanın özünündürsə onun faizinə daxil olur, ustanın qaytarmalı olduğu 2 misli məbləğində geri qaytarma öhdəlik kimi salona çıxılır. Məsələn 7000 manatdan ordan çıxılmış, ancaq əlavə olunmuşdur ki, onun özünün verdiyi müştəriləri bu məbləğə daxil etmişdir. Buda aylıq razılaşmalar üzərindən 8000 manatın iki mislinə razılaşmalar etmişlər, yəni 16000 manat üzərindən, 12 aya böldükdə aya 1333 manat etmişdir. Qarşı tərəf özü təsdiq edə bilər ki, ilk dəfə ona transferə ustadır, gəlmək istəməsini yazmış, 8000 manata 16.000 manat etməsini, ayda isə 1333 manatı qaytara biləcəkdirmi, tərəfdə ona məhərəmlikdə ölü ayları nəzərə almağı bildirmiş, o, da cavab olaraq, 330 manatı keçə biləcəyini, amma aylıq 1000 manat ödəniş etməlidir ki, o, da öhdəliklərini ödəyə bilsin demişdir. Hər bir sahibkar biznesi ona görə qurur ki, ordan gəlir əldə etsin. Qarşı tərəf onu ziyana saldığı üçün evindən gətirib salonun arendasını, sığortsını, rəsmiləşdirmə xərclərini özü ödəmişdir. Pul heç bir halda tam bağlanmamışdır. Onun tələb etdiyi məbləğ 8992 manat 60 qəpik və borc şəklində verdiyi isə 230 manat təşkil edir. Cavabdeh tərəf 8000 manatı şəxsi vəsaiti üçün istifadə etdiyindən 16000 manatı qaytara bilməmişdir. Həmin puldan reklamlar və maliyyə dəstəyi ayrılmamışdır. Müştəri onlara çeki təqdim edəndə onlar da onu qeydiyyat dəftərinə qeyd etmişlər. Xuraman xanımın işlədiyi bütün pulları çıxmış, Xuramanın ona 8992 manat 60 qəpik borcu qalmışdır. Onların dəftərində xidmətin təyinatı, ustanın, salonun faizi və müştərinin kimin müştərisi olması barədə məlumatlar qeyd olunur. Umumiyyətlə bütün transfer məsələləri notarial aparılan Ədliyyə Nazirliyinin nəzarəti altında olur. Müqavilə formasını notariusdan almışdır. Onlar qarşı tərəfi dəfələrlə çağırmışlar ki, öz qeyd etdiyi dəftəridə götürsün, gəlib uçotlarını aparsınlar, amma qarşı tərəf gəlməmişdir. Xuraman xanım onların qeydiyyat dəftərinə 7 manat qaş yazdırmış, amma öz dəftərinə 70 manat qeyd etmişdir. Xuraman xanım tərəfindən əlavələr qeyd olunmuşdur. Sevinc xanım onun salonunda inzibatçı kimi işləmiş, hər iki valideyinini itirdiyi üçün evinə övlad kimi, işinə isə nəzarətçi kimi götürmüş, maaş vermiş, tam problemsiz şəkildə çalışmışlar, sadəcə məsuliyyətini sonda yerinə yetirə bilmədiyi üçün onu işdən çıxarmışdır. O, bütün şahidlərə gəlib məhkəmədə düzgün şəkildə ifadə vermələrini demişdir. Xuraman xanımın vergidən gətirdiyi sənədin mənbəyi bilinmir, hardan alınıb, o, məhkəməyə təqdim etdiyi sənədlərdə isə notarius təsdiq etmişdir ki, onun vergi borcu yoxdur. Onun vergidən təqdim etdiyi sənəddə Xuraman xanımın işə qəbulu və işdən çıxdığı vaxtın hesabatı var. Xuraman xanımın dəftərini, onların dəftəri ilə müqayisə etdikdə qayçı ilə kəsilmələr var. Xuraman xanım o, verdiyi transferi öz şəxsi işlərinə xərcləmiş, salona məbləğə uyğun olaraq müştəri gətirməmiş, əksinə onu ziyana salmışdır. Xuraman xanımın şahidi Şəhanə xanım məhkəmə zalında bildirmişdir ki, Xuraman xanımın 7000 manat borcu qalmışdır. Oktyabr ayına kimi onlar 40/60-a işləmişlər. Transferi 40%-dən hesablamışdır. Sonra Xuraman xanım gördüyü işlərlə bağlı narazılıqları olduğu üçün 50/50 keçmək istəmiş, xanım küsmüş, iki gün işə gəlməmiş, sonradan xanımla işdən kənar oturub öz aralarında danışıb işləyə bilmədiyi üçün razılığa gəlmişlər. Müqavilədə 40/60-dır, sadəcə onlar öz aralarında danışıb 50/50 etmişlər ki, Xuraman xanım öhdəliyini yerinə yetirə bilsin. Xuraman xanım iki gün işə gəlmədiyi halda onu çox asanlıqla Əmək Məcəlləsində göstərilən maddə ilə işdən azad edə bilərdi. O, müqaviləni ləğv edən tərəf olsaydı ödənişi geri almalı idi. O, da müqaviləni ləğv etməyib 50/50 keçmişdir. Cavabdeh ona 7007 manat 40 qəpik ödəniş etmişdir. O, Xuraman xanımdan transfer müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmədiyinə görə qalan 8000 manat, birdə borcdan qalan 992 manatı və ödədiyi 230 manatı tələb edir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasınmda iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyib, iddia ərizəsinə qarşı vermiş olduğu etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və izahatında əlavə olaraq bildirmişdir ki, müqavilə bağlayanda iddiaçı ona 8000 manat pul vermiş, o, 13 ay yarım işləmiş, anası xəstə olduğu üçün qalıb müqavilədən artıq işləmişdir. Salon yerinə yaxın olduğu üçün 8000 manatı Nigardan işləyib qaytarcağı üçün almışdır. Nigar ölkə xaricində olduğu üçün salonun yerinə baxmağa o və inzibatçı getmişdir. Transfer məbləğini geri qaytarmamaqda səbəb inzibatçı ona bildirmişdir ki, Nigar xanım deyir ki, heç də narahat olmasın, nə qədər müştəri itirəcəksə o, reklama özü şəxsən qoyacaqdır, o, da razılaşmışdır. Transfer müqaviləsi üçün ona verilən 8000 manat reklam üçün verilmişdir. Həmin 8000 manat şəxsi məqsədləri üçün istifadə olunmamışdır. Fidan xanım kassada olduğu müddətdə heç bir problem olmamışdır, Sevinc xanım olduğu müddətdə problemlər başlamışdır. Çeki o, yazırdır, biri onda qalır, birinidə müştəriyə verirdi ki, kassaya təqdim etsin. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, tərəflərlə iş yoldaşı olmuşdur. Nigar xanım müdriyyəti, Xuraman xanım isə iş yoldaşıdır. O, da transfer müqaviləsi üzrə işləmiş və transfer olaraq Nigar xanımdan 4000 manat almış, sonradan Nigar xanımla anlaşıb müqaviləyə xitam verdirmişlər. Xuraman xanım isə müqaviləyə xitam verdirməmişdir. Onun müqavilə bağlanarkən anlayışı olmamış, müqavilənin şərtlərini oxuyub razılaşıb və imza etmişdir. Xuraman Nigar xanıma olan borcunu tam ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Nigar xanımın işçisi olmuş, Xuraman xanım da salonda işləyəndə tanımışdır. O, 2024-cü ilin fevral ayından salonda inzibatçı kimi işə başlamış, may ayında Xuraman xanım transfer kimi onların salona işləməyə gəlmiş, avqust ayında isə yeni salona köçmüşlər. O, salonda sentyabr ayına kimi işləmişdir. O, işlədiyi müddətdə hər bir şey qeydiyyat dəftərinə hər iki tərəfdən qeyd olunmuşdur. Həftədə bir dəfə hesabat Nigar xanıma təqdim olunurdu. O, salondan çıxandan sonra gedişatı bilməmişdir. Onlarda olan hesablamara görə may ayından sentyabr ayına kimi Xuraman xanımın ödəməsi umumi olaraq 1700 manat olmuşdur. Xuraman xanım salonun başqa yerə köçməyi ilə bağlı narazılığı olmamış, hətta yeni salonun evinə yaxın və ona çox əlverişli olmasını bildirmişdir. O, həmin ərəfədə ustaları aparmış, yeni yerə baxmış, razılıq verildiyi üçün salonun yerini dəyişmişlər. Xuraman xanımın gün olub ki, heç bir müştərisi olmamışdır. Tək Xuraman xanımın deyil, bütün işçilərin verdiyi qəbz dəftərə qeyd olunmuşdur. Xuraman xanım onun vaxtında 40/60-a işləmişdir. Onun vaxtında bütün işçilərin verdiyi çek qeydiyyata alınmışdır. O, sentyabr ayının sonuna kimi salonda işləmişdir. Xuraman xanım may ayından sentyabr ayına 1700 manat ödəniş etmişdir. Xuraman xanımı Nigar xanım transfer kimi gətirdiyi üçün gözləntiləri çox olmuşdur. Xuraman xanım onlara hər ay 1330 manat ödəniş etməli idi. Nigar xanım hər ay hesabat aparanda Xuraman xanıma onunla hər ay 1330 manata danışdıqlarını, amma o, bu məbləği ona verə bilməməsini, necə olacağını bildirmiş, Xuraman xanım da hər dəfəsində zəifçilik oluduğu üçün işin olmamasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Xuraman xanımın yanında bir ilə qədər köməkçisi, tələbəsi olmuş, indidə həmin salonda başqa ustanın köməkçisi, tələbəsi olaraq çalışır. Qeydiyyatı dəftərə Sevinc xanım aparmışdır. Fidan xanım getdiyi müddətdən və Sevinc xanımın gəldiyi müddətə qədər dəftərə qeydiyyatı Şəhanə xanım aparmışdır. Qeydiyyat aparılır, həftə sonu isə hesabat olunurdu. Xuraman xanım tərəfindən qeydiyyat iş bitdikdən sonra aparılırdı. Xuraman xanımın dəftərində məbləğə əlavələr olmuşdur. Xuraman xanımın dəftərində məbləğə əlavələr olduğu üçün onların dəftəri ilə düz gəlməmişdir. Xuraman xanım salondan çıxdıqdan sonra onun əlavə məbləğlər qeyd etməsini bilmişlər. Xuraman xanımın dəftərə məbləğ əlavə etdiyi vaxtlarda Şəhanə xanım müvəqqəti inzibatçı olmuşdur. Ona şahidlik etmək üçün Nigar xanım pul verməmiş, Xuraman xanımın danışdıqları böhtan xarakterlidir. Xuraman xanım Nigar xanıma qaynaq, saç düzümü, saç buruğu, üz-qaş və qaynaq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılova Bənöşvə Rəsul qızı ifadəsində bildirmişdir ki, o, Nigar xanımın həm eyçarı, həmdə dayısı qızıdır. Salonda eyçar işlərinə və əmək müqavilələrinə o, baxır. Xuraman xanım yarım ştat işə götürülmüşdür. Müqavilə bağlananda aralarında heç bir söz-söhbət olmamış, razılıq əsasında bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Nigar xanımın rəfiqəsidir. Xuraman xanımı salonda usta kimi işləməsini görmüşdür. Onlar Nigar xanım ilə xaricdə olanda Yetər, Sevinc və Fidan xanım hər gün zəng edib açot-uçot aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Xuraman xanımı 1993-cü ildən tanıyır. Nigar xanım ilə Xuraman xanım aralarında müqavilə bağlamışlar. Xuraman xanım Nigar xanımla aralarında bağlanmış müqaviləyə xitam verdirməmişdir. Ayda 2-3 dəfə Nigar xanımın işlədiyi salona gedib-gəlmişdir. Nigar xanım ona salonda iş təklif etmiş, sonradan kosmetologiyaya görə qərar çıxdığı üçün yığışdırılmış, o, da narazıçılıq etmiş və xanımla işləməmişdir. O, həmin salonda Xuraman xanıma heç bir iş gördürməmişdir. O, Nigar xanımın əvvəlki salonuna gəlmiş, yeni salona gələndə Nigar xanım narazıçılıq etdiyi üçün gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, o, Xuraman xanımı 9 ildir ki, tanıyır. Nigar xanımıda salonun müdirəsi olmuşdur. Xuraman xanım Nigar xanımın yanında transfer kimi işləmişdir. Həmin salona o, 3 dəfə getmiş, gedəndə Xuraman xanıma saç qaynağına kömək etmişdir. O, Xuraman xanımın işini yekunlaşdırdıqdan sonra pulu inzibatçıya verməsini isə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, o, Xuraman xanımın yanında onun tələbəsi olmuş, Nigar xanımı tanımır. Xuraman xanımın işlədiyi salona iki dəfə seminara getmişdir. O, Nigar xanımın başqa şəxslərlə də məhkəmədə işlərinin olmasını Xuraman xanımdan eşitmişdir. Xuraman xanım Nigar xanımla tarnsfer kimi müqavilə bağlamışdır. Nigar xanımın Xuraman xanıma “gəl öz aramızda razılığa gələk” deməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, Nigar xanımın tələbəsi olmuşdur. Xuraman xanım isə çox şəxslərlə transfer müqaviləsi bağlayıb işləmişdir. Xuraman xanım bir il iki ay Nigar xanımın salonunda işləmişdir. Xuraman xanım Nigar xanımın yanına transfer gələndən sonra həmin salonda olmuşdur. Xalqlar Dostluğunda yerləşən salonda Xuraman xanımın işçisi olmuşdur. Xuraman xanım Nigar xanımın salonunda işlədiyi müddətdə başqa salondada işləmişdir. Xuraman xanımın başqa salonda işlədiyi pul özünə qalırdı. O, Nigar xanımın salonunda olmamış, iş qrafikini isə bilmir. O, Nigar xanımı şəxsən tanımır. Xuraman xanımla Nigar xanım müqavilə bağlayarkən yanlarında olmamışdır. Xuraman xanım Nigar xanımla transfer kimi işləməyə gələrkən özü şəxsi salon işlətmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh transfer müqaviləsinə əsasən öhdəliklərini yerinə yetirmədiyinə görə ödənilməli olan 8992.60 (8000+992.60) manat məbləğində borc və ödənilmiş 230 manat məbləğində borc olmaqla, cəmi 9222.60 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, cavabdeh Cavabdeh ödənilmiş 114 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Gülsarə İmanova) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 389.1, 390.1, 399.1, 399.2, 399.3, 399.4, 442, 443.1, 448.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.4, 88, 106.1, 119.1, 216-220 və 222-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işin faktiki hallarına uyğun gəlmədiyindən, sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qəbul edildiyindən, eləcə də maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan qanunsuz və əsassızdır, bu səbəbdən də ləğv edilməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən işin bütün hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və həmin sübutlara əsasən nəticəyə gəlməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymətləndirməyə borcludur. Lakin hazırkı iş üzrə məhkəmə əsasən iddiaçının mövqeyini dəstəkləyən sübutlara istinad etmiş, cavabdeh tərəfindən təqdim edilmiş sübutların, o cümlədən, şahid ifadələrinin və digər yazılı materialların mühüm hissəsini lazımi qaydada qiymətləndirməmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh müqavilə münasibətləri çərçivəsində 13 aydan artıq müddətdə fəaliyyət göstərmiş, bu müddət ərzində özünə müştəri bazası formalaşdırmış, müştərilərlə bağlı qeydiyyatlar aparmış, aylıq hesablaşmalarda iştirak etmiş və tərəflər arasında əməkdaşlıq fasiləsiz şəkildə davam etmişdir. Eyni zamanda iddiaçı uzun müddət ərzində cavabdehin fəaliyyəti ilə bağlı heç bir etiraz və ya narazılıq bildirməmişdir. Bu hallar tərəflər arasında bağlanmış müqavilənin normal qaydada icra olunduğunu göstərsə də, məhkəmə həmin halların hüquqi nəticələrini ümumiyyətlə təhlil etməmişdir. Bundan başqa, iş üzrə dindirilmiş şahidlərin əksəriyyəti cavabdehin faktiki olaraq işlədiyini, müştərilərə xidmət göstərdiyini, tərəflər arasında aylıq hesablaşmaların aparıldığını və iddiaçının uzun müddət onun fəaliyyətindən razı qaldığını təsdiq etmişlər. Buna baxmayaraq məhkəmə həmin ifadələrin hansı səbəbdən qəbul edilmədiyini və ya onlara hansı səbəbdən üstünlük verilmədiyini qətnamədə göstərməmişdir. Halbuki formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmə hər hansı şahid ifadəsini qəbul etmədikdə və ya ona etibar etmədikdə bunun səbəblərini əsaslandırmalıdır. Qətnamədə belə əsaslandırmanın olmaması MPM-in 88-ci və 106.1-ci maddələrinin tələblərinin pozulduğunu göstərir. Məhkəmə sübutetmə yükünün bölgüsünü də düzgün müəyyən etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin müqavilə şərtlərini pozduğunu, müqavilənin vaxtından əvvəl dayandırıldığını, 8.000 manat məbləğinin geri qaytarılması üçün müqavilədə nəzərdə tutulan əsasların yarandığını və əlavə hesablanmış 992,60 manat məbləğinin hüquqi və maliyyə əsaslarının mövcudluğunu sübut etməli idi. Lakin iş materiallarında bu halları qəti və inandırıcı şəkildə təsdiq edən sübutlar mövcud deyildir. Buna baxmayaraq məhkəmə həmin hallar sübuta yetirilmədən iddianı təmin etmişdir ki, bu da sübutetmə yükünün faktiki olaraq cavabdehin üzərinə keçirilməsi ilə nəticələnmişdir. Bundan əlavə, məhkəmə tərəflər arasında bağlanmış müqavilənin hüquqi mahiyyətini düzgün müəyyən etməmişdir. Qətnamədə münasibətlər sadə borc münasibəti kimi qiymətləndirilsə də, müqavilənin məzmunundan görünür ki, cavabdeh stilist kimi fəaliyyət göstərmiş, gəlirlər tərəflər arasında müəyyən edilmiş nisbətdə bölüşdürülmüş, cavabdeh göstərdiyi xidmətlər hesabına gəlir əldə etmiş, iddiaçı isə fəaliyyət üçün zəruri şərait və infrastruktur təmin etmişdir. Belə münasibətlər mahiyyət etibarilə adi borc münasibətindən daha çox davamlı xidmət və kommersiya əməkdaşlığı xarakteri daşıyır. Məhkəmə isə bu xüsusiyyətləri araşdırmadan münasibətləri birtərəfli qaydada borc öhdəliyi kimi qiymətləndirmişdir. Qətnamənin ən mühüm ziddiyyətlərindən biri müqavilənin müddəti ilə bağlıdır. Belə ki, məhkəmənin özünün müəyyən etdiyi hallardan görünür ki, cavabdeh ## ### 2024-cü ildən ## #### 2025-ci ilədək fəaliyyət göstərmişdir. Bu isə 13 aydan artıq müddət deməkdir. Müqavilənin müddəti isə 12 ay müəyyən edilmişdir. Deməli, müqavilənin qüvvədə olma müddəti artıq başa çatmışdır. Belə olan halda müqavilənin vaxtından əvvəl pozulması ilə bağlı müddəaların tətbiqi hüquqi baxımdan mümkün deyildir. Məhkəmə bir tərəfdən cavabdehin 13 aydan artıq işlədiyini qəbul etdiyi halda, digər tərəfdən müqavilənin vaxtından əvvəl pozulduğu nəticəsinə gəlmişdir ki, bu da qətnamənin daxili məntiqində ziddiyyət olduğunu göstərir. İş materialları həmçinin təsdiq edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri faktiki olaraq icra etmişdir. O, salon fəaliyyətində iştirak etmiş, müştərilərə xidmət göstərmiş, aylıq hesablaşmalarda iştirak etmiş və müqavilədə nəzərdə tutulan müddətdən artıq fəaliyyət göstərmişdir. Buna görə də öhdəliklərin icra edilməməsi barədə məhkəmənin gəldiyi nəticə iş materialları ilə təsdiqlənmir. Məhkəmə tərəfindən araşdırılmayan mühüm hallardan biri də tərəflər arasında mövcud olmuş əmək münasibətləri ilə bağlıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehi rəsmi qaydada işə qəbul etmiş, lakin bu barədə ona məlumat verməmiş, əmək müqaviləsinin surətini təqdim etməmiş və əmək haqqısı ödəməmişdir. Bu hallar tərəflər arasında münasibətlərin həqiqi hüquqi mahiyyətinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb etsə də, məhkəmə onları araşdırmadan nəticəyə gəlmişdir. Əgər cavabdeh faktiki olaraq işçi qismində rəsmiləşdirilmişdirsə, münasibətlərin yalnız mülki hüquq normaları əsasında qiymətləndirilməsi düzgün hesab edilə bilməzdi. Qətnamədə göstərilən 8.992,60 manat məbləğinin hesablanması da əsaslandırılmamışdır. Məhkəmə həmin məbləğin hansı hesablamalar əsasında müəyyən edildiyini, hansı dövrü əhatə etdiyini, müqavilənin hansı bəndindən irəli gəldiyini və hansı maliyyə sənədləri ilə təsdiq olunduğunu göstərməmişdir. Qətnamədə yalnız yekun rəqəm qeyd edilmiş, lakin həmin rəqəmin formalaşma mexanizmi açıqlanmamışdır. Bu isə məhkəmə aktının əsaslandırılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun deyildir. Nəhayət, iddiaçının davranışı mülki hüququn əsas prinsiplərindən biri olan vicdanlılıq prinsipinə də uyğun gəlmir. Belə ki, iddiaçı cavabdehin 13 aydan artıq müddətdə fəaliyyət göstərməsinə imkan vermiş, onun göstərdiyi xidmətlərin nəticələrindən faydalanmış, bu müddət ərzində ciddi etiraz bildirməmiş, əməkdaşlıq başa çatdıqdan sonra isə müqavilənin əvvəlində verilmiş vəsaitin tam şəkildə geri qaytarılmasını tələb etmişdir. Belə yanaşma vicdanlı davranış prinsipi ilə uzlaşmır və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilən bütün halları nəzərə alaraq cavabdeh hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Maddə 26. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarı Bənd 12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı halda kollegiya Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. İşdən göründüyü kimi, hazırkı mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçı İddiaçı (VÖEN **********) ilə cavabdeh Cavabdeh (VÖEN **********) arasında yaranmışdır. Həmçinin, işin hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh onlar arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsaslanaraq pul tələb edir. Tərəflər arasında münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda kollegiya hesab edir ki, hazırkı mübahisənin kommersiya mübahisəsi olması işin faktiki halları ilə öz təsdiqini tapır. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edilənlərə əsasən hazırki mübahisənin həlli üçün o, ərazi yurisdiksiyası üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etməli idi. Məhkəmə kollegiyası tələblə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq iddia tələbi qismən təmin edilərkən məhkəmə mübahisənin kommersiya mübahisəsi olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Buna baxmayaraq, Zəngilan Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı iddia olmaması əsası ilə iddia ərizəsinin geri qaytarmaq əvəzinə iddia ərizəsini icraata qəbul edərək işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini eləcə də, işdə olan sübutları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-264, 384.0.4, 398- 401 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Aəzrbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-910/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-910/2026
09.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver