Məhkəmə qərarları › İş №2(3-8)-952/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-952/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-952/2026 14.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh (üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin Quba filialı) qarşı mülki iş üzrə (pul tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. ##.##.2023-cü il tarixli tam kart müqaviləsindən göründüyü kimi, “xxxx” ASC 48 ay müddətinə, 21%-lə 8400 manat İddiaçı (kredit alan) vermişdir. Kredit alan İddiaçı 8400 manat pulun ödəniş cədvəli üzrə ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2024-cü il tarixli qərarından görünür ki, ## ###### 2023-cü il tarixdə Quba rayonu, Alpan kəndində yaşayan X6, X3, X7 RPŞ-yə ərizə ilə müraciət edərək, Cavabdeh üçün öz adadlarına kreditlərini və sonradan Cavabdeh onların etibarından sui istifadə etdiyini və krediti ödəməyərək onları aldatdığlarını bildirmiş və aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X4 müxtəlif vaxtlarda tanışları X6, X3 və İddiaçı adına borc kimi kredit pullar götürərək, həmin pulların müəyyən bir hissəsinin aylıq ödənişlərini ödəyərək onlara olan borcunu qaytarmış, digər hissələrini isə ödəyə bilməyərək borclu qalmışdır. Odur ki, X6, X3 və İddiaçı ## ###### 2023-cü il tarixdə Quba RPŞyə ərizə ilə etdikləri müraciətlərlə bağlı aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması üçün əsas, yəni Cavabdeh əməlində dələduzluq və ya digər bir cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onlara qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüquqlarının olması, həmçinin Cavabdeh onlara borclu qaldığı pulların qaytarılması ilə bağlı yaranmış mübahisənin mülki-hüquqi xarekterli məsələ olması və həmin pulların qaytarılması iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması qərar alınmışdır.

3. Quba RPŞ-nin İB-də aparılan araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 5 il əvvəl evini təmir etdirərkən pula ehtiyacı yarandığı üçün Qətibə, Lətifə və Nəzakətdən öz adlarına kredit götürüb ona borc vermələrini xahiş etmiş və aylıq kredit ödənişlərini özü ödəyəcəyinə söz vermişdir. Qətibə 3500, Lətifə 4000, Nəzakət isə 8400 manat kredit götürüb ona vermişdir. 0,5 il müddətində aylıq kreditlərin hamısını ödəmiş, bəzən isə maaşı ilə bağlı gecikmələr olsa da, sonradan gecikməyə düşən pulları ödəmişdir. Hal-hazırda onun həmin qadınlara borcu yoxdur.

4. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Quba rayonu, Alpan kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Eşidib ki, Minə Nəzakətdən pul istəyib, Nəzakətdə öz adına onunçün kredit götürüb. Bir müddət 50 manat aya ödəniş etsə də, sonradan ödəniş etməyib. Bank krediti Nəzakətin əmək haqqısından tutur. Həmçinin qeyd edib ki, 2022-ci ilin yanvar ayında Minə toyu olacaq nəvəsinə mebel almaq üçün Xaçmaz şəhərində yerləşən “Finoko” BOKT-dan kredit almaq istədiyini bildirirək, ondan zamin durmağı xahiş etmişdir. ## ##### 2022- ci il tarixdə onlar birlikdə banka getmiş, Mina ona bəzi sənədlərə imza etdirdikdən sonra çantasını götürmədiyni deyərək bankın kassasında pulu götürməyi bildirmiş, o da 4000 manat pulu kassadan götürüb bankın qarşısinda həmin pulu Minəyə vermiş və Minə də pulla birlikdə kredit sənədlərini ondan götürmüşdür. 1 il sonra, yəni 2023-cü ilin aprel ayından sonra bankdan ona aylıq ödənişlərin vaxtında ödənilməməsi ilə bağlı tez-tez zənglər gəlməyə başlamışdır. Aylıq ödənişlərdə gecikmə yaranmasını ona bildiriblər. Minə onu aldadıb. Minə söz vermişdir ki, aylıq ödənişlərin ödənməsini tam başa çatdıracaq. 2023-cü ilin oktyabr ayında evinə bankdan nümayəndə gələndə öyrənmişdir ki, 4000 manata görə onun adı zamin deyil, kredit alan şəxs kimi rəsmiləşib, Minə həmçinin həmin vaxtlarda onun adını zamin kimi rəsmiləşdirib 3000 manat da götürüb. Bir sözlə, Minə onu da, eyni qaydada aldadıb.

5. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, bir gün İddiaçı ona zəng elədi dedi ki, Minə qızının əməliyyatı üçün yüksək məbləğdə pul lazım olduğunu və çıxılmaz vəziyyətdə qaldığını deyib, ondan borc pul istəyir. Cavabdeh Alpan kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. İş yoldaşlarıdı. Nəzakətdə Minəyə kömək etmək üçün Banka gəlib öz adına kredit götürüb, Minənin ona olan borcunu bağlayıb, pulun qalanını da Minənin özünə verib. Minə ona söz verib ki, heç bir problem olmayacaq, vaxtlı-vaxtında ödənişləri özü ödəyəcək. Şahid həm də qeyd edib ki, bütün bu prosedurlarda özü də iştirak edib. Həmçinin xatırladıb ki, eyni hallar onun da başına gəlib. O da Cavabdeh üçün öz adına “xxxx” ASCdən 3500 manat kredit götürüb Minəyə vermiş, lakin Minə həmin pulun banka olan ödənişlərinin müəyyən hissəsini ödəsə də, qalan hissəsini ödəməmişdir. Ona bu barədə məlumat veriləndə ki, kredit onun əmək haqqısından tutulur, o buna əvvəlcə inanmayıb, daha sonra araşdıranda məlum olub ki, Minə krediti ödəmir. Təxminən 1 il Minənin yerinə 68 manat ödəniş edib və hazırda Minə ona da 500 manat borcludur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Quba rayon Alpan kənd sakini Cavabdeh ona borclu olan 8400 (səkkiz min dörd yüz) manat pulun və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunu alıb ona qaytarılmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Alpan kənd orta məktəbində ibtidai sinif məlliməsi işləyən Cavabdeh ona qızının əməliyyat olunması üçün böyük miqdarda pul lazım olduğunu, lakin adına, Banklar tərəfindən kredit verilmədiyini, onun adına, Beynəlxalq Bank ASC-nin, Quba filialından kredit götürməyi xahiş etmiş və krediti özü tərəfindən ödəyəcəyni bildirmişdir. ##.##.2023-cü il tarixində, Beynəlxalq Bank ASCnin, Quba filialindan öz adına 8400 (səkkiz min dördüz) manat kredit götürərək, bankın daxilində aldığı kredit pulun hamısını, Quba rayon Alpan kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyən, həmkəndlisi Cavabdeh vermişdir. Cavabdeh xxxx ASC-nin, Quba filialının daxilində bankdan çıxmamış dəfələrlə təkrar etməklə söz vermişdi ki, Bankın kredit pulunu hər ay məktəbdən aldığı əmək haqqı ilə ödəyəcəyi barədə canlı sözlə öhdəlik götürmüşdür. Ancaq Cavabdeh Ağahüseyin qızı tərəfindən ##.##.2023-cü il tarixində, Beynəlxalq Bank ASC-nin, Quba filialından öz adına 8400 (səkkiz min dördüz) manat kredit borcundan, ##.##.2023-cü il tarixindən, hal - hazıra kimi, heç bir manat ödəniş etməmiş və əvəzində Cavabdeh “xxxx” ASC-nin, Quba filialına onun əvəzinə aldığı 8400 manat kreditin ödənişindən yayınmışdır.

8. Quba Rayon Məhkəməsinin (hakim İ.Qazıbəyov) ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə cavabdeh iddiaçının adına rəsmiləşdirilmiş kredit vəsaitini faktiki olaraq əldə etmiş, həmin vəsaitdən istifadə etmiş, lakin onun qaytarılması və kredit ödənişlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Tərəflər arasında həmin pulun cavabdeh tərəfindən əvəzsiz əldə edilməsinə dair hər hansı müqavilə, bağışlama münasibəti və ya cavabdehin həmin vəsaiti özündə saxlamasına hüquqi əsas verən başqa hal müəyyən edilməmişdir. Beləliklə, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş, bu əldə etmə hüquqi əsas olmadan baş vermiş və nəticədə cavabdehin əsassız varlanması yaranmışdır. Məhkəmə həmçinin nəzərə alıb ki, şahidlərin ifadələri bir-biri ilə uyğunluq təşkil etmiş, işin faktiki halları ilə təsdiqlənmiş və cavabdehin eyni üsulla digər şəxslərin adına da kredit götürməsi barədə məlumatlar onun davranış modelini ortaya qoymuşdur. Xüsusilə şahidlər X3 və X6 cavabdehin müxtəlif şəxslərin etibarından istifadə etməklə onların adına kredit rəsmiləşdirdiyini və sonradan kredit ödənişlərini tam həyata keçirmədiyini bildirmişlər. Həmin ifadələr cavabdehin iddiaçıdan aldığı pul vəsaitini qəbul etməsi və öhdəliklərini yerinə yetirməməsi faktını dolayı yolla təsdiqləyən mühüm sübut kimi qiymətləndirilir. Hazırkı iş üzrə də cavabdeh tərəfindən əldə edilmiş pul vəsaitinin hüquqi əsası müəyyən edilmədiyindən və cavabdeh həmin vəsaiti qaytarmadığından, iddiaçının cavabdehdən 8400 manat məbləğində pul vəsaitinin tutulmasına dair tələbi qanuni və əsaslı hesab edilməlidir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 493.4, 1091.1, 1092.1, 1092.2, 1093.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında heç bir borc tələbinə dair rəsmi müqavilə bağlanmamışdır. İddiaçı özü bankdan pul alaraq özünə məxsuz xərclərə sərf etmişdir. Onun məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri isə həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qətnaməsi ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun iddiaçıya borcu yoxdur. Belə ki, o bankdan hər hansı kredit almamışdır. İddiaçı 5 il əvvəl ona borc pul vermiş, o da həmin borcu aylıq maaşından 300 manat tutulmalar edilməklə ödəmişdir. Bundan əlavə onun əri, iddiaçının ərinə əlbəəl ödənişlər etmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı tərəfdən ifadə verən şahidlərin ifadələri əsassızdır. Reyhan adlı şəxsi isə ümumiyyətlə tanımır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin izahatında qeyd etdikləri həqiqəti əks etdirmir. Cavabdeh ona qızının xəstə olduğunu, ərinin isə qayğısına qalmadığını, bu səbəbdən borc pula ehtiyacı olduğunu bildirmişdir. Cavabdehin təkidi ilə bankdan 8400 manat məbləğində kredit əldə etmiş və elə bankda pulu cavabdehə vermişdir. Cavabdeh həmin puldan cəmi bir neçə ay aylıq 260 manat olmaqla ödəniş etmiş, 1130 manat pulu isə əlbəəl vermişdir. Ödənilən pullar da faizə getmişdir. Cavabdehin hərəkəti nəticəsində xeyli ziyan çəkmişdir. Bundan başqa cavabdeh heç bir ödəniş etməmişdir. Əldə edilmiş kredit vəsaitinin faizi ilə birlikdə qaytarılmalı məbləğ 12400 manat təşkil edir. Bu səbəbdən cavabdeh ona təxminən 10000 manata yaxın ödəniş etməlidir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digərtələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 739.1. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (## ####### 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi).

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Tələb borc verilmiş pulun geri qaytarılması barədədir.

21. İlk olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

22. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

24. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.

25. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, cavabdehlə həmkəndlidirlər. Cavabdeh kənd məktəbində müəllim işləmişdir. O, cavabdehin qızının əməliyyatı üçün xahiş etdiyi məbləğdə kredit vəsaitini öz adına bankla müqavilə əsasında əldə etmiş və cavabdehə vermişdir. Razılaşmaya əsasən kredit iddiaçının adına rəsmiləşdirilsə də, ödənişləri cavabdeh icra etməli idi. Lakin cavabdeh kredit vəsaitini əldə etdikdən sonra üzərinə götürdüyü öhdəliyi pozmuş, banka olan borcunu ödəməkdən yayınmışdır.

26. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçı ilə aralarında hər-hansı borc münasibəti yaranmamışdır. O, iddiaçıdan heç bir məbləğdə borc pul almamış və ona hər hansı borcu olmamışdır. Şahid ifadələri də əsassızdır. İşə baxan məhkəmə heç bir sübut olmadan əsassız şəkildə ondan iddiaçının xeyrinə pul tutulması barədə qətnamə qəbul etmişdir.

27. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilllərinə, tənqidi yanaşaraq bildirir ki, iddiaçının yuxarıda qeyd olunan tələbi ilə əlaqəli qeyd etdiyi dəlilləri təsdiq edəcək yazılı sübutlarının olmaması, hələ tələbdə qeyd olunan halların ümumiyyətlə mövcud olmaması anlamına gəlmir.

28. Belə ki, araşdırılan işin faktiki hallarından məlum olur ki, iddiaçının cavabdehlə bağlı polisə müraciəti əsasında Quba RPŞ-nin İB-də aparılan araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 5 il əvvəl evini təmir etdirərkən pula ehtiyacı yarandığı üçün Qətibə, Lətifə və Nəzakətdən öz adlarına kredit götürüb ona borc vermələrini xahiş etmiş və aylıq kredit ödənişlərini özü ödəyəcəyinə söz vermişdir. Qətibə 3500, Lətifə 4000, Nəzakət isə 8400 manat kredit götürüb ona vermişdir. O, 5 il müddətində aylıq kreditlərin hamısını ödəmiş, bəzən isə maaşı ilə bağlı gecikmələr olsa da, sonradan gecikməyə düşən pulları ödəmişdir. Hal-hazırda onun həmin qadınlara borcu yoxdur.

29. Göründüyü kimi cavabdeh polis orqanlarında izahat verərkən iddiaçı ilə aralarında iddia ərizəsində qeyd edilən formada borc münasibətinin olduğunu etiraf etmiş, lakin borcun ödənildiyini bildirmişdir. Apellyasiya şikayətində isə ümumiyyətlə iddiaçı ilə aralarında borc münasibəti olmadığını bildirməklə ziddiyyətli mövqe sərgiləmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh şikayətində qeyri-müəyyənliyə yol verməklə, gah iddiaçıya borclu olmadığını, gah da iddiaçıdan pul aldığını, lakin mübahisələndirilən məbləğdə borcunun olmadığını, yaxud iddiaçıdan həqiqətən 8400 manat məbləğində pul aldığını və aylıq əmək haqqından hər ay 300 manat çıxıldığını və iddiaçıya borcunun qalmadığını bildirməklə fikrini konkret ifadə etməmişdir.

31. Bundan əlavə, cavabdeh izahatında iddiaçıdan deyilən qədər pulun almadığını bildirsə də, iddiaçını tanımasını, iddiaçının ona borc pul verməsini də inkar etməmiş, əksinə etiraf etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir.

33. Qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Mülki qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı öz iddia tələbinin əsaslarını sübut etməsinə baxmayaraq, cavabdeh iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini sübut edə bilməmişdir.

35. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar