Məhkəmə qərarları › İş №2(3-8)-960/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-960/2026

20.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-960/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının dəyişdirilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:

1. Iddiaçı Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən ## #### 2019-cu il təvəllüdlü X3 (hazırda X4) yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2020-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilmiş alimentin təyinatının dəyişdirilməsi, cavabdeh Cavabdeh iddiaçının xeyrinə ##.##.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün ##.##.2022-ci il tarixdən başlayaraq hər ay ödənilmək şərtilə sabit pul məbləğində, sonuncu artımlar nəzərə alınmaqla 2026-cı il üçün minimum əmək haqqı məbləğinin bir misli həddində vəsaitin (alimentin) tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən ## #### 2019-cu il təvəllüdlü X3 (hazırda X4) yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2020-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında müəyyən edilmiş alimentin təyinatının dəyişdirilməsi, cavabdeh Cavabdeh iddiaçının xeyrinə ##.##.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün ##.##.2022-ci il tarixdən başlayaraq hər ay ödənilmək şərtilə sabit pul məbləğində, sonuncu artımlar nəzərə alınmaqla 2026-cı il üçün minimum əmək haqqı məbləğinin bir misli həddində, yəni 400 manat vəsaitin (alimentin) tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.

3. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.1993-cü ildə Zəngilan rayonunun Yenikənd kəndində anadan olmuş, (Ş/V nömrəsi AA5080484: Fin kod:51285EF) Cavabdeh ##.##.2019-cu il təvəllüdlü X4 atasıdır. Sumqayıt Şəhər Məhkəməsinin iş № *(060)- 220/2021, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tələbinə dair” iddiası təmin edilmiş, cavabdeh Cavabdeh ## #### 2019-cu il təvəllüdlü X3 atası olması müəyyən edilmiş, qətnamənin yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi, ## #### 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2020-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Iddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti təqdim etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3841/2021, ##.##.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş və iş aidiyyəti üzrə rəy verilməsi üçün ekspertizaya göndərilmişdir. Dəfələrlə məhkəmə tibbi-genetik ekspertizası təyin edilməsinə baxmayaraq apellyasiya şikayəti verən Cavabdeh ekspertizaya gəlmədiyindən rəyin verilməsi mümkün olmamış və iş geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- ***/**** saylı, ## #### 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh tərəfindən kassasiya şikayəti təqdim edilməmişdir. Lakin cavabdeh Cavabdeh vəkili qanunvericiliyin tələblərini pozaraq işi uzatmaq məqsədi ilə öz adından kassasiya şikayəti təqdim etmişdir. Lakin onun kassasiya şikayəti Cavabdeh tərəfindən imzalanmadığından işə baxılmadan geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Sumqayıt Şəhər Məhkəməsinin iş *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə Icra Idarəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə ##.##.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə Icra Idarəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Sumqayıt şəhəri üzrə Icra Idarəsində icra məmuru Günel Yusifova tərəfindən icra hərəkətləri apanlarkən Cavabdeh qəsdən və qərəzli olaraq aliment ödənişlərindən yayınmış, hətta pensiya almasını, iş yerini gizlətmiş, icra məmuru isə öz hərəkəti və ya hərəkətsizliyi ilə alimentin ona vaxtında ödənilməsini təmin etməmişdir. Çoxsaylı şikayətlərindən sonra borclu Cavabdeh 3-cü dərəcə əlilliyə görə 240 manat əmək pensiyası və 24 manat məbləğində maddi yardım alması müəyyən edilmişdir. Daha sonra borclunun “xxxx” MMC-də işləməsi məlum olmuşdur. Sumqayıt şəhəri üzrə icra Idarəsi tərəfindən Cavabdeh hesablanmış aliment borcunun ##.##.2022- ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat uzrə Mərkəzi Filialına tutulmalı aliment borcunun əmək pensiyasının 70 faizinə yönləndirilməsi barədə icra məktubu göndərilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müxtəlif bəhanələrlə borcun ödənilməsindən imtina etmiş, aliment borcunun ödənilməsi üçün kredit təşkilatlarına müraciət edilməli olunmasını bildirmişdir. Kredit təşkilatlarına, “xxxx” ASCyə və “xxxx” ASC-yə sorğular ünvanlanmasına, iddiaçının şəxsən banka müraciət etməyinə baxmayaraq “xxxx” ASC cavab məktubunda müştərinin pensiya alıb-almaması ilə bağlı məlumatların əldə edilməsi üçün təkrar DSMF-yə müraciət edilməsini tövsiyyə etmişdir. Həmçinin iddiaçının çoxsaylı şikayətlərindən sonra icra işi icra məmuru Günel Yusifovadan alınıb icra məmuru Sənan Qasımlıya verilmişdir. Iş icra məmuru Sənan Qasımlıya veriləndən sonra, Sumqayıt şəhəri üzrə Icra Idarəsi ##.##.2023-cü il tarixdə Cavabdeh satıcı işlədiyi “xxxx” MMC-yə tutulmalı aliment borcunun əmək pensiyasının 70 faizinə yönləndirilməsi barədə icra məktubu göndərilmişdir. Daha sonra Cavabdeh hesablanmış 5397 manat aliment borcu Cavabdeh əmək haqqının 70 faizinə yönləndirilməsinə baxmayaraq, cəmi iki ay 231 manat ödəndikdən sonra icra məmuru Sənan Qasımlı tərəfindən borclu Cavabdeh işdən çıxması əsas göstərilərək borclunun iş yerindən aliment tutulmasının dayandırıldığı iddiaçıya bildirilmişdir. Cavabdeh Cavabdeh pensiya almasına, işləməsinə baxmayaraq alimenti ödəmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qərarına əsasən ödənilməyən 5336 manat aliment borcuna görə 08 gün inzibati qaydada həbs edilmişdir. Qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Cavabdeh ilə iddiaçı arasında olan razılaşmaya əsasən aliment ödənişlərinə başlanılmışdır. Cavabdeh Cavabdeh hər ay aliment borcunu ödəməsinə baxmayaraq son olaraq Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək icra məmurunun aliment borcunu borclunun faktiki gəlir mənbəyinə deyil, orta aylıq əmək haqqına əsasən hesablanmasının qanunsuz hesab edilməsi və aliment borcunun yalnız borclunun faktiki gəlir mənbəyi olan pensiyasına uyğun təkrar hesablanması barədə icra məmuruna göstəriş verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № *(060)-896/2025, ##.##.2025-ci il tarixli qərardadına əsasən borclu Cavabdeh Sumqayıt şəhəri üzrə Icra Idarəsinin icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətə dair iş üzrə ərizəsi qismən təmin edilmiş, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmurunun Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə aliment borcunun hesablanması barədə hərəkətləri qanunsuz hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının ## ####### 2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubunda göstərilən məbləğlər nəzərə alınmaqla: ##.##.2020-ci ildən - ##.##.2021-ci ilədək Azərbaycan Respublikası üzrə orta aylıq əmək haqqı həcmində; ##.##.2021-ci ildən -## ####### 2021-ci ilədək əmək haqqının % hissəsi həcmində; ##.##.2021-ci ildən-##.##.2021-ci ii tarixədək Azərbaycan Respublikası üzrə orta aylıq əmək haqqı həcmində; 2022-ci ilin yanvar ayından ərizə verilən tarixədək, yəni ##.##.2025-ci il tarixədək əmək haqqının ½ hissəsi miqdarında alimentin yenidən hesablanması vəzifəsinin Sumqayıt şəhəri üzrə Icra Idarəsinə həvalə edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Nəticədə Sumqayıt Şəhər Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadına əsasən aliment icra məmuru tərəfindən yenidən hesablanaraq guya iddiaçıya artıq məbləğdə aliment ödənilməsi əsas göstərilərək 2025-ci ilin dekabr, 2026-cı ilin yanvar aylarında uşağın - ## #### 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsi dayandırılmış, 2026-cı ilin ## ###### ayından isə ona cavabdeh Cavabdeh Əiiyəddin oğlunun 2-ci dərəcə əlilliyə görə aldığı 357 manat pensiya məbləğinə uyğun olaraq ½ hissə, 89 manat aliment ödəniləcəyi bildirilmişdir. Bu isə onun və azyaşlı uşağın maraqlarını əhəmiyyətli dərəcədə pozur. Belə ki, iddiaçı “Kron xəstəliyi regional enterit və sair” diaqnozu və qızı Xanım “allergik bronxit” diaqnozu ilə xəstədirlər, mütəmadi olaraq müayinə və müalicə alır və dərman pereparatları qəbul edirlər. Bir sözlə ödəniləcək 89 manat aliment uşağın əlavə və zəruri yemək və müalicə xərclərini ödəmir. Cavabdeh Cavabdeh 2-ci dərəcə əlilliyə görə təyin edilmiş pensiya 2026-cı ilin may ayına kimi etibarlıdır. Iddiaçı səhhəti ilə bağlı əvvəllər əlillik dərəcəsinə görə pensiya alsa və pulsuz dərman pereparatları qəbul etsə də, pensiyası 5 ildən artıqdır ki, şikayətlər etməyinə baxmayaraq qanunsuz olaraq dayandırılmışdır. Pulsuz dərman preparatları ilə təmin edilmir. Iddiaçı Məşğulluq idarəsinə iş üçün müraciət etmiş, işsiz kimi qeydiyyata alınsa da, bu günədək işlə təmin edilməmişdir. Həmçinin o səhhəti ilə bağlı ağır işlərdə işləyə bilmir, işləmədiyindən uşağının əlavə və zəruri ehtiyaclarını təmin edə bilmir, iki aydır ki, uşağın ehtiyaclarını valideynlərinin köməkliyi ilə təmin edir. Cavabdeh Cavabdeh isə könüllü olaraq uşağın əlavə və zəruri xərclərində birmənalı şəkildə iştirak etmir, hətta uşağı ilə ünsiyyət qurmur, görüşmür. Hətta aliment ödənişlərindən yayınmaq məqsədilə yuxarıda qeyd olunduğu kimi tez-tez işdən öz xahişi ilə çıxır, yenidən çıxdığı iş yerinə qayıdır, aliment ödəməkdən bilərəkdən qəsdən və qərəzli olaraq yayınır, alimentin icra edilməsində çətinliklər yaradır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-896/2025, ##.##.2025-ci il tarixli qərardadını alarkən ona məlum olmuşdur ki, alimentin tutulmasının ##.##.2020-ci ildən başlanılmasına, cavabdeh Cavabdeh müxtəlif şirkətlərdə, sahibkar yanında işləməsinə, eyni zamanda əmək pensiyası almasına baxmayaraq alimenti bilərəkdən qəsdən və qərəzli olaraq olaraq ödəməkdən yayınmışdır. Müəyyən edilmiş aliment məbləğinin təyinatının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini cavabdehdən xahiş etsə də, hətta qanunvericiliyin tələbinə əsasən ona rəsmən təklif göndərsə və cavabdeh Cavabdeh Əliyəddın oğlu X13 iştirak etsə də, onların arasında razılıq əldə olunmamışdır. Bu barədə Sumqayıt 1 X8 ##.##.2025-ci il tarixli, MŞS/MT***/****/***** nömrəli X16 (IMŞ) X1 Etdirilə Bilməməsi barədə Arayışı təqdim etmişdir. Cavabdehlə iddiaçı arasında razılıq əldə olunmadığından, hal-hazırda isə uşağının maraqları əhəmiyyətli dərəcədə pozulduğundan və yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi qeyri-mümkün olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

4. Iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. AA4334519 seriya nömrəli, FIN – 8PH20UC olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 ##.##.2019-cu ildə anadan olmuşdur.

6. AR ƏƏSMN Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, Iddiaçı “Kron xəstəliyi (regional enterit), kron xəstəliyi, qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya, dəqiqləşdirilmiş lokalizasiyalı peptik xora, xroniki, qanaxma və ya deşilmə olmadan bağırsaq qanaxması” diaqnozu ilə xəstədir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X17 haqqında arayışdan görünür ki, Iddiaçı işsizdir (statusun verilmə tarixi- ##.##.2023).

8. AZ- İ ****** nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ## #### 2019-cu ildə Iddiaçı doğulmuş X3 atasıdır.

9. AZ – IV № ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.2019-cu ildə anadan olmuş X4 atası Cavabdeh, anası Iddiaçıdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək cavabdeh Cavabdeh ## #### 2019-cu il təvəllüdlü X3 atası olmasının müəyyən edilməsi, qətnamənin yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi və ## #### 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2020-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Iddiaçı verilməsi qət edilmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə tərəfindən məhkəmə tibbigenetik ekspertizası təyin edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, ərizə qismən təmin edilərək Sumqayıt şəhəri üzrə Icra idarəsinin icra məmurunun Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə aliment borcunun hesablanması barədə hərəkətləri qanunsuz hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialının ## ####### 2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubunda göstərilən məbləğlər nəzərə alınmaqla; ##.##.2020-ci ildən-##.##.2021-ci ilədək Azərbaycan Respublikası üzrə orta aylıq əmək haqqı həcmində; ##.##.2021-ci ildən-## ####### 2021 -ci ilədək əmək haqqının 1/4 hissəsi həcmində; ##.##.2021-ci ildən-##.##.2021-ci il tarixədək Azərbaycan Respublikası üzrə orta aylıq əmək haqqı həcmində; 2022-ci ilin yanvar ayından ərizə verilən tarixədək, yəni ##.##.2025-ci il tarixədək əmək haqqının 1/4 hissəsi miqdarında alimentin yenidən hesablanması vəzifəsi Sumqayıt şəhəri üzrə Icra idarəsinə həvalə edilmişdir.

14. Sumqayıt şəhəri üzrə Icra idarəsinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh müvafiq icra sənədi üzrə çatacaq əmək haqqı pulundan hər ay 70 faiz həcmində tutulma aparılaraq Iddiaçı hesabına köçürülməsi tələb edilmişdir.

15. DSMF tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Cavidan Əliyəddin oğluna Novruzova hazırda 240,00 manat məbləğində əmək pensiyası, 24,00 manat məbləğində maddi yardım ödənilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli icra qurumlarının müraciətləri əsasında müvafiq məhkəmə qərarlarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müəyyən hallarda tələbin borclunun pensiyasına və digər sosial ödənişlərinə yönəldilməsi kimi məcburi icra tədbiri həyata keçirir.

16. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubdan görünür ki, borclu Cavabdeh hazırda 5397 manat aliment borcu yaranmışdır.

17. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş *(***)-***/**** saylı, ##.##.2021ci il tarixli icra vərəqəsindən görünür ki, ## #### 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ##.##.2020-ci il tarixdən başlayaraq cavabdeh Cavabdeh hər ay qazancının (gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Iddiaçı verilməlidir.

18. MŞS/MT***/****-***** saylı, ##.##.2025-ci il tarixli X16 X1 etdirilməməsi haqqında arayışdan görünür ki, hər iki tərəf mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh prosesin davam etdirilməsinə razılıq verməmişdir. Iddiaçı mediasiyaya dair xərci ödəməkdən azad edilmişdir.

19. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektoru tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, *** saylı məktubundan görünür ki, Zəngilan rayonu Yenikənd kəndində qeydiyyatda olan məcburi köçkün Cavabdeh 1993-cü ildən **** nömrəli karta əsasən valideynləri ilə birgə Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektorunda qeydiyyata alınmışdır və Sumqayıt şəhəri, 12-ci mikrorayon,ev 8a,mənzil 47- də məskunlaşmışlar. Cavabdeh mənzillə təmin olunubolunmaması barədə Sumqayıt şəhər sektorunda heç bir məlumat yoxdur.

20. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X11 haqqında arayışdan görünür ki, Cavabdeh “qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi, qalxanvarı vəzinin bədxassəli yeni törəməsi, pT3N1bM1 mərhələ “, G1. ##.##.2019-cu il tarixli “Tam trioidektomiya və santal ikitərəfli boyun limfadisseksiyası”, cərrahi əməliyyatı + radioaktiv yod müalicəsindən sonrakı vəziyyət. Ağciyərə metastaz. Ikinci bədxassəli yeni törəməsi, baş, üz və boyun limfa düyünlərinin bədxassəli yenitörəməsi” diaqnozu ilə 5 il müddətinə 3-cü qrup əlil olması müəyyən edilmişdir.

21. Milli Onkologiya Mərkəzindən təqdim edilmiş ##.##.2019-cu il tarixli müayinə məlumatından görünür ki, Cavabdeh C73- qalxanabənzər vəzinin bədxassəli törəməsi diaqnozu ilə Milli Onkologiya Mərkəzində müalicə alır.

22. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, ##.##.2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi və alimentin tutulmasının ##.##.2024-cü il tarixdən hesablanması qət edilmişdir.

23. ## ###### 2019-cu il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, ## #### 1993-cü il təvəllüdlü Cavabdeh 2015-2016-cı il tarixlərində Silahlı Qüvvələrdə, 2019-cu ildən FHN-dədir. Hərbi rütbəsi R, ixtisası baş sürücüdür. ##.##.2019-##.##.2019-cu il tarixlərində Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X9, ##.##.2019-##.##.2019 və ##.##.2019-##.##.2019-cu il tarixlərində SN Milli Onkologiya Mərkəzində və FHN-də müayinə və müalicədə olmuşdur. Sülh dövründə hərbi Xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

24. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, cavabdeh Cavabdeh ##.##.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında alimentin tutularaq iddiaçı Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin IV bəndi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1 və 100.2-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ## #### 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 216-220 və 360-cı maddələri və ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

26. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin təsviri və əsaslandırıcı hissəsində işin materiallarında olan mötəbər yazılı sübutları sadalasa da, nəticə çıxararkən həmin sübutların hüquqi və riyazi mahiyyətini tamamilə təhrif etmiş, obyektiv reallığa zidd, birtərəfli və icrası fiziki cəhətdən qeyri-mümkün olan qənaətə gəlmişdir. Mübahisələndirdiyi və apellyasiya instansiyası tərəfindən yenidən hüquqi qiymət verilməsini tələb etdiyi hallar aşağıdakılardır: Iş materiallarında mövcud olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəsmi arayışından birmənalı şəkildə görünür ki, cavabdeh Cavabdeh hazırda işləmir, əmək qabiliyyətini tamamilə itirmişdir və onun yeganə dolanışıq və gəlir mənbəyi hər ay aldığı 240,00 manat məbləğində əmək pensiyası və 24,00 manat məbləğində maddi yardımdır. Yəni, cavabdehin rəsmi və faktiki toplam aylıq gəliri cəmi 264,00 manat təşkil edir. Məhkəmə isə bu rəsmi dövlət sənədini qəbul etdiyi halda, cavabdehdən minimum əməkhaqqının 0,50 misli miqdarında (hazırkı qanunvericilik tətbiqi ilə bu məbləğ hər ay 200,00 manat deməkdir) sabit aliment tutulmasını qət etmişdir. Toplam gəliri 264 manat olan bir vətəndaşın gəlirinin təxminən 76%-nin təkcə bir uşağa aliment kimi kəsilməsi hansı maddi və sosial ədalət prinsipinə sığır? Məhkəmə bu riyazi və məntiqi uyğunsuzluğu tamamilə görməzdən gəlmişdir. Iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə subut olunur ki, cavabdeh Cavabdeh ikinci rəsmi nikahından da bir azyaşlı övladı – ##.##.2024-cü il təvəllüdlü X5 var və həmin uşağın saxlanılması üçün cavabdehdən hər ay 235,00 manat sabit pul məbləğində aliment tutulur. Sumqayıt Şəhər Məhkəməsi öz qətnaməsində qeyd edir ki, "təyin edilən aliment digər övladın təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olmamalıdır". Lakin məhkəmə reallıqda tam tərsini etmişdir. Cavabdeh Yasamal Rayon Məhkəməsinin qərarı ilə 235,00 manat aliment ödəyir. Sumqayıt Şəhər Məhkəməsi də onun üzərinə əlavə olaraq 200,00 manat öhdəlik qoyur. Beləliklə, cavabdehin cəmi aliment öhdəliyi aylıq 435,00 manat təşkil edir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, cavabdehin dövlətdən aldığı ümumi pensiya və müavinət cəmi 264,00 manatdır. Toplam gəliri 264 manat olan onkoloji xəstə bir insanın hər ay necə 435 manat aliment ödəyə biləcəyini məhkəmə heç bir məntiqlə əsaslandıra bilməmişdir. Bu vəziyyət cavabdehi faktiki olaraq hər ay süni şəkildə borclanmağa və yenidən cinayət/inzibati məsuliyyətə cəlb olunma təhlükəsi ilə üz-üzə qoymağa yönəlmişdir. Iddiaçının məhkəmə iclasında cavabdehin guya "aliment ödənişlərindən yayınmaq məqsədilə tez-tez işdən öz xahişi ilə çıxması" barədə subutsuz, şifahi və subyektiv iddiaları məhkəmə tərəfindən tənqidi qiymətləndirilməmişdir. Cavabdehin iş yerini dəyişməsi və ya işdən çıxması onun subyektiv istəyindən deyil, səhhətinin fiziki olaraq əmək fəaliyyətini davam etdirməyə imkan verməməsindən qaynaqlanmışdır. Ağır onkoloji xəstəlikdən əziyyət çəkən bir şəxsin "qəsdən və qərəzli şəkildə işdən çıxması" iddiası həm insani, həm də hüquqi cəhətdən tamamilə əsassızdır. Sumqayıt Şəhər Məhkəməsi aşağıdakı həyati əhəmiyyətli faktları ümumiyyətlə araşdırmamış və təhqiqatın predmeti etməmişdir: Iş materiallarında Milli Onkologiya Mərkəzinin sənədləri və əlillik arayışları mövcuddur. Həmin sənədlərdən görünür ki, cavabdeh Cavabdeh "qalxanabənzər vəzinin bədxassəli yeni törəməsi, pT3N1bM1 mərhələsi (ağır mərhələ), tamtiroidektomiya və santal ikitərəfli boyun limfadisseksiyası cərrahi əməliyyatından sonrakı vəziyyət, ağciyərə metastaz və baş, üz, boyun limfa düyünlərinin bədxassəli yeni törəməsi" diaqnozu qoyulmuşdur. Bu diaqnoz sıradan bir xəstəlik deyil, insanın hər an həyatını itirmə riskinin olduğu, mütəmadi olaraq çox baha başa gələn kimyaterapiya, radioaktiv yod müalicəsi, hormonal dərmanlar və xüsusi kliniki qulluq tələb edən bir vəziyyətdir. Məhkəmə iddiaçının və azyaşlı uşağın bronxit xəstəliyini xüsusi qabartdığı halda, cavabdehin xərçəng xəstəsi olmasını və hər ay aldığı 264 manatın böyük hissəsini tibbi preparatlara xərcləməyə məcbur olmasını tamamilə diqqətdən kənarda saxlamış, onun həyatda qalmaq üçün lazım olan minimal müalicə xərclərinin miqdarını araşdırmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi məhkəməyə sabit pul məbləğində aliment müəyyən edərkən mütləq qaydada "tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları" nəzərə almaq və uşağın əvvəlki təminat səviyyəsini "mümkün qədər maksimal saxlamaq" vəzifəsini qoyur. "Mümkün qədər maksimal saxlamaq" prinsipi o demək deyil ki, uşağın təminatı naminə cavabdehin fiziki varlığı və yaşamaq hüququ əlindən alınmalıdır. Qanunverici "tərəflərin" dedikdə hər iki tərəfi nəzərdə tutur. Məhkəmə isə subyektiv yanaşaraq yalnız iddiaçının maddi çətinliyini nəzərə almış, cavabdehin onkoloji xəstəlik səbəbindən düşdüyü çarəsiz maddi dalana hüquqi qiymət verməmişdir. Cavabdehin gəlirindən qat-qat çox aliment yükü altında əzilməsi, uşağın da gələcəkdə heç bir aliment ala bilməməsi (borclunun tamamilə iflas etməsi və ya vəfat etməsi riski səbəbindən) nəticəsini doğurur ki, bu da uşağın da maraqlarına xidmət etmir. Iş materiallarında mövcud olan Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinin ##.##.2023-cü il tarixli, *** saylı məktubu ilə təsdiq olunur ki, cavabdeh Zəngilan rayonundan məcburi köçkündür, özünə məxsus heç bir daşınmaz əmlakı, mənzili və ya torpaq sahəsi yoxdur, Sumqayıt şəhərində valideynlərinin yanında sığınaraq yaşayır. Məhkəmə cavabdehin hər hansı gizli gəlirinin, biznesinin və ya əlavə mülkiyyətinin olub-olmamasını dərindən araşdırmadan, sanki onun əlavə gəlir imkanları varmış kimi qərar çıxarmışdır. Məhkəmə araşdırmasının materiallarından və yuxarıda şərh edilən faktlardan aşkar surətdə görünür ki, Sumqayıt Şəhər Məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaqdan yayınmışdır. Real gəliri 264 AZN olan, digər məhkəmə qərarı ilə artıq 235 AZN aliment ödəməli olan və 4-cü dərəcəli onkoloji xəstəliklə mübarizə aparan bir şəxsin üzərinə əlavə olaraq 200 AZN (0,50 misil) sabit aliment yükünün qoyulması, cavabdehi faktiki olaraq hər ay gəlirindən 171 AZN daha çox pul ödəməyə məhkum etmək deməkdir. Cavabdehin fiziki olaraq mövcud olmayan pulu ödəməsini tələb edən bu qətnamə qanunsuz, qeyri-obyektiv və ədalətsizdir. Mübahisənin düzgün həlli üçün cavabdehin onkoloji xəstəliyi, real gəlir səviyyəsi (264 AZN) və digər himayəsində olan azyaşlı övladına görə ödədiyi rəsmi aliment (235 AZN) balansı mütləq qaydada nəzərə alınmalı və qətnamə dəyişdirilməlidir. Məhkəmə gəliri 264 AZN olan şəxsin üzərinə ölkə üzrə minimum əmək haqqının 0,50 misli (200 AZN) həcmində aliment qoymaqla borclunu tamamilə acından ölmək və ya müalicə xərclərindən imtina etmək təhlükəsi ilə üz-üzə qoymuşdur ki, bu da normanın humanist mahiyyətinin birbaşa pozulması deməkdir. Iş materiallarından subut olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin ilk aliment qərarından (##.##.2021-ci il) sonra cavabdeh Cavabdeh ailə və maddi vəziyyətində köklü və əsaslı dəyişiklik baş vermişdir. Belə ki, o, ##.##.2023-cü il tarixdə yenidən rəsmi ailə həyatı qurmuş və bu nikahdan ##.##.2024cü il təvəllüdlü digər azyaşlı övladı - Novruzov Maqsud dünyaya gəlmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehdən digər övladı üçün hər ay 235 AZN sabit pul məbləğində aliment tutulması kəsilmişdir. Məhkəmə qətnamədə bu dəyişikliyi etiraf etsə də, ziddiyyətə yol verərək qeyd etmişdir ki, "təyin edilən aliment digər övladın təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb olmamalıdır". Lakin məhkəmənin tətbiq etdiyi hüquqi yanaşma faktiki olaraq bu normanı tamamilə iflic edir. Toplam rəsmi gəliri 264 AZN olan cavabdeh artıq digər məhkəmə qərarı ilə 235 AZN aliment öhdəliyi daşıyır. Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı bu qətnamə ilə cavabdehin üzərinə əlavə olaraq 200 AZN öhdəlik qoyulur və cavabdehin ümumi aylıq aliment öhdəliyi 435 AZN-ə çatır (235 + 200). Gəliri 264 AZN olan bir şəxsdən 435 AZN aliment tələb etmək həm Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit olunmuş "maddi vəziyyətin dəyişməsi və tərəflərin diqqətəlayiq digər maraqları" kateqoriyasının tamamilə rədd edilməsi, həm də cavabdehin digər nikahdan olan övladının maddi təminat hüququnun sıfıra endirilməsi deməkdir. Məhkəmə bu normanı düzgün tətbiq etsəydi, cavabdehin hər iki övladının ehtiyacları ilə borclunun real gəlir balansı arasında ağlabatan və ədalətli bir mütənasiblik qurmalı idi. Valideynlər tərəfindən uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə gəlirin dörddə bir hissəsi miqdarında aliment tutulur. Bu hissələrin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər. Hərçənd ki, iddiaçı alimentin sabit pul məbləğinə keçirilməsini tələb etmişdir, lakin sabit pul məbləği müəyyən edilərkən qanunvericiliyin ümumi ruhunda dayanan "ədalətlilik və mütənasiblik" prinsipi rəhbər tutulmalıdır. Sabit pul məbləğində aliment müəyyən edilərkən, bu məbləğ qazancın müəyyən hissəsi (məsələn, 1/4 hissə) prinsipləri ilə tamamilə ziddiyyət təşkil etməməlidir. Cavabdehin rəsmi pensiyasının 1/4 hissəsi təxminən 60-66 AZN təşkil etdiyi halda, məhkəmə heç bir obyektiv iqtisadi əsaslandırma aparmadan, borclunun xərçəng xəstəliyi ilə bağlı işləyə bilməməsi faktını gözardı edərək, bu məbləği birdən-birə təxminən 3 dəfədən çox artırıb 200 AZN (minimum əmək haqqının 0,50 misli) səviyyəsinə qaldırmışdır. Bu, qanunun aliment öhdəliyinin müəyyən edilməsində hər iki valideyn üzərinə qoyduğu bərabər məsuliyyət və gəlirə mütənasiblik prinsipinin maddi hüquq baxımından kobud şəkildə pozulması deməkdir. Onkoloji xəstəliyin ağır metastaz mərhələsində olan bir şəxsi aylıq 264 AZN gəliri qarşılığında toplamda 435 AZN aliment ödəməyə məhkum edən məhkəmə qətnaməsi, faktiki olaraq cavabdehi tibbi müalicədən məhrum edir və onu bioloji olaraq məhvə sürükləyir. Hüququn fundamental prinsipləri uşağın hüquqlarının qorunması fonunda valideynin fiziki yaşama və sağlamlıq hüququnun tamamilə məhv edilməsini qəbul etmir. Maddi hüquq normaları elə tətbiq edilməli idi ki, cavabdehin həm müalicə oluna bilməsi üçün minimal yaşayış sığortası qalsın, həm də azyaşlı övlad rəsmi gəlirlər çərçivəsində real alimentlə təmin olunsun. Yuxarıda ardıcıllıqla sadalanan maddi hüquq normalarının analizi birmənalı şəkildə subut edir ki, Sumqayıt Şəhər Məhkəməsi qanunvericiliyin mütləq tələblərini formal olaraq qətnaməyə köçürmüş, lakin reallıqda işin faktiki materiallarına tamamilə tərs olan, hüquqi və riyazi baxımdan ziddiyyətli, icrası obyektiv olaraq qeyri-mümkün bir qərar çıxarmışdır. Borclunun real gəlirlərini (264 AZN) və onun digər qanuni aliment öhdəliklərini (235 AZN) tam tərsinə yükləyərək minimum əməkhaqqının 0,50 misli (200AZN) həcmində sabit aliment təyin edilməsi maddi hüquq normalarının kobud şəkildə pozulmasının və düzgün tətbiq edilməməsinin bariz göstəricisidir. Iddiaçı tərəf alimentin sabit pul məbləğinə keçirilməsini və onun artırılaraq minimum əmək haqqının yarısı mislində müəyyən edilməsini tələb edərkən, uşağın hazırkı saxlanma xərclərinin məhz bu həddə olduğunu subut etməli idi. Aylıq pensiyası 264 AZN olan xərçəng xəstəsindən ümumilikdə iki məhkəmə qərarı ilə hər ay 435 AZN (235 + 200) tutulmasını nəzərdə tutan qətnamə, reallıq hissini itirmiş, işin faktiki materialları ilə tamamilə ziddiyyət təşkil edən bir aktdır. Məhkəmə iclasında cavabdehin 264 AZN gəlirdən başqa digər bir gizli və ya əlavə gəlir mənbəyinin olması barədə heç bir sübut tədqiq edilmədiyi halda, qətnamənin nəticə hissəsində sanki cavabdeh böyük maddi imkanlara sahib bir şəxs kimi qələmə verilmiş və ondan yüksək məbləğdə aliment kəsilmişdir. Bu isə qətnamənin fərziyyələr üzərində qurulduğunu və prosessual olaraq əsassız olduğunu birbaşa sübut edir. Sadalanan prosessual hüquq normalarının pozulması sadə formal xarakter daşımır. Bu pozuntular işin hallarının düzgün, hərtərəfli və obyektiv araşdırılmasına birbaşa mane olmuş, nəticədə cavabdehin fundamental hüquqlarını pozan və icrası qeyri-mümkün olan qanunsuz bir qətnamənin çıxarılmasına yol açmışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edərək qətnaməni tam mübahisələndirmişdir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.İ. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 17.II Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34.IV Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

32. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

33. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

34. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

35. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

38. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi ilə bağlı araşdırılan iddia tələbi məhkəməyə müraciət etmişdir.

40. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 24/.

41. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən hər ay ödənilən 85 manat aliment məbləği uşağın ehtiyaclarının təmin olunmasına kifayət etmir.

42. Alimentin dəyişdirilməli olan məbləğinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1 misli həddinədək artırılmasını istəyir ki, məhkəmə alimentin məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,50 misli məbləğdə müəyyən edilməsini hazırkı dövrdə uşağa görə müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin ailə və maddi vəziyyətini nəzərə alaraq ədalətli hesab etmişdir.

43. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

44. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

45. Qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

46. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.

47. Uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valdeynlər birgə məsuliyyət daşıyırlar.

48. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh şikayətin dəlili olaraq digər bir məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinin olmasını, o cümlədən onkoloji xəstəlikdən əziyyət çəkməsini, işsiz olmasını mübahisələndirmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, digər aliment öhdəliyinin olması və yeni məhkəmə qərarının qəbul edilməsi cavabdehin maraqlarına toxunduğu halda cavabdeh alimentin miqdarının azaldılmasını mübahisələndirmək hüququna malikdir.

50. Bundan başqa, kollegiya vurğulayır ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

51. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünü ki, cavabdehə xəstəliklə bağlı 3-cü qrup əlillik təyin edilmişdir. Lakin qeyd olunmalıdır ki, həmin sənədlərdə şəxsin əmək qabiliyyətsiz olması barədə heç bir qeyd öz əksini tapmamışdır.

52. Alimentin əsas məqsədi yetkinlik yaşına çatmamış uşaqların saxlanılması, təhsili, ehtiyaclarının qarşılanması və maddi təminatı üçün öhdəlik daşımasını təmin etməkdir. Bu vəsait uşağın yaşayış minimumunu qarşılamaq və onun yaşayış səviyyəsinin aşağı düşməməsi üçün nəzərdə tutulur.

53. Məhkəmə kollegiyası, cavabdehin bir valideyn kimi uşağını saxlamaq vəzifəsini, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması və diqqətəlayiq olan digər halları, ölkə ərazisində uşaqlar üçün müəyyən edilən minimum dolanışıq xərclərinin miqdarını, təyin edilmiş məbləğin ağlabatan məbləğ olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişirilib daha az məbləğin müəyyən edilməsi və ya məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas yoxdur.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kssasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar