Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1035/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cəlilabad rayonu * saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)- ***/**** saylı qətnaməsindən (hakim Elxan Əmirəliyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cəlilabad rayonu * saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları # ###### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə müvafiq olaraq apellyasiyanın mümkünlüyü yoxlanılarkən iddiaçı tərəfindən qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçı apellyasiya şikayətində “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə istinadla əlil olmasından dolayı dövlət rüsumunu ödəməkdən azad olduğunu bəyan etmişdir. İş materiallarına əsasən iddia ərizəsində ərizəyə əlavə olunan sənədlər sırasında dövlət rüsumunun ödənilməsi barədə qəbz qeyd edilsə də, həmin qəbzin əvəzinə birinci instansiya məhkəməsinə iddiaçının 2-ci qrup ömürlük əlil olmasına dair vəsiqənin surəti əlavə edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışa əsasən iddiaçıya # #### 2026cı il tarixində keçirilmiş doğuş travmasının qalıqları diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə 3 dərəcəli əlillik təyin olunmuşdur. Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. MPM-in 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2.-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6.-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9-cu maddəsi məhkəməyə verilən iddia ərizələri üzrə tələbə və şəxslərə münasibətdə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətlərini müəyyən etmişdir. Həmin Qanunun 9.1.3.-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar; 9.1.20.-ci maddəsinə əsasən isə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi qanunverici əlillik nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçıları, həmçinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri dövlət rüsumu ödəməkdən azad etmişdir. Hazırki halda isə iddiaçının tələbi nə əlillik nəticəsində dəyən ziyanın ödənilməsi ilə bağlıdır, nədəki, iddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs deyildir. Qeyd edilən hala birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsindən diqqət yetirməmiş, iddia ərizəsini MPM-in 152.1.5-ci maddəsinə istinadla geri qaytarmalı olduğu halda, icraata qəbul edərək mahiyyəti üzrə baxıb həll etmişdir. Sonrakı mərhələdə isə verilmiş apellyasiya şikayətini MPM-in 363.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq geri qaytarmalı olduğu halda, qəbul edərək işlə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da, qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cəlilabad Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qərardad qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev İlham Əsədov
Məhkəmə qərarları › İş №2(3-9)-1035/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1035/2026
05.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver