Məhkəmə qərarları › İş №2(3-9)-1055/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1055/2026

28.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1055/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr – Novruzova Aytәn Nazim qızı (sәdrlik edәn, mәruzәçi), Əsәdov Ilham Qoşunәli oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tәlәbi”nә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh 11850 (on bir min sәkkiz yüz әlli) manat vәsaitin tutularaq ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tәlәbi”nә dair iddia әrizәsinin baxılmamış saxlanılması qәrara alınmışdır. (Hakim: Şahәddin Kәlәntәrov) Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn şikayәt verilmişdir. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadı ilә verilmiş şikayәtin tәmin edilmәmәsi, Salyan Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadının dәyişdirilmәdәn saxlanılması qәrara alınmışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – MPM-in) 397.2ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәli, Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qәrardadı lәğv edilmәli vә mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Salyan Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticə işin faktiki hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belә ki, birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası MPM-in 259.0.12-ci maddәsinә istinad etmәklә iddia әrizәsini baxılmamış saxlamış vә hәmin nәticәni onunla әsaslandırmışdır ki, iddiaçı iddianın predmeti vә qiymәtini, tәlәbini, tәlәbin әsası kimi istinad etdiyi fakt vә halları göstәrsә dә, hәmin halları tәsdiq edәn sübutların siyahısını mәhkәmәyә tәqdim edә bilmәmiş, müvafiq sübutların әldә olunması mәqsәdilә vәsatәt vermiş, mәhkәmәnin sorğusuna isә iş üçün әhәmiyyәtli olan sübut daxil olmamışdır. Hәmçinin iddiaçının müvafiq sübutları özü toplayaraq gәlәcәkdә yenidәn mәhkәmәyә müraciәt edәcәyini bildirmәsi nәzәrә alınmışdır. Lakin mәhkәmә kollegiyası hesab edir ki, göstәrilәn hallar iddia әrizәsinin MPM-in 259.0.12ci maddәsinә әsasәn baxılmamış saxlanılması üçün hüquqi әsas yaratmır. MPM-in 259.0.12-ci maddәsinin mәzmununa görә, hәmin normanın tәtbiqi üçün iddia әrizәsinin MPM-in 149-cu maddәsindә nәzәrdә tutulmuş tәlәblәr göstәrilmәdәn vә ya MPM-in 150.1.2 vә 150.1.3-cü maddәlәrindә nәzәrdә tutulmuş sәnәdlәr әlavә edilmәdәn verilmәsi vә, bununla yanaşı, hakim tərəfindən həmin nöqsanların aradan qaldırılması üçün müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həllinə mane olan nöqsanların iddiaçı tərəfindən aradan qaldırılmaması tәlәb olunur. Birinci instansiya mәhkәmәsi dә qәrardadda bu normanın mәzmununu göstәrmişdir. Hazırkı halda isә qәrardadın öz mәzmunundan görünür ki, iddiaçı iddianın predmetini vә qiymәtini, tәlәbini, habelә hәmin tәlәbin әsası kimi istinad etdiyi fakt vә halları iddia әrizәsindә göstәrmişdir. Bundan әlavә, iddianın faktiki әsasları qәrardadda әtraflı әks olunmuş, iddiaçı tәlәb etdiyi 11.850 manat mәblәği hansı hüquqi vә faktiki hallardan çıxış edәrәk hesabladığını göstәrmişdir: Iddiaçı mübahisәli әmlakda 1/8 payının olduğunu, hәmin әmlakda yerlәşәn iki obyektin aylıq ümumilikdә 600 manata icarәyә verildiyini vә öz payına uyğun olaraq aylıq 75 manat mәblәğin 158 ay üçün hesablanmasını tәlәb etmişdir. Bu baxımdan, iddiaçının irəli sürdüyü halları təsdiq edən kifayət qədər sübut təqdim edib-etməməsi məsələsi ilə iddia ərizəsinin forma və məzmununa dair prosessual tələblərə riayət olunub-olunmaması məsələsi bir-birindən fərqləndirilməlidir. Tərəfin iddiasının əsasını təşkil edən halları sübut edə bilməməsi özlüyündə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas deyil. Sübutların tәlәb olunan faktları tәsdiq edib-etmәmәsi, onların kifayәtliliyi vә mötәbәrliyi işә mahiyyәti üzrә baxılarkәn mәhkәmә tәrәfindәn qiymәtlәndirilmәli vә hәmin qiymәtlәndirmәnin nәticәsindәn asılı olaraq iddia tәlәbinin әsaslı vә ya әsassız olması barәdә nәticәyә gәlinmәlidir. Sübutetmә fәaliyyәtinin nәticәsiz qalması isә iddia әrizәsinin prosessual baxımdan qüsurlu olması kimi qiymәtlәndirilә bilmәz. Əks yanaşma iddianın sübuta yetirilib-yetirilməməsi məsələsinin prosessual xarakterli baxılmamış saxlama institutu vasitəsilə həll olunması ilə nəticələnər ki, bu da həmin institutun hüquqi mahiyyətinə uyğun deyildir. Iş materiallarından, elәcә dә mübahisәlәndirilәn qәrardadın mәzmunundan görünür ki, iddiaçı mәhkәmә iclaslarında iştirak etmiş, iddianı müdafiә etmiş vә onun tәmin edilmәsini xahiş etmişdir. Cavabdeh isә mәhkәmә iclasının vaxtı vә yeri barәdә lazımi qaydada mәlumatlandırılmasına baxmayaraq iclasda iştirak etmәmiş vә mәhkәmә MPM-in 185.5-ci maddәsinә әsasәn işә onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, iş üzrә 7 hazırlıq iclası və 3 məhkəmə baxışı iclası olmaqla ümumilikdə 10 məhkəmə iclasının keçirilməsi nәzәrә alındıqda, iş üzrә artıq geniş hәcmdә prosessual araşdırma aparıldığı, tәrәfin tәlәbinin mahiyyәti vә hәmin tәlәbin әsaslandığı hallar müәyyәn edildiyi halda, sonrakı mәrhәlәdә iddiaçının sübut tәqdim etmәk imkanının yetәrli olmamasının iddia әrizәsinin ilkin forma vә mәzmun qüsuru kimi qiymәtlәndirilmәsi prosessual baxımdan әsaslı hesab edilә bilmәz. Xüsusilә nәzәrә alınmalıdır ki, birinci instansiya mәhkәmәsi iddiaçının sübutun әldә olunması barәdә vәsatәtini dә tәmin etmiş vә müvafiq dövlәt orqanına sorğu göndәrmişdir. Qәrardadda da tәsbit edilmişdir ki, hәmin sorğuya cavab olaraq iş üçün әhәmiyyәtli sübut әldә edilmәmişdir. Bu hal özü göstәrir ki, mәhkәmә iddia әrizәsini icraata qәbul etdikdәn sonra iş üzrә sübutların toplanması vә tәdqiqi mәrhәlәsinә keçmişdir. Mәhkәmә tәrәfindәn hәyata keçirilmiş sübut toplama tәdbirinin gözlәnilәn nәticәni vermәmәsi isә sonradan iddia әrizәsinin MPM-in 149-cu maddәsinin tәlәblәrinә uyğun tәrtib edilmәmәsi nәticәsinә gәlmәk üçün әsas ola bilmәz. Digәr tәrәfdәn, MPM-in 259.0.12-ci maddәsinin tәtbiqi üçün qanun yalnız iddia әrizәsindә nöqsanın mövcudluğunu deyil, hәm dә hakim tərəfindən konkret nöqsanın aradan qaldırılması üçün müddət müəyyən edilməsini və həmin müddətdə nöqsanın aradan qaldırılmamasını tәlәb edir. Mübahisәlәndirilәn qәrardadda isә iddiaçıya MPM-in 149-cu maddәsinin tәlәblәrinә uyğun olaraq konkret hansı nöqsanın aradan qaldırılmasının tapşırıldığı, bunun üçün hansı müddәtin müәyyәn edildiyi vә hәmin müddәt әrzindә iddiaçının mәhz hansı prosessual öhdәliyi yerinә yetirmәdiyi göstәrilmәmişdir. Halbuki hәmin halların mövcudluğu MPM-in 259.0.12-ci maddәsinin tәtbiqinin zәruri şәrtidir. Mәhkәmә kollegiyası hәmçinin qeyd edir ki, iddiaçının gәlәcәkdә әlavә sübutlar toplayaraq mәhkәmәyә yenidәn müraciәt edә bilәcәyini bildirmәsi dә özlüyündә mövcud iddia üzrә icraata baxılmamış saxlama yolu ilә yekunlaşdırılması qanunda nәzәrdә tutulmuş әsas deyildir. Iddiaçının belә mövqeyi mәhkәmәni iş üzrә mövcud sübutları araşdırmaq, hәmin sübutlara hüquqi qiymәt vermәk vә mübahisәni mahiyyәti üzrә hәll etmәk vәzifәsindәn azad etmir. Bununla yanaşı, cavabdehin mәhkәmә iclaslarında iştirak etmәmәsi şәraitindә onun iddia tәlәbinin faktiki әsasları, o cümlәdәn mübahisәli obyektlәrin icarәyә verilib-verilmәmәsi, icarә münasibәtlәrinin mövcudluğu, icarә haqqının mәblәği vә hәmin gәlirlәrin әldә edilib-edilmәmәsi barәdә mövqeyi dә tam müәyyәn edilmәmişdir. Belә olan halda, iş üçün әhәmiyyәtli halların tam vә hәrtәrәfli araşdırılması tәmin edilmәdәn iş üzrә yekun prosessual nәticәyә gәlinmәsi düzgün hesab edilә bilmәz. Belәliklә, birinci instansiya mәhkәmәsi iddia ərizəsinin prosessual forma və məzmun qüsuru ilə iddianın sübutetmə baxımından əsaslandırılması məsələlərini eyniləşdirmiş, iddiaçının әlavә sübut әldә edә bilmәmәsini MPM-in 259.0.12-ci maddәsinin tәtbiqi üçün әsas kimi qiymәtlәndirmişdir. Halbuki hәmin hal iddianın baxılmamış saxlanılması üçün deyil, tәqdim edilmiş vә әldә edilmiş sübutların mәcmusu әsasında iddianın mahiyyәti üzrә qiymәtlәndirilmәsi zamanı nәzәrә alına bilәcәk haldır. Odur ki, mәhkәmә kollegiyası hesab edir ki, Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qәrardadı qanuni vә әsaslı hesab edilә bilmәz, hәmin qәrardad lәğv edilmәli, iş üzrә әhәmiyyәt kәsb edәn halların tam vә hәrtәrәfli araşdırılması vә mübahisәnin prosessual qanunvericiliyin tәlәblәrinә uyğun hәll edilmәsi üçün mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi mәqsәdilә Salyan Rayon Mәhkәmәsinә göndәrilmәlidir. MPM-in 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 263, 264, 397-400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Iddiaçı İddiaçı şikayәti qismәn tәmin edilsin. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qәrardadı lәğv edilsin. Mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Salyan Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar