Azәrbaycan Respublikası adından Qərardad İş № 2(3-9)-1091/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr – Novruzova Aytәn Nazim qızı (sәdrlik edәn, mәruzәçi), Əsәdov Ilham Qoşunәli oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә mәhkәmәnin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı “ekspert rәyinin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin ##.##.2026-cı il tarixli mütәxәssis rәyinin etibarsız hesab edilәrәk lәğv edilmәsi vә “Toyota Land-Cruiser” minik markalı ** BY *** dövlәt qeydiyyat nişanlı avtomobilin yenidәn qiymәtlәndirilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 153.2.1-ci maddәsinә әsasәn iddia әrizәsinin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Hәmin qәrardaddan iddiaçı şikayәt vә qәrardaddan şikayәt vermәk üçün nәzәrdә tutulmuş prosessual müddәtin ötürülmәsinin üzürlü hesab edilәrәk bәrpa edilmәsinә dair әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinә qarşı “ekspert rәyinin etibarsız hesab edilmәsi” tәlәbinә dair iddia әrizәsi üzrә Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından şikayәt vermәk üçün ötürülmüş prosessual müddәtin bәrpasına dair iddiaçı İddiaçı tәrәfindәn verilmiş әrizәnin tәmin edilmәsi qәrara alınmışdır. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı ilә Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi, qәrardaddan verilmiş şikayәt iddia әrizәsi ilә birlikdә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – MPM-in) 397.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*- ***)-***/**** saylı qәrardadı lәğv edilmәli vә mülki iş sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün Salyan Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin “Icra icraatı çәrçivәsindә borclunun әmlakının hәrracdan satılması qaydası ilә bağlı qanunvericiliyin tәtbiqi üzrә” ## ###### 2021-ci il tarixli, **/**** saylı qәrardadında ifadә edilmiş hüquqi mövqeyә әsasәn, icra icraatı çәrçivәsindә borclunun ipoteka predmetinә vә girov predmeti olan qiymәtli kağızlara aid olmayan әmlaklarına tutmanın yönәldilmәsi zamanı hәmin әmlakın hәrraca çıxarılan ilkin (başlanğıc) satış qiymәti onun bazar dәyәri ilә müәyyәn edilir. Hәmin qәrardadda hәmçinin göstәrilmişdir ki, borclunun ipoteka predmeti olmayan әmlakının, notariusun icra qeydi әsasında tutma yönәldilmiş ipoteka predmeti olan әmlakının, habelә vergi ödәyicisi kimi siyahıya alınmış әmlakının ilkin (başlanğıc) satış qiymәti hәrracın keçirilmәsinәdәk olan dövrdә icra icraatı çәrçivәsindә hәrracı hәmin qiymәt әsasında sifariş etmiş icra mәmurunun hәrәkәtlәrindәn verilmiş şikayәt qaydasında aidiyyәti mәhkәmәdә mübahisәlәndirilmәli, hərrac keçirildikdən sonra isə qiymətlə bağlı mübahisəyə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, icra icraatı çәrçivәsindә әmlakın qiymәtinin mübahisәlәndirilmәsinin prosessual qaydası hәrracın keçirilib-keçirilmәmәsindәn asılı olaraq fәrqlәnir. Bu baxımdan, konkret mübahisәyә hansı prosessual qaydada baxılmalı olduğunun müәyyәn edilmәsi üçün ilk növbәdә әmlakın hәrraca çıxarılıb-çıxarılmadığı vә hәrracın keçirilib-keçirilmәdiyi aydınlaşdırılmalıdır. Hazırkı işdәn görünür ki, iddiaçı İddiaçı Cavabdeh Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin ##.##.2026cı il tarixli rәyinin etibarsız hesab edilәrәk lәğv edilmәsini vә “Toyota Land-Cruiser” markalı, **-BY-*** dövlәt qeydiyyat nişanlı avtomobilin yenidәn qiymәtlәndirilmәsini tәlәb etmişdir. Lakin birinci instansiya mәhkәmәsi iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsini hәll edәrkәn mübahisәlәndirilәn rәyin hansı icra icraatı çәrçivәsindә verildiyini, hәmin rәy әsasında avtomobilin ilkin (başlanğıc) satış qiymәtinin müәyyәn edilib-edilmәdiyini, avtomobilin hәrraca çıxarılıb-çıxarılmadığını vә hәrracın faktiki olaraq keçirilib-keçirilmәdiyini araşdırmamışdır. Halbuki, qeyd olunan halların müәyyәn edilmәsi iddiaçının seçdiyi hüquqi müdafiә vasitәsinin düzgünlüyünün, habelә mübahisәyә icra mәmurunun hәrәkәtlәrindәn şikayәt qaydasında, yoxsa iddia icraatı qaydasında baxılmalı olduğunun müәyyәnlәşdirilmәsi üçün mühüm әhәmiyyәt kәsb edir. Başqa sözlә, hәrracın keçirilib-keçirilmәdiyi müәyyәn edilmәdәn mübahisәnin mülki mәhkәmә icraatı qaydasında baxılmalı olub-olmaması barәdә qәti nәticәyә gәlmәk mümkün deyildir. MPM-in 153.2.1-ci maddәsinә әsasәn, әrizәyә mәhkәmә qaydasında baxılmalı olmadıqda hakim iddia әrizәsinin icraata qәbul edilmәsindәn imtina edir. Hәmin normanın tәtbiqi isә mübahisәnin mәhkәmә qaydasında vә ya konkret olaraq mülki mәhkәmә icraatı qaydasında baxılmasının yolverilmәzliyinin müәyyәn edilmiş faktiki hallara әsaslanmasını tәlәb edir. Hazırkı halda isә birinci instansiya mәhkәmәsi bu nәticәyә gәlmәk üçün mühüm әhәmiyyәt kәsb edәn faktiki halları tam vә hәrtәrәfli araşdırmadan iddia әrizәsinin icraata qәbul edilmәsindәn imtina etmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, mübahisәli qiymәtlәndirmә rәyinin icra icraatı ilә әlaqәsi, hәmin rәy әsasında әmlakla bağlı hәrracın keçirilib-keçirilmәdiyi müәyyәn edilmәdәn MPM-in 153.2.1-ci maddәsinә әsasәn iddia әrizәsinin icraata qәbul edilmәsindәn imtina edilmәsi vaxtından әvvәl olmuşdur. Bu sәbәbdәn, birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә işin faktiki hallarına vә tәtbiq edilmәli prosessual hüquq normalarına uyğun hesab edilә bilmәz. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, iddiaçı İddiaçı şikayәti qismәn tәmin edilmәli, Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrardadı lәğv edilmәli vә iddia әrizәsi sonrakı prosessual hәrәkәtlәrin hәyata keçirilmәsi üçün hәmin mәhkәmәyә göndәrilmәlidir. MPM-in 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda şәrh edilәnlәrә әsasәn vә MPM-in 263, 264, 397-400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Şikayәt qismәn tәmin edilsin. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qәrardadı lәğv edilsin. Iş üzrә sonrakı prosessual hәrәkәtlәrin yerinә yetirilmәsi üçün mülki iş Salyan Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-9)-1091/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1091/2026
28.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver