Məhkəmə qərarları › İş №2(3-9)-1129/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1129/2026

31.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1129/2026 31.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadından iddiaçının hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun qaytarılması tələbinə” dair mülki iş baxılmamış saxlanılmışdır. İddiaçı İddiaçı hüquqi varisi Hüquqi varis ərizə ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsini və mülki işin icraatının təzələnərək işə baxılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Kürdəmir rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə Hüquqi varis tərəfindən verilmiş şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Hüquqi varis sonuncu qərardaddan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, Kürdəmir rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadından vermiş olduğu şikayəti təmin edərək qərardadı ləğv edib, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işin icraatını təzələyərək işə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Kürdəmir rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli qərardadından Hüquqi varis tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki iş baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən qərardaddan verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından iddiaçının hüquqi varisi tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxmamışdır. Birinci instansiya məhkəməsi, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxmamış, bu şikayətə Kürdəmir rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadından verilmiş şikayət kimi baxmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından iddiaçının hüquqi varisi tərəfindən verilmiş şikayətə hazırki halda apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Kollegiyanın qənaətinə görə, Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından iddiaçının hüquqi varisi tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadından iddiaçının hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** saylı qərardadından iddiaçının hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş şikayətə baxılması üçün iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar