Məhkəmə qərarları › İş №2(3-9)-1145/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1145/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1145/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Imişli Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6950 manat məbləğində pulun və ödədiyi 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti vermiş, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı ilə geri qaytarılmışdır. (hakim: Orxan Mahmud) Cavabdeh Cavabdeh Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X3 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6950 manat məbləğində pulun və ödədiyi 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Imişli Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, 2(5-131)- **/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi cavabdeh Cavabdeh borc olaraq alınmış 5000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 70 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5- ***)-**/**** saylı qərardadına əsasən Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən cavabdeh Cavabdehnın ərizəsi təmin edilməməsi qərara alınmışdır. Məlum edir ki, onun apellyasiya şikayətinin verilməsi qanuna uyğun olmuşdur. Çünki qətnaməni şəxsi kabinetə yerləşdirilsə də, o qətnaməni ##.##.2026-cı il tarixdə şəxsən qəbul edib. Bundan başqa o, məhkəmə iclasında belə iştirak edə bilməmişdir. Çünki ona ##.##.2026-cı il tarixə təyin edilmiş müddətin bərpası barədə ərizənin məhkəmə baxış iclasına üzürlü səbəbdən gələ bilmədiyi və bu barədə iclas katibinə bildirib ki, məhkəmə saatını uzatsın və gəlib orada iştirak etsin. Məhkəmə isə onun bu tələbini nəzərə almamışdır. Bu isə yolverilməz pozuntudur. O isə apellyasiya şikayətini müdəallara uyğun şəkildə tərtib edib elektron qaydada məhkəməyə vurmuşdur. Onun apellyasiya şikayətinin geri qaytarılması absuddur. Qərardadda isə əsassız olaraq göstərilmişdir ki, guya ** nömrəli poçt reyestrinin surətindən və poçt göndərişinin izlənməsi barədə elektron çıxarışdan görünür ki, Imişli Rayon Məhkəməsinin ## ### 2026- cı il tarixli, 2(5-131)- **/**** saylı qətnaməsi cavabdeh Cavabdeh yaşadığı ünvan 2 ünvanına ##.##.2026-cı il tarixdə göndərilmiş və ##.##.2026-cı il tarixində çatdırılmışdır. Halbuki, qətnaməni şəxsən qəbul etməyib. Buna görə də burada mübahisə yarandığından iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməsi zəruridir. Çünki xəbərnamədən imza ona məxsus deyildir. Ona görə də qətnaməni şəxsən alması sübuta yetməmişdir. Qanuna əsasən qətnaməni şəxsən aldıqda bundan apellyasiya şikayəti verilir və müddət bərpaya dair hissəyə isə münasibətdə bildirmək istəyir ki, məhkəmə heyətinə hörmətə əsasən qanuni əsaslarla müddət bərpa barədə ərizə təqdim etmişdir. Düşünür ki, məhkəmə tərəfindən onun hüquqları tam olaraq pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunan maddəyə münasibətdə bildirmək istəyir ki, maddənin dizpozisiyasında göstərilmişdir ki, “mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması”dır. O da maddəyə uyğun olaraq qətnaməni ##.##.2026-cı il tarixdə şəxsən qəbul etmişdir və ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini və müddət bərpa barədə ərizəni elektron kabinet vasitəsilə vermişdir. Bu da qanuna uyğun olmuşdur. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərardadı ilə şikayət rədd edilmiş, Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Imişli Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.3-cü maddəsinə görə aylarla hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verdiyi gündən sonrakı gündən başlayır. MPM-in 129.1-ci maddəsinə əsasən isə aylarla hesablanan müddət müvafiq son ayın müvafiq günündə başa çatır. Iş materiallarından görünür ki, Imişli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi cavabdeh Cavabdeh yaşadığı ünvan 1 ünvanına göndərilmiş və ## #### 2026-cı il tarixdə çatdırılmışdır. Bu hal iş materiallarına əlavə edilmiş ** nömrəli poçt reyestrinin surəti və poçt göndərişinin izlənməsi barədə elektron çıxarışla təsdiq olunur. Beləliklə, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq prosessual müddətin axımı ## #### 2026-cı il tarixdə başlamış və ## #### 2026-cı il tarixdə başa çatmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə isə ## ###### 2026-cı il tarixdə təqdim edilmişdir. Deməli, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdir. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edə bilər. Prosessual müddətin bərpası üçün isə müddətin buraxılmasına səbəb olmuş halın şəxsin iradəsindən asılı olmaması, həmin halın prosessual hərəkətin vaxtında həyata keçirilməsinə maneə yaratması və şəxsin öz səyləri ilə aradan qaldırıla bilməməsi tələb olunur. Hazırkı iş üzrə cavabdeh qətnaməni yalnız ## #### 2026-cı il tarixdə şəxsən aldığını bildirsə də, bu dəlil iş materiallarında olan poçt reyestri və elektron izləmə məlumatları ilə təkzib olunur. Cavabdeh həmin məlumatların həqiqətə uyğun olmadığını, poçt göndərişinin başqa ünvana çatdırıldığını və ya ## #### 2026-cı il tarixdə həmin ünvanda yaşamamasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə münasibətdə kollegiya qeyd edir ki, qətnamənin çatdırılma faktı poçt reyestri və elektron izləmə məlumatlarının məcmusu ilə müəyyən edilmişdir. Bu səbəbdən ekspertizanın təyin edilməməsi prosessual hüquq normasının pozuntusu kimi qiymətləndirilə bilməz. Cavabdehin apellyasiya şikayətinin elektron kabinet vasitəsilə təqdim edilməsinə dair dəlili də nəticəyə təsir etmir. MPM-in 10-1.3-cü maddəsi məhkəmə sənədlərinin elektron kabinet vasitəsilə göndərilməsi və qəbul edilməsi qaydasını müəyyən edir. Həmin norma apellyasiya şikayətinin verilməsi müddətini dəyişmir və elektron formada təqdim edilmiş şikayətin qanunla müəyyən olunmuş müddətdən sonra verilməsi halını aradan qaldırmır. Elektron kabinet vasitəsilə müraciət edilməsi şikayətin verilmə formasına aiddir, onun vaxtında verilib-verilməməsinə deyil. Hətta cavabdehin ## #### 2026-cı il tarixdə qətnamənin surətini yenidən aldığı qəbul edilsə belə, bu hal əvvəllər rəsmi qaydada həyata keçirilmiş təqdimetməni və artıq başlamış prosessual müddəti aradan qaldırmır. Əks yanaşma tərəfin məhkəmə aktını sonradan yenidən əldə etməsi ilə apellyasiya müddətinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb ola bilər. Beləliklə, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü səbəbdən ötürdüyünü sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli halları düzgün müəyyən etmiş, sübutları qanunun tələblərinə uyğun qiymətləndirmiş və müddətin bərpasından imtina barədə əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Imişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Imişli Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar