Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1149/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat məbləğində pulun və ödəmiş olduğu 70 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh Cavabdeh Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatətlə Sabirabad rayon Məhkəməsinə müraciət etmiş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadına əsasən həmin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadından şikayət verərək, Sabirabad Rayon Məhkəməsinin 2(5- ***)-***/**** nömrəli iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə vəsatətinin rədd edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı və həmin məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər həyata keçirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin cavabdeh Cavabdeh məxsus elekton kabinetdə yerləşdirilməsi mülki iş merialları ilə, eləcə də “AZEMIS” elektron məhkəmə informasiya sistemindən aşkar olunmur. Məhkəmə tərkibi hesab edir ki, prosessual müddətin bərpası məsələsi həll edilərkən müddətin buraxılması faktı ilə yanaşı, buna səbəb olmuş halların xarakteri və həmin halların şəxsin şikayət vermək imkanına təsiri qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsi müddətin buraxılmasına səbəb olmuş halların məhkəmə tərəfindən üzrlü hesab edildiyi təqdirdə, işdə iştirak edən şəxsin müraciəti əsasında həmin müddətin bərpasını nəzərdə tutur. Bu baxımdan, müddətin bərpası institutu şəxsin üzrlü maneələr səbəbindən vaxtında həyata keçirə bilmədiyi prosessual hüququndan sonradan istifadə etməsinə imkan yaradan təminatdır. Hazırkı halda cavabdeh qətnamədən vaxtında şikayət verə bilməməsini elektron şəxsi kabinetinə girişin məhdudlaşması ilə əlaqələndirmiş, qətnamənin mövcudluğundan ##.##.2026-cı il tarixdə xəbər tutduğunu bildirmiş (##.##.2026-cı il tarixdə apellyasiya şikayəti təqdim etmişdir) və istinad etdiyi texniki maneəni təsdiqləmək məqsədilə müvafiq görüntünü məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin araşdırdığı həmin görüntüdə imza sorğusu məlumatlarında xətanın baş verməsi əks olunmuşdur. Beləliklə, cavabdehin elektron kabinetdən istifadə zamanı maneə ilə üzləşməsi barədə izahı təqdim etdiyi materialda əks olunan xəta məlumatı ilə dəstəklənmişdir. Kollegiya vurğulayır ki, elektron kabinet məhkəmə sənədləri ilə tanışlığın təmin edildiyi prosessual vasitələrdən biri olduğundan, həmin kabinetə daxil olmağa mane olan texniki xəta şikayət hüququnun həyata keçirilməsi baxımından əhəmiyyətsiz hal sayıla bilməz. Qətnaməni mübahisələndirmək imkanından səmərəli istifadə edilməsi şəxsin onun məzmunu, məhkəmənin müəyyən etdiyi hallar və gəldiyi nəticənin əsasları ilə tanış ola bilməsini tələb edir. Buna görə də elektron kabinetdə sənədin yerləşdirilməsi ilə həmin sənədə çıxışa mane olan texniki problemin mövcudluğu fərqli hüquqi məsələlər kimi qiymətləndirilməlidir. Sənədin elektron qaydada təqdim edilməsi barədə məlumatın olması belə, ona çıxış imkanını məhdudlaşdırmış maneənin müddətin bərpası baxımından ayrıca qiymətləndirilməsini istisna etmir. Bu mənada, elektron kabinetdən istifadə zamanı yaranmış xətanın hüquqi əhəmiyyəti onun sadəcə texniki nasazlıq olmasında deyil, konkret halda cavabdehin qətnamə ilə vaxtında tanış olmaq və ona qarşı əsaslandırılmış şikayət hazırlamaq imkanına təsirindədir. Birinci instansiya məhkəməsi də cavabdehin izahını ona əlavə edilmiş görüntü və iş materialları ilə birlikdə qiymətləndirərək, göstərilən maneəni müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmişdir. Müddətin bərpasına dair nəticənin əsasını cavabdehin qətnamədən gec xəbər tutması barədə bəyanatı ilə yanaşı, elektron kabinetdən istifadə zamanı xəta ilə qarşılaşmasını göstərən materialın mövcudluğu təşkil etmişdir. Kollegiya nəzərə alır ki, prosessual müddətlərə riayət olunması məhkəmə icraatının nizamlı aparılmasına və hüquqi müəyyənliyin qorunmasına xidmət edir. Bununla belə, həmin məqsədlər qanunvericiliyin üzrlü səbəblərlə buraxılmış müddətin bərpasına verdiyi imkanı aradan qaldırmır. Texniki maneənin şikayət hüququnun vaxtında həyata keçirilməsinə təsiri müəyyən edildikdə, bu halı nəzərə almadan yalnız müddətin keçməsinə əsaslanılması şəxsin qarşılaşdığı maneənin nəticələrinin bütövlükdə onun üzərinə qoyulmasına gətirib çıxarardı. Müddətin bərpası barədə norma məhz belə halların işin konkret şəraitinə uyğun qiymətləndirilməsinə imkan verir. Göstərilənləri nəzərə alaraq, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi texniki maneəni cavabdehin qətnamə ilə vaxtında tanış olmaq və şikayət vermək imkanına təsiri baxımından qiymətləndirməsini, həmin halı müddətin buraxılmasının üzrlü səbəbi hesab edərək prosessual müddəti bərpa etməsini əsaslı sayır. Odur ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər həyata keçirilməlidir. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər həyata keçirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-1149/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1149/2026
14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver