Məhkəmə qərarları › İş №2(3-9)-1184/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1184/2026

10.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1184/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdehnndan ona vurulmuş 1.200 manat ziyanın və 32 manat dövlət rüsmunun tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Ləman Qasımzadə) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1.050 (min əlli) manat dəymiş maddi ziyan, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 32 (otuz iki) manatın tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti (həmçinin ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə birlikdə) vermişdir. Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə ərizə təmin edilməklə prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə tərkibi hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və qəbulundan imtina edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Neftçala Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki işin materialları araşdırılarkən müəyyən olundu ki, cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, apellyasiya şikayəti üzrə dövlət rüsumunu “Neftçala Rayon Məhkəməsinin” adına ödəmişdir. Ona görə də məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilsə də, həmin rüsum apellyasiya məhkəməsi üçün deyil, Neftçala Rayon Məhkəməsinə ödənilmişdir. Bu səbəbdən də məhkəmə tərkibi ödənilmiş dövlət rüsumunu apellyasiya şikayəti ilə əlaqələndirə bilmir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, həmin rüsumun Neftçala Rayon Məhkəməsinə ödənilməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti qaytarılır. Bundan başqa MPM-in 2021-ci il #######ın #-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Lakin hazırkı apellyasiya şikayəti qeyd edilən qaydada verilməmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-nə * nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», -«Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», -«Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», -«Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» qeyd edilən formada əks edilməmişdir. Apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin * nömrəli Əlavəsində müəyyən edilmiş orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar mövcuddur və apellyasiya şikayəti verilərkən həmin formanın tələblərinə ciddi riayət olunması zəruridir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun olmamış, məhkəmənin hansı maddi hüquq normalarını pozduğu və ya düzgün tətbiq etmədiyi konkret göstərilməmiş, həmin normaların pozulmasının nədən ibarət olduğu hüquqi cəhətdən əsaslandırılmamışdır. Sadəcə qətnamənin ləğv edilməklə iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda, MPM-yə * nömrəli Əlavəyə uyğun olaraq doldurulması zəruri olan qrafalar qanunun tələb etdiyi qaydada doldurulmamış, bu bölmələrdə müvafiq hüquqi və faktiki dəlillər göstərilməmişdir. Halbuki, həmin qrafaların formal şəkildə deyil, konkret və əsaslandırılmış məzmunla doldurulması apellyasiya şikayətinin qanunla müəyyən edilmiş forma və məzmun tələblərinə uyğun hesab edilməsi üçün zəruri şərtdir. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya şikayətinə əlavə edilmiş elektron olmayan, yəni kağız daşıyıcıda tərtib edilmiş və sonradan skan olunaraq elektron kabinetə yerləşdirilmiş sənəddə cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissələrinə dair müəyyən əsaslandırmalar göstərilsə də, apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən məhkəmə tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş apellyasiya şikayətinin MPM-in * nömrəli Əlavəsində müəyyən edilmiş forma və məzmun tələblərinə uyğunluğu qiymətləndirilir. Odur ki, kağız daşıyıcıda olan sənəddə müvafiq dəlillərin göstərilməsi elektron formada təqdim edilmiş apellyasiya şikayətində həmin dəlillərin qanunla nəzərdə tutulmuş müvafiq qrafalarda əks etdirilməsi tələbini aradan qaldıra bilməz. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş forma və məzmun tələblərinə cavab vermir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır. Bu tələblərə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə apellyasiya şikayəti vermə müddəti başa çatdıqdan sonra 7 gün ərzində apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan, onları əlavə edilmiş sənədlərlə və iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPMin 361-ci maddəsinin tələblərinə cavab vermədiyindən, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin qanunun tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq prosessual tədbirlərin görülməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərkibi, QƏRARA ALDI: Neftçala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Neftçala Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar