Məhkəmə qərarları › İş №2(3-9)-1201/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1201/2026

18.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1201/2026 18.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 24450 manat və dövlət rüsumu kimi ödənilmiş 157 manat, ümumilikdə 24607 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 24450 manat və ödənilmiş 157 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24607 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-*)-***/**** saylı qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayəti MPM-in 363.1.2-ci maddəsinə müvafiq olaraq qaytarılması üçün iş materialları ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Cavabdeh qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra müddətin ötürüldüyü təqdirdə isə həmçinin buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Cavabdeh ## #### 2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş müddətdə qətnamədən apellyasiya şikayəti versə də, verdiyi apellyasiya şikayəti apellyasiya instansiya məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmişdir. Qeyd etdiyi səbəbdən apellyasiya şikayətini yenidən vermək məcburiyyətindədir. Üzrlü səbəbdən apellyasiya şikayətinin verilməsini müddətini ötürmüşdür. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ərizənin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh izahatında icra şöbəsindən icra sənədinin icrası ilə bağlı ona “SMS bildiriş” daxil olduğunu, bununla bağlı iş üzrə vəkilindən soruşduqda vəkili qətnamənin ona daxil olmadığını, daha sonra özü şəxsən məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətini rəsmi qaydada ##.##.2026-cı il tarixdə əldə etdiyini bildirmişdir. Qətnaməni əldə etdikdən sonra cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, həmin şikayət apellyasiya instansiyası məhkəməsi tərəfindən dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi səbəbindən qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəfindən apellyasiya şikayəti yenidən verilmiş və şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş edilmişdir. Qətnamənin cavabdeh tərəfindən şəxsən alınmadığı bildirilsə də, həmin qətnamə ##.##.2025-ci il tarixdə onun prosessual nümayəndəsi olan vəkilin elektron kabinetinə yerləşdirilmişdir. Vəkilin qətnamənin ona daxil olmadığını cavabdehə bildirməsi qətnamənin elektron kabinetə yerləşdirilməsi faktını aradan qaldırmır. Eyni zamanda, prosessual nümayəndə ilə cavabdeh arasındakı məlumat mübadiləsinin vaxtında həyata keçirilməməsi apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin qətnamənin surətini ##.##.2026-cı il tarixdə rəsmi qaydada əldə etməsi və bundan sonra apellyasiya şikayəti verməsi də müddətin bərpası üçün özlüyündə əsas yaratmır. Belə ki, qətnamənin daha əvvəl vəkilin elektron kabinetinə yerləşdirilməsi ilə bağlı hal iş materialları ilə təsdiq olunur. Cavabdeh tərəfindən ilkin olaraq verilmiş apellyasiya şikayətinin dövlət rüsumunun lazımi miqdarda ödənilməməsi səbəbindən apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilərək geri qaytarılması apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin yenidən başlanmasına səbəb olmur. Şikayətin prosessual tələblərə uyğun şəkildə, o cümlədən dövlət rüsumu qanunvericiliyin tələblərinə uyğun ödənilməklə təqdim edilməsi şikayət verən şəxsin üzərinə düşən prosessual vəzifədir. Beləliklə, ilkin apellyasiya şikayətinin qaytarılmasından sonra yenidən apellyasiya şikayəti verilməsi və müddətin bərpasının xahiş edilməsi buraxılmış müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq etmir. Ərizəçi tərəfindən müddətin ötürülməsinə səbəb olmuş, onun iradəsindən asılı olmayan və üzrlü hesab edilə biləcək hər hansı halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilən hallar məcmu halda onu göstərir ki, Cavabdeh qətnamə barədə yalnız icra şöbəsində məlumat əldə etməsi barədə dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Əksinə, iş materialları ərizəçinin, onun nümayəndəsi vəkil Vəkil məhkəmə aktı barədə məlumatlı olmaq, onunla tanış olmaq və qanunla müəyyən edilmiş müddətdə müvafiq şikayət vermək imkanına malik olduqlarını təsdiq edir. Qərardaddan Cavabdeh şikayət verərək onun ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi vəkil Vəkil elektron kabinetinə ## ####### 2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə qəbzindən görünür ki, Cavabdeh Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsinin surətini # ### 2026-cı il tarixdə imza etməklə qəbul etmişdir. Poçt zərfindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, lakin ünvan “tam deyil” qeydi ilə zərf məhkəməyə geri qaytarılmışdır. “Elektron icra” sistemindən çıxarışdan görünür ki, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün # ###### 2025-ci il tarixdə Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin # ###### 2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin## ####### 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 10-1.1-10.1.3-cü maddələrinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 135.6-cı maddəsinə əsasən Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarının tədqiqi zamanı müəyyən olunur ki, Şirvan Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi X2 nümayəndəsi vəkil X5 elektron kabinetinə ## ####### 2025-ci il tarixdə yerləşdirilmişdir. Buna baxmayaraq, həmin qətnamədən apellyasiya şikayəti yalnız # #### 2026-cı il tarixdə verilmişdir. Belə olan halda, qətnamənin nümayəndənin elektron kabinetinə yerləşdirildiyi tarixdən etibarən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi açıq-aşkar görünür. Nəzərə alınmalıdır ki, qətnamənin elektron kabinet vasitəsilə nümayəndəyə təqdim edilməsi ilə tərəfin həmin məhkəmə aktından vaxtında şikayət vermək imkanı yaranmış, nümayəndə təmsil etdiyi şəxsi məhkəmə aktının nəticələri və onun qanunla müəyyən edilmiş müddətdə mübahisələndirilməsi imkanları barədə məlumatlandırmalı və zəruri prosessual tədbirləri vaxtında həyata keçirməli idi. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə və “Luordo İtaliyaya qarşı” iş üzrə qərarlarında qeyd edilmişdir ki, yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsi yolveriləndir. Məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də, şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Eyni zamanda MPM-in 47.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 128, 130, 135, 135, 360, 366, 398.0.1 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Şirvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar