Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-126/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X3 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil (hüquqi varis2, hüquqi varis3 və hüquqi varis1 cavabdeh Cavabdeh просессуалhüquqi varisləri qismində cəlb edilməklə) tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olmuş “Chevrolet Niva” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdeh X6 barədə ##.##.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin avtomaşının ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçı İddiaçı cavabdeh X8 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- ****/**** saylı, ## ######## 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, mübahisəli “Chevrolet Niva GLS” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının X6 barədə ## #### 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında daşınar əmlakın rəsmi reyestrinə aparılmış qeydiyyatın ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, mübahisəli “Chevrolet Niva GLS” markalı 90-MV388 dövlət qeydiyyat nişanlı avtomaşının cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Iş materiallarında Lerik rayon Icra və Probasiya şöbəsinin ## ###### 2023-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- ****/**** saylı, ## ######## 2023-cü il tarixli sənədi üzrə icraata başlanılmışdır. Iş materiallarında Lerik rayon Icra və Probasiya şöbəsinin ## ###### 2023-cü il tarixli qərarından görünür ki, “Chevrolet Niva GLS” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşın barəsində axtarış elan edilməsi, həmin avtomobilin AR DIN BDYPI-nin müvafiq dayanacağına yerləşdirilməsi və bu barədə dərhal Lerik rayon Icra və Probasiya şöbəsinə məlumat verilməsi, qərarın icrasının Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinə tapşırılması qərara alınmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsi tərəfindən Lerik rayon Icra və Probasiya şöbəsinə ünvanlanmış ##.##.2024- cü il tarixli, *-**- **/*-*****/** saylı məktubundan görünür ki, Lerik rayon Icra və Probasiya şöbəsinin ##.##.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar bildirilmişdir ki, “Chevrolet Niva GLS” markalı, **-BC-*** (**-MV- ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2020-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarıldığından qərarın icrası mümkün olmamışdır. Lerik rayon Icra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalov ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək mübahisə predmeti olan “Chevrolet Niva GLS” markalı avtomaşının alqı-satqı müqaviləsi əsasında X5 adına qeydiyyata alındığını və hazırda həmin şəxs tərəfindən idarə olunduğunu, icra sənədini icra etmək mümkün olmadığını, icra sənədinin icrasız qaldığını, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2023-cü il tarixli qətnaməsi əsasında ## ###### 2019-cu ildə verilmiş icra sənədinin izah edilməsini xahiş etmişdir. Iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- ****/**** saylı, ## ### 2024-cü il tarixli qərardadından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2023-cü il tarixli qətnaməsi əsasında ## ###### 2019-cu ildə verilmiş icra sənədinin izah edilməsinə dair Lerik rayon Icra və Probasiya şöbəsinin icra məmuru Həsən Zeynalovun ərizəsinin təmin edilməməsi, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Iş materiallarında olan Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Iş materiallarında olan Lerik rayon Icra və Probasiya şöbəsinin ##.##.2024-cü il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə qərardan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2019-cu il tarixli icra sənədi icrası mümkün olmadığından icra sənədini vermiş məhkəməyə geri qaytarılması qərara alınmışdır. Iş materiallarında olan “Şamaxı Servis və Ticarət Xidməti” tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ** nömrəli rəydən görünür ki, “Chevrolet Niva GLS” markalı minik maşınının həmin tarixə olan bazar qiyməti 10000 (on min) manat dəyərindədir. Iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə ölmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(3-9)- ***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın cavabdeh Cavabdeh hüquq varis(lər)i müəyyən edilənədək dayandırılması qərara alınmışdır. Lerik Rayon Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli müşayiət məktubuna əlavə edilmiş Lerik Rayon Icra Hakimiyyəti Başçısının Nüvədi Kənd Inzibati Ərazi Dairəsi üzrə Icra Nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh vəfatından sonra onun varisləri hüquqi varis2, hüquqi varis3 və hüquqi varis1dur. Mərhumun qeyd olunan şəxslərdən başqa digər varislərinin olmadığı bildirilmişdir Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(*-*)-***/**** saylı qərardadı ilə Lerik Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə dayandırılmış icraatın təzələnməsi, hüquqi varis2, hüquqi varis3 və hüquqi varis1 cavabdeh Cavabdeh hüquqi varisləri qismində mülki iş üzrə iştirak etməyə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ##.##.2026-cı il tarixli məktubu ilə müəyyən olunur ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh adına vərəsəlik işinin açılmadığı müəyyən olunmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona vurduğu 10000 (on min) manat dəyərində zərərin və 120 (yüz iyirmi) manat ödədiyi dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən “Chevrolet Niva GLS” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh alınıb ona verilməlidir. Tələb olunanan avtomaşın cavabdehin sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirildiyindən icra sənədinin icrası mümkün olmamışdır. Ona qaytarılmalı olan “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın geri qaytarılması mümkün olmadığından ona dəymiş ziyanı cavabdehdən tələb etmək qərarına gəlmişdir. Hal-hazırda həmin avtomaşın ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdadır. O, özü həmin şəxslə görüşmüş, həmin şəxs ona avtomaşını 10000 (on min) manata aldığını bildirmişdir. Hesab edir ki, elə hazırda avtomaşının qiyməti 10000 (on min) manatdır. Cavabdeh Cavabdeh avtomaşını ona qaytarmamaqla ona 10000 (on min) manat məbləğində ziyan vurmuşdur. O, həmin məbləği cavabdeh X8 tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 2019-cu ildə Şirvan Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən “Chevrolet Niva GLS” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh alınıb ona verilməlidir. Sonra 2020-ci ildə cavabdeh ərizəsini geri götürməsini ondan xahiş etmiş, maşını ona qaytaracağını bildirmiş, o da razılaşmışdır. Cavabdeh maşını ona geri qaytarmamış, maşını digər şəxsə satmışdır. Hazırda həmin avtomaşın ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdadır. Maşının qiyməti 10000 (on min) manat təşkil etdiyindən o, cavabdehə maşını qaytarmasını və ya onun dəyərini ödəməsini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsi tam əsassızdır və təmsil etdiyi şəxs Cavabdeh cavabdeh qismində düzgün seçilməmişdir. Iddiaçı özüdə etiraf edir ki, mübahisə predmeti olan avtomobili Maliyev Mətləb adlı şəxsə 7500 manata satmış, 500 manatını almış, yerdə qalan 7000 manatını isə ala bilmədiyi üçün yəni Maliyev Mətləb adlı şəxs onu aldatdığı üçün təkrar avtomobili həmin şəxsdən tələb etmiş, həmin şəxs də etibarnaməni ləğv etdirməsini iddiaçıya bildirmişdir. Iddiaçı araşdırmış və ona məlum olmuşdur ki, avtomobilin sonuncu sahibi Cavabdehdır. Iddiaçı etibarnaməni ləğv etdirdiyi dövrdə avtomobilin sonuncu sahibi Cavabdeh qızı olmuşdur (mərhum qaynatasının adından mərhum həyat yoldaşının adına və sonra öz adına keçmişdir). Hüquqlarını təmsil etdiyi şəxs vicdanlı alıcı olmuşdur. Iddiaçı tələbini X1 qarşı qaldırmalıdır. Bu iş üzrə cavabdeh Cavabdeh deyildir. Iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmiş və Lerik Rayon Məhkəməsi iddia tələbini rədd etmişdir. Bundan sonra iddiaçı apellyasiya məhkəməsinə müraciət etmiş, apellyasiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etmişdir. Həmin qətnamənin icra edilməməsinin səbəbi icra zamanı iddiaçının icra şöbəsinə Cavabdeh heç bir şikayət və tələbinin olmaması və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə təqdim etməsi olmuşdur. Həmçinin iddiaçı həmin zaman cavabdehlə razılaşdığı üçün ** saylı Notariat ofisinin qarşısında cavabdehdən 3000 manat pul almış, qanunsuz varlanmış, lakin etiraf etmir. Daha sonra iddiaçı icraata xitam qərarını ləğv etdirmiş, iş yenindən icraya yönəldilmiş, işin icrası mümkün olmadığı üçün yəni avtomobil Cavabdeh olmadığına görə icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Iddiaçı həmin qərarı mübahisələndirmiş, Lerik Rayon Məhkəməsinin müvafiq qərardadı ilə ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti vermiş və apellyasiya məhkəməsi tərəfindən Lerik Rayon Məhkəməsinin qərardadı qüvvədə saxlanılmışdır. Beləliklə aydın olur ki, iddiaçı avtomobili Cavabdeh satmamış, həmçinin Lerik Rayon Məhkəməsinin müvafiq qərardadı ilə avtomobilin üzərindən həbs götürülmüşdür. Avtomobilin üzərindən həbsin götürülməsinin səbəbi Cavabdeh iddiaçı İddiaçı ilə qarşılıqlı razılığa gəlməsi olmuşdur. Avtomobilin üzərindən həbs götürüldükdən sonra avtomobil özgəninkiləşdirilmişdir. Etibarnamənin ləğvi ilə bağlı Cavabdeh və digər vicdanlı alıcıların məlumatları olmamışdır. Sonradan cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, hazırki mülki iş üzrə iddia tələbini qətiyyən qəbul etmirlər, hesab edirlər ki, iddia tələbi tərtib edilərkən cavabdeh olaraq hüquqlarını təmsil etdiyi şəxs düzgün seçilməmişdir. Belə ki, iddiaçının istinad etdiyi Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı icra sənədinin verilməsinə əsas olmuş mülki işin hallarından da görünür ki, iddiaçı özünə məxsus əsasən “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili hazırkı mülki iş üzrə cavabdeh Cavabdeh deyil ünvan 2 ünvanında qeydiyyatda olan həmyerlisi X1 nisyə satmış və sonuncu həmin avtomobilin pulunu iddiaçıya ödəmədiyinə görə məhkəmə qərarına əsasən iddiaçının apellyasiya şikayəti təmin edilərək sözü gedən avtomobilin cavabdehin əri X6 dair ##.##.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınar əmlakın rəsmi reyestrində aparılmış qeydiyyatı ləğv edilməklə əvvəlki vəziyyətinə qaytarılması və həmin avtomobilin cavabdehdən alınaraq iş üzrə iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan məhkəmə qərarının icrası zamanı iddiaçının notarial qaydada təsdiq edilmiş ##.##.2020-ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına xitam verilmiş, habelə Lerik Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadına əsasən əsasən “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülmüş və həmin avtomobil ##.##.2020-ci il tarixdə X7 adına özgəninkiləşdirilmişdir. Işin hallarından da görünür ki, məhz iddiaçının özünün təşəbüsü ilə Lerik Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadına əsasən avtomobilin digər şəxslərin adına özgəninkiləşdirilməsi baş tutmuşdur. Belə ki, qeyd olunan qərardadın təsviri əsaslandırıcı hissəsində cavabdeh Cavabdeh iş üzrə iddiaçı ilə razılıq əldə etdiyi qeyd edilmişdir. Məhkəmə qərardadı mübahisələndirilmədiyindən qüvvədədir, predusial əhəmiyyət daşıyır. Işin həqiqi hallarından görünür ki, hazırki iş üzrə cavabdeh qismində qoyulmuş Cavabdeh vicdanlı alıcıdır. Baş Dövlət Yol Polisi Idarəsinin vəkil sorğusuna cavab olaraq alınmış ##.##.2024-cü il tarixli *-**-**/*-*****/**** saylı məktubuna qoşma edilmiş çıxarışlardan da görünür ki, hazırkı mülki iş üzrə cavabdeh sözü gedən avtomoilin 6-cı sahibidir. Yəni həmin avtomobil cavabdehə qədər 5 dəfə özgəninkiləşdirilmiş və habelə həmin avtomobil cavabdehin sahibliyindən sonra isə 3 dəfə özgəninkiləşdirilmişdir. Belə nəticəyə gəlmək olar ki, iddiaçı qeyd olunan avtomobilin alqı-satqısı ilə əlaqədar hazırki iddia tələbini həmyerlisi və qohumu X2 qarşı irəli sürməli olduğu halda hüquqlarından sui-istifadə edərək qəsdən hüquqlarını təmsil etdiyi şəxsə qarşı hazırkı əsassız iddia tələbini irəli sürmüşdür. Qeyd olunaların nəzər alınmasını, hazırkı mülki iş üzrə cavabdehin əsl cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan X1 ilə əvəz edilməsini, hazırkı iddia tələbinin hüquqlarını təmsil etdiyi şəxsə münasibətdə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (Hakim: Yusif Zeynalov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun 107 (yüz yeddi) manat hissəsinin alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3, 14.2, 77.1, 88 217.4, 82.3, 220.5, 119.1, Azərbaycan Respublikasının 21-ci maddəsi, 1096.1, 1097.1, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır və qeyd etmişdir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ## ######## 2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Cavabdeh alınaraq İddiaçı qaytarılmalı olan “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh sahibliyindən çıxaraq özgəninkiləşdirildiyindən (məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan nəqliyyat vasitəsi onun tərəfindən başqa şəxsə satıldığından) iddiaçıya maddi ziyan vurulmuşdur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair aşağıdakıları qeyd edir. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş “xxxx” MMC-nin QXM/***-M saylı, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, “Chevrolet Niva GLS minik” markalı, 2007-ci il buraxılışlı, qara rəngli avtomobilin hazırki bazar dəyəri 8700 (səkkiz min yeddi yüz) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hazırki ekspert rəyi ilə ilə razılaşır və onu sübut növü kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində maddi ziyan tutularaq iddiaçı İddiaçı verilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və eyni zamanda vəkilinin etiraz ərizəsində “iddiaçının iddia tələbini X2 qarşı irəli sürməli olduğu halda hüquqlarından sui-istifadə edərək qəsdən hüquqlarını təmsil etdiyi şəxsə qarşı hazırkı əsassız iddia tələbini irəli sürməsi, mülki iş üzrə cavabdehin əsl cavabdeh X1 ilə əvəz edilməsi, hazırkı iddia tələbinin hüquqlarını təmsil etdiyi şəxsə münasibətdə rədd edilməsi” barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- ****/**** saylı, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında daşınar əmlakın rəsmi reyestrinə aparılmış qeydiyyatın ləğv edilməsi, tərəflər əvvəlki vəziyyətə gətirilərək mübahisəli “Chevrolet Niva GLS” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Odur ki, məhkəmə etirazda qeyd edilənləri əsaslı hesab etmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Qeyd olunan məhkəmə qərarının icrası zamanı iddiaçının notarial qaydada təsdiq edilmiş ##.##.2020- ci il tarixli ərizəsinə əsasən icra sənədinin icrasına xitam verilmiş, habelə Lerik rayon məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadına əsasən CHEVROLET NIVAGLS markalı **-MV- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürlmüş və həmin avtomobil ##.##.2020- ci il tarixdə X7 adına özgəninləşdirilmişdir. Işin hallarından da görünür ki, məhz iddiaçının özünün təşəbüsü ilə Lerik rayon məhkəməsinin ##.##.2020-ci il tarixli qərardadına əsasən avtomilin digər şəxslərin adına özgəniləşdirilməsi baş tutmuşdur. Belə ki, qeyd olunan qərardadın təsviri əsaslandırıcı hissəsində cavabdeh Şeyda Mirzəyevin iş üzrə iddiaçı ilə razılıq əldə etdiyi qeyd edilmişdir. Sözü gedən məhkəmə qərardadı mübahisələndirilmədiyindən qüvvədədir, predusiyal əhmiyyət daşıyır. Işin həqiqi hallarından görünür ki, hazırkı iş üzrə cavabdeh qismində qoylmuş Cavabdeh vicdanlı alıcıdır. Baş Dövlət Yol Polisi Idarəsinin vəkil sorğusna cavab olaraq alınmış ##.##.2024-cü il tarixli *-**-**/*-*****/**** saylı məktubuna qoşma edilmiş çıxarışlardan da görünür ki, hazırkı mülki iş üzrə cavabdeh sözü gedən avtomoбilin 6-cı sahibidir.Yəni həmn avtomobil cavabdehə qədər 5 dəfə özgəninləşdirilmiş və habelə həmin avtomobil cavabdehin sahibliyindən sonra isə 3 dəfə özgəninləşdirilmişdir. Belə nəticəyə gəlmək olar ki, iddiaçı qeyd olunan avtomobilin alqı-satqısı ilə əlaqədar hazırkl iddia tələbini həm yerlisi və qohumu X2 qarşı irəli sürməli olduğu halda hüquqlarından sui-istifadə edərək qəsdən hüqularını təmsil etdiyim şəxsə qarşı hazırkı əsasız iddia tələbini irəli sürmüşdür. Qeyd olunaların nəzər alınmasını, hazırkı mülki iş üzrə cavabdehin əsl cavabdeh Şamaxı rayonu Y.Kələntərli küçəsi ev 33də qeydiyyatda olan X1 ilə əvəz edilməsini, hazırkı iddia tələbinin hüquqlarını təmsil etdiyim şəxsə münasibətdə rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Lakin məhkəmə iddiaçının əsasszı mülahizələrini rəhbər tutub cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi haqqında və qeyd olunaların məhkəmədə sübut edilməsi məqsədilə X11 hazırkı mülki iş üzrə şahid qismində dindirilməsi haqqında vəsatətlərimi təmin etməmişdir. Lerik rayon məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsilə iddia tələbi əsassıз olaraq təmin edilmişdir. Cavabdeh tərəf olaraq hesab edirik aşağıdakı əsaslarla, habelə maddi və prosessual normaların tələbləri pozulmaqla qəbul edildiyindən Lerik rayon məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanunsuz hesab edilərək ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Cavabdeh tərəf olaraq hesab edirik Lerik rayon məhkəməsi işin həqiqi hallarını araşdırmaqdan çəkinmiş və işin həqiqi hallarına uyğun gəlməyən qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, Lerik rayon məhkəməsi bundan əvvəl qəbul edilmiş Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsinə istinad edərək hazırkı mülki iş üzrə iddia tələbini qismən qəbul etmişdir. Qeyd olunan avtomaşının axtarışa verilməsi barədə qərarın icra vəziyyəti və hazırda həmin avtomobilin hansı şəxsin mülkiyyətində olması barədə məlumat əldə etmək məqsədilə BDYPI-yə ##.##.2024-cü il tarixli məktub ünvanlamışdır. BDYPI-dən ##.##.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş məktubda mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının ##.##.2020-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarıldığı və bu səbəbdən avtomaşının axtarışa verilməsi barədə qərarın icrasının mümkün olmadığı bildirilmişdir. Məktuba əlavə olunmuş arayışdan həmin avtomaşın ** DU *** dövlət qeydiyyat nişanı ilə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 tərəfindən idarə olunduğu, həmin avtomaşının alqı-satqı müqaviləsi əsasında X5 adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bundan sonra icra sənədinin icrası mümkün olmadığından qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmə kollegiyasının ##.##.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmiş və tövsiyyə olunmuşdur ki, icra sənədinin icrası mümkün olmadığından icra sənədi məhkəməyə geri qaytarıla bilər. Lerik rayon Icra şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş yuxarıda qeyd olunan icra sənədi borclu tərəfindən icra olunmadığı əsası ilə borclu barəsində protokol tərtib edilmiş, lakin Lerik rayon məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə borclu Cavabdehın əməlində IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.Qeyd olunan məhkəmə qərarı mübahisəndirilmiş, lakin İddiaçı şikayəti təmiн edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli qərardadında icra sənədi üzrə tələbkara yetirilən zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu qeyd edilsə də, bu hazırkı mülki iş üzrə iddia tələbinin təmin edilməsi üçün hüquqi bazanın olduğuna işarə etmir. Belə ki. işin həqiqi hallarından görünür ki, Cavabdeh “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşınını sonuncu sahibi X5 vicdanlı alıcının hüquqi varisi olmuşdur. Nəzərə alınmalıdır ki, Şirvan Apelyasiya məhkəməsi tərəfindən verilmiş *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli icra sənədində təkcə “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşınını Cavabdeh alınıb Sotanəziz Həmidova verilməsi nəzərdə tutulmamışdır. Həmin icra sənədində həmçinin Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2019- cu il tarixli qətnaməsinin ləğv edilmiş, iddia təmin edilmiş, mübahisəli “Chevrolet Niva GLS” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının X6 barədə ## #### 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında daşınar əmlakın rəsmi reyestrinə aparılmış qeydiyyatının ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, mübahisəli “Chevrolet Niva GLS” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamə ## ###### 2019-cu il tarixdə icra olunması üçün Lerik rayon Icra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmışdır. Hesab edirik hazırkı mülki iş üzrə əlaqəli olan Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli,*(***)-****/**** saylı icra sənədinə əsasən Lerik Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ### 2019- cu il tarixli qətnaməsinin ləğv edilmiş, iddia təmin edilmiş, mübahisəli “Chevrolet Niva GLS” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının X6 barədə ## #### 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında daşınar əmlakın rəsmi reyestrinə aparılmış qeydiyyatının ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətə gətirilməsi, mübahisəli “Chevrolet Niva GLS” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı qaytarılması qət edilsə də, sonradan iddiaçının özünün müraciət əsasınada həmin icra sənədi üzrə icraata ##.##.2020-ci il tarixdə xitam verilmişdir Bundan sonra ardıcılıqla qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbs götürülmüş, habelə həmin avtomoil cavabdehin sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirilmişdir. Icra icratına xitam verilməsi haqqında Lerik rayon Icra şöbəsinin ##.##.2020-ci il tarixli qərarı tələbkar tərəfindən qəsdən 3 ildən çox vaxt keçdikdən sonra mübahisələndirilmişdir. Belə ki, həmin icra sənədi üzrə tələbkar İddiaçı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək Lerik rayon Icra və Probasiya şöbəsinin ## #### 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək Lerik rayon Icra və Probasiya şöbəsinin ## #### 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş, icra sənədi yenidən icraya yönəldilmiş və ## ###### 2023-cü il tarixli qərarla yenidən icra icraatına icraata başlanılmışdır. Icra şöbəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində “Chevrolet Niva GLS” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşının yerini müəyyən etmək mümkün olmadığından icra şöbəsi tərəfindən ## ###### 2023-cü il tarixdə avtomaşın barəsində axtarış elan edilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polis Idarəsinin məktubundan müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Chevrolet Niva GLS” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşın Qusar rayon sakini X5 və maşının qeydiyyat nömrəsi dəyişdirilərək avtomaşına ** DU *** dövlət qeydiyyat nişanı verilmiş və hazırda avtomaşın X5 adına qeydiyyatdadır. Cavabdeh tərəf olaraq bizdə işin həqiqi halları ilə bağlı bir çox suallar yaranıр, hansı ki həmin suallara hazırkı mülki iş üzrə qətnamədə cavab rast gəlinmir, habelə faktlarla bağlı ümумiyyətlə məhkəmə araşdırmasının aparılmadığının şahidi olmuş oluruq. 1.Lerik rayon məhkəməsi tərəfindən hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamədə iddiaçı ilə cavabdeh arasında guya müvafiq razılaşama olduğuna görə iddiaçı İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədinə icraata xitam verilməsi haqqında ərizə vermiş sonradan guya razılaşmaya cavabdeh tərəfindən riayət olunmadığına görə o, icra məmuru tərəfindən qəbul edilmiş icra icraatına xitam verilməsi haqqqında qərardan şikayət etdiyi qeyd edilsədə həmin razılaşmanın nədə ibarətə olması və razılaşmanın şərtləri qətnamədə qeyd edilməmişdir. 2.Əgər avtomilin sonuncu sahibi X5 vücdanlı alıcı kimi hesab edilirsə, hazırkı mülki iş ürə Cavabdeh nə üçün vicdanlı alıcı hesab edilməməlidir. Baxmayaraq ki, həmin avtomobil Cavabdeh əri X6 tərəfindən əldə edildiyi vaxtda sonuncu ilə iş üzrə iddiaçı İddiaçı tanımamış, onla arasında bir-başa alqı satqı münasibətləri baş verməmişdir. Baş dövlət yol polisindən alınmış sorğuya cavab məktubundan və Şirvan Apellyasiya Məhkəməsinin 2019-cu il tarixli qətnaməsindən görünür ki, qeyd olunan avtomobil Cavabdeh əri tərəfindən alınan vaxtı sonuncunun iddiaçı İddiaçı tərəfindən avtomilin birinci sahibi Mətləb Malıyevə verilmiş ümüumi etibarnamənin ləğv edilməsindən məlumatı olmamışıdr. Əgər həmin etibarnamə qanunamüvafiq qaydada ləğv edilmiş olsaydı, həmin etibarnamə əsasında qeyd olunan avtomil ilə bağlı alqı-satqı müqavilə baş tutmamış olardı. 3. Lerik rayon məhkəməsinə cavabdehin əsl cavbdeh ilə əvəz edilməsi haqqında verdiyi vəsatətimin təmin edilməsinə nə mane olurdu? Lerik rayon məhkəməsi bu halda qanunvericiliyi düzgün tətbiq etməmişdir. Iddiaçı məhkəmə iclasında özüdə etiraf etmişdir ki, o, Şeyda Mirzəyevi və ya onun ərin tanımır, o mübahisə predmeti olan avtomobili Mətləb Malıyevə nisyə satmış və aralаrında olan şifahi razılaşmaya əsasən sonuncu avtomobilin pulunu ödəmədiyinə görə ona vermiş etibarnamə ləğv etmiş və bu barədə avtomobilin sonuncu sahibinə məlumat verməmişdir. Əgər söhbət predusiyal əhmiyyətli məhkəmə qətnaməsində avtomobilin alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatının əvvəlki vəziyyətinə qaytarılmasından gedirsə, lakin avtomilin artıq iddiaçının öz təşəbüsü ilə özgəninləşdirilməsinə şərait yaradılırsa, ona da məhkəmə tərəfindən iş üzrə cavabdehin də виъdanlı alıcı statusu tanınmalı idi və Mətləb Malıyevi isə bu iş üzrə cavabdeh qismində işə cəlb olunmalı idi. Iddiaçı Mətləb Malıyevin cavabdeh qismində cəlb edilməsinə etiraz etməsi iddiaçı ilə cavabdehin əlbir olub qanunsuz yollarla pul qazanmaq, yəni əsassız varlanma niyyətindən xəbəр vermiş olur. Belə ki, sual yaranır əgər iddiaçı üçün avtomobilin dəyəri maraqlıdırsa və həqiqətəndə iddiaçıya avtomoil ilə bağlı real zərər dəymişdirsə, onda onun üçün avtomilin dəyərinin avtomoilin birinci sahibi Mətləb Malıyevdən deyildə iş üzrə cavabdeh Cavabdeh tutulması çox əhmiyyət kəsb edir. Yəni iddiaçı ona ehtimal etdiyi zərərin Mətləb Malıyevdən tutulmasını nə üçün istəmir? Baxmayaraq ki, iddiaçı özüdə etiraf edir ki, avtomobili Mətləb Malıyevə satmış, avtomobilin qalıq pulunu Mətləb Malıyev ona ödəməli idi. Belə olan halda yəni əgər iddiaçı ehtimal etdiyi zərəri Mətləb Malıyevdən tutlmasını istəmirsə onda onun hazırkı iddia tələbi əsassıз olduğundan rədd edilməlidir. Belə ki, Cavabdeh mübahisəli avtomobilin vиcdanlı sahibi olmuşdur. Bu kimi işin halları hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində məhkəmə araşdırmasından kənarda qalmış, habelə həmin hallara məhkəmə tərəfindən düzgün hüquqi qiymət veриlməmişdir, qanunvericilin normaları düzgün təfsir olunmayaraq tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsi baxımından Şirvan Apellyasiya Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi və həmin qətnamənin icrasının qeyri mümkün hesab edilməsi haqqında icra məmurunun qərarı, habelə Şirvan Apellysaiya Məhkəməsinin iddiaçıya real dəymiş zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnun izah edilməsi ilə bağlı göstərişləri hazırkı mülki iş üzrə cavabdehin ziyanına həll edilməməlidir. Hesab edirik Şirvan Apellyasiya Məhkəməsinin dəymiş zərərlə bağlı iddiaçının hüququnun olması dedikdə hazırkı iddia tələbinin əsl cavabdehə qarşı yəni Mətləb Malıyevə qarşı irəli sürülməli olduğu nəzərə alınmalıdır, yəni həmin göstəriş heç də dəymiş zərərin məhz Cavabdeh qarşı sürülməli olduğu anlamını verməməlidir. Həmçinin, qeyd olunanalarla cavabdeh tərəf olaraq məhkəmədə üzürlü səbəbdən iştirak edə bilməyəcəyimizə görə məhkəmə prosesinin təxirə salınmasını və bizim iştirakımız ilə məhkəmə baxışının keçirilməsi xahiş olunsa da, məhkəmə heç bir əsas gətirmədən və bizim iştirakımız təmin etmədən, işə baxaraq ziyanımız qətnamə qəbul etmişdir. Həmçinin, iş üzrə şahidin dindirilməsi haqqında vəsatətimizi təmin etməmiş, qətnamədə isə bunla bağlı əsassız mövqeyin sərgiləmişdir”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirdi ki, ekspert rəyi ilə razı deyil, lakin etiraz da etmir. Avtomobilə görə müəyyən edilmiş 8700 manat və dövlət rüsumu olaraq ödənilmiş 100 manat pulun cavabdehin hüququ varislərindən tutulmasını, iş üzrə yekun məhkəmə qərarının qəbul edilməsini, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraat cavabdeh Cavabdeh просессуал hüquq varisləri müəyyən edilənədək dayandırılmışdır. Sonradan Lerik Rayon Icra Hakimiyyətinin təqdim etdiyi məlumat əsasında mərhum Cavabdeh varislərinin hüquqi varis2, hüquqi varis3 və hüquqi varis1 olduğu müəyyən edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə dayandırılmış icraat təzələnərək həmin şəxslər mərhum Cavabdeh hüquq varisləri qismində mülki iş üzrə iştirak etməyə cəlb edilmişlər. Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məcəllənin 58.2-ci maddəsinə görə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir. Kollegiya qeyd edir ki, prosessual hüquq varisliyinin mümkünlüyü mübahisəli maddi hüquq münasibətinin hüquq varisliyinə yol verib-verməməsi ilə bağlıdır. Şəxsin ölümü ilə yalnız onun şəxsiyyəti ilə ayrılmaz surətdə bağlı olan və borclunun şəxsi iştirakı olmadan icrası mümkün olmayan öhdəliklərə xitam verilə bilər. Əmlak xarakterli və şəxsi icranı tələb etməyən öhdəliklər isə, bir qayda olaraq, vərəsəlik hüquq münasibətlərinin predmetinə daxil olur. Hazırkı işdə mübahisənin predmetini mərhum cavabdehin şəxsiyyəti ilə ayrılmaz surətdə bağlı hər hansı hərəkətin yerinə yetirilməsi deyil, iddiaçının əmlak mənafeyinə vurulduğu iddia edilən real zərərin pul ifadəsində əvəzinin ödənilməsi təşkil edir. Buna görə də mübahisəli hüquq münasibəti cavabdehin ölümü ilə xitam olunan şəxsi xarakterli hüquq münasibəti hesab edilə bilməz. Bundan başqa, Mülki Məcəllənin 1255-ci maddəsinin hazırkı redaksiyasına əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Bu səbəbdən yalnız mərhumun adına “Elektron notariat” informasiya sistemində vərəsəlik işinin açılmaması faktı özlüyündə mirasın və ya maddi hüquq varisliyinin mövcud olmadığını göstərmir. Mülki Məcəllənin 1306-cı maddəsinin mahiyyətinə görə isə miras qoyanın ölümü ilə xitam olunmayan əmlak öhdəlikləri üzrə vərəsələrin məsuliyyəti vərəsəlik hüquq münasibətlərinin qaydaları və onlara çatan miras aktivi nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, hüquqi varis2, hüquqi varis3 və hüquqi varis1 hazırkı işdə iştirakı onların mübahisəyə səbəb olmuş hərəkətləri şəxsən törətmiş şəxslər olmalarından deyil, mərhum Cavabdeh prosessual hüquq varisləri olmalarından irəli gəlir. Bu səbəbdən bundan sonrakı hüquqi qiymətləndirmədə zərərin yaranmasına səbəb olduğu iddia edilən hərəkət və hərəkətsizliklər mərhum cavabdeh Cavabdeh münasibətdə araşdırılmalı, onun hüquq varislərinin məsuliyyəti isə həmin maddi hüquq münasibətindən irəli gələn və onlara hüquq varisliyi qaydasında keçən əmlak öhdəliyi çərçivəsində nəzərə alınmalıdır. Işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında mübahisənin yaranmasına əsas olmuş “Chevrolet Niva GLS” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı qətnaməsi ilə mübahisəli avtomobilin X6 dair ## #### 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında daşınar əmlakın rəsmi reyestrində aparılmış qeydiyyat ləğv edilmiş, tərəflərin əvvəlki vəziyyətə gətirilməsi və sözügedən avtomobilin Cavabdeh alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Щəmin məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə mübahisəli avtomobilin iddiaçıya qaytarılması və bu qaytarma öhdəliyinin məhz Cavabdeh aid olması hüquqi baxımdan müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak etmiş şəxslərin iştirak etdikləri başqa məhkəmə prosesində yenidən sübut edilmir və mübahisələndirilmir. Kollegiya qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsinin preyudisial əhəmiyyəti mərhum cavabdehin sonrakı bütün davranışlarının avtomatik olaraq təqsirli hesab edilməsini deyil, məhz həmin məhkəmə aktı ilə artıq müəyyən edilmiş faktların, o cümlədən mübahisəli avtomobilin iddiaçıya qaytarılmalı olması və həmin qaytarma öhdəliyinin Cavabdeh aid olması faktının yenidən mübahisələndirilə bilməməsini ehtiva edir. Mərhum cavabdehin həmin məhkəmə aktından sonrakı davranışının mülki hüquq pozuntusu təşkil edib-etməməsi, iddiaçıya zərər vurulub-vurulmaması və bu davranışla zərər arasında səbəbli əlaqənin mövcudluğu isə hazırkı iş üzrə toplanmış sübutların məcmusu əsasında ayrıca qiymətləndirilməlidir. Iş materiallarında olan sübutlardan müəyyən olunur ki, qeyd edilən məhkəmə qətnaməsi əsasında icra sənədi icraya yönəldilmiş, sonradan tərəflər arasında əldə olunmuş razılıqla əlaqədar icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra razılaşmaya əməl edilmədiyi əsası ilə iddiaçı icraata xitam verilməsi barədə qərarın ləğvi üçün məhkəməyə müraciət etmiş və Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı ilə həmin müraciət təmin olunaraq ## #### 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərar ləğv edilmiş, icra sənədi yenidən icraya yönəldilmişdir. Icra sənədi üzrə icraat yenidən başladıqdan sonra aparılmış tədbirlərlə isə mübahisəli avtomobilin artıq mərhum cavabdeh Cavabdeh sahibliyində olmadığı, onun adından qeydiyyatdan çıxarıldığı, sonradan müxtəlif şəxslərə özgəninkiləşdirildiyi və hazırda başqa şəxsin adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində nəzərdə tutulmuş avtomobilin naturada Cavabdeh alınaraq iddiaçıya qaytarılması faktiki olaraq mümkünsüz olmuş və icra sənədi icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ## ### 2024-cü il tarixli qərardadında da məhz nəqliyyat vasitəsinin borclunun sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirilməsi və sonrakı alıcıların vicdanlı alıcı olması səbəbindən icra sənədinin icrasının praktiki olaraq mümkünsüz olduğu göstərilmiş, eyni zamanda tələbkarın ona vurulmuş zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnun mövcud olduğu qeyd edilmişdir. Kollegiya hesab edir ki, qeyd edilən faktiki hallar hazırkı mübahisənin hüquqi mahiyyətinin müəyyən edilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Hazırkı iddianın predmeti mübahisəli avtomobilin kim tərəfindən ilkin olaraq kimə satılması, avtomobilin ilk alqı-satqısı zamanı tərəflər arasında yaranmış öhdəliyin icra edilib-edilməməsi və yaxud mərhum cavabdehin avtomobili ilkin olaraq vicdanlı əldə edib-etməməsi deyil. Hazırkı iddianın predmeti qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıya qaytarılması müəyyən edilmiş əmlakın naturada qaytarılmasının sonradan mümkünsüzləşməsi nəticəsində iddiaçıya vurulduğu iddia edilən real zərərin əvəzinin ödənilməsidir. Bu baxımdan apellyasiya şikayətində iddiaçının avtomobili ilkin olaraq X1, avtomobilin satış qiymətinin bir hissəsini ondan ala bilməməsi və buna görə həmin şəxslə münasibətlərinin yaranması barədə göstərilən hallar hazırkı iddianın hüquqi əsasını aradan qaldırmır. Doğrudur ki, avtomobillə bağlı ilkin hüquq münasibətləri iddiaçı ilə X1 arasında yaranmışdır. Lakin həmin münasibətlərdən sonra yaranmış mübahisəyə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş və məhkəmə avtomobilin məhz Cavabdeh alınaraq iddiaçıya qaytarılmasını qət etmişdir. Buna görə də hazırkı mübahisənin predmeti iddiaçı ilə Maliyev Mətləb arasında mövcud olmuş ilkin borc və ya alqı-satqı münasibətlərinin yenidən qiymətləndirilməsi deyildir. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülmüş “iddia X1 qarşı qaldırılmalı idi” məzmunlu dəlil əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinin məzmunundan da görünür ki, iddianın ona cavab verməli olmayan şəxsə qarşı verildiyi müəyyən edildikdə cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə mümkündür. Hazırkı işdə isə iddia tələbinin Cavabdeh qarşı yönəldilməsi yalnız iddiaçının subyektiv mülahizəsinə deyil, qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi vəziyyətə əsaslanmışdır. Əvvəlki qətnamədə avtomobilin məhz Cavabdeh alınaraq iddiaçıya qaytarılması qət edilmiş, sonradan isə həmin avtomobil onun sahibliyindən çıxmış və nəticədə qətnamənin bu hissədə icrası mümkünsüz olmuşdur. Belə olan halda zərərin əvəzinin ödənilməsinə dair tələbin həmin əmlakı qaytarmaq öhdəliyi üzərinə qoyulmuş şəxsə qarşı irəli sürülməsi üçün hüquqi əsas mövcud olmuşdur. Həmin şəxsin apellyasiya icraatında vəfat etməsi isə yuxarıda qeyd edilən səbəblərə görə bu əmlak xarakterli hüquq münasibətinin xitamına səbəb olmamış, proses onun hüquq varislərinin iştirakı ilə davam etdirilmişdir. Kollegiya apellyasiya şikayətində mərhum cavabdehin “vicdanlı alıcı” olması barədə irəli sürülmüş dəlilə də ayrıca münasibət bildirərək qeyd edir ki, həmin məsələ hazırkı mübahisənin predmeti ilə eyniləşdirilməməlidir. Cavabdeh və yaxud onun mərhum ərinin mübahisəli avtomobili əldə etdikləri zaman əvvəlki etibarnamənin ləğv edilməsindən xəbərdar olub-olmaması və buna görə avtomobili vicdanlı əldə edib-etməmələri əvvəlki məhkəmə mübahisəsinə aid olmuşdur. Həmin mübahisənin nəticəsində alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və avtomobilin Cavabdeh alınaraq iddiaçıya qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilmişdir. Odur ki, avtomobilin ilkin əldə edilməsi zamanı vicdanlılığın mövcud olması barədə dəlil qanuni qüvvəyə minmiş məhkəmə aktından sonra Cavabdeh üzərinə düşən qaytarma öhdəliyini aradan qaldıran hal kimi qəbul edilə bilməz. Başqa sözlə, əmlakın əldə edilməsi zamanı vicdanlılıq ilə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həmin əmlakın başqa şəxsə qaytarılması müəyyən edildikdən sonrakı davranış müxtəlif hüquqi məsələlərdir. Kollegiya apellyasiya şikayətində iddiaçının özünün ## #### 2020-ci il tarixli ərizəsi əsasında icra sənədi üzrə icraata xitam verilməsi, daha sonra avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi və bununla iddiaçının öz davranışı nəticəsində avtomobilin sonrakı özgəninkiləşdirilməsinə şərait yaratması barədə dəlilləri də əsaslı hesab etmir. Tələbkarın icra icraatına xitam verilməsi barədə müraciət etməsi özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış maddi hüquqdan imtina etməsi mənasını daşımır. Iş materiallarından həmin müraciətin tərəflər arasında əldə edilmiş razılıq fonunda verildiyi, daha sonra razılaşmaya əməl edilmədikdə isə icraata xitam verilməsi haqqında qərarın məhkəmə qaydasında ləğv edilərək icra sənədinin yenidən icraya yönəldildiyi görünür. Buna görə də tələbkarın müəyyən zaman kəsiyində məhkəmə aktının məcburi icrasının davam etdirilməsində israr etməməsini onun həmin məhkəmə aktı ilə müəyyən edilmiş hüquqdan birdəfəlik və qeyd-şərtsiz imtinası və yaxud avtomobilin üçüncü şəxslərə özgəninkiləşdirilməsinə razılığı kimi qiymətləndirmək olmaz. Icraata xitam verilməsi barədə qərarın sonradan məhkəmə qaydasında ləğv edilməsi də həmin qərarın əvvəlki məhkəmə qətnaməsindən irəli gələn maddi hüququ aradan qaldıran yekun hüquqi nəticə doğurmadığını göstərir. Apellyasiya şikayətində iddiaçının avtomobilin sonrakı özgəninkiləşdirilməsinə birbaşa razılıq verdiyini, avtomobil üzərindəki hüququndan imtina etdiyini və ya Cavabdeh həmin əmlakın qaytarılması öhdəliyinin nəticələrindən azad etdiyini təsdiq edən mötəbər sübut göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan apellyasiya şikayətində iddiaçının hərəkətləri ilə zərər arasında səbəbli əlaqənin qırılması və yaxud zərərin yalnız iddiaçının öz davranışının nəticəsi olması barədə irəli sürülən mülahizələr iş materiallarında olan sübutların məcmusu ilə təsdiq edilmir. Kollegiya apellyasiya şikayətində iddiaçının ** saylı Notariat Ofisinin qarşısında Cavabdeh 3000 manat pul alması barədə dəlilə münasibətdə qeyd edir ki, həmin faktın baş verməsini və ödənişin hüquqi təyinatını təsdiq edən mötəbər sübutların təqdim edilməsi həmin fakta istinad edən tərəfin üzərinə düşür. Iş materiallarından həmin 3000 manatın iddiaçıya məhz mübahisəli avtomobilin qaytarılması öhdəliyinin əvəzi kimi verildiyini, iddiaçının həmin pulu qəbul etməklə avtomobilə və ya onun dəyərinə dair tələb hüququndan imtina etdiyini təsdiq edən yazılı və ya digər mötəbər sübutun mövcudluğu müəyyən edilmir. Yalnız belə bir faktın baş verdiyinin bildirilməsi Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin mənasında onun sübuta yetirilməsi üçün kifayət hesab edilə bilməz. Kollegiya apellyasiya şikayətində mərhum cavabdeh Cavabdeh barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması səbəbindən xitam verilməsinə istinad edilməsini də hazırkı mübahisə üzrə iddianın rədd edilməsinə əsas verən hal kimi qiymətləndirmir. Kollegiya bununla bağlı qeyd edir ki, inzibati məsuliyyətlə mülki-hüquqi məsuliyyət hüquqi təbiətinə, yaranma əsaslarına, məqsədinə və doğurduğu nəticələrə görə bir-birindən fərqlənir. Inzibati məsuliyyətin tətbiqi üçün şəxsin əməlində qanunla müəyyən edilmiş konkret inzibati xəta tərkibinin bütün zəruri elementlərinin mövcudluğu tələb olunduğu halda, mülki-hüquqi məsuliyyətin yaranması zərərin mövcudluğu, hüquqa zidd davranış, həmin davranışla zərər arasında səbəbli əlaqə və qanunla nəzərdə tutulan hallarda təqsir kimi şərtlərin müəyyən edilməsindən asılıdır. Bu baxımdan şəxsin əməlində konkret inzibati xəta tərkibinin olmaması və həmin əsasla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi onun davranışının mülki hüquq baxımından ayrıca qiymətləndirilməsini istisna etmir. Başqa sözlə, müəyyən davranış inzibati məsuliyyət yaratmaya, lakin həmin davranış nəticəsində digər şəxsin əmlak mənafeyinə zərər dəydiyi və mülki-hüquqi məsuliyyətin digər zəruri şərtləri mövcud olduğu halda zərərin əvəzinin ödənilməsi öhdəliyinə səbəb ola bilər. Buna görə də inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarın mövcudluğu hazırkı mübahisədə mülki məsuliyyət məsələsinin ayrıca araşdırılmasına və iş üzrə toplanmış sübutların məcmusu əsasında hüquqi qiymətləndirilməsinə mane olmur. Hazırkı işdə də məhkəmə tərəfindən həll edilməli olan məsələ mərhum Cavabdeh Inzibati Xətalar Məcəlləsi əsasında məsuliyyətə cəlb edilməli olub-olmaması deyil. Mübahisənin predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıya qaytarılması müəyyən edilmiş avtomobilin naturada qaytarılmasının sonradan mümkünsüzləşməsi nəticəsində iddiaçının əmlak mənafeyinə real zərərin vurulub-vurulmaması, həmin nəticə ilə mərhum cavabdehin davranışı arasında hüquqi baxımdan əhəmiyyətli səbəbli əlaqənin mövcudluğu və bununla da mülki-hüquqi məsuliyyət üçün tələb olunan şərtlərin yaranıb-yaranmaması təşkil edir. Kollegiya nəzərə alır ki, iş materiallarında olan sübutlarla əvvəlki məhkəmə aktına əsasən avtomobilin Cavabdeh alınaraq iddiaçıya qaytarılmalı olduğu, lakin sonradan avtomobilin onun sahibliyindən çıxaraq digər şəxslərə özgəninkiləşdirildiyi və nəticədə həmin məhkəmə aktının naturada icrasının faktiki olaraq mümkünsüz hala gəldiyi müəyyən edilmişdir. Bu hallar mülki-hüquqi məsuliyyətin mövcudluğunun qiymətləndirilməsi baxımından müstəqil hüquqi əhəmiyyət daşıyır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi onları özlüyündə aradan qaldırmır. Odur ki, mərhum Cavabdeh barəsində inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi onun hazırkı mübahisəyə səbəb olmuş davranışının mülki qanunvericilik baxımından hüquqi nəticələrini avtomatik olaraq istisna edən hal kimi qiymətləndirilə bilməz. Həmin qərar mülki-hüquqi məsuliyyətin yaranması üçün zəruri olan şərtlərin mövcudluğunun hazırkı iş üzrə ayrıca araşdırılması və qiymətləndirilməsi zərurətini aradan qaldırmır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizlikdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsi isə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmənin zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək vəzifəsini qoymasını nəzərdə tutur. Qeyd edilən normaların qarşılıqlı təhlilindən görünür ki, delikt məsuliyyətinin yaranması üçün zərərin mövcudluğu, zərərvuranın hüquqa zidd davranışı, həmin davranışla yaranmış zərər arasında səbəbli əlaqə və məsuliyyət üçün tələb olunan təqsir elementləri müəyyən edilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə qeyd olunan şərtlərin məcmusu mərhum Cavabdeh davranışına münasibətdə mövcuddur. Belə ki, iddiaçının mübahisəli avtomobili geri almaq hüququ qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Həmin məhkəmə aktının icrası nəticəsində avtomobil iddiaçıya qaytarılmalı olduğu halda, avtomobil faktiki qaytarılmamış, Cavabdeh sahibliyindən çıxaraq sonradan digər şəxslərə özgəninkiləşdirilmiş və nəticədə həmin əmlakın naturada qaytarılması mümkünsüz olmuşdur. Beləliklə, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə ona qaytarılması müəyyən edilmiş konkret əmlakı əldə etmək imkanından məhrum olmuşdur ki, bu da onun əmlak sferasında real mənfi nəticənin, yəni real zərərin yaranmasını göstərir. Mərhum cavabdehin sonradan vəfat etməsi artıq yaranmış həmin əmlak xarakterli öhdəliyin hüquqi əsasını aradan qaldırmır. Həmin öhdəliyin hüquq varislərinə münasibətdə icrası isə vərəsəlik qanunvericiliyinin, o cümlədən Mülki Məcəllənin 1306-cı maddəsinin vərəsələrin məsuliyyətinin həcminə dair tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmin zərərin məbləğinin müəyyən edilməsinə münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin nəticəsini əsaslı hesab edir. Iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi üzrə “xxxx” MMCnin QXM/***-M saylı, ## ######## 2025-ci il tarixli rəyi ilə “Chevrolet Niva GLS” markalı, 2007-ci il buraxılışlı avtomobilin bazar dəyərinin 8700 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 101.3, 103.1 və 88-ci maddələrinin tələblərini nəzərə alaraq ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirmiş və iddiaçı tərəfindən tələb edilən 10000 manatın deyil, ekspertiza ilə müəyyən edilmiş 8700 manatın tutulması nəticəsinə gəlmişdir. Kollegiya qeyd edir ki, ekspert rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəyə malik olmasa da, xüsusi bilik tələb edən məsələlər üzrə əldə edilmiş belə rəy digər sübutlarla birlikdə qiymətləndirilməli və onun nəticələrinin qəbul edilməməsi konkret, əsaslandırılmış səbəblərlə şərtləndirilməlidir. Ekspert rəyinin yalnız tərəfin həmin rəylə razılaşmaması və ya rəyin onun prosessual mövqeyinə uyğun nəticə doğurmaması səbəbindən mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas yaranmır. Hazırkı işdə avtomobilin bazar dəyərinin müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan, birinci instansiya məhkəməsi bu məqsədlə müvafiq qiymətləndirmə tədqiqatının nəticələrini nəzərə almışdır. Iş üzrə təqdim edilmiş “xxxx” MMC-nin QXM/***-M saylı, ## ######## 2025-ci il tarixli rəyi ilə “Chevrolet Niva GLS” markalı, 2007-ci il buraxılışlı avtomobilin bazar dəyəri 8.700 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının tələb etdiyi 10.000 manat məbləğini olduğu kimi qəbul etməmiş, məhz xüsusi bilik əsasında müəyyən olunmuş qiymətləndirmə nəticəsinə əsaslanaraq zərərin məbləğini 8.700 manat həddində müəyyən etmişdir. Apellyasiya şikayətində isə həmin rəyin tərtib edilməsi zamanı qiymətləndirmə obyektinin xüsusiyyətlərinin düzgün nəzərə alınmadığını, istifadə edilmiş məlumatların həqiqətə uyğun olmadığını, tətbiq edilmiş qiymətləndirmə metodunun yanlış seçildiyini və ya hesablamalarda konkret səhvə yol verildiyini göstərən əsaslandırılmış iradlar irəli sürülməmişdir. Eyni zamanda, avtomobilin mübahisə üçün əhəmiyyətli dövrdə bazar dəyərinin ekspert tərəfindən müəyyən edilmiş məbləğdən fərqli olduğunu təsdiq edən alternativ qiymətləndirmə rəyi, mütəxəssis rəyi və ya digər mötəbər əks sübut da təqdim edilməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, iş materiallarında ekspert rəyinin nəticələri ilə ziddiyyət təşkil edən və həmin rəyin sübutetmə əhəmiyyətini aradan qaldıra biləcək başqa mötəbər sübut müəyyən edilmir. Apellyasiya şikayətində rəyin nəticəsinə münasibətdə ümumi narazılığın ifadə edilməsi isə ekspert tədqiqatının əsaslılığını və mötəbərliyini şübhə altına almaq üçün özlüyündə kifayət hesab edilə bilməz. Beləliklə, ekspert rəyinin mötəbərliyini aradan qaldıran konkret faktiki və ya metodoloji qüsur, onun nəticələrini təkzib edən əks sübut və yaxud avtomobilin dəyərinin başqa məbləğ təşkil etdiyini təsdiqləyən obyektiv məlumat təqdim edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirərək zərərin məbləğini 8.700 manat müəyyən etməsini əsaslı hesab edir. Kollegiya apellyasiya şikayətində birinci instansiya məhkəməsinin X11 şahid qismində dindirilməsi barədə vəsatəti təmin etməməsinə dair dəlili də qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, hazırkı iş üzrə mübahisənin həlli baxımından əhəmiyyət kəsb edən əsas faktiki hallar, o cümlədən mübahisəli avtomobilə dair əvvəlki məhkəmə qətnaməsinin məzmunu, həmin qətnamə əsasında icra sənədinin verilməsi və icraya yönəldilməsi, icraata xitam verilməsi, sonradan həmin qərarın məhkəmə qaydasında ləğv edilərək icra sənədinin yenidən icraya yönəldilməsi, avtomobilin Cavabdeh adından qeydiyyatdan çıxarılması, müxtəlif şəxslərə özgəninkiləşdirilməsi, son nəticədə başqa şəxsin adına rəsmiləşdirilməsi və bununla da əvvəlki məhkəmə aktının avtomobilin naturada qaytarılması hissəsində icrasının faktiki olaraq mümkünsüz hala gəlməsi iş materiallarında olan rəsmi yazılı sübutlarla müəyyən edilmişdir. Həmin hallar müvafiq məhkəmə aktları, icra icraatına dair sənədlər, dövlət qeydiyyatı məlumatları və digər rəsmi sənədlərlə təsdiq olunduğundan, onların müəyyən edilməsi üçün əlavə olaraq şahid ifadəsinə müraciət edilməsinə obyektiv zərurət olmamışdır. Bundan əlavə, cavabdeh tərəf X11 ifadəsi ilə məhz hansı konkret və işin nəticəsinə təsir göstərə biləcək hüquqi əhəmiyyətli faktın təsdiq ediləcəyini, həmin ifadənin işdə olan rəsmi yazılı sübutlarla müəyyən edilmiş halları hansı şəkildə təkzib və ya dəyişdirə biləcəyini əsaslandırmamışdır. Şahidin dindirilməsi barədə vəsatətin yalnız ümumi şəkildə irəli sürülməsi, lakin onun ifadəsinin mübahisənin düzgün həlli üçün hansı zəruri faktın müəyyən edilməsinə xidmət edəcəyinin göstərilməməsi məhkəmənin həmin vəsatəti təmin etmək öhdəliyini yaratmır. Kollegiya nəzərə alır ki, məhkəmə sübutların aidiyyəti və mümkünlüyünü işin predmetindən və tərəflərin istinad etdikləri hallardan çıxış etməklə müəyyən edir. Artıq rəsmi və mötəbər yazılı sübutlarla təsdiq edilmiş halların əlavə şahid ifadəsi ilə yenidən araşdırılması, həmin ifadənin iş üzrə başqa nəticəyə gəlməyə real təsir imkanının olmadığı halda, sübutetmə predmetinin əsassız genişləndirilməsi ilə nəticələnə bilər. Bu səbəbdən X11 şahid qismində dindirilməməsi cavabdeh tərəfin sübut təqdim etmək və müdafiə olunmaq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz və özlüyündə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Kollegiya mərhum cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi barədə apellyasiya dəlilini də əsaslı hesab etmir. Iş materiallarından görünür ki, Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsini rəhbər tutmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan başqa, onun nümayəndəsi hazırlıq iclasında iştirak etmiş, iddiaya münasibət bildirmiş və sonradan yazılı etiraz təqdim etmişdir. Birinci instansiya məhkəməsi də həmin etirazlarda irəli sürülmüş dəlillərə qətnaməsində hüquqi qiymət vermişdir. Belə olan halda mərhum cavabdehin müdafiə mövqeyinin məhkəməyə çatdırılmadığını və yaxud həmin mövqeyin araşdırılmadan saxlanıldığını qəbul etmək üçün əsas yoxdur. Mərhum cavabdehin qətnamə qəbul edildikdən sonra və apellyasiya icraatı zamanı vəfat etməsi birinci instansiya məhkəməsində onun prosessual hüquqlarının təmin olunub-olunmamasının qiymətləndirilməsini dəyişdirmir. Apellyasiya icraatında isə onun prosessual hüquqları qanunla müəyyən edilmiş qaydada işə cəlb olunmuş hüquq varisləri vasitəsilə davam etdirilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işin hallarını tam araşdırmadığı ümumi şəkildə göstərilsə də, iş üçün mühüm əhəmiyyət daşıyan konkret hansı faktın araşdırılmamış qalması və həmin faktın araşdırılmasının mübahisənin hüquqi nəticəsini necə dəyişdirəcəyi əsaslandırılmamışdır. Əksinə, birinci instansiya məhkəməsi əvvəlki məhkəmə aktlarını, icra icraatına dair sənədləri, Baş Dövlət Yol Polisi Idarəsinin məlumatlarını, tərəflərin izahat və etirazlarını, avtomobilin dəyərinə dair sənədləri və iş üzrə keçirilmiş ekspertizanın nəticəsini qarşılıqlı əlaqədə tədqiq etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan prosessual tələblərə uyğun olaraq sübutları onların qarşılıqlı əlaqəsində qiymətləndirmiş və müəyyən edilmiş faktiki hallardan düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillərin mühüm hissəsi birinci instansiya məhkəməsində iddiaya qarşı verilmiş etirazlarda göstərilmiş dəlillərin təkrarından ibarətdir. Həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və onların iddianın rədd edilməsinə əsas yaratmadığı qənaətinə gəlinmişdir. Apellyasiya şikayətində həmin nəticələrin yanlışlığını təsdiq edən, birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktları təkzib edən və ya mübahisənin başqa hüquqi nəticə ilə həll edilməsinə səbəb ola biləcək yeni mötəbər sübut təqdim edilməmişdir. Tərəfin məhkəmənin sübutlara verdiyi hüquqi qiymətlə razılaşmaması və həmin sübutlardan özü üçün daha əlverişli nəticə çıxarması birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyi nəticəsinə gəlmək üçün özlüyündə kifayət deyildir. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli halların sübut edilməməsi və yaxud qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsas təşkil edir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı iş üzrə isə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar müəyyən edilmiş, həmin hallar iş materiallarında olan sübutlarla təsdiq edilmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmuş və tətbiq edilməli maddi hüquq normaları düzgün müəyyən edilmişdir. Cavabdeh Cavabdeh apellyasiya icraatı zamanı vəfat etməsi də birinci instansiya məhkəməsinin onun sağlığında mövcud olmuş və məhkəmə tərəfindən müəyyən edilmiş əmlak xarakterli məsuliyyətinə verilən hüquqi qiymətin aradan qalxmasına səbəb olmur. Mərhum cavabdehin ölümü ilə əlaqədar prosessual hüquq varisliyi məsələsi apellyasiya icraatında həll edilmiş, onun hüquq varisləri iş üzrə iştirak etməyə cəlb edilmiş və proses qanunvericiliyin tələblərinə uyğun olaraq onların iştirakı ilə davam etdirilmişdir. Beləliklə, kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə aktı ilə iddiaçının mübahisəli avtomobili Cavabdeh geri almaq hüququ müəyyən edilmiş, lakin avtomobilin onun sahibliyindən çıxaraq sonradan özgəninkiləşdirilməsi nəticəsində həmin hüququn naturada həyata keçirilməsi faktiki olaraq mümkünsüz olmuş və bununla iddiaçının əmlak mənafeyinə real zərər dəymişdir. Birinci instansiya məhkəməsi zərərin mövcudluğunu, onun yaranma səbəbini və məbləğini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırmış, zərərin məbləğini xüsusi bilik əsasında keçirilmiş ekspertiza ilə müəyyən edilmiş 8700 manat həddində qəbul etmişdir. Mərhum cavabdehin avtomobili ilkin olaraq vicdanlı əldə etməsi, iddiaçının əvvəllər X1 ilə hüquq münasibətlərində olması, icra icraatına müəyyən müddət üçün xitam verilməsi, mərhum cavabdeh barəsində inzibati xəta işinə xitam verilməsi, habelə apellyasiya şikayətində göstərilən digər hallar qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn hüquqi vəziyyəti və həmin aktın icrasının sonradan mümkünsüzləşməsi nəticəsində yaranmış zərərə görə mülki-hüquqi məsuliyyəti aradan qaldıran hallar kimi qiymətləndirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmədiyi, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş əsasların müəyyən edilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-126/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-126/2026
05.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver