Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-154/2026 07.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, katib X1, cavabdeh Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10500 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 123 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, cavabdeh onun tanışı kimi 2024-cü ilin yanvar ayında ona müraciət edərək anasının ağır xəstə olduğunu və təcili olaraq əməliyyat olmalı olduğunu, ona görə borca pul lazım olduğunu bildirmişdir. O, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə şərikli aldığı avtomobilin satışından əldə edilmiş puldan ## ###### 2024-cü ildə cavabdeh Cavabdeh 10000 manat (on min manat) borca pul vermişdir. Eyni zamanda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin kart hesabına 500 manat (beş yüz manat) pul vəsaitini göndərmişdir. ##.##.2024-cü ildə cavabdehlə görüşərək ondan yazılı iltizam almış, cavabdeh həmin pulu 6 ay müddətinə qaytaracağını bildirmiş lakin vədinə əməl etməyərək aldığı borc pulu qaytarmamışdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh onun oğludur. İddiaçının əsasları doğru deyil. Belə ki, oğlu Paşa toy hazırlığı zamanı, ondan xəbərsiz nişanlısına hədiyyə almaq istəmiş, bunun üçün Paşaya 1500 manat pul lazım olmuş və o da tanışı, işdə iddiaçı olan Ramildən istəmişdir. İddiaçı İddiaçıla oğlu Cavabdeh keçmiş iş yoldaşı olmuşdur. İddiaçı onda pul olmadığını, tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs pul olduğunu bildirərək onu Xətainin yanına gətirmişdir. Xətai notarial qaydada təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin ona təqdim etməsinin lazım olduğunu bildirdiyindən Paşa notariusda təsdiq edilmiş şəxsiyyət vəsiqəsini onlara gətirmişdir. Oğlu Paşa 1500 manat pulu görüşüb Xətaidən almış və Xətai ona yazılı olaraq iltizamda 10000 manat olaraq qeyd etdirmişdir. Bunu gələcəkdə pul ödənməzsə məhkəməyə müraciət olunan zaman az məbləğdə iddialara məhkəmədə baxılmaması ilə əlaqələndirmişdir. Oğlu həmçinin əmək haqqı kartını da girov qoymuşdur. Pul verildikdən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs oğlu Paşaya təzyiqlər göstərmiş və əgər pulu qaytarmazsa işdən çıxartdıracağını bildirmişdir. Sonra elə həmin məsələlərə görə oğlunun işdən azad edilməsinə də nail olmuşdur. Paşa, Xətai və Ramil ilə ayda borcundan 300 manat olmaqla ödəniş edilməsi ilə razılaşmışdır. Bir ay 300 manat Xətaiyə ödəniş etdikdən sonra oğlu baş verən hadisə ilə əlaqədar onu məlumatlandırmış, bu hadisələrdən məlumatı olmadığından o da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və İddiaçı telefonla zəng edərək məsələni aydınlaşdırmaq, nəyə görə 1500 manat verildiyi halda oğlundan 10000 manat pul götürməsi barədə iltizama imza etdirmələrini aydınlaşdırmağa, onlarla razılaşma əldə etməyə çalışmış, İddiaçı onunla ədəbli danışsa da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona telefonda nalayiq ifadələr işlədərək danışığı sonlandırmışdır. O, oğlu Paşanı tək böyütmüş, oğlunun sadəlövlüyündən istifadə edərək ona 1500 manat pul verildiyi halda, aldadılaraq 10000 manat qəbzə imza etdirildiyindən iddia tələblərinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 35 (otuz beş) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.Heydərov, M.Sadıqov və A.Novruzova) ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh 2400 (iki min dörd yüz) manat pul vəsaitinin alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşə iddiaçı İddiaçı kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Z. Əliyev və V.Baxışova) ## ###### 2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün mülki iş həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdehin iddiaçıdan 10000 manat məbləğində borc pul götürməsi və qaytarmaması təqdim olunan iltizamla təsdiq olunsa da məhkəmə bütün halları qarşı tərəfin xeyrinə təhrif etmiş və cavabdehin etiraf etdiyi hissədə iddianı təmin etmişdir. Məhkəmə maddi norma kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 339.2 və 339.3-cü maddələrinə istinad etməklə maddi hüquq normalarını pozmuşdur. Halbuki cavabdeh ondan pul alması barədə yazılı qəbz vermişdir və əgər həmin qəbz hədəqorxu və pis niyyətlə alınsaydı nə üçün cavabdeh bununla bağlı hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ümumiyyətlə cavabdehi tanımır, yalnız cavabdeh aldığı pulu qaytarmadıqda cavabdehə həmin pulu Xətai adlı şəxsdən alıb verdiyini bildirmiş, lakin cavabdehə Xətainin adından istifadə etməklə hədə-qorxu gəlməmişdir. Qarşı tərəf nədənsə məhkəmə proseslərində hansısa bir audio disk təqdim edir və məhkəmə də onun iştirakı olmadan “gecikmiş” bu sübutu mötəbər sübut kimi qəbul etməklə və diskdəki danışığın kimə məxsus olub-olmamasını araşdırmadan qətnamə qəbul edir. İddiaçı şikayətinə qeyd etmişdir ki, o və Xətai cavabdehə hədə-qorxu gəlməmiş, yalnız ondan verdiyi pulu istəmişdir. Pulu o Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs aldığı üçün pul geri qayıtmadığına görə o da bu söhbətə qoşulmaq məcburiyyətində qalmışdır. Lakin məhkəmə qarşı tərəfin əsassız dəlillərinə “mötəbər sübut” kimi əsaslanmaqla hazırki qanunsuz qətnaməni qəbul etmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, İddiaçı iki dəfəyə 1000 manat, sonra 500 manat olmaqla 1500 manat pul almışdır. O, Ramildən pul istəyərkən Ramil ona bildirmişdir ki, pul istəməyilə bağlı ona səs at. Ramil həmin vaxt Rusiyada idi. İddiaçı ona bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin surətini Notariusda təsdiq etdirsin. O da təsdiq etdirmişdir. Borc məbləğini təsdiq olunmuş sənədə yazanda o 1500 manat yazmaq istəyirdi. Ramil ona bildirmişdir ki, məbləği 10000 yaz çünki, məhkəmə az məbləğə baxmır, o da məcbur olub yazmışdır. İş materiallarında olan DVD disk olan səs yazmalarını 2024-cü ilin iyul ayında yazmışdır. O, 1500 manat pul almış, həmin məbləğin 900 manatını qaytarmış, 600 manat borcu qalmışdır. Ramil ona həmin pulun Xətainin olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edərək bildirmişdir ki, cavabdeh Cavabdeh iddiaçı ilə iş yoldaşı və dost olublar. Qeyd olunan pulu isə İddiaçı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1500 manat borca götürmüşdür. Sonradan onlar Cavabdeh Bakı şəhərində Nərimanov parkına çağıraraq görüşüblər və ona ərizə yazdırıblar ki, 1500 manat az məbləğ olduğuna görə məhkəmədə iddia qaldırmaq mümkün olmayacaqdır. Ərizədə 10000 manat yazaraq imza atmasını məcbur ediblər. Borc sənədi kimi yazılan sənədə baxdıqda aydın olur ki, həmin sənəd imza təsdiqi üçündür. İş materiallarına əlavə olunmuş yalnız imza təsdiqi üçün olan sənəddir. Qeyd olunan borcdan o, üç dəfə ayrı-ayrılıqda 300 manat olmaqla 900 manatını ödəmişdir. İddiaçıya onun 600 manat borcu qalmışdır. İddiaçı İddiaçı və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlandırdığı ərizəsində qeyd etmişdir ki, o, cavabdeh Cavabdeh şəxsən 10500 (on min beş yüz) manat pul vermiş, bununla bağlı ərizədə də ətraflı bütün halları qeyd etmiş və 117 dəfə bütün orqanlara rəsmi şikayətlər belə yazmış, Məhkəmə Hüquq Şurasında, Prezident aparatında, Ali məhkəmədə qəbullarda olaraq bildirmişdir ki, 500 manatı cavabdehin kartına 10 000 manatı isə əlbə-əl verərək dilindən yazılı qəbz almışdır. Cavabdeh onları aldadaraq anasının xəstəliyi adı altında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsən 1000 manat, ondan isə 10500 manat almışdır ki, bu pulda da onlar Xətai müəllimlə şərik idi. O, Paşaya 10500 manat pul vermişdir. Məhkəmədə iştirak edə bilmir, apellyasiya şikayətini müdafiə edir, Ali Məhkəmənin göstərişlərini və sadaladığı halları nəzərə alaraq məhkəmə prosesini iştirakı olmadan keçirməklə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ünvanlandırdığı ərizəsində bildirmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh şəxsən 10500 (on min beş yüz) manat pul vermiş və bununla bağlı ərizəsində də ətraflı bütün halları qeyd etmişdir. 500 manat hissə kartına vurmaqla, 10 000 (on min manat) hissəni isə əlbəəl verərək dilindən yazılı qəbz almışdır. Cavabdeh iddiaçını və onu aldadaraq anasının xəstəliyi adı altında şəxsən ondan 1000 manat, iddiaçı İddiaçı isə 10500 manat almışdır ki, bu pulda da onlar şərik idilər, yəni ikisinin birgə pulu olmuşdur. Bir sözlə iddiaçı cavabdehə 10500 manat pul vermişdir. O, məhkəmədə iştirak edə bilmir, apellyasiya şikayətini müdafiə edir, Ali Məhkəmənin göstərişlərini və sadaladığı halları nəzərə alaraq məhkəmə prosesini iştirakı olmadan keçirməklə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni iddiaçı mübahisələndirmişdir. Kollegiya işə iddiaçının apellyasiya şikayəti həddində baxır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı hazırki tələbində cavabdeh tərəfindən imzalanmış yazılı iltizamı (qəbzi) təqdim etməklə cavabdehdən 10500 manat borcun ödənilməsini xahiş etmişdir. İddiaçı göstərmişdir ki, əlbəəl verilən 10000 manatdan başqa, onun tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əlavə olaraq cavabdehə 500 manat vermişdir. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə imzalanmış iltizama (yazılı qəbzə) görə Cavabdeh ##.##.2024-cü il tarixdə İddiaçı 10.000 (on min) manat borc pul alaraq 6 ay müddətinə qaytaracağını, həmin pulu qaytarmazsa hüquq mühafizə orqanlarına şikayət edilməsinə etiraz etmədiyini bildirmiş və 5168-2354-7222-6215 (****) nömrəli maaş kartını girov qoymuşdur. Cavabdeh tərəf izahatında aldadıldığını, qəbzdə 10000 manat yazsa da cəmi 1500 manat borca pul aldığını bildirmişdir. Cavabdeh izah etmişdir ki, əvvəlcə qəbzdə (yazılı iltizamda) 1500 yazmaq istəyəndə iddiaçı imkan verməmiş, belə işlərə məhkəmədə baxıla bilməsi üçün ona 10.000 manat yazmaq lazım olduğunu inandırmışdır. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının müvafiq rəyi alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2025-ci il tarixli, */*** saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən yazılı iltizamda 1 rəqəmindən sonrakı 0 rəqəmi ilk əvvəl 5 rəqəmi olmuş, sonradan həmin rəqəm 0-rəqəminə düzəldilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı yazılı qəbzə istinad edərək, eləcə də tanışı tərəfindən cavabdehə pul verildiyini bildirərək cavabdehdən borcunu (10500 manat) tələb etmiş, tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı iltizamı imzalamışdır (mahiyyətcə, cavabdehlə aralarında yazılı razılaşma vardır). Cavabdeh tərəf aldadıldığını, qəbzdə 10000 manat yazsa da əslində iddiaçının vasitəsi ilə Xətaidən 1500 manat borca pul aldığını bildirmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində və apellyasiya baxışında verdiyi izahatında bildirmişdir ki, oğlu Paşa İddiaçı 1500 manat borca pul istəmiş, İddiaçı onda pul olmadığını, tanışı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs pul olduğunu bildirərək onu Xətainin yanına gətirmişdir. Oğlu Paşa 1500 manat pulu görüşüb Xətaidən almış və Xətai ona yazılı olaraq iltizamda 10000 manat olaraq qeyd etdirmişdir. Cavabdeh, Xətai və Ramil ilə ayda borcundan 300 manat olmaqla ödəniş edilməsi ilə razılaşmışdır. Pul verildikdən sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs oğlu Paşaya təzyiqlər göstərmiş və əgər pulu qaytarmazsa işdən çıxartdıracağını bildirmişdir. Sonra elə həmin məsələlərə görə oğlunun işdən azad edilməsinə də nail olmuşdur. Cavabdeh tərəf birinci instansiya məhkəməsində və apellyasiya baxışında izahatında bildirmişdir ki, təqdim etdiyi diskdə də həm İddiaçıla, həm də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla danışıqlarında borc məbləğinin 1500 manat olduğunu onlara xatırlatdığını, istər İddiaçı, istərsə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borc məbləğinin 1500 manat olduğunu inkar etmədiklərini bildirmişdir. Həmin danışıqlardan da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs oğlu Paşaya təzyiqlər göstərdiyi, əgər pulu qaytarmazsa onu işdən çıxartdıracağını bildirdiyi görünür. Beləliklə, iddiaçı tələb etdiyi pulun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsla şərikli qazandığı pul olduğunu bildirsə də izahatlardan müəyyən edilir ki, borca verilən pul əslində iddiaçı vasitəsilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehdən notarial qaydada təsdiq edilmiş şəxsiyyət vəsiqəsinin surətini almış, iddiaçının vasitəsilə borc barədə yazılı qəbzi cavabdehə yazdırmış, pul qaytarılmadığı halda onu işdən çıxaracağını da cavabdehə bildirmişdir. Cavabdehin izahatından və təqdim etdiyi səs yazılarından, eləcə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə ünvanladığı sonrakı yazışmalardan görünür ki, pul məbləğini cavabdehdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hədə və təkidlə tələb etmişdir. Bu hal da ona dəlalət edir ki, pul məbləği əslində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olmuşdur. Bununla yanaşı, cavabdeh iddiaçının qarşısında borcun olması barədə qəbz (iltizam) imzalamışdır. Qəbzdə 10000 manat qeyd edilsə də, cavabdeh tərəfin izahatından və təqdim etdiyi səs yazılarından müəyyən edilir ki, cavabdehin borca götürdüyü məbləğ 1500 manat olmuşdur. İddiaçı tərəfin iddia ərizəsində və apellyasiya baxışında göndərdiyi elektron ərizəsində izahatı (pul vəsaitinin məbləği barədə göstərdiyi xüsusatlar, pulun kimə məxsus olması) ziddiyyətlidir. Belə ki, iddiaçı tələbində 10000 manatı əlbəəl cavabdehə özü verdiyini, eyni zamanda, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin kart hesabına 500 manat köçürdüyünü bildirsə də apellyasiya baxışında elektron qaydada göndərdiyi ərizəsində cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxsən 1000 manat, ondan isə 10500 manat aldığını qeyd etmişdir. Apellyasiya baxışında elektron qaydada göndərdiyi ərizəsində iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da cavabdehin iddiaçını və onu aldadaraq şəxsən ondan 1000 manat iddiaçı İddiaçı isə 10500 manat aldığını qeyd etməklə ziddiyyətli izahat vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli qərarında göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı apellyasiya şikayətində onun iştirakı olmadan keçirilən məhkəmənin “gecikmiş” sübutu mötəbər sübut kimi qəbul etməklə diskdəki danışığın kimə məxsus olub-olmamasını araşdırmadan qətnamə qəbul etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, Qanunun tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İşin hallarından görünür ki, məhkəmə hazırlıq mərhələsində prosessual aktivlik göstərərək hansı sübutları araşdırmaqla bağlı işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməsə də məhkəmə baxışında cavabdeh tərəfin izahatını və izahatını əsaslandırdığı sübutu qəbul etmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsində sübutların araşdırılmasında iştirak etməmişdir. Bununla yanaşı, iddiaçı tərəf cavabdehin izahatına qarşı arqument irəli sürməmiş, cavabdehin izahatına qarşı səs yazılarının ona və iş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsus olub-olmadığı barədə etiraz etməmişdir. Cavabdeh təqdim etdiyi disklərdəki səs yazıları isə cavabdehin izahatını təsdiq edən haldır. Qanunun tələbinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə, maddə 404). Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdehin aldadıldığı və qarşı tərəfin ona daha böyük məbləğdə borcun olması barədə qəbz yazdırması, 1500 manat pul götürsə də 10000 manat pul götürməsi barədə iddiaçıya iltizam verməsi barədə cavabdehin göstərdikləri öz təsdiqini tapmışdır. Qanunun tələbinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (Mülki Məcəllə, maddə 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (Maddə 339.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2019-cu il tarixli Qərarında deyilir ki, məhkəmələrdə hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Kollegiya tərəflərin arasında olan yazılı razılaşmanın (qəbzin) aldatma nəticəsində bağlanıldığı barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya hesab edir ki, cavabdeh öz etirazını əsaslandıra bilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı yuxarıda göstərilən qaydada təmin etməklə mahiyyətcə doğru qənaətə gəlmişdir Beləliklə, Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Ekspertiza xərci- 70 manat iddiaçı İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinə görə İddiaçı 70 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-154/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-154/2026
07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver