Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-192/2026 12.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili X4) tərəfindən verilmiş şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qətnaməsi (hakim İlqar Əliyev) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh, X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə (nümayəndəsi və vəkili olan Vəkil1) elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Xocavənd Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə (nümayəndəsi və vəkili olan Vəkil1) elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayətinin baxılması üçün buraxılmış prosessual müdətin bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilmiş, cavabdeh X2 və X1 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh (nümayəndəsi və vəkili X4) elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Xocavənd Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadından narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 elektron məhkəmə sistemi vasitəsi ilə şikayət ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadının ləğv edilməsi, cavabdehlər X2 və X1 qanuni nümayəndəsi Qanuni Nümayəndəsi və vəkili olan Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin 25 sentyabr 2025ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılması və şikayət mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2025-ci il tarixli, 2(106)-1663/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2025-ci il tarixli, 2(106)1778/2025 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və iş apellyasiya icraatına qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh (nümayəndəsi və vəkili X4) tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi məhkəməyə daxil olmuş, bununla əlaqədar 2(069)-124/2025 saylı mülki işin Xocavənd Rayon Məhkəməsinə qaytarılması Şirvan Apellyasiya Məhkəməsindən xahiş olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2025-ci il tarixli, 2(106)1778/2025 saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1778/2025 saylı, 14 noyabr 2025-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş materiallarının Xocavənd Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Xocavənd Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qətnaməsindən Cavabdeh buraxdığı apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və Cavabdeh nümayəndəsi və vəkili olan X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən əvvəllər verilmiş apellyasiya şikayəti Xocavənd Rayon Məhkəməsinin müvafiq qərardadı ilə geri qaytarılmış, sonradan isə yalnız müddətin bərpası barədə ərizə təqdim edilmiş, lakin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş apellyasiya şikayəti ərizəyə əlavə olunmamışdır. Bu isə müddətin bərpası institutunun mahiyyətinə və MPM-nin 133.3-cü maddəsinin imperativ tələblərinə zidd olmaqla apellyasiya şikayətinin mümkün hesab edilməsini istisna edir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin geri qaytarılması həmin prosessual sənədin hüquqi nəticələrini aradan qaldırdığından, müddətin bərpası barədə sonrakı müraciətə müvafiq qaydada tərtib edilmiş yeni apellyasiya şikayətinin əlavə olunması zəruri idi. Lakin hazırda iş materiallarında qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş apellyasiya şikayəti mövcud deyildir. Bu səbəbdən müddətin bərpası barədə ərizənin təmin edilməsi apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas yarada bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Birinci instansiya məhkəməsi şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun tərtib olunmasını yoxlamadan apellyasiya şikayətini baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllədinin 363.1.1-1-ci mаddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili X4) tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesаb edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrааldı: Xocavənd Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2(069)-124/2025 saylı qətnaməsindən Cavabdeh (nümayəndəsi və vəkili X4) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-192/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-192/2026
12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver