Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-209/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: ##.##.2015-ci il tarixli, */*/******** nömrəli kassa-məxaric orderindən görünür ki, ##.##.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10000 manat məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 10000 manat məbləğində pulun götürülməsini təsdiq etmişdir. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə ünvanlandığı ## ######## 2025-ci il tarixli bildirişdən görünür ki, cavabdeh Cavabdeh ## ######## 2025-ci il tarixə banka 4387.32 manat əsas borcu, 2694.84 manat faiz borcu, 5163.35 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 642.94 manat faiz borcu, cəmi 12888.45 manat borcu qalmışdır. Tələb edilən 12888.45 manat borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Bildirişdə kreditin 96 ay müddətinə verildiyi qeyd edilmişdir. ## ######## 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ## ###### 2015-ci tarixli ********* nömrəli kredit müqaviləsi üzrə ## ######## 2025-ci il tarixə banka 4387.32 manat əsas borcu, 2694.84 manat faiz borcu, 5163.35 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 642.94 manat faiz borcu, cəmi 12888.45 manat borcu vardır. ## ####### 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 63.88 manat dövlət rüsumu ödənilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 4387.32 manat əsas borcun və iş üzrə ödənilmiş 63.88 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2015-ci il tarixli, */*/******** nömrəli kassaməxaric orderindən görünür ki, ##.##.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 10000 manat məbləğində pul verilmiş, cavabdeh isə orderə imza atmaqla 10000 manat məbləğində pulun götürülməsini təsdiq etmişdir. Cavabdeh ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna sahib olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda Bank tərəfindən ##.##.2015-ci il tarixli kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ## ###### 2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 10000 məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassaməxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda Bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa Insan hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X1rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir.” Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 10000 manat məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ##.##.2025-ci il tarixə Cavabdeh əsas borcu 4387.32 manat təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Masallı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim: Zeynal Zeynalov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə cavabdeh Cavabdeh arasında ## ###### 2015-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti kimi cavabdehin bildirdiyinə əsasən 36 ay müəyyənləşdirilmiş, bundan sonra iddiaçı tərəf hər hansı hüquqi prosedur həyata keçirməmiş, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Cavabdeh tərəf isə hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim olunan iddia ərizəsində iddiaçı bank tərəfindən ##.##.2015-ci il tarixli Kredit müqaviləsinin və ona əlavə olunmuş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi kimi İddiaçıASC-nin lisenziyasının Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının ##.##.2017-ci il tarixli ** saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması göstərilmişdir. ərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili qaydalarının 7.2-ci bəndinə əsasən nağd pulun məxarici “pul çekləri”nə və kassa məxaric orderinə əsasən həyata keçirilir. ##.##.2015-ci il tarixli */*/******** nömrəli kassa məxaric orderindən aydın olur ki, borclu CavabdehBank tərəfindən 10.000 (on min) manat məbləğində kredit verilmiş və borclu həmin krediti aldığını öz imzası ilə təsdiq etmişdir. Məxaric orderindəki ödənişin təyinatına əsasənCavabdeh pul “kredit” əsasında verilmişdir. Pulun alınmasınıtəsdiq edən kassa məxaric orderi mötəbər sübut olduğundan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Lakin əgər həmin hərəkət təşkilatda yerinə yetirilməlidirsə, onda müddət müəyyənləşdirilmiş qaydalara görə həmin təşkilatda müvafiq əməliyyatların dayandırıldığı saatda qurtarır. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. MasallıRayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələr siyahısındadır. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh qarşı “borc tələbi” nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Iş materiallarında saxlanılan elektron ərizədən çıxarışa nəzər yetirsək görərik ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin göndərilmə tarixi ##.##.2025-ci il kimi qeyd edilmişdir. (“Elektron məhkəmə” informasiya sisteminə yüklənilmiş iddia ərizəsini təsdiq edən sənədin surəti apellyasiya şikayətinə əlavə edilir). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Bildiririk ki, iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş məhkəmə iddiaçının tələbi üzrə dəlilləri düzgün araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Əlavə olaraq bildiririk ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Iddiaçı ##.##.2025-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə elektron qaydada müraciət etmiş və bununla da iddiaçı Bank tərəfindən iddia müddəti ötürülməmişdir. Hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə müəyyən məbləğlərdə ödənişlər etmişdir ki, bu da Bank ilə cavabdeh arasında olan öhdəlik münasibətlərinin şərtlərinə əməl olunması deməkdir və öz növbəsində borcun etirafıdır. Bununla da borcluCavabdeh LPO İddiaçı ASC ilə kredit münasibətləri faktının olması sübut edilir. Həmçinin bildiririk ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən öncə, cavabdehə pretenziya qaydasında bildiriş göndərmiş, bildirişdə borcun hansı məbləğdə olması qeyd edilmiş və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh tərəfindən öhdəliyin olmaması mübahisələndirilməmiş və bu məsələnin araşdırılması üçün banka məlumat verilməmişdir. Borcun hansı məbləğdə olması barədə məlumatlar birinci instansiya məhkəməsinə təqdim edilən digər sübutlarda da öz əksini tapmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəf apellyasiya qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə təqdim olunmuş, iddia ərizəsindən görünür ki, sənədlərin təqdim olunmasına səbəb sənədlərin məhv edilməsi, itirilməsi və korlanması olmuşdur. Iddiaçı Masallı Rayon Məhkəməsində həmin sübutları tapa bilmədiklərini göstərir, necə olur ki, məhv olmuş sübutlar hazırkı mərhələdə meydana çıxmışdır. Bu hal onu sübut edir ki, həmin sübutlar qanunsuz əldə olunmuşdur və ümumiyyətlə hazırda təqdim olunması üçün əsasların yaranması sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Iddiaçı tərəf “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərmiş olduğu ərizədə apellyasiya şikayətinin təmin edilməsini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 372.1. bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2 müqavilə tələbləri üzrə müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Cavabdeh ##.##.2015-ci il tarixli kredit münasibətlərindən irəli gəldiyi iddia edilən 4387.32 manat əsas borcun tutulmasını tələb etmiş, tələbini əsasən ##.##.2015ci il tarixli */*/******** nömrəli kassa-məxaric orderinə, maliyyə arayışına və cavabdehə ünvanlanmış bildirişə istinad etməklə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları qiymətləndirərək iddia müddətinin ötürülməsi nəticəsinə gəlmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və maddi-prosessual hüquq normalarına uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti etməyi və ya etməkdən çəkinməyi tələb etmək hüququna iddia hüququ deyilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti qurtardıqda başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Iş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair vəsatət vermişdir. Bu halda məhkəmə iddia müddətinin keçib-keçməməsini araşdırmalı idi. Kollegiya qeyd edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində kredit münasibətlərinin əsasını təşkil edən ##.##.2015-ci il tarixli kredit müqaviləsini məhkəməyə təqdim etməmiş, həmin müqavilənin şərtlərini, kreditin müddətini, ödəniş qrafikini, son icra tarixini və iddia müddətinin başlanmasına təsir edən digər mühüm halları mötəbər yazılı sübutlarla təsdiq edə bilməmişdir. Əksinə, ##.##.2025-ci il tarixli hazırlıq iclasının protokolundan görünür ki, məhkəmənin “2015-ci il müqaviləsinə əsasən 10.000 manatın hansı müddətə verildiyi” sualına cavab olaraq iddiaçının nümayəndəsi “Ləğv prosesində olan zaman İddiaçıın bəzi sənədləri itib, sistemdə görünmür” məzmunlu izahat vermişdir. Həmçinin həmin məhkəmə iclasında iddiaçı tərəfin nümayəndəsi əlavə sübutların təqdim olunması ilə bağlı vəsatətinin olmadığını və işin məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəf birinci instansiya məhkəməsində kredit müqaviləsinin mövcud olmadığını deyil, həmin sənədin itirildiyini və təqdim edilməsinin mümkün olmadığını bildirməklə öz prosessual mövqeyini müəyyən etmişdir. Buna baxmayaraq, apellyasiya şikayətinə həmin müqavilənin əlavə edilməsi iddiaçı tərəfin birinci instansiyada verdiyi izahatlarla ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Hazırkı iş üzrə isə iddiaçı tərəf kredit müqaviləsinin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkünsüz olduğunu əsaslandıra bilməmişdir. Əksinə, nümayəndənin birinci instansiya məhkəməsində verdiyi izahatdan görünür ki, həmin sənədlərin itirildiyi və sistemdə mövcud olmadığı bildirilmişdir. Bununla yanaşı, işin hazırlıq iclasında iddiaçı tərəf əlavə sübut təqdim etmək üçün vaxt verilməsi və ya sübutların əldə edilməsinə köməklik göstərilməsi barədə hər hansı vəsatətlə çıxış etməmişdir. Kollegiya hesab edir ki, tərəfin birinci instansiyada təqdim etmədiyi sübutu apellyasiya mərhələsində təqdim etməsi özlüyündə həmin sübutun qəbul edilməsinə əsas vermir. Prosessual qanunvericilik tərəflərin bütün sübutlarını birinci instansiya məhkəməsində təqdim etməsini tələb edir və apellyasiya baxışı işə yenidən başlanılması deyil, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yoxlanılması məqsədi daşıyır. Bu baxımdan apellyasiya şikayətinə əlavə edilmiş kredit müqaviləsi MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğun olmadığından kollegiya tərəfindən yeni sübut kimi qəbul edilə bilməz. Bundan başqa, iş materiallarında olan ##.##.2015-ci il tarixli kassa-məxaric orderi cavabdehə müəyyən məbləğdə pul vəsaitinin verilməsini təsdiq etsə də, həmin sənəd kredit münasibətlərinin bütün mühüm şərtlərini, xüsusilə kreditin müddətini, öhdəliyin icra tarixini, ödəniş qaydasını və tərəflərin hüquq və vəzifələrinin həcmini müəyyən etmir. Odur ki, həmin sənəd təkbaşına iddia müddətinin başlanma anını müəyyən etməyə kifayət edən mötəbər sübut hesab edilə bilməz. Kollegiya həmçinin nəzərə alır ki, iş materiallarında olan ## ######## 2025-ci il tarixli bildirişdə kreditin 96 ay müddətinə verildiyi qeyd edilsə də, həmin məlumat birtərəfli qaydada tərtib olunmuş sənəddə əks etdirilmişdir və kredit müqaviləsi ilə təsdiq edilmədiyindən mübahisəsiz sübut kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində cavabdehin müxtəlif tarixlərdə ödənişlər etməsi və bunun borcun etirafı kimi qiymətləndirilməli olması barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, həmin hallar da birinci instansiya məhkəməsinə mötəbər və prosessual qaydada təqdim olunmuş sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda, iddiaçı tərəf son ödəniş tarixini, öhdəliyin icra müddətini və iddia müddətinin hesablanmasına təsir edən digər halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları MPMin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, iş üçün əhəmiyyətli halları düzgün müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-209/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-209/2026
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver