Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-220/2026 26.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(050)-3542/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh borca görə 4500 manat məbləğində pulun və dövlət rüsumuna görə 65 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elşən Hüseynov) iddia tələbi təmin edilərək Cavabdeh 15 mart 2023cü il tarixli kredit müqaviləsi üzrə 4500 (dörd min beş yüz) manat borc və 65 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək Mаsаllı Rаyоn Məhkəməsinin xx.xx.2026cı il tаriхli 2(050)-3542/2025 sаylı qərаrdаdının ləğv еdilməsi və işi bахılmаsı üçün Şirvаn Аpеllysiyа Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2025-ci ilin dekabr ayının 17-də Masallı rayon İcra və Probasiya Şöbəsindən istifadəsində olan mobil telefona mesaj gəlmiş, dekabr ayının 19-da həmin Şöbədə olarkən barəsində borc pula dair qətnamə olması ona bildirilmişdir. Məhkəmədən maraqlanarkən qətnamənin qeydiyyatda olduğu Masallı rayonu Qədirli kəndinə göndərilməsi və adından imza edilməklə qəbul edilməsi bildirilmişdir. Halbuki Masallı rayonu Qədirli kəndində qeydiyyatda olsa da, bir neçə ildir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşayır. Bu səbəbdən də qətnaməni nə onun, nə də ailə üzvlərinin alması mümkün deyildir. Poç göndərişinə adından kimin imza etməsinin aydınlaşdırılması üçün Masallı Rayon Prokurorluğuna müraciət etmişdir və araşdırma aparılır. Yalnız dekabr ayının 26-da Masallı Rayon Məhkəməsinin inzibati binasında qətnamənin surəti ona verilmişdir. Həmin qətnamədən xx.xx.2026-cı il tarixdə аpеllyаsiyа şikаyəti vеrsə də, Mаsаllı Rаyоn Məhkəməsinin xx.xx.2026-cı il tаriхli qərаrdаdı ilə аpеllyаsiyа şikаyətinin gеri qаytаrılmаsı qərаrа аlınmışdır. Apellyasiya şikayətimin qaytarılmasına dair qərardadda iş materialında olan xəbərnamədən Masallı Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsinin Cavabdeh qeydiyyatda olduğu Masallı rayonu, Qədirli kəndi ünvanına göndərilməsi və 14 noyabr 2025-ci il tarixdə qəbul edilməsinin görünməsi, həmçinin iş materiallarında olan Azərpoçtun Göndərişlərin izlənməsi xidmətindən Masallı Rayon Məhkəməsinin 8(050)- 390/2025 nömrəli, 06 noyabr 2025-ci il tarixli qərardadının SXO49516276AZ izləmə kodu ilə 14 noyabr 2025-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu Masallı rayonu, Qədirli kəndi ünvanına göndərilməsi və 14 noyabr 2025-ci il tarixdə çatdırılmasının görünməsi qeyd edilmişdir. Halbuki yuxarıda göstərdiyi kimi o faktiki olaraq qeydiyyatda olduğu ünvanda ailə üzvləri ilə yaşamadığından həmin sənədləri ala və xəbərnaməyə imza edə bilməzdi. Bu barədə apellyasiya şikayətində qeyd etməyinə baxmayaraq hakim həmin xüsusatı araşdırmaq əvəzinə məsələyə formal yanaşmış, xəbərnamədəki imzanın ona məxsus olub-olmamasını araşdırmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə aktının təkrar alınması ilə bağlı rüsumun ödənilməsinə gəlincə isə, qətnamə rüsum ödənilmədən verilmədiyinə görə məcbur qalıb rüsum ödəməli olmuşdur. Bu heç də xəbərnamədəki imzanın ona məxsus olması anlamına gəlmir. Hətta apellyasiya şikayətində poçt xəbərnaməsinə adının qarşısındakı imzanın kimə məxsusluğunun araşdırılması üçün prokurorluq orqanına şikayət etməyini qeyd etməyinə baxmayaraq həmin xüsusatın aydınıaşdırılması üçün rayon prokurorluğuna sorğu belə verməmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(050)-3542/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(050)-3542/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsindən şikayət etmək hüququ Cavabdeh konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Lakin İbişov X4 Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsindən vaxtında apellyasiya şikayəti verməmişdir. Belə ki, cavabdeh şikayətində faktiki olaraq Bakı şəhərində yaşadığını, məhkəmə qətnaməsinin şəxsən ona və ailə üzvlərinə çatdırılmadığını bildirərək kim tərəfindən təhvil alındığını bilmədiyini qeyd etmişdir. Bildirir ki, yalnız dekabr ayının 26-da Masallı Rayon Məhkəməsinin inzibati binasında qətnamənin surəti ona verilmişdir. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan xəbərnamədən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh qeydiyyatda olduğu Masallı rayonu, Qədirli kəndi ünvanına göndərilmiş və 14 noyabr 2025-ci il tarixdə qəbul edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil qətnamədən 16 yanvar 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi qətnamədən onu rəsmi qaydada verilməsindən 2 ay keçdikdən sonra apellyasiya şikayət verilmiş və şikayətə prosessual müddətin buraxılmasının üzrlü səbəbdən olması ilə bağlı hər hansı vəsatət əlavə edilməmişdir. Cavabdeh qətnaməni 26 dekabr 2025-ci il tarixdə aldığını qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, qətnamə 14 noyabr 2025-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Masallı Rayon Məhkəməsinin 2(050)-3542/2025 saylı, 06 noyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytararaq düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Halbuki cavabdeh tərəf müddətin bərpası barədə vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Görünür ki, məhkəmə sənədi cavabdehin qeydiyyatda olduğu ünvana poçt vasitəsilə göndərilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq digər qaydada çatdırılmış hesab edilmişdir. İş materiallarında olan xəbərnamə və poçt izləmə məlumatları sənədin həmin ünvana çatdırıldığını təsdiq edir. Bu səbəbdən məhkəmə, MPM-in 135.3 və 135.5-ci maddələrinin tələblərinə əsaslanaraq məhkəmə sənədinin rəsmi qaydada təqdim edildiyi qənaətinə gəlmişdir. Əgər prosessual qanunvericilik məhkəmə sənədlərinin yalnız ünvan sahibinə şəxsən təqdim edilməsini imperativ şərt kimi müəyyən etsəydi, bu halda məhkəmə icraatının operativliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə zəifləyərdi. Belə yanaşma praktik müstəvidə işlərin baxılmasının süni surətdə uzadılmasına, məhkəmə prosesinin iştirakçılar tərəfindən formal bəhanələrlə ləngidilməsinə və nəticə etibarilə məhkəmələrin əsassız iş yükü ilə yüklənməsinə səbəb olardı. Qanunverici məhz bu riskləri nəzərə alaraq MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin yalnız şəxsən deyil, müəyyən hallarda ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvünə, habelə müvafiq orqanlara təqdim edilməsini də hüquqi cəhətdən etibarlı çatdırılma üsulu kimi tanımışdır. Bu normativ yanaşmanın məqsədi prosessual hüquqların formal deyil, real təminatı ilə yanaşı, məhkəmə icraatının ağlabatan müddətdə başa çatdırılması prinsipinin qorunmasıdır. Əks yanaşma, yəni hər bir halda yalnız şəxsi təqdimetmənin tələb olunmasıünvan üzrə olmaması və ya bildirişləri qəbul etməkdən yayınması kimi hallarda ədalət mühakiməsinin həyata keçirilməsini faktiki olaraq iflic vəziyyətinə sala bilərdi. Bu isə həm hüquqi müəyyənlik prinsipinə, həm də məhkəməyə çıxış hüququnun effektiv həyata keçirilməsi məqsədinə zidd nəticələr doğurardı. Həmçinin qeyd edilməlidir ki, məhkəmə sənədlərinin çatdırılması zamanı əsas götürülən meyar şəxsin rəsmi qeydiyyatda olduğu ünvan hesab olunur. Hazırkı işin materiallarından da görünür ki, cavabdeh rəsmi olaraq ünvan 1 ünvana göndərilmişdir. Bu baxımdan məhkəmənin rəsmi qeydiyyat məlumatlarına əsaslanması qanunvericiliyin tələblərinə uyğun olmuş, cavabdehin faktiki olaraq başqa ünvanda yaşaması isə sənədlərin rəsmi qaydada təqdim edilməsi faktını təkzib edən hal kimi qiymətləndirilə bilməz. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda düzgün qənaətə gəlmişdir. Belə ki, cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş bir ay ərzində müvafiq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(050)- 3542/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Masallı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(050)-3542/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(050)-3542/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.