Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-230/2026 16.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(056)-114/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 mart 2026-cı il tarixdə Şirvan apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərər əvəzində 3690 manat və ödənilmiş dövlət rüsumu əvəzində 57 manat alınaraq ona verilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində özünə məxsus “Kia Sportage” markalı, ağ rəngli, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürkəndi-Məmişlər-Surra avtomobil yolunun Sabirabad rayonu Kürkəndi kəndi ərazisindən keçən hissəsində Sabirabad şəhərindən Surra istiqamətində hərəkətdə olmaqla Kürkəndi kəndindəki evinə gedərkən yolda solda yerləşən evinə dönmək üçün dönmə işığını yandırmış və irəlidən, geridən avtomobilin gəlməməsindən əmin olaraq sola, evlərinin qarşısına dönməyə başlamış, sola evinin qarşısına dönərkən geridən yüksək əyləc səsi eşitmiş və 2-3 saniyə sonra əyləc səsi ilə geridən gələn avtomobil onun avtomobilinin sol arxa tininə çırpılmışdır. Zərbənin təsirindən avtomobili fırlanıb Sabirabad şəhəri istiqamətində dayanmışdır. Qəza nəticəsində hər hansı xəsarət almasa da, avtomobilinə ciddi maddi ziyan dəymişdir. Hadisənin günahkarı özü deyil, “Khazar” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən Elməddin adlı şəxsdir. Həmin şəxs çox yüksək sürətlə onun arxasınca gələn avtomobili ötmə əməliyyatı edib ona bəlkə də 80 km/saat sürətlə çırpılmışdır. O, əgər əyləcdən istifadə etməsə idi, qəza ağır xəsarətlərlə nəticələnəcəkdi. Hadisə baş verən zaman avtomobilində nə yük, nə də sərnişin olmuşdur. O, avtomobili 5 km/saat sürətlə idarə edirdi. Hadisə zaman hava işıqlı, asfalt yol örtüyü isə quru olmuşdur. İdarə etdiyi avtomobil tam saz vəziyyətdə olmuş, hadisə zamanı spirtli içki və ya hansısa bir uyuşdurucu maddə qəbulu altında olmamıışdır. Bütün sənədləri qaydasındadır. Sabirabad RPŞ-nin müstəntiqi X3 xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Sabirabad RPŞ-nin NHyə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin onlara göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan Respublikasının CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna və rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi, Cavabdeh barəsində AR İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verdiyinə görə barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)-1408/2024 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 334.3cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında cərimə edilmişdir. Qərar qənuni qüvvəyə minmişdir. Ona dəymiş ziyan mütəxəssis X2 tərtib etdiyi xx.xx.2024-cü il tarixli görünür ki, cəmi 3690 manat təşkil etmişdir. Lakin Elməddin həmin ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(056)-114/2025 saylı qətnaməsi ilə (Hakim: Səlim Allahverdiyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 3500 manat maddi zərərin əvəzi, 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3550 (üç min beş yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis xərci olan 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Sabirabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(056)-114/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianı etiraf etdiyi həddə, yəni 1500 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı ərizə təqdim edərək, cavabdeh tərəfindən ona dəymiş zərərin əvəzi kimi 2000 manat ödənilməsinə razı olduğunu bildirmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, dəymiş zərərin məbləğinin azaldılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(056)-114/2025 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- baş vermiş yol-nəqliyyat hadisəsinə görə İddiaçı maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan fiziki şəxs X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 008 nömrəli aktdan görünür ki, İddiaçı məxsus “Sportage” minik markalı, 2013-cü il buraxılışlı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı cəmi 3690 manat ziyan dəymişdir. İş materiallarında olan Sabirabad RPŞ-nin müstəntiqi X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Sabirabad RPŞ-nin NH-yə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərarın surətinin İddiaçı və Cavabdeh göndərilməklə, onlara qəbul edilmiş qərardan Azərbaycan Respublikasının CPM-nin 212-ci maddəsinə əsasən rayon prokuroruna və rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi, Cavabdeh barəsində AR İXM-nin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol verdiyinə görə barəsində inzibati tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)- 1408/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 334.3cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)- 1408/2024 saylı qərarında olan Cavabdeh izahatının məzmunundan görünür ki, o, baş vermiş yolnəqliyyat hadisəsi üzrə əməlindən peşman olduğunu bildirərək özünü təqsirli bilmişdir İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025- ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Kia Sportage” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə X4 tərəfindən tərtib edilmiş xx.xx.2024- cü il tarixli qüsur aktı ilə müqayisədə cəmi 3500 manat məbləğində ziyan dəymişdir. Tədqiqatın aparılması xərci cəmi 354 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024cü il tarixdə inzibati xəta törətməklə İddiaçı mülkiyyətində olan “Kia Sportage” markalı, **-XU- *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmaqla həmin avtomobilə maddi ziyan vurmuşdur. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)-1408/2024 saylı qərar və həmin qərarda əksini tapmış Cavabdeh izahatının məzmunu ilə öz təsdiqini tapmışdır. Zərər məbləği isə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur. Cavabdeh isə birinci instansiya məhkəməsində məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişdir.. Cavabdeh vermiş olduğu apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, maşına 1500 manat həddində ziyan dəymişdir. Ona görə də iddianın həmin hissədə təmin edilməsini xahiş edir. Apellyasiya icraatı zamanı İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq cavabdehdən ona dəymiş zərərin əvəzi olaraq 2000 manat tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, vurulmuş zərərə görə cavabdehdən tutulan məbləğin həcmi 2000 manat müəyyən edilməli və qətnamə dəyişdirilməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(056)-114/2025 saylı qətnaməsi dəyişdirilərək, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 5000 manatdan az təşkil etdiyindən kassasiya şikayəti verilə bilməz Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(056)-114/2025 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 2000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-230/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-230/2026
16.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver