Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-234/2026 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1481/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat və dövlət rüsumu olaraq ödədiyi 135 yüz otuz beş manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1481/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim: Xaliq İmanov) iddianın qismən təmin edilməsi, Cavabdeh 1800 (bir min səkkiz yüz) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, 1350 (bir min üç yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayət xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, şikayətə müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1481/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 1481/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə qaytarılması qərara alınmışdır. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1481/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət etmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1481/2025 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1481/2025 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2026-cı i il tarixli, 2(041)-1481/2025 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1481/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1481/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(041)-1481/2025 saylı qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən iş üzrə əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamış, nəticədə prosessual hüquq normalarının tələblərinə uyğun olmayan nəticəyə gəlinmişdir. Əvvəla, kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilmə müddətinin buraxılıb-buraxılmaması məsələsi müəyyən edilərkən şikayətin faktiki verilmə tarixi dəqiq müəyyən edilməli və bu tarix iş materialları ilə müqayisəli şəkildə qiymətləndirilməlidir. Prosessual hüququn ümumi prinsiplərinə görə, müddətlərin hesablanması və müddətin ötürülməsi məsələsi yalnız formal yanaşma ilə deyil, iş materiallarında olan bütün sübutların qarşılıqlı əlaqədə və hərtərəfli araşdırılması əsasında müəyyən edilməlidir. İş materiallarından görünür ki, apellyasiya şikayətinin verilmə tarixi ilə bağlı sənədlər arasında müəyyən ziddiyyətlər mövcuddur. Belə ki, işdə olan poçt zərfinin üzərində göstərilən məlumatlarla həmin sənədə dair təqdim edilmiş qəbz arasında uyğunluq məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki, bu cür ziddiyyətlərin mövcud olduğu hallarda məhkəmə həmin sənədlərin həqiqiliyini, göndərilmə və qəbul edilmə tarixlərini, eləcə də onların prosessual müddətlərin hesablanmasına təsirini müəyyən etməli idi. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən “Elektron məhkəmə” informasiya sistemində aparılmış baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı тяряфиндян ilk olaraq təqdim edilmiş və prosessual qanunvericiliyə uyğun olmadığı üçün geri qaytarılan apellyasiya şikayəti «AZDOC» X2 Sistemi vasitəsilə verilmişdir. Həmin sənədin sistemdə yaradılma tarixi xx.xx.2025-ci il tarixini göstərsə də, qeyd olunan sənəd məhkəmənin dəftərxanası tərəfindən xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Bu iki tarix arasında əhəmiyyətli fərqin mövcudluğu şikayətin faktiki olaraq hansı tarixdə təqdim edildiyi məsələsinin ayrıca araşdırılmasını zəruri edir. Lakin birinci instansiya məhkəməsi həmin halları aydınlaşdırmadan, göstərilən ziddiyyətlərə hüquqi qiymət vermədən və bu tarixlərin prosessual müddətin hesablanmasına təsirini müəyyən etmədən nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunması barədə ərizəni rədd edərkən iş materiallarında olan qəbzə (iş mat. səh.87) istinad etsə də, İddiaçı məhkəməyə ilk təqdim etdiyi apellyasiya şikayətinin qanunvericilikdə müəyyən olunmuş 1 aylıq prosessual müddət çərçivəsində verilib-verilmədiyini dəqiq müəyyən etməlidir. Belə ki, İddiaçı sonradan xx.xx.2025-ci il tarixdə elekron kabinet vasitəsilə təqdim etdiyi apellasiya şikayəti və prosessual müddətin bərpa olunması barədə ərizəyə düzgün hüquqi qiymət verilməsi bu haldan asılıdır. Halbuki mülki proses hüququnda prosessual müddətlərin müəyyən edilməsi və onların buraxılıbburaxılmamasının qiymətləndirilməsi məhkəmə tərəfindən xüsusi diqqətlə araşdırılmalı olan məsələlərdəndir. Bu institutun əsas məqsədi bir tərəfdən məhkəmə icraatının sabitliyini və operativliyini təmin etmək, digər tərəfdən isə tərəflərin məhkəməyə müraciət etmək və məhkəmə aktlarından şikayət vermək hüququnun səmərəli həyata keçirilməsinə təminat yaratmaqdır. Bu səbəbdən müddətlərin hesablanması zamanı şübhə yaradan və ya ziddiyyət təşkil edən hallar mövcud olduqda, məhkəmə həmin halları aradan qaldırmaq üçün bütün zəruri prosessual tədbirləri görməli, təqdim olunmuş sənədləri və digər məlumatları müqayisəli şəkildə araşdırmalı və yalnız bundan sonra hüquqi nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları araşdırmadan, şikayətin faktiki verilmə tarixini dəqiq müəyyən etmədən və iş materiallarında mövcud olan ziddiyyətlərə hüquqi qiymət vermədən vəsatətin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Bu isə iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılması prinsipinin pozulmasına gətirib çıxarmışdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilmə müddətinin həqiqətən buraxılıbburaxılmaması məsələsi yalnız qeyd olunan ziddiyyətlər aradan qaldırıldıqdan, şikayətin faktiki təqdim edilmə tarixi müəyyən edildikdən və bu hallar prosessual müddətlərin hesablanması qaydaları baxımından qiymətləndirildikdən sonra həll edilə bilər. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən həmin halların araşdırılması və prosessual müddət məsələsinə bundan sonra hüquqi qiymət verilməsi zəruridir. Yuxarıda göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1481/2025 saylı qərardadı ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1481/2025 saylı qərardadı ləğv edilsin. Mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-234/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-234/2026
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver