Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-253/2026 02.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: pul tələbi. Şirvan şəhəri, # ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim E.Hüseynov) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona borclu olduğu 3450 (üç min dörd yüz əlli) manat məbləğində pulun, habelə tərəfindən ödənilmiş 54,5 (əlli dörd manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdehi əvvəllər tanımamışdır. Mülkiyyətində olan “Mercedes” markalı, 10- SC-110 dövlət qeydiyyat nişanlı avtomobili 13200 manat məbləğində nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Avtomobil alındıqda cavabdeh tərəfindən 3200 manat nağd pul verilmiş, sonradan isə 5100 manat hissə-hissə ödənilmişdir. Nəticədə cavabdehin ona 4900 manat borcu qalmışdır. Dəfələrlə borcun ödənilməsi tələb edilsə də, heç bir nəticə əldə olunmamışdır. Bununla əlaqədar Masallı rayon Polis şöbəsinə müraciət etmişdir. Şikayət əsasında cavabdeh polis şöbəsinə çağırılmış və ona olan borcunu tam şəkildə etiraf etmişdir. Polis şöbəsində olduğu zaman cavabdeh borcunun 1450 manatını ödəmişdir. Hazırda cavabdehin onun qarşısında 3450 manat borcu qalmaqdadır. Göstərilən halları nəzərə alaraq, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, “Mercedes” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobili 13200 manata razılaşaraq cavabdehə satmışdır. Avtomobil alındıqda cavabdeh tərəfindən əvvəlcə 3200 manat ödənilmiş, sonradan isə hissə-hissə ümumilikdə 5100 manat məbləğində pul verilmişdir. Polis şöbəsinə müraciət edildikdən sonra cavabdeh tərəfindən əlavə olaraq 1450 manat məbləğində pul ödənilmiş, qalan 3450 manat pul isə bu günədək ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, avtomobili iddiaçıdan 13200 manat məbləğində pula razılaşaraq almışdır. Avtomobili aldıqda onun mühərriki dağılmış vəziyyətdə olmuşdur. Ilkin olaraq 3200 manat ödəmiş, əlavə olaraq 300 manat, daha sonra isə 50 manat ödəmişdir. Ümumilikdə iddiaçıya 12900 manat məbləğində pul ödəmişdir. Sonuncu dəfə polis şöbəsində 1450 manat məbləğində pul ödəmiş və borcun tam bağlanmasına dair akt tərtib edilmişdir. Lakin qeyd olunan akt və iddiaçıya ödənilən pullara dair sənəd onda yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(050)-3460/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 3450 (üç min dörd yüz əlli) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54,50 (əlli dörd manat əlli qəpik) manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət verən şəxs göstərmişdir ki, ona qarşı irəli sürülmüş tələblər əsassızdır, belə ki, Masallı rayon polis idarəsində onun tərəfindən sonuncu dəfə 1450 manat məbləğində qalan borc tam şəkildə ödənilmiş, bununla bağlı qəbz tərtib edilmiş və əlavə olaraq akt yazılaraq həmin şəxsə qarşı heç bir borcunun qalmadığı rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq həmin akt ona təqdim edilməmiş və sonradan verdiyi pulun yenidən tələb olunmasına cəhd edilmiş, bu isə onun fikrincə əsassız olaraq təkrar tələb irəli sürülməsi və onun aldadılması ilə nəticələnmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat vermiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Kosakül kənd sakini İddiaçı Masallı rayon Polis şöbəsinə ünvanladığı müraciət ərizəsi icraata daxil olmuşdur. Aparılmış təhqiqat araşdırması zamanı İddiaçı izahatı alınarkən bildirmişdir ki, təxminən 8 ay əvvəl özünə məxsus “Mercedes” markalı, 10-SC110 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki xarab vəziyyətdə Masallı rayonu Alvadı kənd sakini Cavabdeh 13200 manata nisyə satmışdır. Avtomobil alındıqda Adil tərəfindən əvvəlcədən 3200 manat ödənilmiş, sonradan hissəhissə ümumilikdə 5100 manat verilmiş, qalan 4900 manat isə ödənilməmişdir. İddiaçı pulunu tələb etdikdə, Cavabdeh ona 1500 manat verəcəyini, bundan sonra isə qalan məbləği ödəməyəcəyini və ona zəng etməməsini bildirmişdir. İddiaçı isə dövlət qanunlarının mövcud olduğunu və pulunun kəsilə bilməyəcəyini demiş, bundan sonra polis şöbəsinə müraciət etmişdir. Cavabdeh izahatı alınarkən göstərmişdir ki, təxminən 8 ay əvvəl İddiaçı “Mercedes” markalı, 10-SC-U0 dövlət qeydiyyat nişanlı avtomobili 13200 manata razılaşaraq almış, əvvəlcə 3200 manat ödəmiş, qalan məbləğin isə avtomobil təmir edildikdən sonra satılaraq verilməli olduğunu bildirmişdir. Avtomobilin təmirdə olduğu müddətdə İddiaçı hissə-hissə ümumilikdə 5300 manat ödəmişdir. Avtomobilin öz adına sənədləşdirilməsi üçün 3800 manat xərc çəkdiyini əsas gətirərək əlavə ödəniş etmək istəməmiş, lakin hörmət əlaməti olaraq 1500 manat verə biləcəyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh ## #### 2025-ci il tarixdə İddiaçı 1450 manat məbləğində pul ödəmişdir. Beləliklə, toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin hər hansı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi müəyyən edilmədiyindən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilməlidir. Qərarın surəti tərəflərə göndərilməklə, tələbləri ilə bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququ onlara izah edilməlidir. Cavabdeh tərəfindən yazılmış ## #### 2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 1450 (min dörd yüz əlli) manat pul vermişdir. İddiaçı tərəfindən yazılmış ## #### 2025-ci il tarixli qəbzin surətindən görünür ki, “## #### 2025-ci il tarixdə Cavabdeh 1450 (min dörd yüz əlli) manat pul almışdır. ## ######## 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 54,50 manat dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, borc faktiki olaraq tam ödənilmiş, bunu təsdiq edən qəbz və akt mövcud olmuş, lakin həmin sübutlar nəzərə alınmadan eyni məbləğin yenidən tələb olunmasına yol verilmiş, aktın təqdim edilməməsi isə işin düzgün araşdırılmasına mane olmuş və nəticədə iş üzrə faktiki hallar düzgün qiymətləndirilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin razılaşmaya əsasən iddiaçıya məxsus “Mercedes” markalı avtomobil 13200 manat məbləğində cavabdehə satılmış, cavabdeh tərəfindən ilkin olaraq 3200 manat, sonradan isə hissə-hissə ödənişlər həyata keçirilmiş, həmçinin polis şöbəsində 1450 manat məbləğində əlavə ödəniş edilmiş, lakin buna baxmayaraq cavabdehin iddiaçı qarşısında 3450 manat məbləğində borcu qalmış və bu hal həm iddiaçının izahatı, həm də iş materiallarında olan sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh borcun tam ödənildiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər sübut təqdim etməmiş, yalnız polis şöbəsində 1450 manat məbləğində ödəniş edilməsi faktı qəbzlə təsdiq olunmuş, lakin borcun tam bağlanması barədə hər hansı yazılı sənəd və ya digər sübut təqdim edilməmişdir. Bu səbəbdən sübutetmə yükü üzərinə düşən cavabdeh öz etirazlarının əsasını sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətində cavabdeh tərəfindən göstərilmişdir ki, o, sonuncu dəfə 1450 manat məbləğində qalan borcu tam ödəyərək borc münasibətinə xitam vermiş, bu barədə qəbz və akt tərtib edilmiş, lakin həmin akt ona təqdim edilməmiş və sonradan eyni məbləğin yenidən tələb olunmasına cəhd edilmişdir. Lakin kollegiya hesab edir ki, həmin dəlillər iş materialları ilə təsdiq olunmur, belə ki, cavabdeh tərəfindən borcun tam ödənilməsini və öhdəliyin xitamını təsdiq edən aktın mövcudluğu sübuta yetirilməmiş, yalnız qismən ödəniş faktı müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və izahatlar borcun qalmasını təsdiq edir və cavabdehin bu halı təkzib edən mötəbər sübutları mövcud deyildir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(050)-3460/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-253/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-253/2026
02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver