Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-254/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “verilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S I Açar sözlər: verilmiş pulun geri qaytarılması. Şirvan şəhəri, ## ##### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad Ilham oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun vəkilii vəkil2, cavabdeh Cavabdeh və nümayəndəsi (vəkili) vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “verilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. Ş.Meybullayeva) cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “verilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ümumilikdə 42500 (qırx iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 217,5 (iki yüz on yeddi manat, əlli qəpik) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o 2022-ci ilin noyabr ayında cavabdeh Cavabdeh məxsus Abşeron rayonunun Masazır kəndində 0,0147 hektar torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 127,6 kvadrat metr olan, iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evini almaq üçün cavabdehə məxsus olan bank kartına ilkin olaraq 2900 (iki min doqquz yüz) manat və 100 (yüz) manat pul köçürtmüşdür. Daha sonra isə cavabdeh Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat pul vermişdir. Lakin adı çəkilən fərdi yaşayış evinin alqı-satqısı mümükün olmamışdır. Cavabdeh Cavabdeh ona verdiyi pulları qısa müddət ərzində qaytarmasına söz vermiş və ona olan borcunu etiraf edərək notarial qaydada müqavilə də bağlamışdır. Lakin cavabdehlə razılaşdıqları müddət ərzində o, pulu ona qaytarmayaraq müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu bu günə qədər qaytarmamışdır. Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı "Borc müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə dair *(***)- ****/**** saylı mülki iş vardır. Iş üzrə iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək ondan 42 500 (qırx iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 217,5 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ##.##.2024-cü il tarixdə iddiaçı tərəf məhkəməyə gəlmədiyindən *(***)-***/****-*** nömrəli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, 2022-ci ilin noyabr ayında ondan ona məxsus ünvan 1ndə yerləşən fərdi yaşayış evini almaq üçün ilkin olaraq bank kartına 2900 (iki min doqquz yüz) manat, daha sonra isə 100 (yüz) manat pulu ödəmişdir. Lakin evin alqı-satqısı mümkün olmadığından o, guya ona qısa müddət ərzində pulun qaytarılmasına söz vermiş və ona olan borcu tərəfindən etiraf edilmiş, notarial qaydada müqavilə bağlanmışdır. Lakin razılaşdığı müddətdə o, guya pulu ona qaytarmayaraq müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu bu günədək qaytarmamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Həmçinin o, iddia ərizəsində həqiqətdə baş vermiş hadisələri təhrif etmiş, işin faktiki hallarını məhkəməyə düzgün bildirməmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Ilk öncə diqqətiə çatdırmaq istəyir ki, iddiaçı İddiaçı iddia ərizəsində həqiqətə uyğun olmayan, təhrif edilmiş, yalnız öz yalan mülahizəsinə əsaslanmış, heç bir mötəbər sübut və dəlillə təsdiq edilməyən hallara istinad etməklə iddiasının təmin edilməsini məhkəmədən tələb edir. Belə ki, o Azərbaycan Respublikası Silahlı Qüvvələrində (Müdafiə Nazirliyinin) "R" hərbi rütbəsində xidmət etdiyi dövrdə "xxxx" ASC-nin vasitəçiliyi ilə X9 aldığı güzəştli şərtlərlə ipoteka kreditinə əsasən, ünvan 1ndə yerləşən 0.0147 ha torpaq sahəsində yerləşən 127,6 kv metr sahəsində olan iki mərtəbəli evi almış və həmin ev ipoteka girovu olaraq qeydə alınmışdır. Diqqətə çatdırmaq istəyir ki, Vətən müharibəsində iştirak etmişdir. 2022-ci ildə İddiaçıla evin ilkin beh müqaviləsi bağlandıqdan sonra İddiaçı ipotekanın aylıq ödənişlərini ödəməyi üzərinə öhdəlik götürmüşdür. 2022-ci il noyabr ayından sonra İddiaçı tərəfindən hər hansı ödəniş icra olunmaması üçün "xxxx" ASC tərəfindən 4%-lik ipoteka 25% ilə əvəz olunmuşdur. Buna görə 10 800 (on min səkkiz yüz) manat dəyərində əlavə ödəniş etmişdir. Bildirmək istəyir ki, iddiaçı İddiaçı onunla qonşu olmuşdur, evinin satılmağından xəbər tutduqdan sonra ondan evi almaqla əlaqədar razılığa gəlmişdir. Onun təklifi ilə razılaşaraq bildirmişdir ki, evini 94 218.34 (doxsan dörd min iki yüz on səkkiz manat otuz dörd qəpik) manata almağa razıdır və ona 35 000 (otuz beş min) manat pulu beh kimi ödəməyə hazırdır, qalan məbləği isə 1 ay ərzində ödəyəcək. O, onun bu qarşılıqlı təklifi ilə ilkin olaraq razılaşmış, buna görə ## ###### 2022-ci il tarixdə Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X15 ofisində aralarında “Ilkin Müqavilə” bağlanaraq notarial qaydada təsdiq edilmiş və iddiaçı tərəfindən notariusun depozit hesabına 35 000 (otuz beş min) manat pul ödənilmişdir. Həmin müqavilənin məzmununa görə o, ipoteka borcu bağlandıqdan sonra əmlakı ipotekadan azad edərək əsas alqı-satqı müqaviləsini bağlamağı və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, alıcı olan İddiaçı isə satış məbləğinin qalan 59 218.34 (əlli doqquz min iki yüz on səkkiz manat otuz dörd qəpik) manat hissəsini müqavilə predmeti olan daşınmaz əmlakın təmin etdiyi onun (satıcı Cavabdeh) ipoteka krediti üzrə borcun əvəzinə Ipoteka saxlayana IP *** saylı ##.##.2019-cu il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli üzrə ##.##.2022-ci il tarxindən etibarən ödəməyi öhdəsinə götürmüşdür. Lakin bildirir ki, o ipoteka kreditini almaq üçün X9 müraciət edərkən kadr zabiti olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrdə uzun müddət (15 ildən artıq) xidmət etdiyi üçün ona güzəştli şərtlərlə, yəni 4%lə ipoteka krediti verilmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı güzəştli şərtlərlə ipoteka kreditini almaq üçün şəxslərin dairəsinə aid olmadığından ona X9 məlumat verilmişdir ki, o öz adından ipoteka krediti barədə müqaviləni iddiaçı İddiaçı adına rəsmiləşdirə bilməz. Bu səbəbləri o, İddiaçı öncədən bildirmişdir. İddiaçı qalıq pulu ödəyə bilmədiyi üçün yaxın hərbiçi qohumu adına evin ipotekada girov qoyulmasına görə ondan 6 ay vaxt istəmişdir. Buna görə həmin 6 ay müddətində aylıq ödənişlər onun tərəfindən ödənilməli idi. Ödənişlər icra olunmadığından onunla İddiaçı arasında bağlanmış “ilkin müqavilə”ni icra etmək mümkün olmamışdır. O, bu haqda İddiaçı məlumat verərək təklif etmişdir ki, ev digər şəxsə satıldıqdan sonra ilkin müqavilə üzrə ondan aldığı 35 000 (otuz beş min) manat pulu ona geri qaytaracaqdır. Məlumat üçün bildirir ki, İddiaçı aldığı 35 000 (otuz beş min) manat və şəxsi ona verdiyi 4 500 (dörd min beş yüz) manat cəmi 39 500 (otuz doqquz min beş yüz) manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, # #### 2023-cü il tarixdə İddiaçı şikayətinə əsasən, o Sumqayıt şəhər Polis Idarəsi tərəfindən çağrılmışdır. Həmin gün Polis Idarəsinin Istintaq şöbəsində bu məsələ tam araşdırılaraq İddiaçı tapşırıq verilmişdir ki, ya ödənişi edib evi özü alsın ya da üçüncü şəxsə satılsın və həmin vəsaitdən öz pulunu əldə etsin. Lakin onun tərəfindən və İddiaçı iştirakı ilə evi digər şəxsə satmaq qərarına gəlmişlər. Nəzərə çatdırır ki, evi dəyərindən aşağı qiymətə, 85 000 (səksən beş min) manata satmışlar. Lakin, evin alqı-satqısı zamanı onunla İddiaçı arasında bağlanmış “Ilkin müqavilə” qüvvədə olduğu üçün digər şəxslərə alqı-satqı müqaviləsinin bağlanması mümkün olmadığından (evi alan şəxs “ilkin müqavilə”dən xəbərdar olduğu və güvənmədiyinə görə) o, onun “mövcud borcun etirafı haqqında müqavilə” bağlamaqla bağlı təklifini qəbul etmiş və ## ##### 2023-cü il tarixdə, saat 11:40da Bakı şəhəri, ** saylı notariat ofisinin xüsusi notariusu X10 ofisində İddiaçı 39 500 (otuz doqquz min beş yüz) manat borcunun olduğunu bəyan və etiraf edərək “mövcud borcun etirafı haqqında müqavilə”ni imzalamışdır, müqavilə həmin vaxt notarial qaydada təsdiq edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı İddiaçı özü də iddia ərizəsində qeyd etdiyi kimi, “mövcud borcun etirafı haqqında müqavilə”də göstərilən və İddiaçı evin alqı-satqısına görə aldığı və etiraf etdiyi 39 500 manat puldan 35 000 (otuz beş min) manat pul məhz elə ## ###### 2022-ci il tarixli “Ilkin müqqavilə”də göstərilən və İddiaçı ona ödədiyi puldur. Lakin İddiaçı bu müqaviləni imzalamağına baxmayaraq bildirmişdir ki, ona borclu olduğu pulu ödəmədiyi təqdirdə onunla bağladığı “Ilkin müqavilə”yə xitam verməyəcəkdir. Bu səbəbdən notarius X15 öz otağında onlara (evi alan şəxs, o və İddiaçı) aydınlıq verərək bildirmişdir ki, öncəliklə beh müqaviləsi bağlanmalıdır və evi alan şəxsin pulun ödənilməsində qorxulacaq bir əsas olmadığından əmin etmişdir. Bundan sonra evi alan şəxs ona 40 000 (qırx min) manat vermişdir. O həmin puldan 35 000 (otuz beş min) manatı İddiaçı hesabına mədaxil etmiş, 4 500 (dörd min beş yüz) manatı isə, özünə nağd şəkildə vermişdir. Buna görə də Sumqayıt şəhər * saylı notariat ofisinin xüsusi notariusu X15 ofisində saat 15:01-də orada ## ##### 2023-cü il tarixli “Ilkin müqavilənin ləğvinə dair” Müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən, onunla İddiaçı arasında Sumqayıt şəhəri * saylı notariat ofisində ##.##.2022-ci il tarixində 3M-1297 reyestrlə təsdiq edilmiş ilkin müqavilənin ləğvi barədə razılıq əldə edilmişdir. Həmin “Ilkin müqavilənin ləğvinə dair müqavilə”nin şərtlərinə görə ona ilkin müqavilə üzrə ödənilmiş 35 000 manat 00 qəpik (otuz beş min manat sıfır qəpik) pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə İddiaçı tərəfindən qaytarılmış (etiraza əlavə etdiyim qəbzdə göstərilib ki, ## ##### 2023-cü il tarixdə, saat 14:51-də o pulu notariusun depozit hesabına mədaxil etmişdir), İddiaçı isə həmin pul məbləğini depozit hesabdan qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, müqavilənin 3-cü bəndinə görə onun və İddiaçı arasında bir-birinə qarşı heç bir tələb və şikayətlərinin olmadığı bəyan edilmişdir. Həmçinin müqavilə üzrə xərcləri onun tərfindən ödənilmişdir (Yuxarıda qeyd etdiyi kimi, tərəfindən məhkəməyə göstərdiyi işin faktiki hallarını təsdiq edən 3 müqavilənin və mədaxil qəbzinin surətini etiraza əlavə edir). Iddiaçı İddiaçı iddia ərizəsində göstərdiyi, təhrif edilmiş məlumatdan da görünür ki, onun göstərdiyi hallar məntiqə sığmır. Belə ki, necə ola bilər ki, evin alqı-satqısına görə o, ona ilkin müqaviləyə görə 35 000 (otuz beş min) manat pul ödəmiş olsun, daha sonra o, ona həmin müqavilənin xitamı ilə əlaqədar həmin məbləğdə pulu qaytarsın, lakin elə həmin günü yenidən ona borcu olduğunu etiraf edir? Əgər o ondan ilkin müqavilədə qeyd olunan məbləğdəki puldan əlavə pul almış olsaydı, bu ilkin müavilədə öz əksini tapmış olardı. Həmçinin, məhz onların “ilkin müavilənin ləğvinə dair müqavilə” ilə onlar arasında evin alqı-satqısı ilə bağlı ilkin müqaviləyə xitam vermişlər, bəyan etmişlər ki, bir birilərinə qarşı hər hansı bir tələbləri və şikayətləri olmayacaq. Əlavə olaraq bildirir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Sumqayıt Polis Idarəsinə müraciət emişdir, lakin polis tərəfindən ikisinin də işin faktiki hallarına dair izahatlarlar alındıqdan və ibtidai araşdırma aparıldıqdan sonra müəyyən edilmişdir ki, İddiaçı onun barəsində etdiyi şikayətlər əsassızdır. Bu haqda şikayətçiyə və ona qanunamüvafiq qaydada məlumat verilmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı yalnız öz şəxsi mülahizəsinə əsaslanan bu iddia tələbi ilə əsassız varlanmağa cəhd edir. Hazırki iş üzrə isə, iddiaçı tərəfindən ümumiyyətlə təqdim edilən iddia ərizəsi və ərizənin məzmununda olan iddia tələbi hər hansı bir mötəbər, təkzibedilməz sübut və təsdiqedici sənədlərə əsaslanmır. Əlavə olaraq, bildirir ki, iddiaçı İddiaçılə yuxarıda qeyd olunan ona məxsus fərdi evin alqı-satqısı ilə bağlı müqavilələrdən başqa aralarında başqa hər hansı bir predmetlə, obyektlə bağlı heç vaxt heç bir şifahi, yazılı əqd, müqavilə olmayıb. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini, işin faktiki hallarını, iddianın əsasının heç bir mötəbər sübut və dəlillərə əsaslanmadığını nəzərə alıb, iddiaçı İddiaçı ona qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək, cavabdehin borclu olduğu pulu ödəmək qabiliyyəti olmadığı üçün, ona məxsus ev də, ilkin müqavilə ilə yüklü olduğu üçün və həmin evi sata bilmədiyi üçün, evi satıb pulu ona verəcəyini desə də ona inanmadığı üçün, cavabdehlə borcun etirafı haqqında müqavilə bağlamış, yalnız bundan sonra ilkin müqavilənin ləğv edilməsi barədə razılıq vermiş və notariusun depozit hesabına daxil olan pulu aldıqdan dərhal sonra cavabdehə vermişdir ki, evi satqdıqdan sonra borclu olduğu və etiraf etdiyi pulu ona qaytarsın. Həmçinin cavabdehə ayrı-ayrı vaxtlarda 2900 və 100 manat pul köçürmüşdür ki, ümumilikdə borcu 42000 manat təşkil etməkdədir. Qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili vəkil2 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ###### 2025-ci il tarixli iclasında iştirak edən cavabdeh Cavabdeh etiraz ərizəsində göstərdiklərini təsdiq edərək, borcun etirafı haqqında müqavilə bağlasa da, həmin gün ilkin müqaviləni ləğv etmək haqqında müqavilə bağlamaqla əslində iddiaçıya olan borcunu ödədiyini bildirmiş, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, iddiaçı İddiaçı onun oğludur. Oğlu İddiaçı 2022-ci ilin noyabr ayında cavabdeh Cavabdeh məxsus Abşeron rayonun Masazır kəndində yerləşən iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evini almaq üçün cavabdeh Cavabdeh ümumilikdə 42500 manat pul vermişdir. Cavabdeh bu günə kimi oğluna satdığı evi təhvil verməmişdir. Oğlunun ona verdiyi pulu da bu günə kimi qaytarmamışdır. Pulun qaytarılması üçün evin satılması lazım olmuş, lakin oğlu ilə cavabdeh arasında ilkin müqavilə olduğu üçün evin satılması mümkün olmamışdır. 35 min manat ilkin müqavilə üzrə cavabdeh oğluna pul verməli olmuş, lakin bu məbləği verə bilmədiyindən o, özü də oğlunu ilkin müqaviləni ləğv etməyə qoymamışdır. Cavabdeh isə onları razı salmışdır ki, əgər ona inanmırlarsa təminat olaraq borcun etirafı haqqında müqavilə bağlasınlar. Cavabdeh digər bir şəxsdən borc etsin 35 min manatı notariusun depozit hesabına qoysun Tural pulu götürüb həmin adama qaytarsın, ilkin müqavilə ləğv olunsun, cavabdeh evin satışını həyata keçirsin və borcun etirafı haqqında müqavilə ilə də etiraf etdiyi və borclu olduğu pulu oğluna qaytarsın. Pulun ödənilməsi üçün məcbur qalıb cavabdehlə razılaşmış və məhz həmin gün borcun etirafı haqqında müqavilə imzalamış və məhz həmin gün həmin müqaviləni bağladıqdan sonra gedib ilkin müqaviləni razılaşdıqları qaydada ləğv etmişlər. Bütün bu proseslərdə isə özü şəxsən oğlu İddiaçı yanında olmuş və iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X11 izahatındakı xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, İddiaçı qızının həyat yoldaşıdır. Tural qızının qızıl-zinət əşyalarını da sataraq müəyyən məbləğdə pul düzəldərək Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Cavabdeh həmin mənzili almaq istəmişdir. Tural ümumilikdə 42500 manat Cavabdeh pul ödəmişdir. Teymur həmin evi başqasına satmış, lakin Turaldan aldığı 42500 manat pulu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdehlə qonşuluqda yaşayır. İddiaçı həmin evi almaq istəyirdi. Evin alınması ilə bağlı söhbətlərində o da iştirak etmişdir. Həmin ev 115000 manata alması baradə razılaşdılar, həmin məbləğdən 42500 manatını ödəmişdir. Daha sonra evin problemləri çıxdığından onların alqı-satqısı baş tutmamışdır. Onun bildiyinə görə Hüseyn 42500 manatı Turala ödəməmişdir. Hazırda həmin ev başqa şəxsə satılmışdır. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 39500 (otuz doqquz min beş yüz) manat məbləğində pulun və 200 (iki yüz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni Qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassız olmaqla işin faktiki halları düzgün araşdırılmamış, təqdim olunmuş sübutlara obyektiv və hərtərəfli qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş hallar təhrif olunmuş, cavabdeh tərəfindən “Elektron Məhkəmə Informasiya Sistemi” vasitəsilə təqdim edilmiş etiraz və ona əlavə edilmiş sənədlər mövcud olmasına baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamış, hətta məhkəmə iclasında həmin etirazın oxunmadığı bildirilsə də, sonradan qətnamədə onun məzmunu əks olunmuş, lakin hüquqi qiymət verilməmişdir. Işdə maraqlı şəxslər şahid qismində cəlb edilərək onların bir-biri ilə ziddiyyət təşkil edən ifadələri mötəbər sübut kimi qəbul edilmişdir. Bundan əlavə, məhkəmə sübutların qiymətləndirilməsində qərəzli mövqe nümayiş etdirmiş, cavabdeh tərəfindən təqdim olunmuş notarial qaydada təsdiq edilmiş sənədlərə və hüquq-mühafizə orqanı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əhəmiyyət verilməmiş, əksinə iddiaçı tərəfindən təqdim edilmiş və qeydə alınma vaxtı araşdırılmamış səs yazısı mötəbər sübut kimi qəbul edilmişdir. Halbuki, həmin səs yazılarının “ilkin müqavilənin ləğvinə dair müqavilə” bağlanmazdan əvvəlki dövrə aid olması iş üçün mühüm əhəmiyyət kəsb etmişdir. Iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən borc öhdəliyi faktiki olaraq yerinə yetirilmiş, ## ##### 2023-cü il tarixdə notariusun depozit hesabına 35.000 manat məbləğində pul vəsaiti yerləşdirilmiş və iddiaçı həmin məbləği qəbul etmişdir. Həmçinin tərəflər arasında bağlanmış “ilkin müqavilənin ləğvinə dair müqavilə”nin şərtlərinə əsasən onların bir-birinə qarşı hər hansı tələb və şikayətlərinin olmadığı bəyan edilmişdir. Buna baxmayaraq iddiaçı sonradan həmin razılaşmaya zidd olaraq yenidən məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş üzrə əvvəlki icraat zamanı iddiaçının özünün verdiyi izahatda depozitdən götürdüyü pulu cavabdehə deyil, üçüncü şəxsə verdiyini etiraf etməsinə baxmayaraq, həmin hal yeni baxış zamanı nəzərə alınmamış, iddiaçı əvvəlki mövqeyinə zidd olaraq fərqli ifadələr vermiş və bu ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə icraatının aparılması zamanı da prosessual normalar pozulmuş, məhkəmə iclasları təyin olunmuş vaxtdan gec başlamış, qətnamə qanunvericiliyin tələblərinə uyğun qaydada elan edilməmiş, habelə hakimlə iddiaçı tərəfin nümayəndəsinin müşavirə otağına birlikdə daxil olması qərəzsizlik prinsipinin pozulduğunu göstərmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2022-ci ilin noyabr ayında ilkin müqavilə imzalamışlar. Ilkin müqavilə ləğv edilməli idi ki, üçüncü şəxslə o, yenidən ilkin müqavilə imzalaya bilsin. O, İddiaçı Rafail oğlu və Hacaloğlu Ayxan üçü də ilkin müqavilənin ləğvi üçün Notariat ofisinə yaxınlaşmışlar. Notariat ofisinin rəisi onlara demişdir ki, hökmən pul hesaba otuzdurulmalıdır ki, ilkin müqavilə ləğv edilə bilsin. Hacaloğlu Ayxan əvvəlcə pulun köçürülməsini etibar etmirdi, amma Notariat Ofisində Rəşad müəllim demişdi ki, narahat olmasın hər şey elə burda qalacaq. Həmin vaxt nə onda, nə də İddiaçı pul olmadığı üçün Hacaloğlu Ayxandan 40000 manat pulu alıb İddiaçı vermişdir. Onun Turala 4500 manat borcu qalmışdır. 35000 manat pulu İddiaçı hesabına yatırmışdır. Cavabdehin nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Kollegiyanın iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və göstərmişdir ki, qarşı tərəf onun savadsızlığından və saflığından istifadə edib onu aldadıb. O, qeyd edir ki, pulu güya onun qayınatası verib. Amma bu tamamilə yanlışdır, o özü evini sataraq pulu Cavabdeh vermişdir. Yəni son qəpiyə qədər hər şeyi özü ödəmişdir. Özü və ailəsi üçün evini böyütmək istəyirmiş, ona görə daha böyük ev almaq qərarına gəlmişdir. Ilkin müqavilə üzrə qarşı tərəfə 39500 AZN ödəmişdir. Hacaloğlu Ayxan ümumiyyətlə Notariusda olmamışdır. Borcun etirafı haqqında müqaviləyə gəldikdə isə, bu insan pulu gecikdirib onu incidib. Ona necə inanıb ilkin müqavilənin ləğvinə dair yeni müqavilə imzalaya bilərdi. Ona demişdi ki, onda pul yoxdur, səndə də yoxdur. Ilkin müqaviləni ləğv eləmək üçün gəl başqa bir adamdan pul alıb onun hesabına pul yatırsın. Buna görə Hüseyn öz dostu Qalibdən 35000 manat pul alıb depozitə yatırmışdır. Bankda pulu çərçivənin içərisindən kənara Qalibə tərəf sürüşdürmüşdür, onlar da götürərək sayıb çıxıb gediblər. Borcun etirafı haqqında müqavilə zamanı qarşı tərəf yanlız öz borcunu etiraf edib. Sonradan Hüseyn mənə heç bir pul məbləği qaytarmadı. Aramızda dəfələrlə borcun qaytarılması ilə bağlı danışıqlar olub. Dediyinin təsdiqi olaraq səs yazısı da mövcuddur, bütün səs yazılarını məhkəməyə o təhvil vermişdir. Sonuncu telefon danışığı ilkin müqavilə ləğv edildikdən 7 ay sonra baş verib. Orada Hüseyndən pulunu tələb edir. Hüseyn də pulunun qaytarılmasını ona vəd verir. Telefon danışı ##.##.2023-cü il tarixdə baş tutub. Iddiaçının vəkili vəkil2 da iddiaçı ilə eyni məzmunlu izahat vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-ci maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 402-ci maddəsinə əsasən ikin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Icranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarı: Həmin qərarda göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarı: Həmin qərarda göstərmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarından görünür ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarı: Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Iddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Lənkəran şəhər IHBnın Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## #### 2024-cü il tarixli 12- **/*** saylı arayışdan görünür ki, İddiaçı Lənkəran rayonunun Boladi kəndində qeydiyyatdadır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2022-ci il tarixli qəbzin surətindən görünür ki, “Azər-TürkBank” xidmətinin nağd ödəniş vasitəsi ilə 410100194402766850012 hesab nömrəsinə 2900 AZN məbləğində pul köçürülmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2022-ci il tarixli qəbzin surətindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş vasitəsi ilə 410100194402766850012 hesab nömrəsinə 100 AZN məbləğində pul köçürülmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, borclu (ikinci tərəf) Cavabdeh bu müqavilə ilə borc verənə (birinci tərəf) İddiaçı 39500 (otuz doqqquz min beş yüz) manat borcunun olduğunu bəyan və tam etiraf edir və həmin məbləği bu müqavilədə müəyyən edilmiş müddətdə və şərtlərlə borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə tərəflər təsdiq etmişlər ki, bu müqavilədə etiraf edilənlər onlar arasında yarana biləcək hər hansı mübahisə zamanı etibarlı sübut kimi istifadə ediləcək və mübahisələndirilməyəcək. Həmin müqavilənin 2.1-ci bəndində isə borclu müqavilə ilə etiraf etdiyi borcu ## #### 2023-cü il tarixədək bütöv şəkildə olmaqla borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2022-ci il tarixli Ilkin müqavilədən görünür ki, birinci tərəf Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi Idarəsinin ##.##.2019-cu il tarixli, reyestr nömrəsi 308013116614-10301 qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini “ikinci tərəfə” yəni İddiaçı 94218.34 (doxsan dörd min iki yüz on səkkiz manat 34 qəpik) manata müqavilədə göstərilən müddətdə əsas müqavilə bağlananadək satmaq barədə razılığa gəlmişlər. Tərəflər arasında daşınmaz əmlakın qiyməti ilə bağlı hesablaşma qaydası isə “ikinci tərəf” bu müqavilədə nəzərdə tutulan 94218.34 manatdan 35000 manatı “birinci tərəf”-ə notariusun depozit hesabı vasitəsilə ödəyir. “Birinci tərəf” isə həmin məbləği depozit hesabdan götürməyi qəbul edir, “ikinci tərəf” qalan 59218.34 manat məbləği bu müqavilənin şərtlərinə əsasən ödəməyi, “birinci tərəf” isə ##.##.2047-ci ilədək ipotekadan azad edərək əsas alqı-satqı müqaviləsini bağlamağı və alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2029-cu il tarixli, IP *** nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X5 rayonu, Masazır kəndi ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən ## ### 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi 1619009882 və reyestr nömrəsi 308013116614-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra – daşınmaz əmlak) alıcı Cavabdeh, alıcı-ipetakaya qoyanın mülkiyyətinə vermiş, əmlak ipoteka ilə yüklü edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ## ###### 2022-ci il tarixli, **** nömrəli Sumqayıt şəhər * saylı Notariat Ofisinin Notariusu tərəfindən “xxxx” ASCnin Sumqayıt şöbəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək ünvan 1 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin müqaviləsi üzrə ödənilməli olan 35000 (otuz beş min) manat pul məbləğində müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh verilməsi üçün Bankda olan AZ**BRES*****AZ************* nömrəli depozit hesabına qəbul edilməsi xahiş edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilədən görünür ki, Cavabdeh və İddiaçı aralarında Sumqayıt şəhər * saylı Notariat Ofisində ##.##.2022-ci il tarixində 3M1297 reyestrlə təsdiq edilmiş ilkin müqavilənin ləğvi barədə razılığa gəlmiş, Cavabdeh ilkin müqavilə üzrə ödəməli olduğu 35000 manat məbləğini notariusun depozit hesabı ilə qaytarmağı, İddiaçı isə həmin pul məbləğini depozit hesabından qəbul etməyi öhdəsinə götürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, DVD diskdə olan səs yazılarından görünür ki, Cavabdeh 39500 manat məbləğində İddiaçı borcu olduğunu etiraf etmiş, İddiaçı borcun etirafı barədə müqavilə bağlaması və müqavilənin ləğv edilməsi barədə müqavilə bağlanması üçün razı salmağa çalışır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı 3 ay, ##.##.2023-cü il, saat 23:59dək müddətinə etibarnamə vermişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli məxaric orderinin surətindən görünür ki, ##.##.2023-cü il tarixli, *** saylı məktuba əsasən alqı-satqı üzrə Cavabdeh Şamsaddin oğlu 35000.00 manat məbləğində pulu İddiaçı hesabına köçürtmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ## ##### 2023-cü il tarixli, *** nömrəli Sumqayıt şəhər * saylı Notariat Ofisinin Notariusu tərəfindən “xxxx” ASCnin Sumqayıt şöbəsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən notariat qaydasında təsdiq ediləcək ünvan 1 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin müqaviləsi üzrə ödənilməli olan 35000 (otuz beş min) manat pul məbləğində müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün Bankda olan AZ**BRES*****AZ************* nömrəli depozit hesabına qəbul edilməsi xahiş edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli beh müqaviləsindən görünür ki, birinci tərəf-beh alan Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazi Idarəsinin ##.##.2019-cu il tarixli, reyestr nömrəsi 308013116614-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini beh verən- ikinci tərəf X3 ##.##.2023-cü il tarixinədək satmaq məqsədi ilə 85000 (səksən beş min) manata razılaşmış, beh verən bu müqavilədə nəzərdə tutulan 85000 manatdan 65000 manatı beh alana notariusun depozit hesabı ilə ödəməyi, beh alan isə həmin məbləği depozit hesabdan götürməyi öhdəsinə götürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X20 Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.0147 hektar torpaq sahəsi 308013116614-10301 reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətindədir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli ##.##.2023-cü il tarixli 3M-519 reyestr ilə rəsmiləşdirilmiş müqaviləyə əlavə razılaşmadan görünür ki, Sumqayıt şəhər * saylı Notariat Ofisində ##.##.2020-ci il tarixli 3M-200 reyestr ilə X3 ilə beh alan Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazi Idarəsinin ##.##.2019-cu il tarixli, reyestr nömrəsi 308013116614-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən özünə məxsus ünvan 1 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 127.60 kv.m olan fərdi yaşayış evini beh verən X3 əsasən alqı-satqı müqaviləsi rəsmiləşdirilənə qədər, 85000 (səksən beş min) manat satmaq barədə bağlanmış müqavilənin şərtlərinə əlavələr olunması barədə razılığa gəlmiş, beh verən bu müqavilədə nəzərdə tutulan əmlakın dəyərinin ümumi məbləğindən qalan 11000 manatı beh alana notariusun depozit hesabı ilə ödəməyi, beh alan isə həmin məbləği depozit hesabdan götürməyi, qalan məbləği isə alqısatqı müqaviləsi rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127.60 kv.m olan fərdi yaşayış evini X3 85000 (səksən beş min) manata satmışdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ## #### 2024-cü il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı İddiaçı tərəfindən 218 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən cavabdehin vəsatətlərinə ümumiyyətlə münasibət bildirilməmiş və vəsatətlər üzrə qərardad qəbul edilməmiş, halbuki cavabdeh tərəfindən mübahisənin həlli üçün əhəmiyyətli olan şahidin cəlb edilməsi xahiş olunmuşdur. Iddiaçı tərəfindən təqdim olunmuş şahidlər işdə maraqlı şəxslər, yaxın qohumlar olmaqla qərəzli və bir-biri ilə ziddiyyətli ifadələr vermiş, buna baxmayaraq həmin ifadələr mötəbər sübut kimi qəbul edilmiş, cavabdehin təqdim etdiyi notarial qaydada təsdiq olunmuş sənədlərə və hüquq-mühafizə orqanının qərarına isə əhəmiyyət verilməmişdir. Iddiaçı tərəfindən təqdim olunmuş səsyazısının nə zaman qeydə alınması araşdırılmamış, bu hal iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq həmin sübut əsas kimi götürülmüşdür. Halbuki hüquq-mühafizə orqanı tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının iddialarının əsassız olması müəyyən edilmişdir, Məhkəmə tərəfindən iş üzrə əsas faktiki hallar, o cümlədən cavabdeh tərəfindən öhdəliyin icra olunması, notariusun depozit hesabına pulun yerləşdirilməsi və iddiaçı tərəfindən qəbul edilməsi faktı lazımi qaydada qiymətləndirilməmişdir, Eyni zamanda məhkəmə iclaslarının keçirilməsi və qətnamənin elan olunması zamanı prosessual normalar pozulmuş, qətnamə qanunvericiliyin tələblərinə uyğun qaydada elan edilməmiş və işə qərəzli yanaşma özünü açıq şəkildə göstərmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.
1. Müəyyən edilir ki, tərəflər bir-birini tanımış, daha sonra cavabdehə məxsus fərdi yaşayış evinin alqı-satqısına dair aralarında ilkin müqavilə imzalanmış, iddiaçı cavabdehə 35000 manat məbləğində pul vermişdir. Həmçinin cavabdeh sonradan iddiaçı tərəfindən ona əlavə olaraq 4500 manat olmaqla cəmi 39500 manat məbləğində pul verilməsini etiraf etmiş və həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməsini göstərmişdir. Iddiaçı tərəfindən 39500 manat məbləğində pulun cavabdehə verilməsi işin mübahisəsiz halını təşkil eddır. Lakin həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəli halıdır.
2. Cavabdeh borcunun ödənilməsini “ilkin müqavilənin ləğvi” zamanı 35000 manat pulun notariusun depoziti hesabına ödəyərək iddiaçıya verilməsini qeyd edir. Lakin cavabdeh iddiaçıya digər 4500 manat pulun ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
3. Kollegiyanın iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrdə uzun müddət (15 ildən artıq) xidmət etdiyi üçün ona güzəştli şərtlərlə, yəni 4%-lə ipoteka krediti verilmiş və o, mübahisəli evini satmaq istəmişdir. X4 Fondundan cavabdehə məlumat verilmişdir ki, o öz adında olan ipoteka krediti barədə müqaviləni iddiaçının adına rəsmiləşdirə bilməz. Buna görə də onlar arasında münasibətlər pozulmuş və iddiaçı cavabdehə vermiş olduğu pulu ondan geri tələb etmişdir. Cavabdeh iddiaçıya demişdir ki, evi başqa şəxsə satıb onun pulunu verəcəkdir. Lakin bu zaman iddiaçı ilə aralarında olan “ilkin müqavilənin ləğv edilməsi” zəruri olmuşdur. Çünki, yalnız ilkin müqavilə ləğv edildikdən sonra evlə bağlı digər şəxslə müqavilə bağlana bilərdi. Lakin iddiaçı cavabdehə güvənib etibar etmədiyindən əvvəlcə “ilkin müqavilənin ləğv edilməsi”-nə razılıq verməmişdir.
4. Cavabdehin çoxmüddətli təkidindən sonra (bu təkid işdə olan fləşkartdakı səsyazılarından da müəyyən olunur) iddiaçı yalnız 39500 manat pulun cavabdehin ona notarial qaydada “mövcud borcun etirafı haqqında” ərizə verməsindən sonra ləğv edilə biləcəyini qeyd edir. Beləliklə də tərəflər ## ##### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisinə gedir və cavabdeh iddiaçya 39500 manat borcunun olması barədə “mövcud borcun etirafı haqqında” ərizə verir. (Notarial əməliyyat 11:40-da həyata keçirilmişdir). Bundan sonra tərəflər ## ##### 2023-cü il tarixdə Sumqayıt şəhər * saylı Notariat ofisinə gedir və iddiaçı ilə cavabdeh arasında olan “Ilkin müqavilə” ləğv edilir.
5. Kollegiyanın iclası zamanı həm iddiaçı həm də cavabdeh özü bildirmişdir ki, “Ilkin müqavilə ləğv edilən” vaxtı notariusun depozitinə qoyulan 35 000 manat pul vəsaiti cavabdehin pul vəsaiti olmamışdır. Iddiaçı qeyd etmişdir ki, həmin pul vəsaiti cavabdehin dostu Qalibin olmuşdur. Lakin cavabdeh qeyd etmişdir ki, 40 000 manat pul vəsaiti evi qızına (Sevgi) alan şəxs Hacaloğlu Ayxan tərəfindən ona verilmiş, o da həmin pulun 35000 manatını iddiaçının adına notariusun depozitinə qoymuşdur. Bundan sonra iddiaçı pulu notariusun depozitindən götürmüşdür. (Notarial əməliyyat 15:01-də həyata keçirilmişdir). Iddiaçı isə qeyd etmişdir ki, pul cavabdehin dostu Qalibə aid olmuş, nə Sevgi nə də Hacaloğlu Ayxan həmin vaxt notariusda olmamışdır. Əvvəlcədən razılaşdıqları kimi pul elə oradaca Qalibə qaytarılmışdır. Çünki, elə həmin günü cavabdeh ona “mövcud borcun etirafı haqqında” ərizə vermişdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən borcun etirafı barədə ərizə ona görə verilmişdi ki, onunla olan ilkin müqavilə ləğv edilsin və Cavabdehla Sevgi Hacaloğlu arasında “evlə bağlı ilkin müqavilə” rəsmləşdirilə bilinsin.
6. Göründüyü kimi cavabdeh borcunun ödənilməsini “ilkin müqavilənin ləğvi” zamanı 35000 manat pulun notariusun depoziti hesabına ödəyərək iddiaçıya verilməsi ilə əsaslandırır. Həmçinin apellyasiya şikayətində bütün borcunun, yəni 39500 manat pulu iddiaçıya qaytarmasını bildirir. Lakin iddiaçı ilkin müqavilənin ləğvi ilə bağlı notariusda onun depozit hesabına ödənilmiş pulun elə notariusda da cavabdehin dostu Qalibə qaytarıldığını göstərir və 39500 manat pulun cavabdeh tərəfindən ona bu günədək ödənilmədiyini bildirir. O, bunu işə əlavə edilmiş tərəflər arasında “Fləşkart”-da öz əksini tapan Video görüntülü-səsyazısının olması ilə əsaslandırır. Belə ki, həmin “Fləşkart” kollegiyanın iclası zamanı iddiaçının və cavabdehin iştirakı ilə tədqiq edilmiş və hər iki tərəf danışıqların onlar arasında ## ###### 2023-cü il tarixdə, yəni “ilkin müqavilənin” ləğv edildiyi ##.##.2023-cü il tarixindən təxminən 7 ay 10 gün sonra reallaşdığını təsdiq etmişlər. Həmin səs yazışmasının məzmunu aşağıdakı kimidir. Video yazının mətni: Iddiaçı İddiaçı: Indi hər hansı bir ümid yeri var pulu qaytarmağa? Cavabdeh Cavabdeh: Niyə yoxdu ki, bu məhkəmənin qərarı hələ məndədir. Mənim xeyrimə 11800 AZN tutulub mənə veriləcək. Iddiaçı İddiaçı Rafail oğlu: Hüseyn, artıq 1 il 3 aydır ki, bir qara qəpik almamışam. Biz onunla məhlədə rastlaşdıq bəs dedi ki, Hüseyn məni ancaq evin əşyalarına münasibətdə məbləğin tutulması üçün məhkəməyə verib. (Burada cavabdehin başqa şəxsə qarşı iddia qaldırmasından bəhs edilir). Mən də fikirləşdim ki, evin əşyalarının tutulmasından güya nə qədər pul çıxa bilər ki. Təki ay Hüseyn, uzun zamandır səbr edirik, InşAllah Allah səbrimizin zəhmətini verər. Göründüyü kimi cavabdeh “ilkin müqavilənin” ləğv edildiyi ##.##.2023-cü il tarixindən təxminən 7 ay 10 gün sonra iddiaçının suallarına cavab olaraq pulu qaytaracağına, onun xeyrinə 11800 manat pul tutulacağına və borcunu iddiaçıya qaytaracağına dair vədlər verir. Həmin danışıqda isə iddiaçı “bir ümid yeri var pulu qaytarmağa? Artıq 1 il 3 aydır ki, bir qara qəpik almamışam” deməklə pulunun qaytarılmasından və bir qara qəpik almamasından bəhs edir. Bu danışıq zamanı cavabdeh iddiaçıya hər hansı borcunun olmaması ilə bağlı etiraz etmir, iddiaçının hansı borcdan bəhs etdiyini qeyd etmir. Göründüyü kimi şərh edilənlər cavabdehin 39500 manat pulu iddiaçıya qaytarılmamasını təsdiq edir.
7. Həmçinin müəyyən edilir ki, tərəflər ## ##### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisinə getmiş və cavabdeh iddiaçya 39500 manat borcunun olması barədə “mövcud borcun etirafı haqqında” ərizə verməklə həmin borcu etiraf etmişdir. Lakin cavabdeh bütün pul vəsaitlərini iddiaçıya qaytarmasını iddia etsə də sonradan “mövcud borcun etirafı haqqında” müqaviləni mübahisələndirərək onu ləğv etdirməmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasında və işdə olan ##.##.2023cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda da iddiaçıdan 39500 manat pul almasını etiraf etmişdir. Bundan başqa cavabdeh kollegiyanın iclası zamanı səs yazısında iddiaçıya hansı pul vəsaitini qaytarmalı olmasını soruşduqda o bildirmişdir ki, həmin danışıqda qalıq qalmış 4500 manat pulun qaytarılmasından bəhs edildiyini göstərmişdir. Kollegiya cavabdehin bu arqumentlərini səmimi və inandırıcı hesab etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində bütün borcunun iddiaçıya qaytarıldığını bildirir və qətnamənin ləğv edilərək iddianın tam rədd eidlməsini xahiş edir. Lakin o, 4500 manat pulun cavabdehə ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
8. Cavabdeh kollegiyanın iclası zamanı bildirmişdir ki, 40 000 manat pul vəsaitini ona evi alan şəxs Hacaloğlu Ayxan vermiş və o həmin pulun 35000 manatını iddiaçının adına notariusun depozitinə qoymuşdur. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında olan “Ilkin müqavilə” ## ##### 2023-cü il tarixdə Sumqayıt şəhər * saylı Notariat ofisində ləğv edilmiş və həmin gün evi sonradan alan X3 ilə cavabdeh H.Teymuraov arasında hər hansı müqavilə bağlanmamışdır. X6 Sevgi Ayxan qızı ilə cavabdeh Cavabdeh arasında beh müqaviləsi # ### 2023-cü ildə, alqı-satqı müqaviləsi isə ## ######## 2023-cü il tarixdə bağlanmışdır. Alqı-satqı zamanı evin satış qiyməti isə 85000 manat olaraq göstərilmişdir. Bu isə onu göstərir ki, Hacaloğlu Ayxan ## ##### 2023-cü il tarixdə Sumqayıt şəhər * saylı Notariat ofisində olmamış və həmin gün cavabdehə hər hansı pul məbləği verməmişdir.
9. Əgər cavabdehin iddia etdiyi kimi borc ödənilmiş olsaydı və ya öhdəlik ləğv edilsəydi, borcun etirafı haqqında müqavilənin bağlanmasına ehtiyac qalmazdı. Əksinə, borcun etirafı həmin anda pul vəsaitinin cavabdehdə olmadığını və onun öhdəliyinin davam etdiyini təsdiq edir.
10. Məhkəmə tərəfindən dindirilmiş şahidlərin ifadələri də iddiaçının mövqeyini təsdiqləyir. Şahidlər ardıcıl olaraq bildirmişlər ki, iddiaçı tərəfindən ümumilikdə 42 500 manat pul cavabdehə verilmiş, lakin həmin məbləğ geri qaytarılmamışdır. Bu ifadələr məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilmiş və onların mötəbərliyi qəbul edilmişdir.
11. Apellyasiya şikayətində cavabdeh əsasən onun tərəfindən təqdim olunmuş etirazın nəzərə alınmaması, vəsatətlərə münasibət bildirilməməsi, şahidlərin qərəzli olması və öhdəliyin icra edilməsi barədə arqumentlərə istinad etmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları, o cümlədən cavabdehin izahatını və təqdim etdiyi sənədləri araşdırmış, lakin həmin sübutları digər sübutlarla müqayisəli qiymətləndirərək onların iddianın rədd edilməsi üçün kifayət etmədiyi nəticəsinə gəlmişdir.
12. Bundan əlavə, cavabdehin iddia etdiyi kimi iddiaçının əsassız varlanması halı da sübut olunmur. Əksinə, iş materialları göstərir ki, cavabdeh tərəfindən etiraf və qəbul edilmiş, həmçinin notarial qaydada təsdiq edilmiş borc öhdəliyi mövcud olmuş, lakin həmin öhdəlik icra edilməmişdir. Prosessual pozuntularla bağlı apellyasiya şikayətinin dəlilləri də öz təsdiqini tapmır. Belə ki, iş üzrə məhkəmə iclaslarının keçirilməsi, sübutların araşdırılması və qiymətləndirilməsi məhkəmənin daxili inamına uyğun olaraq həyata keçirilmiş, bu zaman tərəflərin hüquqları və prosessual təminatları pozulmamışdır. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu, xüsusilə borcun etirafına dair notarial müqavilənin və video yazının mövcudluğu, borcun qaytarılmaması faktı və şahid ifadələri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təsdiq edir. Beləliklə birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdeh işin mübahisəsiz halı olan borclu olduğu 39500 manat məbləğində pulu iddiaçıya qaytara bilmədiyi üçün daşınmaz əmlakı sataraq pulu ödəyəcəyini vəd etmiş, lakin, tərəflər arasında ilkin müqavilə mövcud olduğu üçün daşınmaz əmlakı satması mümkün olmamış, iddiaçı ilə ilkin müqaviləni ləğv etmək qarşılığında mövcud borcun etirafı haqqında müqavilə bağlamağı razılaşdırmışdır. Iddiaçı ilə aralarında olan mövcud vəziyyətdə inam olmadığından və daşınmaz əmlakın satılıb, pulunun qaytarılması üçün iddiaçı ilkin müqavilə ləğv edilən zaman notariusun depozit hesabına daxil olan məbləği qəbul edərək cavabdehə qaytarmaqla bağlı razılaşdığından borcun etirafı haqqında mücərrəd müqavilə bağlamaqla cavabdehin borclu olduğu məbləği təminat altına almaq istəmiş, məhz bu səbəbdən ## ##### 2023-cü ildə eyni gündə, ilk öncə tərəflər arasında mövcud borcun etirafı haqqında müqavilə bağlanmış, sonradan isə ilkin müqavilənin ləğvinə dair müqavilə bağlanmışdır. Belə ki, həqiqətən də, cavabdehin borcunu ödəmək üçün 39500 manat məbləğində vəsaiti olsaydı borcun etirafı haqqında müqavilənin bağlanmasına ehtiyac olmazdı. Qeyd edilmişdir ki, cavabdeh borc sənədi kimi sözügedən müqaviləyə və məxaric orderinə istinad etməklə mülki məsuliyyətdən yayınmağa çalışmış, öhdəliyə xitam verildiyi görüntüsü yaratmış, nə üçün ilkin müqavilənin ləğvinə dair müqavilə bağlamazdan bir neçə saat öncə borcun etirafına dair müqavilə bağladığını əsaslandıra bilməmişdir. Məhkəmə, ## ##### 2023-cü il tarixli müqavilənin ləğvinə dair müqavilənin etibarlılığı məsələsini də qiymətləndirərək hesab edir ki, sözügedən müqavilə etibarsız və ya yalan əqd olaraq qiymətləndirilməməlidir. Belə ki, müqavilə bağlayan şəxslər anlaqlı olmuş, müqavilənin şərtləri məcburi hüquq qaydalarına zidd olmamış, müvafiq formada bağlanmış, forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olmamış, iradə ifadələri zədələnməmiş, müvafiq razılıq olmuşdur. Belə ki, iddiaçı cavabdehin borcu qaytara bilməsi üçün bilərəkdən ilkin müqavilənin ləğvinə dair müqavilə bağlamış, nəticədə aldığı pulu razılaşmalarına əsasən cavabdehə verməklə, əvvəlcədən aralarında bağlanmış qanuni təminat olan borcun etirafı haqqında müqaviləyə güvənmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və Mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavandeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.