Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-30/2026 31.03.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “SKODA SUPER B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobil üzərində İddiaçı mülkiyyət hüququ həmin tarixdə qeydiyyata alınmışdır. ##.##.2024-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamdan görünür ki, Cavabdeh “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 24 ay müddətində hər ay 375 manat ödəmək şərti ilə İddiaçı direktoru olduğu “xxxx” MMC-dən təhvil almışdır. “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” ƏN–VII seriyalı ****** nömrəli ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçisinin İddiaçı olan “SKODA SUPER B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək hüququ Cavabdeh etibar edilmişdir. “Express Servis” tərəfindən verilmiş qüsur aktdan görünür ki, “SKODA SUPER B” markalı **-FL-*** dövlət qeydiyyat nömrəli avtomobilə 9040 manat ziyan dəymişdir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli UNİ/M **-***/**** saylı ekspert rəyindən görünür ki “SKODA SUPER B” minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan ehtiyyat hissələri və təmir xərcləri ilə birgə 8100 manat təşkil edir. Ekspet qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır. “SKODA SUPER B” minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin dəyəri “Express Servis” - X2 (VÖEN **********) tərəfindən verilmiş qüsur aktında göstərilən qiymətlərə uyğundurmu? Aparılmış hesablamalar və təhlillərə əsasən “SKODA SUPER B“ minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan hissələrin dəyəri 5500 manat və həmin hissələrə aid görüləcək işlərin (işçilik haqqı) dəyəri 2600 manat, ümumilikdə 8100 manat, “Express Servis'’ - X2 (VÖEN:**********) tərəfindən verilmiş qüsur aktında göstərilən yalnız ehtiyat hissələrin dəyəri 9040 manat, qiymətləndirici-ekspertlər tərəfindən hesablanmış ehtiyat hissələrinin bazar dəyərindən (5500 manat) 40% artıq hesablanmışdır. Əgər uyğun deyilsə, göstərilən hissələrin (detalların) və həmin hissələrə aid görülməli olan (görülmüş) işlərin (xidmətlərin) dəyəri nə qədərdir? “SKODA SUPER B" minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməli olan və təmir edilməli olan hissələri və ona aid görüləcək işlərin (xidmətlərin) dəyəri: 8100 manat təşkil edir. Ekspert rəyi X13, eləcə də əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. İnzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixdə 17:00-da Kürdəmir rayonu Mollakənd kəndi ərazisində “SKODA SUPER B" minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan satın aldığı “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3 ay ərzində 2024-cü il oktyabr ayından 2025-ci ilin yanvar ayına qədər olan müddət üçün hər ay 375 manat olmaqla hesablanmış 1125 manat məbləğin 9000 manat avtomobilin dəyərinin və 130 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh satın aldığı “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə dəymiş maddi ziyanın - 9000 manat məbləğində pulun və ödənilmiş olan 130 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus “SKODA SUPER B” Minik markalı 2012-ci il buraxılışlı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 24 ay müddətində hər ay 375 manat olmaqla cavabdehə satmışdır. Cavabdeh ona zəng edərək avtomaşının qəzaya uğramasını bildirmişdir. Qəza nəticəsində maşına ciddi zərər vurulub və maşın yararsız vəziyyətdədir. Hal-hazırda avtomobil dayanacaqda yerləşdirilib. Cavabdeh hərəkətlərindən belə məlum olur ki avtomobilə dəymiş ziyanı ödəmək fikri yoxdur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: İmişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia qismən təmin edilərək “SKODA SUPER B” minik markalı **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 8100 (səkkiz min yüz) manat məbləğində pul vasaitinin, ödənilmiş dövlət rüsumunun 101 (yüz bir) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, “xxxx” MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 270 manat hissəsinin Cavabdeh, qalan 30 manat hissəsinin isə İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “SKODA SUPER B” Minik markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdeh tərəfindən vurulmuş 8100 (səkkiz min yüz) manat məbləğində ziyanın iddiaçıya ödənilməsi hissəsində iddiaçının iddia tələbi qanuni və əsaslıdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia edilən avtomobil özünə məxsus olmuş və etibarnamə ilə onu heç kimə verməmişdir. Xəbəri olmadan avtomobil iddiaçının adına qeyri-qanuni olaraq keçirilib. Avtomobilə cüzi ziyan dəyib və o, hazırda iddiaçının istifadəsindədir. Alğı-satqı müqaviləsinə imza etməmişdir. Avtomobil öz əmlakıdır, lakin adından qeyri-qanuni çıxarılmışdır. Məhkəmə işə birtərəfli və qeyri-obyektiv baxmışdır. Məhkəmə işin faktiki hallarına uyğun olmayan nəticə çıxarmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qəbul edilənədək hazırkı iş üzrə icraat dayandırılmalıdır. Avtomobili etibarnamə əsasında idarə etmiş, lakin etibarnamənin kim tərəfindən verildiyindən xəbəri olmamışdır. Avtomobili Xafiz adlı şəxsdən almışdır. Binəqədi Rayon Məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, X3 avtomobili Xafiz adlı şəxsdən almışdır. Xafiz isə avtomobili həmin şəxsə satmadığını bildirmişdir. Avtomobilə görə Xafizə 15500 manat ödəsə də, ona qarşı hazırkı vaxta kimi hər hansı iddia qaldırmamışdır. X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında yalnız icarə müqaviləsi bağlanmış və həmin müqavilədə cavabdehin imzası mövcuddur. Cavabdehi tanımadan və sürücülük vəsiqəsi olmadan ona avtomobilin verilməsi mümkün deyildir. Cavabdeh baş verən hallardan məlumatlı olmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASI: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Habelə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı şikayətin təmin edilməsi baxımından cavabdeh tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi işin mübahisəsiz halları kimi qeyd edir ki, ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “SKODA SUPER B” markalı **-FL- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində mülkiyyət hüququ həmin tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmış, həmçinin ##.##.2024-cü il tarixli ƏN–VII seriyalı ****** nömrəli “Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında” etibarnaməyə əsasən sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh verilmişdir. Göründüyü kimi, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh mübahisəli nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və həmin vaxt avtomobilin mülkiyyətçisi olan İddiaçı maddi zərər dəymişdir. Bununla yanaşı, cavabdehin məhkəmə iclasında iş üzrə icraatın dayandırılması ilə bağlı bildirdiyi arqumentlərə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, X5 X4 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair mülki iş hazırkı mübahisə üzrə icraatın dayandırılması üçün qanunla nəzərdə tutulmuş prosessual əsaslar mövcud deyildir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermiş, eləcə də maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu baxımdan, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. X5 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırkı qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-30/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-30/2026
31.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver