Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-309/2026 04.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: ##.##.2025-ci il tariхli, ******-******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11005,62 manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə 11005,62 manat əsas borc, 918,14 manat faiz borcu olmaqla, ümumilikdə, 11923,76 manat və ödənilmiş dövlət rüsumuna görə 125,77 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Iddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, ##.##.2025-ci il tariхli, ******-******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11005,62 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. ##.##.2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 11005,62 manat məbləğində əsas bоrc və 918,14 manat faiz borcu оlmaqla, cəmi 11923,76 manat məbləğində kredit bоrcu yaranmışdır. Istehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Füzuli Rayon Məhkəməsinin (hakim E.Ismayılov) ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə 11005,62 manat əsas borc, 538,05 manat faiz borcu olmaqla, cəmi 11543,67 manat və ödənilmiş dövlət rüsumuna görə 124,63 manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmə tərəfindən işi nəticələndirən faktiki hallar müəyyən edilərkən yalnız bir tərəfin iradəsini ifadə edən sübutlara istinad edilmiş, habelə qətnamə mübahisənin cavabdehin xeyrinə şərh olunan hallarının qeyri-müəyyən şəkildə təsvir edilməsi ilə qəbul olunmuşdur. Şikayətə görə, işə əlavə edilən sənədlər tələbin təmin olunan hissəsinin əsaslılığı üçün kifayət etməmişdir. Belə ki iş materialına yalnız ilkin kredit müqaviləsində toplanan sənədlər əlavə olunmuş, müqavilənin qüvvədə olduğu müddət ərzində icra edilən ödənişlərin həcmini və kredit borcundan silinmə ardıcıllığını əks etdirən kredit hesabından çıxarış sənədi əlavə olunmamışdır. Bununla da, borcun dəqiq məbləğinin müəyyənləşdirilməsi üçün lazımi prosessual addımlar atılmaqla məhkəmə araşdırması aparılmamış, müvafiq ekspertizanın təyin edilməsi zərurətinin olub-olmaması müəyyən olunmamışdır. Qeyd olunduğu kimi, iş materialına əlavə edilən maliyyə arayışı və xəbərdarlıq məktubu yalnız iddiaçı tərəfinin iradəsinə əsaslanmışdır. Prosessual məsələlər Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək, onun iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-in) 376.2ci maddəsinə əsasən etibarlı məlumat verilmiş, lakin gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnaməni cavabdeh mübahisələndirmişdir. Kollegiya işə cavabdehin apellyasiya şikayəti həddində baxır. Işin hallarından görünür ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tariхli, ******- ******/* nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 11005,62 manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu ilə borcluya müraciət edərək onun banka həmin tarixə 11005,62 manat əsas borc, 538,05 manat faiz borcu olmaqla, cəmi 11543,67 manat borcunun yarandığını, onun kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyini bildirilərək bütün borc məbləğini tam olaraq ##.##.2025-ci il tarixinədək ödəmədiyi təqdirdə müvafiq tədbirlər görüləcəyini bildirmişdir. Iddiaçı borcunu vaxtından əvvəl tələb etmiş, bununla da iddiaçı mahiyyətcə müqavilə şərtlərinə vaxtından əvvəl xitam verilməsini istəmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına yol verildiyi halda iddiaçının tələbi keçərlidir. Işin hallarından görünür ki, cavabdeh (borclu) borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnaməni əsassız hesab etdiyini bildirsə də, bu əsassızlığın nədən ibarət olmasını konkret əsaslandırmamışdır. Borc məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının **/**** №-li, ## #### 2026-cı il tarixli rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, ## #### 2025-ci il tarixli, ******-******* saylı lredit razılaşması şərtlərinə müvafiq olaraq Cavabdeh sualda qeyd edilən tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən : ## ######## 2025-ci il tarixə iddiaçı İddiaçı ASC-yə əsas kredit borcu üzrə- 11005,62 (on bir min beş, altmış iki) AZN məbləği, faiz borcu üzrə- 580,85 (beş yüz səksən, səksən beş) AZN məbləği təşkil edir. Kollegiya iş üzrə ekspert rəyini sübut olaraq qəbul edir. Kollegiya qeyd edir ki, cavabdeh, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında imkanı olduğu halda borcun vaxtında ödənilməsi ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-309/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-309/2026
04.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver