Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-316/2026 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7735 (yeddi min yeddi yüz otuz beş) manat 12 (on iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48 (qırx səkkiz) manat məbləğin cavabdeh Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə cavabdeh Cavabdeh arasında ##.##.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, ##.##.2022-ci il tarixdə administrator vəzifəsinə işə qəbul olunmuş və “X1” haqqında müqavilə imzalanmışdır. ##.##.2024-cü il tarixdə işdən azad edilmişdir. Cavabdeh Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, ##.##.2024-cü il tarixdə İddiaçı MMC-nin “Kürdəmir 7” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Cəmiyyətə 8260 (səkkiz min iki yüz altmış) manat 08 (səkkiz) qəpik zərər vurması müəyyən edilmişdir. İnventarizasiya yoxlaması zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 7735 (yeddi min yeddi yüz otuz beş) manat 12 (on iki) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 7735 (yeddi min yeddi yüz otuz beş) manat 12 (on iki) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(041)-2008/2025saylı qətnaməsi ilə (hakim Rahid Mehdiyev) iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: ##.##.2021-ci il tarixli, 401/İQ saylı əmrdən çıxarışa əsasən, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində ##.##.2021-ci il tarixdən etibarən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilmişdir. ##.##.2022-ci il tarixli, *** saylı əmrdən çıxarışa əsasən, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində ##.##.2022-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilmişdir. ##.##.2022-ci il tarixli X1 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X1 haqqında müqavilə bağlanmışdır. ##.##.2024-cü il tarixli, **** nömrəli əmrdən görünür ki, Cavabdeh iştirakı ilə növbədənkənar inventarizasiyanın keçirilməsi barədə qərar qəbul edilmişdir. ##.##.2024-cü il tarixində İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, ##.##.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8260.07 (səkkiz min iki yüz altmış manat yeddi qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən cavabdeh Cavabdeh iştirakı ilə keçirilmişdir. ##.##.2024-cü il tarixli Cavabdeh İddiaçı MMC-nin invertizasiya komissiyasına verilmiş iltizamnamədən görünür ki, sayımda iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyini, sonda qarşılaşma olduğunu, sayıldığı miqdarlarla razılaşdığını, sayım qrupundan razı olduğunu göstərmişdir. ##.##.2024-cü il tarixli Cavabdeh İddiaçı MMC-yə ünvanladığı ərizəsindən görünür ki, o, ##.##.2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verilməsi üçün xahiş etmişdir. ##.##.2024-cü il tarixli, ***-x saylı əmrdən çıxarışa əsasən, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. Son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. ##.##.2025-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş İmtina aktından görünür ki, "05" İyul 2024-cü il tarixli, "0560" № li əmr ilə təyin olunmuş komissiyanın sədri: Maliyyə Direktoru: X2, Komissiyanın sədr müavini: Mühasibatlıq Departament müdiri:Günay Mövsümova İsrafil qızı, Komissiyanın üzvləri:Daxili Nəzarət Departament müdiri: X3, Satış Əməliyyatları direktoru: Vüqar İsmayılov İlham oğlu, İnventarizasiya şöbə müdiri X6 ibarət heyətdə təyin edilmiş komissiyanın iştirakı ilə həmin aktı tərtib edilmişdir ondan ötrü ki, İddiaçı MMC-nin Kürdəmir rayonu, Bakı prospekti ünvanında yerləşən OBA-Kürdəmir 7 (1212) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Vaqif oğlunun iştirakı ilə ##.##.2024-cü il tarixi vəziyyətinə İnventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Vaqif oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-8260.07AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. ##.##.2025-ci il tarixli İddiaçı MMC tərəfindən təqdim edilmiş təftiş yoxlaması barədə arayışa əsasən, Cavabdeh Vaqif oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında ##.##.2024-cü il tarixində 8260.08 (səkkiz min iki yüz altmış manat, 08 qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə və müəyyən tutulmalar olduqdan sonra qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 7735.12 (yeddi min yeddi yüz otuz beş manat, 12 qəpik) manat borcu qalmışdır. Beləliklə Cavabdeh Vaqif oğlunun ## ##### 2025-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 7735.12 (yeddi min yeddi yüz otuz beş manat, 12 qəpik) manat təşkil edir. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətinin yoxlanıldığı, 7735.12 manat əskikgəlmə aşkar edildiyi, vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçinin ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiqhesabatını aparmalı olduğu, 03 gün müddətində qeyd olunan borcunun ödənilməsini təmin etməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə Cavabdeh Vaqif oğluna xəbərdarlıq edilmişdir. Yaddaş kartındakı videogörüntülərə baxış keçirmişdir. Videogörüntülərin tədqiqi zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli, müddəti 00:00:54 olan videogörüntüdə axşam saatlarında admin kompüterinin arxasında kənar şəxsin əyləşərək əməliyyat apardığı görünür. ##.##.2024-cü il tarixli, müddəti 00:02:37 olan videogörüntüdə şəxsiyyəti müəyyən edilməyən satıcı tərəfindən mağazanın ticarət zalından malların götürülərək mağazanın anbar (depo) hissəsində şəxsi çantaya yerləşdirildiyi, ##.##.2024-cü il tarixli, müddəti 00:01:24 və 00:03:05 olan videogörüntülərdə şəxsiyyəti müəyyən edilməyən satıcının eyni qaydada mağazadan malları götürərək anbar hissəsində şəxsi çantasına yığdığı, ##.##.2024cü il tarixli, müddəti 00:01:33 olan videogörüntüdə şəxsiyyəti müəyyən edilməyən satıcının həmin çantanı götürərək mağazanı tərk etdiyi, lakin götürdüyü malların kassada vurulmadığı, ##.##.2024-cü il tarixli, müddəti 00:02:54 olan videogörüntüdə şəxsiyyəti müəyyən edilməyən satıcının mağazadan malların götürülərək anbar hissəsində çantaya yığıldığı, ##.##.2024-cü il tarixli, müddəti 00:01:44 olan videogörüntüdə eyni hərəkətlərin təkrarlandığı, habelə müddəti 49 saniyə olan digər videogörüntüdə şəxsiyyəti müəyyən edilməyən satıcının mağazadan malları götürərək anbar hissəsində şəxsi çantasına yerləşdirdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının M/V ****** №-li vəsiqəsi, Azərbaycan Respublikası Medalının İ- 41846, İ-22250, İ-**** nömrəli vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh müvafiq olaraq müharibə veteranıdır, «Vətən müharibəsi iştirakçısı», «Füzulinin azad olunmasına görə», «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş X1 müqaviləsində sənəd çap olunmuş mətn formasında hazırlanmış, göstərilən ##.##.2022ci il tarixi isə əl ilə yazılmışdır ki, müqavilənin faktiki imzalanma vaxtının müəyyən edilməsini çətinləşdirir. İşçi isə işdən çıxmaq barədə ərizəsini ##.##.2024-cü il tarixdə təqdim etmiş, lakin əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən- geri tarixlə xitam verilməsini xahiş etmiş və həmin tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfən, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarda ifadə edilmiş hüquqi mövqeyinə əsaslanaraq qeyd etmişdir ki, işçi ilə işəgötürən arasında bağlanmış X1 haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. X1 haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı İddiaçı MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz cavabdeh Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. İddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktı maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və vurulmasının təqribi vaxtını müəyyən etməyə yardım edə bilər. Həmçinin, müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC inventarizasiya keçirərək ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdeh bununla razılaşmamış, yekun sənədləri imzalamaqdan imtina etmişdir. İddianın bir dəlili də ondan ibarətdir ki, inventarizasiya yoxlaması zamanı cavabdeh Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmışdır. Məhkəmə bununla da razılaşmamış və qeyd etmişdir ki, əvvəla, iltizamnamədə cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı həmin sənəddə yalnız sayımda iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyini, sonda qarşılaşma olduğunu, sayıldığı miqdarlarla razılaşdığını, sayım qrupundan razı olduğunu göstərmişdir. Məhkəmə iş materiallarında olan yaddaş kartındakı videogörüntülərin tədqiqi nəticəsində müəyyən etmişdir ki, mağazanın fəaliyyətinə nəzarət və əmlakın dövriyyəsi cavabdehin müstəsna nəzarəti altında olmamışdır. Belə ki, videogörüntülərdə admin kompüterinə kənar şəxsin daxil olaraq əməliyyatlar apardığı, habelə mağazadan malların müxtəlif şəxslər tərəfindən kassada rəsmiləşdirilmədən götürülərək mağazanın anbar hissəsində şəxsi çantalara yerləşdirildiyi görünür. Bu hallar göstərir ki, mağazada əmtəə dövriyyəsinə nəzarət mexanizmləri pozulmuş, əmlakın qorunması yalnız cavabdehin üzərinə düşməmiş və əskik gəlmələrin hansı konkret hərəkətlər nəticəsində yarandığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da nəzərə almışdır ki, cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş olsa da, əskik gəlmələrin yaranması ilə razılaşmamış, həmin əskik gəlmələrin səbəbləri barədə izahat verməkdən və yekun sənədləri imzalamaqdan imtina etmişdir. Lakin bu hal cavabdehin təqsirinin mövcudluğunu sübuta yetirmir və iddiaçını Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq cavabdehin təqsirini və ziyanla onun hərəkətləri arasında səbəbli əlaqəni sübut etmək vəzifəsindən azad etmir. İş üzrə təqdim edilmiş sübutlar isə bu halları etibarlı şəkildə təsdiq etmir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş inventarizasiya aktı və təftiş sənədləri cavabdehin əskik gəlmələrə səbəb olan konkret təqsirli hərəkətlərini və həmin hərəkətlərlə dəymiş ziyan arasında səbəbli əlaqəni etibarlı şəkildə sübuta yetirmir. Əksinə, iş üzrə tədqiq edilmiş videogörüntülər əskik gəlmələrin cavabdehin iradəsindən kənar hallarla da bağlı ola biləcəyini göstərir. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində nəzərdə tutulmuş şərtlərin – təqsirin və səbəbli əlaqənin mövcudluğu sübuta yetirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinin əsaslı olmasının mühüm elementlərindən biri olan işçinin yəni cavabdehin təqsirinin olmasını sübut edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 (1-Ç), 191 (1,2), 192 (2), 194 (2), 199(1), 203(1,2-cü maddələri, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 218.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, cavabdeh CavabdehVaqif oğlu tərəfindən ödənilməmiş 7735 (yeddi min yeddi yüz otuz beş) manat 12 (on iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48 (qırx səkkiz) AZN məbləğin və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X1 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X1 haqqında” müqavilə nə deyir: müqavilədə deyilir ki, maddi məsul şəxs onaişəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində göstərilmişdir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi X1 daşıyır. Hesab edir ki, belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün, onlar qanun naminə tənbeh edilməli, ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırkı vəziyyətdə cavabdeh Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, onun həmin əməlləri digər mağazalarda datörətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Odur ki,yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. İşçinin işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq vəzifəsi qanunla müəyyən olunmasına baxmayaraq məhkəmə gəldiyi qənaətlə işçini bu vəzifədən azad etmişdir. Kürdəmir Məhkəməsi cavabdehin administrator kimi vəzifə funksiyalarının nədən ibarət olmasını həmin vəzifə təlimatı konteksində qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki cavabdehin vəzifə təlimatı iddiaçı təşkilatda hansı funksiyanı yerinə yetirməli olub-olmaması, həmin təlimat üzrə cavabdehin hər hansı pozuntuya yol verib-verməməsinin müəyyən edilməsi iddianın qanuni həlli baxımından əhəmiyyət kəsb etmişdir. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi. AR Mülki-Prosessual Məcəlləsinin 165-ci maddəsində göstərilmişdir ki, hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Kürdəmir Məhkəməsi məhkəmə araşdırması aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul-edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməmişdir və sözügedən prosessual normanın tələblərini pozmuşdur. Kürdəmir Rayon Məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülərə baxış keçirmiş, lakin cavabdeh tərəfindən hər hansı hüquq-mühafizə orqanlarına müraciəti olub-olmamasına diqqət yetirməmişdir. Həmçinin mənimsəmə faktının tam dəqiq hansı məbləğdə olması və ya səhlənkarlıq hərəkətlərinə hüquqi münasibət bildirməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının üzrlü səbədən təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakının mümkünsüzlüyünü təsdiq edən hər hansı bir əsaslı səbəb göstərməmiş, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir və odur ki, məhkəmə iclasının təxirə salınmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə, tam həcmdə maddi məsuliyyət daşıyır. 203-cü maddəsinə əsasən vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır. 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 206-cı maddəsinə əsasən Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyənolunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, cavabdeh CavabdehVaqif oğlu tərəfindən ödənilməmiş 7735 (yeddi min yeddi yüz otuz beş) manat 12 (on iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48 (qırx səkkiz) AZN məbləğin və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(041)-2008/2025saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, ##.##.2022-ci il tarixli, *** saylı əmrdən çıxarışa əsasən, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində ##.##.2022-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. ##.##.2022-ci il tarixli X1 haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında X1 haqqında müqavilə bağlanmışdır. ##.##.2024-cü il tarixində İddiaçı MMC-nin mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cavabdeh Cəmiyyətəzərər vurması müəyyən edilmiş, ##.##.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 8260.07 (səkkiz min iki yüz altmış manat yeddi qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən cavabdeh Cavabdeh iştirakı ilə keçirilmişdir. ##.##.2025-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş İmtina aktından görünür ki, İddiaçı MMC-nin Kürdəmir rayonu, Bakı prospekti ünvanında yerləşən OBA-Kürdəmir 7 (1212) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Vaqif oğlunun iştirakı ilə ##.##.2024-cü il tarixi vəziyyətinə İnventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Vaqif oğlu inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-8260.07AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. ##.##.2025-ci il tarixli İddiaçı MMC tərəfindən təqdim edilmiş təftiş yoxlaması barədə arayışa əsasən, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə və müəyyən tutulmalar olduqdan sonra qalıq kənarlaşma məbləği əskik gəlmələrə görə ümumi olaraq 7735.12 (yeddi min yeddi yüz otuz beş manat, 12 qəpik) manat borcu qalmışdır. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən İddiaçı mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Tərtib olunmuş Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktında cavabdehin imzası olmadığından, cavabdehin həmin çatışmazlıqlara dair izahatı alınmadığından iddiaçı tərəfindən İddiaçı mağazasına dəymiş ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlər mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. İddiaçı tərəfindən İddiaçı mağazasında zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasına dair mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətində cavabdehin maddi məsul şəxs olması və əmlakın qorunmasına cavabdehlik daşımasını bildirsə də bu dəlil əsaslı hesab edilə bilməz. Belə ki, maddi məsuliyyətin yaranması üçün təkcə bu hal kifayət edə bilməz. Ziyanın konkret olaraq hansı şəxs tərəfindən və hansı qanunazidd hərəkət və ya hərəkətsizlik nəticəsində törədildiyi, habelə həmin hərəkətlərlə zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İş materialları ilə isə müəyyən olunur ki, mağazada əmtəə dövriyyəsinə nəzarət yalnız cavabdehin səlahiyyətində olmamış, videogörüntülərlə üçüncü şəxslərin malları kassadan kənar çıxarması halları təsdiq edilmişdir. Bu isə zərərin məhz cavabdehin davranışı nəticəsində yaranması barədə qəti nəticəyə gəlməyə imkan vermir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı və maliyyə sənədləri yalnız çatışmazlığın mövcudluğunu təsdiq edir, lakin həmin çatışmazlığın yaranma səbəblərini və konkret təqsirli şəxsi müəyyən etmir. İltizamnamənin məzmunundan da görünür ki, cavabdeh tərəfindən ziyanın etiraf edilməsi halı yoxdur, o, yalnız inventarizasiya prosesində iştirak etdiyini təsdiqləmişdir ki, bu da təqsirin etirafı kimi qiymətləndirilə bilməz. Apellyasiya şikayətində vəzifə təlimatının araşdırılmaması ilə bağlı göstərilən dəlil də əsassızdır. Çünki vəzifə təlimatı işçinin öhdəliklərinin həcmini müəyyən etsə də, bu hal özlüyündə onun təqsirini və zərərin onun hərəkətləri nəticəsində baş verməsini sübuta yetirmir. Bu xüsusatlar ayrıca və mötəbər sübutlarla təsdiq edilməlidir ki, bu da iş üzrə təmin olunmamışdır. Həmçinin iddiaçının qeyd etdiyi cavabdehin hüquq-mühafizə orqanlarına müraciət edibetməməsi məsələsi də mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir və onun maddi məsuliyyətinin yaranması üçün zəruri şərt kimi çıxış edə bilməz. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə, iddiaçı tərəfindən maddi ziyanın cavabdeh Cavabdeh tərəfindən vurulması sübuta yetirlə bilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-316/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-316/2026
23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver