Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-34/2026 12.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1620/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 2114.30 (iki min yüz on dörd ABŞ dolları otuz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 5441.88 (beş min dörd yüz on qırx bir ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları məbləğində vəsaitin və ödənilmiş 112.52 (yüz on iki manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Dəmirbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 25 sentyabr 2014-cü il tarixli, ********* saylı “kredit müqaviləsi”nə əsasən Cavabdeh2 illik 27 faiz olmaqla, 24 ay müddətinə 3820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “Dəmirbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 25 sentyabr 2014-cü il tarixli, 280008031/ZM saylı zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən Cavabdeh1, zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 və Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 18/15 nömrəli 30 mart 2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 3225.94 (üç min iki yüz iyirmi beş ABŞ dolları doxsan dörd sent) ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 30 iyun 2017-ci il tarixədək olmuşdur. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli 20 sentyabr 2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4.175.15 (dörd min yüz yetmiş beş ABŞ dolları on beş sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 20 sentyabr 2022-ci il tarixədək təşkil etmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı “Dəmirbank" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 ilə 280008031/ZM 20 sentyabr 2017-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh1, zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən cavabdehlər müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 14 iyul 2025-ci il tarixə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 2114.30 (iki min yüz on dörd ABŞ dolları otuz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 5441.88 (beş min dörd yüz on qırx bir ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1620/2025 saylı qətnaməsi ilə (hakim Mədinə Rəsulova) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 230 (iki yüz otuz) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 3557.58 (üç min beş yüz əlli yeddi ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 25 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq və faizlər ödənilmək şərtilə 3820 (üç min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 20 sentyabr 2017-ci il tarixli, 280008031/ZM müqaviləsinin surətindən görünür ki, “Dəmirbank" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə 20 sentyabr 2017-ci il tarixli, 28000803/ZM saylı zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən Cavabdeh1, zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh2 və Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 25 sentyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, kredit illik 27 faiz dərəcəsi ilə 24 ay müddətinə olmaqla müəyyən edilmişdir. 15 iyul 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də Cavabdeh2 və Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasınını Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 230 (iki yüz otuz) ABŞ dollarına qədər azaldılmasını məqsədəmüvafiq hesab etmişdir. Ona görə də, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 230 (iki yüz otuz) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 3557.58 (üç min beş yüz əlli yeddi ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları borc pul məbləği iddiaçı “Dəmirbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112.52 (yüz on iki manat əlli iki qəpik) manat məbləğində pul vəsaitinin 10 (on) manat məbləğində hissəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 739.1, 739.2, 741-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.2, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1620/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmamışdır. Məhkəmə tərəfindən bankın iddia etdiyi faiz borcları xüsusilə araşdırılmamışdır. İddiaçı bankın ona qarşı 8 ildən sonra iddia qaldırılması qanunsuz və əsassız olmuşdur. Həmin Banka sonuncu kredit ödənişi 2017-cı ildə olmuşdur. Həmin ildə bankın lisenziyası ləğv olunmuş, ondan asılı olmayan səbəbdən kredit ödənişləri qəbul edilməmişdir. Həmin vaxtdan etibarən cavabdeh tərəfindən kredit ödənişinin gecikdirilməsi və ya ödənilməməsi ilə bağlı ona heç bir xəbərdarlıq edilməmiş, heç bir formada məlumat verilməmişdir. Bütün bu illər ərzində bankın ləğvedicisi tərəfindən ona heç bir iddia tələbi irəli sürülməmişdir. İddiaçı bank faiz və cərimə borcu qanunsuz olaraq şişirdilmiş, tənasübsüz həddə hesablanmışdır. İşin həqiqi halları aşkara çıxarılmamış, iddianı qismən təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona hesablanmış faiz və cərimə borcu da əsassız olmuşdur. Belə ki, tərəfindən ödənişin qəsdən gecikdirilməsi halı baş verməmişdir. Lakin işin qeyd etdiyi faktiki hallarına məhkəmə münasibət bildirməmişdir. Onunla ləğv prosesində olan bank arasında ilk müqavilə münasibətləri 2014-ci ildə bağlanmış, 2017-ci il bağlanmış Əlavə sazişinin şərtləri restrukzasiya məsələləri ona aydın olmamışdır. İddiaçı məhkəməyə müraciət etmək hüququndan sui-istifadə etmişdir. Bankın bağlanması ilə bağlı ödənişlər ondan qəbul edilməmiş, restrukzasiya prosesinin belə necə aparıldığı barədə prosesinin belə necə aparıldığı barədə məlumatlandırılmamışdır. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehdir. İddiaçı öz istəyilə kredit müqaviləsinin qüvvədə olduğunu nəzərə almadan maliyyə vəziyyətinin pisləşməsi nəzərə alınmadan faiz və cərimə borcu iddia etməsi açıq-aşkar əsassızdır. Bu onun vəziyyətini ağırlaşdırmaq, krediti vaxtından əvvəl qaytarmaq məqsədi güdmüşdür. İddiaçı tərəfindən müqaviləni tam və vaxtında yerinə yetirməyə şərait yaradılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsi və Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1620/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizəylə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakının olmadan keçirilməsini xahiş etmişdir. Digər Cavabdeh1 Ağalar oğluna məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1620/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)- 1620/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddianın təmin edilmiş Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 230 (iki yüz otuz) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 3557.58 (üç min beş yüz əlli yeddi ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 2114.30 (iki min yüz on dörd ABŞ dolları otuz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 5441.88 (beş min dörd yüz on qırx bir ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları məbləğində vəsaitin və ödənilmiş 112.52 (yüz on iki manat əlli iki qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də Cavabdeh2 və Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Hazırkı mülki işdən görünür ki, tərəflər arasında yaranmış olan mübahisə kredit müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı tərəf bu Müqavilə və ya qüvvədə olan Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Bank Kredit alana Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını, hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, cavabdehlər öhdəliyi yerinə yetirmədiyinə görə iddiaçı müqavilə üzrə məhkəməyə müraciət etmək hüququnu reallaşdırmışdır. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətində cavabdeh tərəfindən irəli sürülmüş dəlillər-kredit müqaviləsi üzrə ödənişlərin bankın lisenziyasının ləğv olunması səbəbindən qəbul edilməməsi, iddiaçı tərəfindən iddianın uzun müddət sonra qaldırılması, habelə hesablanmış faiz və cərimə borclarının şişirdilməsi kimi dəlillərin iş materialları ilə öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi, ona əlavə edilmiş ödəniş cədvəli, habelə sonradan tərəflər arasında bağlanmış 20 sentyabr 2017-ci il tarixli əlavə saziş cavabdehin kredit vəsaitini qəbul etdiyini və həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə qaytarmaq öhdəliyini könüllü olaraq üzərinə götürdüyünü təsdiq edir. Cavabdeh apellyasiya şikayətində 2017-ci il tarixli əlavə sazişin şərtlərinin ona aydın olmadığını bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, mülki hüquq münasibətlərində tərəflərin müqavilə bağlama azadlığı prinsipi mövcuddur və şəxs yalnız iradə ifadəsi nəticəsində müqavilə bağlayır. Bu baxımdan hər hansı müqavilə və ya əlavə sazişin tərəf tərəfindən imzalanması həmin sənədin məzmunu ilə tanış olunduğunu və şərtlərin qəbul edildiyini ehtiva edir. Müqavilənin və ya əlavə sazişin şərtlərinin tərəf üçün aydın olmaması barədə sonradan irəli sürülən iddialar, əgər həmin sənəd könüllü imzalanmışdırsa və onun etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilməmişdirsə, müqavilə üzrə öhdəliklərin icrasından yayınmaq üçün əsas hesab edilə bilməz. Başqa sözlə, tərəfin öz imzası ilə təsdiq etdiyi sənədin məzmununun ona aydın olmadığını sonradan iddia etməsi hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda cavabdeh faiz və cərimə məbləğinin şişirdildiyini göstərmişdir. Lakin məhkəmə tərkibi qeyd edir ki, cavabdeh bu barədə hər hansı sübut təqdim etməmiş, hesablamaların düzgün aparılmaması ilə bağlı konkret əsaslandırılmış etiraz irəli sürməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləğini işin hallarını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaldaraq 230 ABŞ dolları məbləğində müəyyən etmişdir. Bu hal da məhkəmənin tələb olunan məbləğlərə formal yanaşmadığını, əksinə onların əsaslılığını yoxlayaraq hüquqi qiymət verdiyini göstərir. Həmçinin cavabdeh tərəfindən faiz və digər borc məbləğlərinin düzgün hesablanmadığı iddia olunsa da, o, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı həmin hesablamaların düzgünlüyünün yoxlanılması üçün ekspertiza təyin olunması barədə vəsatət qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan faiz və cərimə məbləğinin əsassız hesablandığını iddia edən tərəf bununla bağlı müvafiq sübutlar təqdim etməli və ya ekspertiza keçirilməsi barədə vəsatət verməli idi. Cavabdeh tərəfindən belə prosessual hüquqlardan istifadə edilməməsi həmin dəlillərin əsaslı hesab olunmasına imkan vermir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla belə məhkəmə tərkibi diqqətə çatdırır ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən kredit ödənişin ödənilmə üsulu ilə bağlı lazımi aydınlıq gətirilməmişdir. Mülki Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin məcəllənin 390-cı maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu baxımdan, tərəflərin iradə azadlığı əsasında istənilən müqavilə bağlana bilər. Qeyd edilməlidir ki, müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər. Müqavilənin düzgün müəyyənləşdirilməsi üçün onun məzmununun, ondan irəli gələn hüquq və vəzifələrin, onun bütün şərtlərinin düzgün anlaşılmasının böyük əhəmiyyəti vardır. Tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bunun üçün bütün hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər və tərəflərin sonrakı davranışları nəzərə alınmalıdır. O da qeyd edilməlidir ki, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 29-cu maddəsinin 2-ci bəndi, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin 1 “a” yarımbəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi də ümumi rifah tələblərinin ödənilməsi, başqalarının hüquq və azadlıqlarının, eləcə də ümumi marağın qorunması məqsədilə müqavilə azadlığının məhdudlaşdırılmasını mümkün edir. Ancaq müqavilə azadlığının məhdudlaşdırılması ədalətlilik tələblərinə cavab verməli, adekvat, mütənasib, müvafiq və konstitusiya əhəmiyyətli dəyərlərin, o cümlədən başqa şəxslərin fərdi və ümumi hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün zəruri olmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin MM-in 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. İş materiallarından və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişin məzmunundan aydın görünür ki, tərəflər ödənişlərin manatla 1 ABŞ dolları = 1.4 AZN məzənnəsi əsasında qəbul edilməsini açıq və birmənalı şəkildə razılaşdırmışlar. Həmin şərt tərəflərin iradə azadlığının birbaşa ifadəsi olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci və 390-cı maddələrinin tələblərinə tam uyğundur və qüvvədə olan qanunvericiliyə zidd deyildir. Məhkəmə tərkibi cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, pul öhdəliyi manatla ifadə edilməli olduğundan, həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti 25 sentyabr 2014-cü il tarixli, ********* saylı Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli Əlavə Sazişin şərtləri əsasında 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməsi ilə bağlı razılaşma olduğundan ödənişlər 1 ABŞ dolları = 1.4 AZN (bir manat qırx qəpik) məzənnəsi əsas götürülməklə ödənilməlidir. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını da qətnamədə qeyd edilməlidir. Məhkəmə tərkibi həmçinin apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir və yuxarıda qeyd edilən və araşdırılan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırsa da, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını düzgün müəyyən etməmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1620/2025 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 230 (iki yüz otuz) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 3557.58(üç min beş yüz əlli yeddi ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(022)-1620/2025 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə 2307.07 (iki min üç yüz yeddi ABŞ dolları sıfır yeddi sent) ABŞ dolları əsas, 691.55 (altı yüz doxsan bir ABŞ dolları əlli beş sent) ABŞ dolları faiz, 230 (iki yüz otuz) ABŞ dolları cərimə, kredit müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikasının Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 328.96 (üç yüz iyirmi səkkiz ABŞ dolları doxsan altı sent) ABŞ dolları faiz borcu, cəmi 3557.58(üç min beş yüz əlli yeddi ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları məbləğinin (1 ABŞ dollarının məzənnəsi 1,40 (bir manat qırx qəpik) manat əsas götürülməklə) Azərbaycan manatı ilə pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-34/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-34/2026
12.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver