Məhkəmə qərarları › İş №2(3-9)-344/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-344/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-344/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə Iddiaçı “xxxx” xxxx-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı “xxxx” xxxx tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: ##.##.2024-cü il tarixində saat 19 radələrində EŞ*-*** nömrəli, **** saylı sürətli elektrik qatarı Sumqayıt-Pirşağı istiqamətinin 47-ci km piket 7-də hərəkətdə olarkən kənardan yad predmetin atılması nəticəsində qatarın baş alın şüşəsi zədələnmişdir. DYNPI-nin Sabunçu st. XPŞ-nın Istintaq Qrupunun müstəntiqi ##.##.2024-cü il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd olunmuşdur. “xxxx” xxxx tərəfindən verilmiş arayışa əsasən, EŞ2-020 qatarın alın şüşəsinin zədələnməsinə görə xxxx-yə 30991,36 manat ziyan dəymişdir. 1 ədəd DVD diskə yazılmış “##.##.2024 daş atma” adlı video görüntüdə bir azyaşlı uşağın bir qadınla dəmir yolunun hündür tor qoruyucusunun çöl tərəfində dayanması, eyni zamanda onlardan qatara daha yaxın məsafədə olan başqa bir uşağın (adı məlum olmayan) qatara tərəf əyilərək qatarın sağ tərəfinə doğru tor qoruyucunun çölündən nəsə atdığı əks edilib. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı”xxxx“ADY xxxx”xxxx“xxxx”) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, xxxx-yə vurulmuş 30991,36 manat məbləğində zərərin və 183 manat məbləğində dövlət rüsumunun, cəmi 31174,36 manat pulun yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi Cavabdeh tutularaq xxxx-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx-yə məxsus STADLER EŞ*-*** nömrəli **** saylı, Sumqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı Sumqayıt-Pirşağı istiqamətinin mənzilinin 47-ci km piket 7-də hərəkətdə olan zaman kənardan daş atılması nəticəsində qatarın Q* nömrəli baş alın şüşəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində xxxx-yə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Nəqliyyatda Baş Polis Idarəsi X6 Polis Idarəsinin X1 Şöbəsində araşdırma aparılmışdır. X1 Şöbəsindən daxil olmuş ##.##.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı ##.##.2024-cü il tarixində saat 19:10 radələrində EŞ*-*** nömrəli, **** saylı sürətli elektrik qatarı Sumqayıt – Pirşağı istiqamətinin 47-ci km piket 7-də hərəkətdə olarkən baş alın şüşəsinə kənardan daş atılması nəticəsində ön şüşə hissəsinə zərər verən şəxsin ##.##.2018-ci il təvəllüdlü X5 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, həmin uşağın valideyni Cavabdeh bölməyə dəvət olunmuş, lakin X5 məktəbə getmədiyi və yazı yaza bilmədyi üçün onun izahatı sözləri ilə atası Cavabdeh tərəfindən yazılmışdır. X5 verdiyi izahatında qatarın alın şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 30991,36 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məlumat üçün qeyd edilməlidir ki, sözügedən qatar Isveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarıdır, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatar SumqayıtPirşağı-Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, həmçinin sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Buna görə də dəymiş zərər ödənilməlidir. Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2(064)-289/2025 mömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elmir Ismayılov). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus sərnişin qatarı hərəkətdə olan zaman qatarın baş alın şüşəsinə kənardan yad cismin atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADY- yə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəymişdir və bu hallar işin mübahisələndirilməyən hallarıdır. Lakin bu ziyan cavabdehin təqsirli hərəkətləri səbəbindən dəyməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı qarşısında qəsdənxxxxehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətinin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkətixxxxhərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki tələblə bağlı bu əsaslar müəyyən edilmir. Yəni, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutlar cavabdehin qanunazidd və təqsirli əməli nəticəsində ona ziyan vurulduğunu sübuta yetirmir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iş materiallarına əlavə edilmiş video görüntüyə əsasən cavabdehin övladı Hüseyn nənəsi Şahid ilə birgə dəmir yolu xəttinə yaxın məsafədə dayanan zaman orada başqa bir neçə uşaqlar da olmuş və məhz onlardan xeyli aralıda, qatarın gəldiyi istiqamətə daha yaxın dayanmış başqa bir uşaq qatara tərəf əyilərək nə isə atmışdır. Bu halın baş verdiyini iddiaçının nümayəndəsi də məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş CD disk tədqiq edilən zaman etiraf etmişdir. Həmin video görüntü əks olunan CD disk iddia tələbini əsaslı hesab etməyə imkan vermir və hazırki iddia tələbilə bağlı hər hansı sübuti əhəmiyyətə malik deyildir. Həmçinin hadisə zamanı Hüseynin yanında olmuş və məhkəmə iclasında şahid qismində dindirilmiş sonuncunun nənəsi Şahid həm polis şöbəsində, həm də məhkəmə iclası zamanı verdiyi ifadələrdən də müəyyən edilir ki, Hüseyn Hacızadənin iddia tələbində göstərilən vaxtda qatarın alın şüşəsinə daş atmasının şahidi olmamışdır. Odur ki, azyaşlı Hüseyn Hacızadənin hərəkətləri ilə qatarın şüşəsinin yad cisim dəyməsi nəticəsində zədələnməsi arasında səbəbli əlaqə yoxdur. Bundan əlavə, azyaşlı X5 da Füzuli rayon icra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiyasının (Qəyyumluq və Himayəçilik orqanı) nümayəndəsinin və atası Cavabdeh iştirakı ilə dindirilən zaman nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzdiklərini, qatara qaş atmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, belə olan halda mülki qanunvericiliyə istinad edərək Hüseyn Hacızadənin qanuni nümayəndəsi olan cavabdehin üzərinə hər hansı mülki məsuliyyət qoyula bilməz. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh Hüseyn Hacızadənin sözlərindən yazılmış izahata münasibətdə isə qeyd etmişdir ki, həmin izahat iddia tələbini əsaslı hesab etməyə imkan vermir və iddia tələbilə bağlı hər hansı sübut əhəmiyyətinə malik deyildir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehdən izahat alınan zaman övladı Hüseyn Hacızadənin onun yanında olmadığı və bununla da yazılan izahatın Hüseyn Hacızadənin sözlərindən yazılmadığı müəyyən olunur. Bundan başqa, izahat alınan zaman cavabdeh oğlundan qatara daş atmasını sual etdikdə Hüseyn qatara daş atmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona Hüseynin qatara daş atmasını yazmasının heç bir problem yaratmayacağını bildirmişlər. Belə olan halda və uşağın gərgin vəziyyətdə ağladığını, həmçinin özünün yas mərasiminə tələsdiyini nəzərə alaraq cavabdeh oğlunun qatara tərəf daş atdığını, lakin daşın qatara dəyməsini görmədiyi barədə öz sözləri əsasında formal izahat vermişdir. Alınmış izahatın məhkəmə iclasında onu tərtib edən şəxsin iştirakı ilə tədqiq edilməsi üçün aidiyyəti polis orqanına dəvətlə bağlı məktub göndərilmiş, lakin sonuncu iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1103.1ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Bundan başqa, məhkəmənin öz xahişi ilə tələb etdiyi eyni məzmunlu iddia tələbinə dair digər yekun məhkəmə qətnamələrində işin ədalətli, obyektiv və qərəzsiz həllinə nail olmaq üçün daha çox hansı halların araşdırıldığı görsənsə belə hesab edirlər ki, qəbul olunmuş qətnamədə göstərilən halların heç biri araşdırılmamış, formal mülahizəyə uyğun qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təqdim olunan hüquqi sənədlərə və ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, məhkəmənin öz vəzifəsi olan faktiki halların tam və obyektiv araşdırılması öhdəliyini yerinə yetirmədən qətnamənin qəbulunda prosessual pozuntuya yol vermişdir. Ilkin olaraq hadisəni Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi yanında Nəqliyyatda Baş Polis Idarəsi X6 Polis Idarəsinin X1 Şöbəsi araşdırmış və iddiaçı olaraq ADY xxxx baş vermiş hadisəni araşdırmaq səlahiyyətində olmadığı üçün tədqiq olunmuş sənədlərə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, izahat və.s) istinad etmişdir. Polis orqanlarının apardığı ilkin araşdırmalar nəticəsində tərtib olunmuş sənədlər rəsmi sənədlər hesab olunur və onların hüquqi qüvvəsi vardır. Məhkəmənin bu sənədləri nəzərə almamasıxxxxonların əsasında qərar qəbul etməməsi hüquqi baxımdan əsaslandırılmalıdır. Videomaterialda hadisə ümumi çəkilsə də, dəqiq olaraq uşaqların kimliyi və hərəkətləri polis əməkdaşlarının izahat və araşdırılmaları ilə dəqiqləşdirilmişdir. Məhkəmə isə yalnız video üzərindən subyektiv rəy formalaşdıraraq təqdim olunan digər sübutları nəzərə almamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələrinə əsasən mülki işlər üzrə sübutların toplanmasında məhkəmənin də təşəbbüskar rolu olmalıdır. Yəni məhkəmə mövcud iş üzrə əlavə izahatlarxxxxşahid ifadələri almağa cəhd etmədən, yalnız videogörüntü əsasında qənaət formalaşdırmışdır. Halbuki hadisəni ilkin olaraq araşdıran polis əməkdaşları prosesin ilkin hazırlıq mərhələlərində əlavə şahid kimi işə cəlb olunmalı və məhkəmənin qətnamədə istinad etdiyi hallar birgə araşdırılmalı idi. Məhkəmə isə yalnız azyaşlının hadisə baş verən vaxtı yanında olmuş nənəsini şahid kimi cəlb etməklə kifayətlənmişdir. Bu isə özlüyündə işin hər tərəfli, qərəzsiz və obyektiv araşdırılma aparılmadığının göstəricisidir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid Imanov, Qasım Əliyev). c) Kassasiya instansiyası məhkəməsindəki icraat Iddiaçı tərəf kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı Qərarı ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilmısi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Izahatında bildirdi ki, hadisə nəticəsində dəmir yolu qatarının ön şüşəsi sınmışdır. Onun təmiri mümkün olmadığı üçün yenisi ilə əvəz edilir. Təqdim edilən sübutlar Sabunçu stansiyası X3 araşdırması əsasında toplanmış materiallardır. Cavabdeh tərəf polis şöbəsində veridyi izahatda hadisəni ##.##.2018-ci il təvəllüdlü X5 olduğunu etiraf edib. Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh izahatında bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Polis şöbəsində verilmiş izahatı qorxduqları üçün veriblər. Polis əməkdaşları ona bildirmişdir ki, hadisəni etiraf etməsində hər hansı problem olmayacaq, ona inanaraq hadisənin oğlu tərəfindən törədilməsini etiraf etmişdir. Əslində isə hadisəni X5 törətməyib. Video yazıdan da görünür ki, X5 nənəsi ilə arxa tərəfdə başqa istiqamətə gedir. Daşın atan başqa şəxsdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünəxxxxdolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdəxxxxapellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı “xxxx” xxxx apelyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanundaxxxxmüqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 386.1. Öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqlaxxxxqanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyanxxxxzərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkətxxxxhərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinəxxxxəmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər)xxxxqəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamiləxxxxqismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarxxxxəlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iş üzrə toplanmış sübutları ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə düzgün qiymətləndirməmiş, nəticədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə yol vermişdir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı artıq formalaşdırdığı hüquqi mövqeyinə istinadla bir daha vurğulayır ki, qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarı). Qərarda qeyd olunur ki, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Işi yenidən apellyasiya baxışına göndərən kassasiya instansiya məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin polisdə və məhkəmədə verdiyi izahatlar arasındakı ziddiyyətin aradan qaldırılması baxımından müstəntiqin məhkəmə baxışında iştirakını zəruri hesab etsə də, məktubunun “ünvan tam deyil” qeydi geri qayıtması ilə yetərlənmiş, özünün zəruri hesab etdiyi halı araşdırmamışdır. Bir halda ki, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı qəbul edən və həmin icraat çərçivəsində cavabdehin izahatını alan müstəntiqin məhkəmə baxışında iştirakı zəruri hesab edilirdisə, onun iştirakının təmin edilməsi üçün formal yox, real hərəkətlər edilməli, bunun yekunu olaraq müvafiq nəticəyə gəlinməli idi. Bundan əlavə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən video görüntüyə əsasən cavabdehin övladı Hüseynin nənəsi Şahid ilə birgə dəmir yolu xəttinə yaxın məsafədə dayanan zaman orada başqa bir neçə uşaqların da olmasına və məhz onlardan xeyli aralıda, qatarın gəldiyi istiqamətə daha yaxın dayanmış başqa bir uşağın qatara tərəf əyilərək nə isə atmasına istinad etmişdir. Halbuki qatara məhz nənəsinin yanında olan uşağın daş atmasını nə iddiaçı deməyib, nə də polisdə araşdırma zamanı bu məsələyə toxunulmayıb. Bu səbəbdən birinci instansiya məhkəməsinin nəyə görə bu faktdan çıxış etməsi işdən görünməməklə, nəticədə qeyri-müəyyənik yaradır. Apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlayaraq həmin video görüntülərə istinadən qatar istiqamətinə daşın yaşlı qadının yanında duran uşaq tərəfindən deyil, qatara daha yaxın məsafədə tək dayanan başqa bir uşaq tərəfindən atıldığının aydın müşahidə edildiyini göstərmişdir. Istintaq və təhqiqat orqanlarının heç bir qərarının mülki iş üzrə preyudisial əhəmiyyət daşımaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından bu mövqe ilə razılaşır. Lakin istintaq və təhqiqat orqanlarının qərarları, həmin icraatlar çərçivəsində əldə edilən məlumatlar sübut kimi qiymətləndirilə bilər. Qeyd edildiyi kimi, cavabdeh övladının qatara daş atmasını istintaq orqanlarına verdiyi izahatda təsdiq etsə də, məhkəmə baxışında fərqli izahat vermişdir. Apellyasiya instansiyası məhkəməsi isə cinayət işinin başlanmasının rədd olunması haqqında ##.##.2024-cü il tarixli qərarın preyudisial əhəmiyyət daşımamasını göstərsə də, həmin icraat çərçivəsində verilən izahata sübut kimi qiymət verməmiş, eyni ilə birinci instansiya məhkəməsi kimi cavabdehin nəyə görə məhkəmə baxışında fərqli izahat verməsinə aydınlıq gətirməmişdir. Baxmayaraq ki, iddiaçı apellyasiya şikayətində cavabdehin cinayət işinin başlanmasının rədd olunması haqqında ##.##.2024-cü il tarixli qərarda əks edilən izahatı ilə bağlı dəlillər irəli sürmüşdü. Kassasiya məhkəməsinin göstərişləri əsasında işi yenidən araşdıran məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mülki hüquqi məsuliyyət institutunun əsas məqsədi yalnız zərərvuran şəxsin cəzalandırılması deyil, hər şeydən əvvəl pozulmuş əmlak sferasının əvvəlki vəziyyətə qaytarılması, zərərçəkmiş şəxsin hüquqlarının bərpası və mülki dövriyyədə pozulmuş tarazlığın yenidən təmin edilməsidir. Delikt hüququnun təməl prinsiplərindən biri ondan ibarətdir ki, heç kəs özününxxxxqanunla cavabdeh olduğu şəxsin hüquqazidd davranışı nəticəsində digər şəxsə vurulmuş zərəri kompensasiya etmək vəzifəsindən azad edilə bilməz. Mülki məsuliyyətin tətbiqi cəmiyyət üzvlərinin bir-birinin hüquqlarına hörmət etməsini təmin edən hüquqi mexanizmlərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu hüquqla qorunan mənafelərə zərər vurulmasına səbəb olan təqsirli və hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsi isə müəyyən edir ki, mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərər tam həcmdə ödənilməlidir. Qanunverici bununla zərərin tam əvəzinin ödənilməsi prinsipini təsbit etmişdir. Bu prinsip mülki hüququn fundamental prinsiplərindən biri olmaqla, zərərçəkmiş şəxsin zərər hadisəsi baş verməzdən əvvəlki əmlak vəziyyətinin mümkün qədər bərpa olunmasına xidmət edir. Iş materiallarından görünür ki, ## #### 2024-cü il tarixdə EŞ*-*** nömrəli sürətli elektrik qatarının baş alın şüşəsi kənardan atılmış yad cismin təsiri nəticəsində zədələnmişdir. Hadisənin baş verməsi, qatarın zədələnməsi və nəticədə iddiaçıya məxsus əmlaka zərər dəyməsi tərəflər arasında mübahisələndirilmir. Həmçinin iş materiallarında olan maliyyə sənədləri, təmir və dəyişdirmə ilə bağlı hesablamalar, eləcə də iddiaçının təqdim etdiyi arayışla müəyyən olunur ki, qatarın alın şüşəsinin dəyişdirilməsi nəticəsində iddiaçıya 30.991,36 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, söhbət adi məişət əmlakından deyil, ictimai nəqliyyat sisteminin tərkib hissəsi olan, gündəlik olaraq minlərlə sərnişinə xidmət göstərən yüksək texnoloji dəmir yolu nəqliyyat vasitəsindən gedir. Müasir sürətli elektrik qatarlarının təhlükəsizlik sistemləri, konstruktiv elementləri və ehtiyat hissələri xüsusi texniki standartlara uyğun istehsal edilir. Belə obyektlərə vurulan zərər təkcə əmlak itkisi yaratmır, eyni zamanda ictimai maraqlara, sərnişin daşımalarının fasiləsizliyinə, nəqliyyat təhlükəsizliyinə və dövlətin nəqliyyat infrastrukturunun normal fəaliyyətinə təsir göstərir. Məhkəmə kollegiyası hesab edir ki, dəmir yolu nəqliyyatı ümumi istifadədə olan strateji nəqliyyat infrastrukturu olmaqla xüsusi hüquqi mühafizə obyektidir. Qatarın hərəkəti zamanı ona daşxxxxdigər predmetlərin atılması təkcə əmlaka ziyan vurulması ilə nəticələnmir, həm də sərnişinlərin həyat və sağlamlığı üçün real təhlükə yarada bilir. Bu baxımdan belə davranışların hüquqi nəticələrinin aradan qaldırılması yalnız konkret zərərin kompensasiyası məqsədinə deyil, həm də hüquq qaydasının qorunmasına və preventiv təsirin təmin edilməsinə xidmət edir. Iş üzrə əsas mübahisə zərərin məhz azyaşlı X5 hərəkətləri nəticəsində vurulubvurulmaması ilə bağlıdır. Kollegiya qeyd edir ki, mülki prosesdə sübutetmə standartı cinayət prosesində olduğu kimi "ağlabatan şübhədən kənar sübut etmə" deyil. Mülki mübahisələr üzrə məhkəmə iş üzrə təqdim olunmuş sübutların üstün ehtimal yaratması əsasında nəticəyə gəlir. Başqa sözlə, hər hansı halın mövcudluğu onun əksinin mövcudluğundan daha inandırıcı görünürsə, həmin hal sübuta yetirilmiş hesab edilə bilər. Bu yanaşma mülki mühakimə icraatının mahiyyətindən irəli gəlir. Iş materiallarında olan X1 Şöbəsinin araşdırma materialları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, hadisə üzrə toplanmış ilkin məlumatlar və azyaşlının adından verilmiş izahat bir-biri ilə uzlaşan sübutlar kimi çıxış edir. Həmin sənədlərdən görünür ki, hadisədən dərhal sonra aparılmış araşdırma zamanı qatarın alın şüşəsinə zərər vuran şəxsin məhz X5 olması müəyyən edilmiş, bu hal uşağın valideyni tərəfindən etiraf edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hadisədən dərhal sonra əldə edilmiş məlumatlar, sonradan məhkəmə baxışı zamanı verilmiş və hadisədən uzun müddət sonra formalaşmış izahatlarla müqayisədə daha yüksək sübut dəyərinə malikdir. Hüquq nəzəriyyəsində də qəbul olunur ki, hadisəyə zaman baxımından daha yaxın müddətdə əldə olunmuş məlumatlar sonradan verilmiş ifadələrə nisbətən daha etibarlı hesab olunur. Çünki zaman keçdikcə yaddaşın zəifləməsi, hadisənin təfərrüatlarının unudulmasıxxxxsonrakı maraqların təsiri altında mövqelərin dəyişməsi mümkündür. Birinci instansiya məhkəməsi isə əsas etibarilə video görüntüyə istinad etməklə nəticəyə gəlmişdir. Halbuki həmin görüntü tədqiq edilərkən müəyyən olunur ki, çəkiliş məsafədən aparılmış, görüntünün keyfiyyəti şəxslərin kimliyinin qəti müəyyən edilməsinə imkan verməmişdir. Görüntüdə uşaqların olması, hər hansı predmetin atılması, bunun dəyməsi nəticəsində qatarın şüşəsini zədələməsi müşahidə edilsə də, konkret olaraq hansı uşağın hansı predmeti atdığını tam dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Belə olan halda, video görüntü digər sübutları təkzib edən qəti sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası sübutların sərbəst qiymətləndirilməsi prinsipinə əsaslanaraq qeyd edir ki, heç bir sübutun əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvəsi yoxdur. Hər bir sübut digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə faktiki olaraq video görüntüyə həlledici sübut statusu vermiş, polis araşdırmasının nəticələrini, rəsmi sənədləri və digər məlumatları lazımi səviyyədə təhlil etməmişdir. Halbuki polisdə aparılmış araşdırma nəticəsində uşağın atası, hazırkı iş üzrə cavabdeh oğlunun qatara daş atmasını etiraf etmişdir. Işin məhkəmə baxışında artıq cavabdeh tərəf oğlunun qatara daş atması faktını inkar etmiş, polisdə verdiyi izahatı təzyiq attında yazılmasını bildirmişdir. Kollegiya cavabdehin polis əməkdaşlarının təzyiq göstərməsi barədə arqumentlərini də əsaslı hesab etmir. Iş materiallarında belə halları təsdiq edən hər hansı obyektiv məlumat mövcud deyildir. Təkcə cavabdehin sonradan irəli sürdüyü mülahizələr rəsmi araşdırma sənədlərinin etibarlılığını şübhə altına almaq üçün kifayət hesab edilə bilməz. Məhkəmə kollegiyası azyaşlıların vurduğu zərərə görə valideyn məsuliyyətinin hüquqi mahiyyəti ilə bağlı da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1103.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət xüsusi delikt məsuliyyətidir. Həmin norma valideynlərin azyaşlı uşaqlar üzərində nəzarət və tərbiyə vəzifələrindən irəli gəlir. Qanunverici hesab edir ki, azyaşlı şəxsin davranışına nəzarət etmək imkanına malik olan şəxslər ilk növbədə onun valideynləridir. Buna görə də azyaşlının üçüncü şəxslərə vurduğu zərərin nəticələri müəyyən hallarda valideynlərin üzərinə qoyulur. Bu norma sosial ədalət ideyasına əsaslanır. Çünki zərərçəkmiş şəxs azyaşlının hüquqi və maliyyə imkanlarının məhdudluğu səbəbindən öz hüququnun müdafiəsindən məhrum edilməməlidir. Eyni zamanda valideynlər uşaqların davranışına lazımi nəzarət göstərməyə təşviq edilir. Hazırkı iş üzrə cavabdeh zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirə bilməmişdir. Əksinə, iş materialları azyaşlının dəmir yolu xəttinin yaxınlığında olmasını, onun davranışına kifayət qədər nəzarətin təmin edilmədiyini və nəticədə iddiaçı tərəfə əhəmiyyətli məbləğdə zərər vurulduğunu göstərir. Kollegiya hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu zərərin azyaşlı X5 hərəkətləri nəticəsində yarandığını, cavabdehin isə Mülki Məcəllənin 1103.1-ci maddəsinə uyğun olaraq həmin zərərə görə mülki məsuliyyət daşıdığını təsdiq edir. Kollegiya onu da qeyd edir ki, mülki işin araşdırılması mərhələlərində cavabdeh tərəf dəymiş zərərin məbləğini mübahisələndirmədiyindən həmin halla bağlı məhkəmə kollegiyası əlavə araşdırma və əsaslandırılma aparılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunmuş göstərişlər işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə əvvəlki apellyasiya qətnaməsi ləğv edilərək iş yeni baxışa qaytarılmışdır. Hazırkı baxış zamanı həmin göstərişlər nəzərə alınmış, sübutlar yenidən araşdırılmış, onların qarşılıqlı əlaqəsi qiymətləndirilmiş və işin faktiki halları tam müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun olmadığından, sübutların düzgün qiymətləndirilməməsi nəticəsində qəbul edildiyindən və maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir. Iddiaçıya vurulmuş 30.991,36 manat maddi zərər, habelə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətlərixxxxfikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamiləxxxxqismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarxxxxəlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarınınxxxxprosessual hüquq normalarının pozulmasıxxxxdüzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Iddiaçı “xxxx” xxxx tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” xxxx-nin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Iddiaçı “xxxx” xxxx-yə vurulmuş 30991,36 manat məbləğində zərər və 183 manat məbləğində dövlət rüsumu, cəmi 31174,36 manat pul yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi Cavabdeh tutularaq iddiaçı “xxxx” xxxx-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar