Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-387/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçılar iddiaçı2, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Salyan RPŞ-nin rəis müavini Etibar Balakişiyev tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-***/*-A-*****/**** nömrəli məktubdan görünür ki, tanışları iddiaçı1 aldığı 2300 manat borc pulunu qaytarmasına baxmayaraq qaytarmadığını iddia etməsi ilə əlaqədar ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası DIN-nin 102 Xidməti-Zəng Mərkəzinə və Salyan RPŞ-nə etdiyi müraciətə baxılaraq, müraciətinin mülki hüquq normaları ilə tənzimləndiyi üçün toplanmış materialın Salyan RPŞ-nin dəftərxanasında işə tikilmişdir. Qeyd olunanları nəzərə alaraq müraciətində göstərdiyi xüsusatlarla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki iş üzrə iddiaçı iddiaçı1 tərəfindən məhkəməyə ünvanlanan məlumatdan görünür ki, atası iddiaçı2 ##.##.2022-ci il tarixdə ona 4000 (dörd min) manat pul verərərk, Cavabdeh çağırtdırmağı istəmişdir. O da, Heybətlə “Mercedes ölüxanası” deyilən yerdə görüşmüşdür. 4000 (dörd min) manat pulu sayıb ona təhvil vermişdir. Məhkəmə iclaslarında xidməti ilə əlaqədar iştirak edə bilmir. Xidmətinin çox hissəsini ezamiyyətlərdə keçirdir. Atası iddiaçı2 mövqeyi ilə tam razıdır və onun dediklərini tam təsdiq edir. ##.##.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, 416973 ********* nömrəli kart hesabından 416973********* saylı kart hesabına 200 (iki yüz) manat miqdarında pul vəsaiti köçürülmüşdür. Vəsaiti qəbul edən ƏF *** Ə*** olmuşdur. ##.##.2023-cü il tarixli ********* nömrəli qəbzdən görünür ki, 416973 ********* nömrəli kart hesabından 416973********* saylı kart hesabına 700 (yeddi yüz) manat miqdarında pul vəsaiti köçürülmüşdür. Vəsaiti qəbul edən ƏF *** Ə*** olmuşdur. ##.##.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, 416973 ********* nömrəli kart hesabından 523915********* saylı kart hesabına 350 (üç yüz əlli) manat miqdarında pul vəsaiti köçürülmüşdür. ##.##.2024-cü il tarixli AZ **UBAZ**************AZN*** nömrəli köçürmə əməliyyatı barədə çıxarışdan görünür ki, 40UBAZ01585602341010AZN001 hesab nömrəsindən 523915********* saylı kart hesabına 240 (iki yüz qırx) manat miqdarında pul vəsaiti köçürülmüşdür. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2500 manat borc aldığı pulun, 45 manat dövlət rüsumunun, cəmi 2545 manat pulun iddiaçı2 və iddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddianın əsaslarına görə, cavabdehin atası ilə dost olmuşlar. 2022-ci ilin dekabr ayında cavabdeh ona müraciət edərək üç ay müddətinə 4000 manat pula ehtiyacı olduğunu, 2023-cü ilin mart ayına qədər pulu geri qaytaracağını bildirərək ona köməklik etməsini xahiş etmişdir. O da, ona inanaraq oğlu Mirheydər vasitəsilə cavabdehə 4000 manat borc pul vermişdir. Yəni o pulu oğlu Mirheydərə vermiş, o da, cavabdehlə görüşərək pulu ona vermişdir. Cavabdeh aldığı borcu 2023cü ilin mart ayına qədər qaytarmağı öhdəsinə götürmüşdür. Lakin hal-hazıradək həmin puldan ona hissə-hissə olmaqla, yəni ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 700 manat, ##.##.2023-cü il tarixdə 350 manat məbləğində pulu ona çatdırması üçün tanışı X1 məxsus bank kartına, ##.##.2024-cü il tarixdə isə 240 manat pulu ona məxsus bank kartına köçürməklə, cəmi 1490 manat pul qaytarmışdır. Cavabdeh Cavabdeh Yerdə qalan məbləği dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə ondan borc aldığı pulu qaytarmaqdan boyun qaçırır. Hazırda cavabdehin ona 2500 manat borcu vardır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Iddiaçı iddiaçı2 izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh ilə münasibətləri əvvəl yaxşı olduğundan və Cavabdeh maddi çətinliyi səbəbindən pul lazım olduğundan ona 2022-ci ilin dekabr ayında oğlu iddiaçı1 vasitəsi ilə 4000 manat məbləğində borc vermişdir. Cavabdeh həmin borc pulu 2023-cü ilin mart ayına qaytaracağını söz vermişdir. Cavabdeh Cavabdeh yəni ##.##.2023-cü il tarixdə 200 manat, ##.##.2023-cü il tarixdə 700 manat, ##.##.2023-cü il tarixdə 350 manat məbləğində pulu ona çatdırması üçün tanışı X1 məxsus bank kartına, ##.##.2024-cü il tarixdə isə 240 manat pulu ona məxsus bank kartına köçürməklə, cəmi 1490 manat pul qaytarmışdır. Hazırda isə onun tərəfindən 4000 manat borc məbləğindən qaytarılmamış hissəyə münasibətdə 2500 manatı tələb etdiklərini bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh bildirmişdir ki, onun tərəfindən cavabdeh iddiaçı2 cəmi 2300 manat məbləğində borc alınmışdır. Onlar arasında buna dair hər hansı borc müqaviləsi imzalanmamışdır. Həmin qeyd olunan məbləğləri əslində tamamilə ödəməsinə baxmayaraq, iddiaçılar tərəfindən əsassız olaraq ondan 2500 manat məbləğində borc tələb olunur. Ödənişlərin yerinə yetirilməsi barədə müvafiq qəbzləri məhkəməyə hazırda təqdim edə bilmir. Bunun səbəbi onun istifadəsində olan mobil telefonun yararsız vəziyyətə düşməsi olmuşdur. Məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Rüstəm Alıyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 810 (səkkiz yüz on) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manat cəmi, 840 (səkkiz yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar iddiaçı2 və iddiaçı1 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 324.1, 324.4, 324.5, 329.1, 329.2, 329.3, 337.1, 337.5, 442, 739.1, 739.2, 740.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 106.3, 119.1, 217.1, 218.3-cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən cavabdeh Cavabdeh 4000 manat məbləğində pul vəsaitinin verilməsi ilə bağlı sübutlar təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Iddiaçılar tərəfindən tələb olunan borc pul məbləğinin cavabdeh Cavabdeh tərəfindən audio-video yazının müşayiəti ilə keçirilən məhkəmə iclasında izahat verdiyi zaman 2300 manat pul məbləğini etiraf etməsi məhkəmə tərəfindən iddia tələbinin təmin olunması zamanı nəzərə alınmalı hal kimi qiymətləndirilməlidir. Sübutların tədqiqi zamanı iddiaçılar tərəfindən 4000 manat məbləğində pul vəsaitinin verilməsi onlar tərəfindən müvafiq sübutlar təqdim olunaraq sübuta yetirilməsə də, məhkəmə iclası zamanı cavabdeh Cavabdeh tərəfindən iddiaçılardan ümumilikdə 2300 manat məbləğində pul vəsaitini alması ilə bağlı izahatını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinin tələblərindən çıxış edərək, borcun etirafı kimi qəbul edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən məhkəməyə baxılması üçün təqdim edilən iddia ərizələrində və iddiaçılar tərəfindən təqdim olunan məhkəmə baxış zamanı araşdırılmış ödəniş qəbzləri ilə cavabdeh Cavabdeh tərəfindən ümumilikdə 1490 manat məbləğində pul vəsaitinin ödənilməsi işin mübahisəsiz halı kimi qiymətləndirilməlidir. Belə ki, məhkəmə iclası zamanı izahat verən iddiaçı2 bildirmişdir ki, onun özünə məxsus bank hesab kartı bir müddət olmadığından cavabdeh Cavabdeh tərəfindən borca münasibətdə yerinə yetirilmiş ödənişlər X1 məxsus bank kartına köçürülmüşdür. Digər 240 manat məlbəğində pul vəsaitinin köçürülməsini təsdiq edən qəbzə münasibətdə isə həmin bank kartının özünə məxsus olmasını bildirmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, ## ###### 2025-ci ildə məhkəmə yazılı vəsatət versə də, məhkəmə vəsatətə ümumiyyətlə baxmamışdır. Belə ki, vəsatətin məzmunu aşağıdak kimidir: ““2022-ci ilin noyabr ayından 2025-ci ilin yanvar ayına qədər olan müdət ərzində iddiaçı iddiaçı2 istifadəsində olan, hansı kı, iddiaçı məhkəmədə verdiyi izahatı ilə də öz istifadəsində olduğunu təsdiq etdiyi Kapital bank ASC-ə məxsus ************9415 və **************** nömrəli kart hesablarına istifadəmdə olan Kapital bank ASC-ə məxsus ************3393, ************3960 və ************7993 kart hesablarından olunmuş pul köçürmələri barədə ətraflı məlumat alınması məqsədi ilə Kapital Bank ASC-ə sorğu göndərəsiniz.” Çünki bu məlumatlar əldə edilsəydi, onun heçkimə borclu olmayacağı təsdiq ediləcəkdir. Bundan başqa, teleqram vuraraq, ##.##.2026-cı il tarixli yekun məhkəmə baxışını qəza keçirərək xəstəxanda stasionar müalicə aldığı üçün təxirə salınmasını istəsə də, məhkəmə bunu da təmin etməmişdir. Salyan rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı iddiaçı1 məhkəməyə ünvanlamış olduğu teleqramda birinci instansiya məhkəməsində vermiş olduğu ifadəni təsdiq etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçıdan 2300 manat pul almış, lakin qaytarmışdır. 5000 manata yaxın pul vermişdir. Bank vasitəsilə aylıq 230-120 manat ödənişlər etmişdir. Onun iddiaçıya borcu qalmamışdır. Apellyasiya baxışında iştirak edən iddiaçı iddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən irəli sürülən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehə 4000 manat məbləğində pul vermişdir. Apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər iddiaçı iddiaçı1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər iddiaçı iddiaçı1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh Cavabdeh Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası tərəfindən həmin qətnamə yalnız iddianın təmin edilmiş hissəsinə münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. əvvəlki redaksiyada: 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddianın təmin olunmuş hissəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri ilə cavabdehə ümumilikdə 1490 manat məbləğində pul vəsaitinin ödənilməsi təsdiq edilmişdir. Həmin ödəniş sənədləri məhkəmə tərəfindən tədqiq olunmuş, onların mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Bununla yanaşı, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbinin 2300 manat hissəsini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktların digər tərəf tərəfindən etiraf olunması həmin halların əlavə sübut edilməsini tələb etmir və qarşı tərəfi həmin faktları gələcəkdə sübut etmək vəzifəsindən azad edir. Hazırkı iş üzrə cavabdehin iddia tələbinin müəyyən hissəsini etiraf etməsi iş üzrə mühüm sübut əhəmiyyətinə malik olmaqla iddia tələbinin əsaslılığını təsdiq edən hallardan biridir. Bu baxımdan birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları qarşılıqlı şəkildə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Mülki proses hüququnda etiraf institutu tərəflərin prosessual davranışının mühüm elementlərindən biri olmaqla, iş üzrə mübahisələndirilməyən halların müəyyən edilməsinə və sübutetmə prosesinin sadələşdirilməsinə xidmət edir. Etiraf dedikdə, tərəfin qarşı tərəfin tələb və ya etirazlarının əsasını təşkil edən müəyyən faktları doğru hesab etməsi başa düşülür. Bu institutun əsas məqsədi məhkəmə baxışının səmərəliliyini təmin etmək, süni şəkildə sübutetmə yükünün artırılmasının qarşısını almaq və obyektiv həqiqətin daha operativ müəyyən edilməsinə şərait yaratmaqdır. Tərəfin etiraf etdiyi hallar, bir qayda olaraq, əlavə sübut olunmağa ehtiyac qalmadan məhkəmə tərəfindən müəyyən edilmiş hal kimi qəbul edilir. Bununla belə, etiraf prosessual hüquqi nəticə doğuran hərəkət olduğundan məhkəmə tərəfindən onun könüllü, aydın və işin faktiki hallarına uyğun olub-olmaması qiymətləndirilməlidir. Məhkəmə etirafın həqiqətə zidd olduğu, yanılma, aldatma və ya məcburetmə nəticəsində verildiyi qənaətinə gəldiyi hallarda onu qəbul etməyə bilər. Bu baxımdan etiraf institutu bir tərəfdən sübutetməni sadələşdirən prosessual vasitə kimi çıxış edir, digər tərəfdən isə məhkəmənin daxili inam əsasında sübutları qiymətləndirməsi prinsipi ilə qarşılıqlı şəkildə tətbiq olunur. Apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, ## ###### 2025-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək 2022-ci ilin noyabr ayından 2025-ci ilin yanvar ayınadək olan dövr üzrə iddiaçının istifadəsində olmuş bank kartlarına onun öz bank hesablarından edilən köçürmələr barədə Kapital Bank ASC-dən məlumat tələb olunmasını xahiş etmiş, lakin məhkəmə həmin vəsatətə baxmamışdır. Cavabdeh hesab etmişdir ki, həmin məlumatlar əldə edildiyi təqdirdə onun iddiaçı qarşısında borcunun olmaması təsdiq ediləcəkdir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin digər şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutların tələb olunması barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Həmin normaya görə vəsatətdə sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən ediləcəyi, sübutların əlamətləri və onların olduğu yer göstərilməlidir. Lakin iş materiallarından görünür ki, cavabdeh tələb etdiyi məlumatları müstəqil qaydada əldə etməsinin mümkünsüz olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, onun aidiyyəti bank qurumuna müraciət etməsi, həmin məlumatların verilməsindən imtina olunması və ya başqa səbəbdən bu məlumatları əldə edə bilməməsi barədə imtina məktubu və ya digər təsdiqedici sənəd iş materiallarında mövcud deyildir. Halbuki, məhkəmə tərəfindən sübutların tələb olunması yalnız şəxsin həmin sübutları öz imkanları ilə əldə etməsinin obyektiv olaraq mümkünsüz olduğu hallarda tətbiq edilə bilər. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin tələb etdiyi məlumatların əldə olunmasına iş üzrə əlavə zərurət də mövcud olmamışdır. Çünki iş materiallarında olan sübutlar, o cümlədən iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzləri və cavabdehin iddianın müəyyən hissəsini etiraf etməsi mübahisənin düzgün həlli üçün kifayət etmişdir. Cavabdeh isə istinad etdiyi bank köçürmələrinin məhz hazırkı mübahisə predmetinə aid olmasını və hüquqi əhəmiyyət daşımasını təsdiq edən konkret və mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin həmin vəsatəti təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Kollegiya hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-387/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-387/2026
20.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver