Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-402/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh9, cavabdeh10, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlu, cavabdeh2, cavabdeh1 və X1 qarşı cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 18138,14 ABŞ Dolları əsas, 4559,84 ABŞ Dolları faiz, 253,17 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə, 22951,15 ABŞ Dolları borcun tutulması və.s tələblərinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- */**** saylı qətnaməsindən cavabdeh cavabdeh13 tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlərə qarşı cavabdehlərdən iddiaçının xeyrinə 18138,14 ABŞ Dolları əsas, 4559,84 ABŞ Dolları faiz, 253,17 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə, cəmi 22951,15 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın cavabdeh7, X1, cavabdeh13 və cavabdeh8 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında 0,06 ha torpaq sahəsinin içində yerləşən ümumi sahəsi 115,3 kv.m. olan fərdi yaşayış evinə yönəlməsi və evin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdeh7, X1, cavabdeh13 və cavabdeh8 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında 0,06 ha torpaq sahəsinin içində yerləşən ümumi sahəsi, 115.3 kv.m. olan fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdeh13, cavabdeh8, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlunun, cavabdeh2, cavabdeh1 və X1 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra cavabdeh13, cavabdeh8, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlunun, cavabdeh2, cavabdeh1 və X1 həmin evdən çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh13 ilə İddiaçı ASC-nin “İmişli” filialı arasında bağlanmış 2016-cı il # ####### tarixli ***T******** №-li kredit müqaviləsinə əsasən Bank cavabdeh13 verdiyi ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kredit məbləğinin 6086,93 ABŞ Dolları qalıq borc məbləğinə əlavə olaraq ##.##.2016-cı il tarixli *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdeh12 2080,27 ABŞ dolları qalıq borc məbləği, ##.##.2016-cı il tarixli *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdeh9 2626,42 ABŞ Dolları qalıq borc məbləği, ##.##.2016-cı il tarixli *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdeh10 5969,70 ABŞ Dolları qalıq borc məbləği və ##.##.2016-cı il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdeh11 1374,82 ABŞ Dolları qalıq borc məbləğlərini tərəflərin razılığına əsasən cəmlənərək cavabdeh13 Bank qarşısında kredit öhdəliyi 18138,14 ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Həmin kredit müqaviləsi üzrə üzrə yaranacaq öhdəliklərin təminatı olaraq cavabdeh7, X1, cavabdeh13 və cavabdeh8 ümumi birgə mülkiyyətlərində olan İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında yerləşən ümumi sahəsi 115,3 kv.m. olan fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə ## ####### 2016-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü etmiş, həmçinin cavabdeh12, cavabdeh11, cavabdeh10 və cavabdeh9 ilə Bank arasında 2016-cı il ## ####### tarixli ***T******** saylı zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. ##.##.2016-cı il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında yerləşən fərdi yaşayış evində cavabdeh8, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlu, cavabdeh2, cavabdeh1 və X1 pasport qeydiyyatındadırlar. 2017-ci il ######ın #-dək cavabdeh13 banka 18138,14 ABŞ Dolları əsas, 4559,84 ABŞ Dolları faiz, 253,17 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 22951,15 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh13 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdehlər bildirişə münasibətini bildirməmişlər. Cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh13 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, 2006-cı ildə Bəhruz və digərlərinin adına kredit götürmüşdür. Daha sonra bankla razılıq əldə edərək, evi girov qoyaraq yeni kredit götürmüş və digərlərinin adına götürülmüş kreditləri bağlamışdır. Həmin vaxt ona zamin duran olmamış, bankda tək olmuşdur. Digər cavabdehlərin zamin olduğunu ona bank tərəfindən göndərilmiş bildirişdə yazılanları oxuyan zaman bilmişdir. Borcun ödənilməsi tələb olunan müqavilə üzrə cavabdehlərdən heç biri ona zamin olmamışdır. Həmin hal zaminlik müqaviləsinin saxta olduğunu sübut edir. Kredit müqaviləsi üzrə tələb olunan məbləğdə borcu vardır. Maddi imkanı olmadığından ötən müddət ərzində kredit borcunu ödəyə bilməmişdir. Tutmanın yönəldildiyi evin likvid dəyəri az göstərilmişdir. Belə ki, həmin evin dəyəri təxminən altmış və ya yetmiş min manat təşkil edir. Qeyd edilən borc qrafikə uyğun bölünərsə, hissə-hissə ödəməyə razıdır. Sonda cavabdeh borcun zaminlərdən tutulması hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh11 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh13 tərəfindən götürülmüş kredit müqaviləsi üzrə zamin olmamışdır. Həmin müqavilədə qeyd edilən imzalar ona aid deyildir. Sonda cavabdeh borcun ondan müştərək qaydada tutulması hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh9 iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh13 tərəfindən götürülmüş kredit müqaviləsi üzrə zamin olmamışdır. Həmin müqavilədə qeyd edilən imzalar ona aid deyildir. Sonda cavabdeh borcun ondan müştərək qaydada tutulması hissəsində iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsi (Zaur Pirverdiyev) ilə, iddianın təmin edilməsi, # ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi üzrə 18138,14 ABŞ Dolları (on səkkiz min yüz otuz səkkiz dollar, on dörd sent) əsas, 4559,84 ABŞ Dolları (dörd min beş yüz əlli doqquz dollar, səksən dörd sent) faiz borcu, 253,17 ABŞ Dolları (iki yüz əlli üç dollar, on yeddi sent) cərimə borcu olmaqla ümumilikdə, 22951,15 ABŞ Dolları (iyirmi iki min doqquz yüz əlli bir dollar, on beş sent) borc ödəniş günü ödəniş yerinin məzənnəsinə uyğun Azərbaycan manatı ilə cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh9 və cavabdeh10 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın, ilkin likvid qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 907013001673-***** reyestr nömrəli çıxarışına əsasən ipoteka predmeti olan cavabdehlər cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus İmişli şəhəri, C.Nəsirov küçəsi, ev 20 ünvanında 0,06 ha torpaq sahəsi içində yerləşən ümumi sahəsi 115,3 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və # ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi üzrə borcun satışdan əldə edilən pul vəsaiti hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlər cavabdeh13, cavabdeh8, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlu, cavabdeh2, cavabdeh1 və X1 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlər cavabdeh13, cavabdeh8, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlu, cavabdeh2, cavabdeh1 və X1 İmişli şəhəri, C.Nəsirov küçəsi, ev 20 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakın boşaldılmaqla ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarət məhkəmə xərcinin cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh9 və cavabdeh10 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində məhkəmə xərcinin cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh9 və cavabdeh10 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, qiymətləndirmə rəyi üzrə 350 manat məbləğində məhkəmə xərcinin cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh9 və cavabdeh10 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi, cavabdehlər cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh9 və cavabdeh10 müştərək qaydada 35,1 manat məhkəmə xərcinin tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh cavabdeh13 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsinin dəyişdirilməsini və faiz borcunun və cərimənin ləğv edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və cavabdehlər bu barədə heç bir məlumat verməmiş, iddiaçı isə məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh B.Nəsirovun vəkili apelyasiya şikayətinin dəlillərində yalnız fərdi yaşayış evinin qiymətləndirilməsini mübahisələndirmişdir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının *-*(***)- ****/** saylı ##.##.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsinin təmin edilməsi, İddiaçı ASC-nin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İşdə olan cavabdeh13 ilə İddiaçı ASC arasında bağlanmış ***T******** saylı # ####### 2016cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin borcalana verdiyi ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə kredit məbləğinin 6086,93 (altı min səksən altı dollar 93 sent) ABŞ dolları qalıq borc məbləğinə əlavə olaraq ##.##.2016-cı il tarixli, *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh12 2080,27 (iki min səksən dollar 27 sent) ABŞ dolları qalıq borc məbləği, ##.##.2016-cı il tarixli, *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh9 2626,42 (iki min altı yüz iyirmi altı dollar 42 sent) ABŞ dolları qalıq borc məbləği, ##.##.2016-cı il tarixli *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh10 5969,70 (beş min doqquz yüz altımış doqquz dollar 70 sent) ABŞ dolları qalıq borc məbləği və ##.##.2016-cı il tarixli, *** saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh11 1374,82 (bir min üç yüz yetmiş dörd dollar 82 sent) ABŞ dolları qalıq borc məbləğləri tərəflərin razılığına əsasən cəmlənərək borclanın kreditor qarşısında kredit öhdəliyi 18138,14 (on səkkiz min bir yüz otuz səkkiz dollar 14 sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit müddəti 60 ay, illik faiz dərəcəsi isə 24 faiz müəyyən edilmişdir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən borcalanın öhdəliklərinin icrasının əsas təminatı kimi cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 məxsus İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən birmərtəbəli 3 otaqlı yaşayış sahəsi 70,5 m2 , yardımçı sahəsi 44,8 m2 , ümumi sahəsi 115,3 m2 olan fərdi yaşayış evi girova götürülmüşdür. İşdə olan 0# ####### 2016-cı il tarixli ***T******** saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh13 # ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi üzrə öhdəliyinin təminatı olaraq İddiaçı ASC ilə cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh9 və cavabdeh10 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə tərəflərin imzası və İddiaçı ASC-nin möhürü ilə təsdiq edilmişdir. İşdə olan ##.##.2017-ci il tarixli maliyyə arayışına əsasən ##.##.2016-cı il tarixli müqavilə üzrə cavabdeh cavabdeh13 18138,14 ABŞ Dolları əsas borc, 4559,84 ABŞ Dolları faiz borcu, 253,17 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 22951,15 ABŞ Dolları borcu vardır. İşdə olan ##.##.2016-cı il tarixli öhdəliklərin ötürülməsi müqavilələrindən görünür ki, ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh12 öhdəlikləri, ##.##.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh9 öhdəlikləri, ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh10 öhdəlikləri, ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdeh11 öhdəlikləri cavabdeh13 ötürülmüşdür. İşdə olan xxxx” ASC ilə cavabdehlər cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 arasında bağlanmış ##.##.2016-cı il tarixli ***/** saylı “ipoteka müqaviləsi”ndən görünür ki, # ####### 2016cı il tarixli ***T******** saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 məxsus İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında yerləşən fərdi yaşayış evi, 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 907013001673-***** reyestr nömrəli çıxarışından görünür ki, İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında yerləşən ümumi sahəsi 115,3 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 ümumi birgə mülkiyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, 907013001673-***** reyestr nömrəli əmlak # ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir. İşdə olan ##.##.2016-cı il tarixli “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında cavabdeh8, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3 İltifat oğlu, cavabdeh2, cavabdeh1 və X1 qeydiyyatdadırlar. İşdə olan ##.##.2017-ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” * nömrəli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlər cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli ***/FYE/** saylı hesabatından görünür ki, cavabdehlər cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında yerləşən ümumi sahəsi 115,3 m2 olan fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin bazar dəyəri 55.000 manat, likvid dəyəri 45.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdeh cavabdeh13 ilə İddiaçı ASC arasında 0# ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh cavabdeh13 kredit öhdəliyi 18138,14 (on səkkiz min bir yüz otuz səkkiz dollar 14 sent) ABŞ dolları məbləğində, kreditin müddəti 60 ay, illik faiz dərəcəsi isə 24 faiz müəyyən edilmişdir. Kredit müqaviləsi və ödəniş cədvəli tərəflərin imzası və bankın möhürü ilə təsdiq olunmuş, öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı İddiaçı ASC ilə cavabdehlər cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 arasında ipoteka müqaviləsi bağlanmış, onların ümumi birgə mülkiyyətində olan İmişli şəhəri, C.Nəsirov küçəsi, 20 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən birmərtəbəli 3 otaqlı yaşayış sahəsi 70,5 m2 , yardımçı sahəsi 44,8 m2 , ümumi sahəsi 115,3 m2 olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmçinin iddiaçı İddiaçı ASC ilə cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10 və cavabdeh9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh cavabdeh13 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq iddiaçı təşkilata ödəməli olduğu ödənişləri etməmişdir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin mülki iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Cavabdeh apelyasiya şikayətinin dəlillərində faiz borcu və cərimə borcunun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə borcuna və faiz borcuna münasibətdə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh cavabdeh13 ilə İddiaçı ASC arasında 0# ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh cavabdeh13 kredit öhdəliyi 18138,14 (on səkkiz min bir yüz otuz səkkiz dollar 14 sent) ABŞ dolları məbləğində, kreditin müddəti 60 ay, illik faiz dərəcəsi isə 24 faiz müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə iddiaçı İddiaçı ASC ilə cavabdehlər cavabdeh8, cavabdeh7, X1 və cavabdeh13 arasında ipoteka müqaviləsi, həmçinin iddiaçı İddiaçı ASC ilə cavabdehlər cavabdeh12, cavabdeh11, cavabdeh10 və cavabdeh9 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh cavabdeh13 0# ####### 2016-cı il tarixli ***T******** saylı kredit müqaviləsi üzrə 18138,14 ABŞ Dolları əsas borcu, 4559,84 ABŞ Dolları faiz borcu, 253,17 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə 22951,15 ABŞ Dolları borcu vardır. Cavabdeh birinci instansiya məhkəməsində də verdiyi izahatında göstərilən məbləğdə borcu olduğunu, maddi imkansızlıq səbəbindən borcunu ödəyə bilmədiyini bildirmiş, məhkəmə icraatı zamanı yalnız evin likvid dəyərini mübahisələndirmiş, ümumiyyətlə əsas və faiz borcun məbləğini mübahisələndirməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində əsas borcu və faiz borcunu mübahisələndirməsi (ekspertiza təyin edilməsi barədə vəsatət verməsi) üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin (ekspertiza təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin cərimə məbləği hissəsi ilə də razılaşır. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi haqlıolaraq hesab etmişdir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu yüksək deyildir və cavabdehlərin əmlak vəziyyətinə uyğundur. Məhkəmə kollegiyası qeyd edilənləri əsasən apelyasiya şikayətinin formal mülahizə hesab edir, bu isə tərəflərin azad iradəsi əsasən bağlanmış müqavilə əsasında öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi əsası hesab etmir. Həmçinin apelyasiya şikayətinin dəlilləri qanunauyğun və əsaslı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin hüquqi əsasını təşkil edə bilməməsi qənaətinə gəlir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh cavabdeh13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-*/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-402/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-402/2026
27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver