Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-406/2026 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İbrahimov Rauf Əhməd oğlunun iştirakları ilə, İddiaçı İbrahimov Rauf Əhməd oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(071)-755/2025 saylı qətnaməsindən iddiaçı İbrahimov Rauf Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İbrahimov Rauf Əhməd oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək cavabdeh cavabdeh1 və cavabdeh2 iddiaçı tərəfindən avtomobili baş etibarnamə əsasında alarkən verilmiş 5000 (beş min) manat, avtomobilin saz vəziyyətə gətirilməsi üçün texniki təmir və xidmətlərə çəkilmiş 3100 (üç min yüz) manat, habelə sənədlərlə bağlı yaranmış problemlərə görə ödənilmiş 800 (səkkiz yüz) manat cərimə, hüquqi yardıma görə vəkilə ödənilmiş 2000 (iki min) manat, ümumilikdə 10900 (on min doqquz yüz) manat məbləğində vəsaitin, iddiaçıya vurulan maddi və mənəvi ziyan, məhkəməyə müraciət etmək üçün ödənilmiş 122,70 (yüz iyirmi iki manat, yetmiş qəpik) manat məbləğində vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı İbrahimov Rauf Əhməd oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 tərəfindən, lakin cavabdeh2 mülkiyyətində olan VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 9354208 mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsini internet vasitəsilə tapmışdır. Tərəflər arasında ilkin əlaqə yaradıldıqdan sonra, qeyd olunan nəqliyyat vasitəsini cavabdeh1 5000 (beş min) manat pul ödəməklə faktiki olaraq əldə etmişdir. Rəsmi alqı-satqı müqaviləsi tərtib olunmasa da, iddiaçı cavabdeh1 həmin məbləği ödədikdən sonra o, iddiaçıya baş etibarnamə vermişdir ki, bu sənədə əsasən avtomobili gələcəkdə öz adına rəsmiləşdirə bilsin. Bununla yanaşı cavabdeh1 həmin vaxt nəqliyyat vasitəsinin heç bir texniki və ya hüquqi qüsurunun olmadığını bildirmişdir. Avtomobilin iddiaçının adına qeydiyyata alınması üçün ##.##.2025ci ildə BDYPl-nə müraciət etmişdir. Lakin, BDYPİ-də avtomobilə texniki baxış zamanı avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işləri aparılması müəyyən edilmiş və bu səbəbdən BDYPl-i tərəfindən qeydiyyat işləri aparılmamışdır. Avtomobili bu vəziyyətdə almış və ban nömrəsində aparılan qaynaq işləri barəsində məlumatı olmamışdır. cavabdeh1 avtomobili iddiaçıya bu şəkildə təqdim etmişdir. Həmçinin avtomobili aldıqdan sonra onu istifadə edə bilmək üçün əlavə olaraq elektrik, asqı sistemi, dəmirçi, rəngsaz və digər texniki işləri üçün ümumilikdə 3100 manat pul xərcləmişdir. Bununla yanaşı nəqliyyat vasitəsinin sənədləşmə işləri zamanı yaranan problemlər, sənədlərdə çatışmazlıq və texniki baxış olmadığı səbəbi ilə 800 manat məbləğində cərimə ödəməli olmuşdur. Lakin sonradan müəyyən olunmuşdur ki, avtomobilin texniki və sənədləşmə ilə bağlı ciddi problemləri mövcuddur. Belə ki, avtomobilin iddiaçının adına rəsmiləşdirilməsi məqsədilə ##.##.2025-ci il tarixində Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) müraciət etmişdir. Lakin BDYPİ-də nəqliyyat vasitəsinə texniki baxış keçirilərkən avtomobilin ön ban nömrəsi ətrafında qaynaq işlərinin aparıldığı müəyyən olunmuş və bu səbəbdən nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina edilmişdir. İddiaçı avtomobili bu vəziyyətdə almış və ban nömrəsində aparılmış qaynaq işlərindən xəbərsiz olmuşdur. Nəqliyyat vasitəsi iddiaçıya cavabdeh1 tərəfindən bu texniki qüsurlarla təqdim olunmuşdur. Qeyd edilən səbəblərə əsaslanaraq avtomobilin geri qaytarılması, eləcə də cəmi 8900 manatlıq maddi zərərin ödənilməsi üçün cavabdeh1 dəfələrlə müraciət etsə də, o, müxtəlif bəhanələrlə öhdəliyindən yayınmış və pulu geri qaytarmamışdır. Bununla da cavabdeh1 və cavabdeh2 tərəfindən iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Daha sonra iddiaçı İbrahimov Rauf Əhməd oğlu ##.##.2025-ci il tarixdə iddia ərizəsinə əlavə edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, avtomobilin idarə edilməsi üçün 2 dəfə etibarnamə almışdır. Birinci dəfə aldığı etibarnamə cavabdeh1 avtomobilin alqısatqısından mülkiyyətçiyə borcu qaldığından, iddiaçıya verilmiş etibarnamə ləğv edilmiş, bunun nəticəsində qeyd edilən avtomobili səlahiyyəti olmadan idarə etdiyinə görə cərimə meydançasına yerləşdirilmişdir. İki etibarnamə üçün hərəsi 40 manat olmaqla, cəmi 80 manat iddiaçı tərəfindən ödəniş edilmişdir. Hamin avtomobili idarə etmək hüququ olmadığına görə 40 manat cərimə edilmişdir. Həmçinin cavabdeh cavabdeh1 avtomobili əldə edərkən o, avtomobilin texniki baxışının olmasını bildirmiş, lakin avtomobili əldə etdikdən 10 gün sonra iddiaçıya texniki baxışın olmamasına görə 50 manat cərimə gəlmişdir. O, avtomobili bu vəziyyətdə idarə edə bilmədiyindən evakuator xidmətindən istifadə edərək maşını texniki baxışdan keçirməyə aparmışdır. (xidmət 40 manat) Texniki baxışın qıyməti-130 manat. Avtomobili öz adına keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərkən avtomobilin ban nömrəsinə müdaxilə olduğundan sənədləşdirmə aparıla bilməmiş, hətta avtomobil 30 gün cərimə meydançasında saxlanılmış hər günü 2 manat olmaqla, cəmi 30 manat, maşınsız qaldığı vaxt ərzində işə hər gün gedibgəlmək üçün, işiylə bağlı müxtəlif yerlərə baxış keçirmək üçün, ailə-məişət ehtiyaclarını ödəmək üçün taksi xidmətindən istifadə etmişdir. Taksi xidməti 1 ay ərzində-300 manat. Dəfələrlə mülkiyyətçi və avtomobili əldə etdiyi şəxslərlə əlaqə saxlayıb yaranmış problemin aradan qaldırılması ilə bağlı vaxt, əsəb, psixoloji sarsıntı keçirmişdir. Sadalanan, eləcə də digər xərclər nəzərə alınmaqla əlavə olaraq cavabdehlərdən 800 manat pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Orxan Bayramov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan : Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 9354208 mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsinin mülkiyyətçisi cavabdeh2dur. ##.##.2025-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, cavabdeh2 VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 9354208 mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsini etibarnamə əsasında İbrahimov Rauf Əhməd oğluna etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. ##.##.2025-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən edilir ki, cavabdeh2 VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 9354208 mühərrik nömrəli, XTA212140A1971683 ban nömrəli, ağ rəngli, 2010-cu il buraxılışlı nəqliyyat vasitəsini etibarnamə əsasında İbrahimov Rəşad Əhməd oğluna etibar etmiş və ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək kimi səlahiyətlər ötürmüşdür. ”AsanPay” ödəniş sistemindən əldə olunmuş bildirişdən müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdə 16727453 talon nömrəsi ilə texniki baxışdan keçmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə ##.##.2025-ci il tarixli aktdan müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ban nömrəsində qaynaq işləri aparılması səbəbilə duracağa yerləşdirilmişdir. Əmlakın qiymətləndirilməsinə dair **/** saylı, ##.##.2025-ci il tarixli müstəqil ekspert rəyindən müəyyən edilir ki, VAZ 21214 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2025-ci il tarixə təmir-bərpa xərcləri yekun olaraq 3100 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baş etibarnamə əsasında sürücülük və s. hüquqların ötürülməsi yolu ilə tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan avtomobil etibarnamə əsasında cavabdeh1 tərəfindən müəyyən məbləğdə pul müqabilində iddiaçıya satılmışdır. Sözügedən şifahi alqı-satqı müqaviləsi cavabdeh1 və İbrahimov Rauf Əhməd oğlu arasında bağlansa da, avtomobilin mülkiyyətçisi cavabdeh2 olmuşdur. Hazırda isə, iddiaçı avtomobilin nasaz vəziyyətdə olmasını və ban nömrəsində qaynaq işləri aparılması səbəbilə texniki baxışdan keçirə bilmədiyini əsas gətirərək cavabdehlərdən müəyyən məbləğdə pul vəsaitləri tələb etmişdir. Məhkəmə tərəfindən tədqiq olunan iş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən və cərimə aktlarından müəyyən edilmişdir ki, iddiaçı İbrahimov Rauf Əhməd oğlu avtomobili ## ###### 2025-ci il tarixdə etibarnamə əsasında alqı-satqı qaydasında əldə etmişdir. Lakin alıcı əldə etdiyi avtomobili 3 ay sonra, yəni ## ### 2025-ci il tarixdə texniki baxışdan keçirmək üçün müraciət etmişdir. Alıcı 3 ay ərzində avtomobili təyinatına uyğun olaraq idarə etmiş və heç bir problem yaşamamışdır. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, alıcı 2025-ci ilin sentyabr ayında avtomobilin təmir-bərpa xərclərinin hesablanması üçün avtomobili ekspertizaya aparmışdır. Sözügedən ekspertizanın aparılmasını alıcı avtomobili əldə etdiyi gün etməli olmasına baxmayaraq avtomobili aldıqdan 7 ay sonra etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında cavabdehlərin iddianı qismən qəbul etdikləri barədə izahatları olduğunu iddia etsə də, məhkəmə iclaslarında cavabdehlər hər ikisi iddianı qəbul etməmiş və sözügedən problemlərin onlardan asılı olmayan səbəblərdən yarandığını bildirmişlər. Habelə, iddiaçı ## ####### 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, avtomobildə texniki qüsurlar olduğu üçün avtomobili bazar qiymətindən aşağı qiymətə əldə etmişdir. Beləliklə, işin halları ilə aydın olur ki, iddiaçı avtomobili əldə edərkən avtomobilin qüsurlarından xəbərdar olmuş və həmin qüsurlarla razılaşaraq avtomobili əldə etmişdir. Daha sonra avtomobili etibarnamə əsasında əldə edərək texniki baxışdan keçirmədən 3 ay müddətində idarə etmişdir. İddiaçı bu müddət ərzində avtomobildə qüsurların olmasından xəbərdar olduğu halda avtomobili texniki baxışa və ya ustaya aparmamış, habelə aparmışdırsa belə, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə görə satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verdiyi üçün alıcı avtomobildə olan qüsurlara görə satıcı qarşısında hər hansı bir tələb irəli sürə bilməz. Məhkəmə hesab etmişdir ki, məhkəmənin çəkişmə prinsipinə əsasən sübutetmə yükü hər iki tərəfin üzərinə düşsə də, işin faktiki hallarına uyğun olaraq hazırkı mübahisə üzrə sübutetmə vəzifəsi iddia tələbini irəli sürən tərəfin, yəni iddiaçının öhdəsindədir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1128.1, 1129.1, 1114.1, 587.1, 1132-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 76.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı İbrahimov Rauf Əhməd oğlu apellyasiya şikayəti verərək Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsi tam təmin edilməli və cavabdeh cavabdeh1 og lu və S ıxməmmədov Sahil Xandadas og lundan iddiac ı tərəfindən avtomobili bas etibarnamə əsasında alarkən verilmis 5000 (bes min) manat, avtomobilin saz vəziyyətə gətirilməsi u c u n texniki təmir və xidmətlərə c əkilmis 3100 (u c min yu z) manat, habelə sənədlərlə bag lı yaranmıs problemlərə go rə o dənilmis 800 (səkkiz yu z) manat cərimə, hu quqi yardıma go rə vəkilə o dənilmis 2000 (iki min) manat, u mumilikdə 10900 (on min doqquz yu z) manat məbləg ində vəsaitin, iddiac ıya vurulan maddi və mənəvi ziyan, məhkəməyə mu raciət etmək u c u n o dənilmis 122,70 (yu z iyirmi iki manat, yetmis qəpik) manat məbləg ində vəsaitinin cavabdehlərdən tutularaq iddiac ı İbrahimov Rauf Əhməd og luna o dənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər yekun məhkəmə iclasında iştirak etməsələr də cavabdehlərdən cavabdeh1 og lu iştirak etdiyi məhkəmə iclasında iddianı qismən qəbul edərək iddiaçı ilə razılaşmaq istəmiş, iddiaçıya 500 manat məbləğində pul təklif etmiş, lakin iddiaçı həmin pulu qəbul etməyərək ona dəymiş zərərin məbləğini tələb etmişdir. Bundan sonra isə cavabdeh iddiaçı ilə əlaqə saxlamamışdır. Göründüyü kimi cavabdeh cavabdeh1 og lu özü də iddianı qismən qəbul etmiş, lakin vurulan zərərin məbləği ilə razılaşmamışdır. Bundan əlavə iddiaçı aldığı avtomobilin qüsurları barədə məlumatı olmamışdır, lakin məhkəmə onun izahatını təhrif olunmuş formada qətnamədə qeyd edərək guya iddiaçının avtomobilin qüsurlarından məlumatlı olmasını qeyd etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İbrahimov Rauf Əhməd oğlu apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasəb bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsi tam təmin edilməli və cavabdeh cavabdeh1 og lu və S ıxməmmədov Sahil Xandadas og lundan iddiac ı tərəfindən avtomobili bas etibarnamə əsasında alarkən verilmis 5000 (bes min) manat, avtomobilin saz vəziyyətə gətirilməsi u c u n texniki təmir və xidmətlərə c əkilmis 3100 (u c min yu z) manat, habelə sənədlərlə bag lı yaranmıs problemlərə go rə o dənilmis 800 (səkkiz yu z) manat cərimə, hu quqi yardıma go rə vəkilə o dənilmis 2000 (iki min) manat, u mumilikdə 10900 (on min doqquz yu z) manat məbləg ində vəsaitin, iddiac ıya vurulan maddi və mənəvi ziyan, məhkəməyə mu raciət etmək u c u n o dənilmis 122,70 (yu z iyirmi iki manat, yetmis qəpik) manat məbləg ində vəsaitinin cavabdehlərdən tutularaq iddiac ı İbrahimov Rauf Əhməd og luna o dənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Birinci instansiya məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətini dəlilləri həcmində-iddianın təmin edilməmiş hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında etibarnamə əsasında şifahi alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçı avtomobili qüsurlu olduğunu bilə-bilə aşağı qiymətə əldə etmişdir. İddiaçı avtomobili uzun müddət istifadə etsə də, qüsurları vaxtında araşdırmamış və bunu təsdiq edən sübutlar təqdim etməmişdir. Eyni zamanda, cavabdehlər iddianı qəbul etməmiş və qüsurların onların təqsiri ilə bağlı olmadığını bildirmişlər. Məhkəmə hesab etmişdir ki, satıcı qüsurlar barədə əvvəlcədən məlumat verdiyi üçün iddiaçının tələb irəli sürmək hüququ yoxdur və iddiaçı iddiasını sübut edə bilmədiyindən tələb əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinə yalnız alqı-satqı müqaviləsi çərçivəsində hüquqi qiymət vermiş, bununla maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Odur ki, mübahisələndirilən qətnamə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, hal-hazırda iddia tələbinin əsasında tərəflər arasında avtomobilə dair şifahi alqı-satqı müqaviləsi dayanır. Tərəflər bağladıqları müqaviləni qanunvericiliyin tələb etdiyi qaydada, yəni notarial formada rəsmiləşdirməmiş, bunun əvəzində isə mülkiyyət hüququnun ötürülməsi məqsədilə etibarnamə institutundan istifadə etmişlər. ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə cavabdeh cavabdeh2 Rauf İbrahimova təmsilçilik səlahiyyəti verməsi məqsədilə deyil, avtomobilin 5000 manat pul müqabilində iddiaçının adına özgəninkiləşdirilməsi üzərində qurulmuşdur. Tərəflər arasında hüquqi münasibəti avtomobillə bağlı təmsilçilik səlahiyyətinin Sahil tərəfindən Raufa verilməsi üçün deyil, 5000 manat pul müqabilində avtomobilin əmlak mənsubiyyətini dəyişdirmək, yəni alqı-satqı müqaviləsini bağlamaq səbəbilə yaranmışdır. Məhkəmə tərkibi işin bu halı bağlı qeyd edir ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli Qərarı). Baxılan iş üzrə avtomobilin özgəninkiləşdirilməsi barədə qanunla nəzərdə tutulmuş forma şərtlərinə əməl olunan əqd yoxdur. Buna görə də, etibarnamənin avtomobilin özgəninkiləşdirilməsi əqdi kimi tanınması üçün qanuni əsas olmamışdır. Məhkəmə tərkibi tərəflər arasında bağlanmış bu əqdi əhəmiyyətsiz əqd adlandırır. Əhəmiyyətsiz əqd üçün xarakterik xüsusiyyət-görünüş üçün, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tərkibi qeyd edir ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş forma tələblərinə əməl olunmamış, alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirilməmişdir. Buna görə də, etibarnamənin avtomobilin özgəninkiləşdirilməsi əqdi kimi hüquqi nəticə doğurması üçün qanuni əsas mövcud deyildir. Qeyd edilməlidir ki, əhəmiyyətsiz əqd xarakterik olaraq yalnız formal görünüş yaratmaq məqsədi daşıyır və üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı müqavilə bağlandığı təəssüratını formalaşdırsa da, bu cür əqd hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. Etibarsız əqd nəticəsində yaranmış hüquqi vəziyyət aradan qaldırılmalı və tərəflər əqd bağlanmazdan əvvəl mövcud olmuş ilkin vəziyyətə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə əsasən, etibarsız əqd üzrə hər bir tərəf aldığı əmlakı digər tərəfə qaytarmağa borcludur, alınanların eyni ilə qaytarılması mümkün olmadıqda isə onun dəyəri pulla əvəz edilməlidir. Odur ki, tərəflər arasında həyata keçirilmiş faktiki mübadilə hüquqi əsasdan məhrum olduğundan, mübahisə predmeti olan əmlak və onun müqabilində verilmiş vəsaitlər qarşılıqlı qaydada restitusiya prinsipi əsasında geri qaytarılmalı və tərəflərin əqd bağlanmazdan əvvəlki əmlak vəziyyəti bərpa edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının adına rəsmi qaydada qeydiyyata alınmamış və onun mülkiyyətinə keçməsi hüquqi cəhətdən rəsmiləşdirilməmişdir (nəqliyyat vasitəsində olan problemlərə görə rəsmiləşdirə bilməyiblər). Hal-hazırda araşdırılmalı olan məsələ isə avtomobilin hansı məbləğ müqabilində realizə olunmasının dəqiqləşdirilməsi, iddiaçı tərəfindən çəkilmiş digər xərclərin həqiqi həcminin müəyyən edilməsi, habelə həmin xərclərin hüquqi əsasla hansı cavabdeh üzərinə aid edilməli olduğunun müəyyən edilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı ilə avtomobilin mülkiyyətçisi cavabdeh2 arasında birbaşa hüquqi münasibət və ya razılaşma mövcud olmamış, tərəflər arasında alqı-satqı xarakterli şifahi razılaşma yalnız cavabdeh cavabdeh1 ilə yaranmışdır. Məhz həmin cavabdeh avtomobilin təqdim edilməsini təşkil etmiş, ödənişi qəbul etmiş və iddiaçı ilə faktiki olaraq əvəzli müqavilə münasibətinə girmişdir. Bu hal tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından da aydın olur. Göründüyü kimi iddiaçı tərəfindən ödənilmiş 5000 manat məbləğin faktiki olaraq cavabdeh cavabdeh1 tərəfindən alınması müəyyən edilmişdir. Odur ki, yaranmış hüquqi münasibətin tərəfi olmayan avtomobilin mülkiyyətçisinin həmin məbləğ üzrə məsuliyyət daşıması üçün hər hansı bir əsas mövcud deyil. Məsuliyyət yalnız şifahi alqı-satqı xarakterli münasibətin tərəfi olan cavabdeh cavabdeh1 üzərinə düşmüşdür. Həmçinin cavabdeh cavabdeh1 iddiaçı tərəfindən ödənilmiş 5000 (beş min) manat məbləğin mövcudluğunu və həmin məbləğ müqabilində avtomobilin təqdim olunması faktını inkar etməmiş, əksinə ilkin izahatlarında avtomobilin daha yüksək qiymətə təklif olunduğunu, sonradan isə daha aşağı məbləğlə razılaşdığını bildirmişdir. Bu hal tərəflər arasında 5000 manatın ödənilməsi ilə bağlı faktiki razılaşmanın mövcudluğunu və həmin məbləğin cavabdeh tərəfindən qəbul edildiyini göstərir. Belə olan halda, iddiaçının ödədiyi 5000 manatın cavabdeh cavabdeh1 tərəfindən əldə edilməsi mübahisəsiz faktdır. Odur ki, iddia tələbi bu hissədə cavabdeh cavabdeh1 münasibətdə təmin edilməli, avtomobilin satışı üçün iddiaçı tərəfindən verilmiş 5000 manat cavabdeh cavabdeh1 tutularaq iddiaçı İbrahimov Rauf Əhməd oğluna verilməlidir. Digər xərclərə (cərimələrə) münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən ümumilikdə 800 manat məbləğində cərimə ödənişinin edildiyi göstərilsə də, iş materialları ilə yalnız 45 manat, 45 manat və 200 manat olmaqla cəmi 290 manat cərimə ödənişinin mövcudluğu təsdiq olunmuşdur. Həmin cərimələr nəqliyyat vasitəsinin texniki qüsurları, qeydiyyat və istismar qaydalarının pozulması, eləcə də avtomobilin istifadə hüququnun məhdudluğu ilə bağlı yaranmış hallardan irəli gəlmişdir. Ona görə də göstərilən cərimələrin iddiaçı tərəfindən avtomobildən istifadəsi zamanı mövcud olmuş texniki qüsurlar səbəbindən yarandığı müəyyən edildiyindən, həmin 290 manat məbləğ cavabdeh cavabdeh1 tutulmalı və iddiaçının xeyrinə ödənilməlidir. Vəkil xidmətlərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iddiaçı tərəfindən vəkilə ödənildiyi iddia olunan 2000 manat məbləğin tam həcmdə ödənilməsinə dair mötəbər və birbaşa sübutlar iş materiallarında mövcud deyil. Bununla belə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin konkret işin halları, təqdim edilmiş sübutlar və ağlabatanlıq prinsipi nəzərə alınmaqla qarşı tərəfdən tutulmasına dair qərar qəbul edir. Hazırkı iş üzrə hüquqi yardımın göstərilməsinin xarakteri, işin mürəkkəbliyi və prosesdə sərf olunan vaxt nəzərə alınmaqla məhkəmə tərkibi vəkil xidmətlərinə görə ağlabatan hesab edilə bilən 500 (beş yüz) manat məbləğinin cavabdeh cavabdeh1 iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. İş materialları ilə müəyyən edilmiş yol, texniki və digər gündəlik istismar xərclərinin cavabdehdən tutulmasına dair iddia tələbi üzrə məhkəmə tərkibi qeyd edir ki, göstərilən xərclərin bir hissəsi iddiaçı tərəfindən iddia edilsə də, həmin xərclərin cavabdeh cavabdeh1 ilə bağlanmış şifahi alqı-satqı münasibəti çərçivəsində razılaşdırıldığı və ya onun üzərinə götürüldüyü barədə mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Həmçinin qeyd olunan etibarnamələrin alınması, taksi xidmətləri, evakuator xərcləri və digər gündəlik istifadə xərcləri avtomobilin idarə edilməsi və şəxsi istifadəsi ilə bağlı olub, onların cavabdehin üzərinə aid edilməsi üçün hüquqi və sübutedici əsaslar təqdim edilməmişdir. Buna görə də həmin xərclərin cavabdehdən tutulması üçün qanuni əsaslar mövcud hesab edilmir və bu hissədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 5790 (beş min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh1 tutulmaqla iddiaçı İbrahimov Rauf Əhməd oğluna ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun təmin edilmiş hissəyə mütənasib olaraq 77,90 manat pul məbləği hissəsi cavabdeh cavabdeh1 tutulmaqla iddiaçı İbrahimov Rauf Əhməd oğluna ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İbrahimov Rauf Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 5790 (beş min yeddi yüz doxsan) manat məbləğində pul vəsaiti cavabdeh cavabdeh1 tutulmaqla iddiaçı İbrahimov Rauf Əhməd oğluna ödənilsin. Dövlət rüsumunun 77,90 manat pul məbləği hissəsi cavabdeh cavabdeh1 tutulmaqla iddiaçı İbrahimov Rauf Əhməd oğluna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-406/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-406/2026
04.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver